Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə8/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   56
mehtiyev (1) (2)

Konfusiçilik təlimi Qədim Çin fəlsəfəsinin əsas his­sə­lərindən birini təşkil edir. Konfusiçilikdə qeyd edilirdi ki, göy ali ilahi varlıq kimi öz iradəsini insanlara qəbul et­di­rir. Bu təlimin fəlsəfəsinin mərkəzində tərbiyə prob­lem­ləri dayanırdı. Konflisiçiliyə görə, cəmiyyət əxlaq qanun­la­rı ilə idarə olunmalıdır.
Konfutsiçiliyin əsas müddəaları belə qruplaşdırıla bilər: Səma– ümumi əcdaddır və bu böyük başlanğıc, ali allah öz iradəsini insana qəbul etdirir;
Hər kəsin öz işini ğörməsi, ümumi nizama tabe ol­ması əsas götürülür; Daosizmdən fərqli olaraq konfut­siçilikdə еtikеtə, yazılmayan qaydalar əsas tutulur.
Bütövlükdə bu təlim ümumi harmoniya axtarı­şın­da­dır, dini xarakter daşımır və özünə rəva görmədiyini baş­qa­sına rəva görmə prinsipini əsas tutur. Xeyirxahlığı Kon­futsi borc kimi qəbul edirdi, Yəni, insan mahiyyətinə görə xeyirxah başlanğıcdan təməl götürüb və xeyirxahlıq etməyə borcludur. Konfusi hesab edir ki, dünyada şərin müstəqil səbəbi yoxdur. Dünya özlüyündə şər deyil və ola bilməz. Çünki, o mütləq xeyir, ali, şəxssiz, panteist başlanğıc –Səma (Tyan) tərəfindən yaradılıb və daim onun nəzarətindədir. Sə­ma fəzilətlərlə doldurulmuş nizamı (Li) bərqərar edir. Şər isə bu nizamın pozulmasından törəyir. Bu pozuntunu isə, Səmavi nizamı düzgün anlamayan insanlar pozur.

Konfusinin yetirmələri və ardıcılları onun söhbətləri əsasında “Lun Yu” (Söhbətlər və mühakimələr) adlı kitab tərtib etmişlər. Bütövlükdə bu təlimin əsas anlayışlarını belə qruplaşdırmaq olar: ədalət, xoş niyyət, səmimiyyət, sağlam düşüncə, müdriklik, həqiqət. Qeyd olunmalıdır ki, konfusiçilik Qərbi Avropada böyük maraq doğurmuş, əsr­lər sonra yaşayan filosoflar bu təimə diqqət yönəlt­miş­lər. Hazırda bir sıra əlbəyaxa döyüş növləri məhz Konfu­si­nin fəlsəfəsinə - gözəllik, sağlamlıq, fiziki və mənəvi ka­milliyə əsaslanır.


Adlar məktəbi”. Bu məktəb nümayəndələrinin də əsərləri dövrümüzə gəlib çatmamışdır. Məktəbin əsas ide­yaları Çin fəlsəfi fikrinin digər cərəyanlara məxsus mətn­lərindən məlumdur. “Adlar məktəbinə” aid mütə­fək­kirlər üçün əsas problem adlar (min) və şeylər(şi), ad­lan­dırma və onun işarələdiyi predmet arasındakı müna­si­bət olmuşdur.
“Adlar məktəbi” çərçivəsində iki istiqamət for­ma­laş­mışdır: 1) “oxşarlıq və fərqin birləşdirilməsi məktəbi”; 2) “bərkin ağdan ayrılması məktəbi”. Birinci istiqamətin ən görkəmli nümayəndəsi Xuey Şi (b.e.ə. IV əsr) olmuşdur. O, şeylər və təzahürlər arasındakı fərqliliyi nisbi məna kəsb edən zaman, yer və şəraitin konkretikliyi ilə əlaqə­lən­dirmişdir. Onun təlimi on tezislə ifadə olunmuşdur. Te­zislərin birincisində deyilir ki, şeylərin bütün çoxluğu “kiçik təkçədən” törəyir. Ona görə də onlar arasında ma­hiy­yətcə fərq yoxdur. Qeyd edək ki, bu tezislər öz pa­radoksallığı ilə seçilir. Məhz bu səbəbdən fərqli cür təf­sirlərə məruz qalmışdır.

Mövzu 4.


Azərbaycan fəlsəfəsi

Azərbaycanda fəlsəfi fikrin yaranması və inkişafı ölkə­mizin yerləşdiyi coğrafiyanın xüsusiyyətləri, əsrlər bo­yu burada formalaşan mədəniyyət formaları ilə müəy­yən­ləşirdi. Bu baxımdan Azərbaycanın müxtəlif mədə­niy­­yətlərin kəsişməsində yerləşən bir məkan olması, müx­təlif xalqların basqınlarına məruz qalması, bunun nəti­cə­sində formalşan çox qütblü mədəniyyətin təşək­kü­lü xüsusi qeyd edilməlidir.


Tarixi faktlar sübut edir ki, Azərbaycanda fəlsəfi ide­yaların təşəkkülü bizim eradan əvvəl birinci minilliyin əvvəllərinə təsadüf edir. Belə ki, ölkəmizdə fəlsəfi fikrin inkişafını izləmək üçün qədim yunan filosofları və ta­rix­çilərinin əsərləri, pəhləvi mətnləri, yazılı abidələr, şifahi ədəbiyyatın öyrənilməsi mühüm əhəmiyyət kəsb edir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin