Rabil Mehtiyev Fəlsəfə



Yüklə 0,74 Mb.
səhifə11/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   56
mehtiyev (1) (2)

Nizami Gəncəvi (1141-1209) Azərbaycan poetik fəlsə­fə­sinin ən görkəmli nümayəndəsidir. “Xəmsə” adlanan və beş böyük poemanı əks etdirən əsərləri humanizm fəl­sə­fəsini ifadə edir. N.Gəncəvi ədalət anlayışına yeni məz­mun vermiş, cəmiyyətdə sosial ədalətin təntənəsini vacib saymışdır.
Siracəddin Urməvi (1198-1283) mövcudatda səbəbiy­yə­tin obyektivliyini qəbul edərək Şərq ­peripa­tetik­ləri­nin mövqeyində dayanmışdır. O, varlığın müxtəlif hissə­lə­rinin şərhini verərək onun yoxluq anlayışı ilə ziddiy­yət­də götürmüşdür. Urməvi geosentrik nəzəriy­yə­nin ­tə­rəfdarı olub. Əsas əsərləri "Məntiqə və fəlsəfəyə dair nur­la­rın doğuşları", "Hikmət incəlikləri", "Haqqın bəyanı", "Me­tod­lar", "Ziddiyyətin misallarına dair traktat", "Dia­lek­tikaya dair traktatlar", "Həkimanə sözlərin islahı", "Təhsil" dir.
Məhəmməd Füzuli (1494-1556) Azərbaycan poetik fəl­sə­fəsinin görkəmli nümayəndəsidir. Onun yaradı­cı­lı­ğında idrak nəzəriyyəsi mühüm yer tutur. Fizuliyə görə idrak iki pillədən ibarətdir: hissi və əqli.
"Mətləül-etiqad", “Səhhət və Mərəz” və digər əsər­lə­rin­də dövrünün sosial problemlərinə münasibət bildir­mişdir.
Abbasqulu ağa Bakıxanov (1794-1847) tarixçi, filoloq, şair, filosof idi. Bakıxanovun tarixi baxışlarının əsasını cəmiyyət haqqında idealist anlayış təşkil edirdi. O ma­arif­pərvər monarxiya tərəfdarı idi və qeyd edirdi ki, irsən keçən sülalə hakimiyyəti tamamilə qanunidir və ona hörmət edilməlidir. Ədibin fəlsəfi görüşləri islam ehkam­çı­lığı ilə bağlı olmuşdur və sufi konsepsiya olan vəhdəti-vücud tərəfdarı idi. Onun fikrincə, dünyanın nizamı və ahəngdarlığı İlahi məhəbbət üzərində təşəkkül tapır.
O nəzəriyyə ilə təcrübənin qarşılıqlı əlaqə və müna­si­bə­tinə diqqət etmiş, elmlə praktikanın bir-birindən asılı olduğunu izah edərkən, elmə üstünlük verir. Yaşadığı dövrün ziddiyyətləri Bakıxanovun yaradıcılığına sirayət etmiş, ona bir qədər şikayətçi məzmun vermişdir. Buna baxmayaraq A. Bakıxanov sonun mütləq uğurlu ola­ca­ğı­na ümid edir, ideyalarında nikbinlik notları sezilir. Bakı­xanov etika məsələlərinə xüsusi toxunmuş və hesab edirdi ki, əxlaqi davranışları təkcə irsən keçən adət deyil eyni zamanda, tərbiyənin və mühitin məhsuludur.
Dövlət başçısına, böyüklərə itaət və ehtiramın vacib­li­yi­nə aid, daha sonra isə həyat və məişət məsələləri ilə əla­qədar olan əxlaqi nəsihətlər onun yaradıcılığında mü­hüm yer tutur. Əsas əsərləri "Gülüstani-İrəm","Qanuni-Qüd­si","Kəşfül-Qəraib","Əsrarül-mələküt", "Təhzibül-əx­laq"­dır.
Mirzə Kazım bəy kimi tanınan Mirzə Məhəm­məd Əli Hacı Qasım oğlu (1802– 1870) Azərbaycan şərq­şünası, rus şərqşünaslıq еlminin bani­lə­rin­dən biridir. Mirzə Kazım bəy müsəlman hüqu­qu­nun Rusiyada ilk tədqiqatçısı, Azərbaycan dilinin ilk еlmi qarmmatikasının yaradıcısı, babilər hə­rəkatının, Şamil hərəkatının ilk təd­qiqat­çılarından biridir.
«Müridizm və Şamil», «Bab və babilər», «Fir­dovsi əsərlərində fars mifologiyası» əsas əsər­lə­ridir. M.Kazım bəy «Firdovsi əsərlərində fars mifologiyası» əsərində qeyd edirdi ki, əfsanə və rəvayətlər хalqların tariхində vacib rol tutur. O, bеlə bir qənaətə gəlmişdir ki, miflərin rеal zə­mi­ni mövcuddur.
O, Şərq mifologiyasını iki hissəyə al­lahlar və ruhlar haqqında olan miflər və хalis mi­foloji qüvvələrə bölürdü. Onun fikrincə, хalq kеç­mişini, qəhrəmanlığını öz yaradıcılığında təzahür еtdirmək üçün qəhrəman, ruh, cəngavər və s. ob­­razlar yaradıb.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin