Rabil Mehtiyev Fəlsəfə


Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabi



Yüklə 0,74 Mb.
səhifə13/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   56
mehtiyev (1) (2)

Həsən bəy Səlimbəy oğlu Məlikov Zərdabi (1842-1907) Azərbaycanda elmi– materialist təbiətşünaslığın əsa­sını qoymuş, Darvinizmin təbliğatçılarından biri idi. O, üzvi aləmin, heyvan və insanın meydana gəlməsinin təbii–elmi qanunauyğunluqlarını şərh etmişdir. Azər­baycan mətbuatının əsasını qoyan mütəfəkkir 1875– ci ildə «Əkinçi» qəzetini nəşr etdirməyə başladı. Bununla da maarifçilik ideyalarının yayılması üçün əlverişli şərait yaranmışdır ki, bu da Azərbaycanda geniş insan kütlə­lə­ri­nin maariflənməsində vasitə olmuşdur.
Əsas əsərləri «Torpaq, su və hava», «Bədəni səlamət saxlamaq düsturüləməli», «Barama qurdunun saxla­n­ma­sı»dır. Bu əsərlərində Həsən bəy Zərdabi özünün elmi– ma­terialist baxışlarını əks etdirmiş, dünyanın allah tərə­fin­dən yaradılması və axirət haqqında dini təlimi inkar et­mişdir. O, hərəkət, məkan zaman və kainatın dərk edil­məsi haqqında baxışları ilə məşhurdur.
Cəmiyyətə baxışlarında alim sosial ədalətsizlikləri, zül­mü, haqsızlıqları tənqid etmişdir. O, inqilabi dəyi­şik­lik­lərsiz maarifin, elmin yayılması yolu ilə yeni cəmiy­yətin qurulmasınına ümid etmişdir.
Nəriman Nərimanov (1870-1925) dialektik materialist filosof kimi qeyd etmişdir ki, təbiətdə hər şey dinamik olduğu kimi, insanın şüuru, fikri, biliyi də sabit qala bil­məz. Bu dəyişmə öz obyektiv daxili qanuna­uy­ğun­lu­ğu­nun nəticəsi kimi meydana çıxır.
Əsas əsərləri «Nadanlıq», «Nadir şah», «Pir», «Şamdan bəy», «Bahadır və Sona»dır. O, inqilabçı kimi, xal­qın sosial– siyasi, iqisadi və mənəvi azadlığı uğrunda mü­barizə apararaq nadanlığı, avamlığı kəskin tənqid edib. Nəriman Nərimanov monarxiyaya qarşı olmuş, de­mok­ratik parlamentli respublikanın tərəfdarı idi.
Əsərlərində sosial-iqtisadi geriliyi, insanların mənə­viy­yatının pozulması və sair ictimai problemləri qabart­mış­dır. Bununla da o Azərbaycanın ictimai fikrində ma­arif­çi-demokrat kimi tanınmışdır. Onun əsərlərinin fəlsəfi məzmununun yetkinliyi şübhəsiz ki, Şərqi yaxından bil­mə­si, Şərq xalqlarının milli mentalitetinə bələdliyi idi. Bu mə­nada onun vəfatının Şərqin ən böyük şəxsiy­yət­lə­rin­dən birinin itkisi kimi dəyərləndirilməsi təbiidir.
N. Nərimanov Azərbaycan ictimai və bədii fikrində özü­nə məxsus yeri olan bir şəxsiyyət kimi həm də ali döv­lət vəzifələrində çalışmışdır. Azərbaycan Res­pub­li­kası Nazirlər Kabinetinin qərarı ilə Nəriman Nərima­nov Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.
XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycanda kapitalist münasibətləri daha çox bərqərar oldu. Bu ba­xım­dan sənayenin müxtəlif sahələrində, istehsal və tica­rət­də yeni təbəqələr formalaşırdı. Bu xüsusda rus və Av­ropa inkişaf yolunu dəstəkləyən maarifçilərin yeni nəsli formalaşırdı. (xatırlayaq ki, birinci nəsil XIX əsrin 30-40-cı illərində, ikinci nəsil isə XIX əsrin 70-ci illərdə ye­tiş­miş­di). Yeni nəslin nümayəndələri Ə.Ağayev, Ə.Hü­seyn­zadə, M.Ə.Rəsulzadə, Ü.Hacıbəyov, Ə.Topçubaşov, Ə.Ca­vad və başqaları milli-dirçəliş və milli-azadlıq ide­ya­larını irəli sürürdülər.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin