Cəmaləddin Əfqani (1839-1897) islamın mahiyyətini təhrif edən əlavələrə qarşı olmuş, bununla da islamın əsl formada təbliğinin ideoloqu olmuşdur. Əfqani təxəllüsünü daşıması alimin çoxlu səyahətlər etməsi və bir müddə Əfqanıstanda müəyyən vəzifələrdə çalışması ilə əlaqədar idi. Lakin o əslən Cənubi Azərbaycandan olmuş və azərbaycan dilində səlis danışırdı. Hesab edirdi ki, islamın daxilində yaranan müxtəlif təriqətlər və inanclar onun təhrifinə səbəb olmuşdur.
Qeyd edirdi ki, islamın reqressiyası xarici amillərdə deyil, daxili parçalanmalardadır. Onun fikrincə, islamın geriliyinin səbəbi müsəlman alimlərinin elmləri islami və Avropa elmlərinə ayırmaqla mütərəqqi Avropa elmi ənənələrinə maneələr yaratmışlar. Əfqani bunu səhv yanaşma adlanır elmin mahiyyətində dini və ya milli amillərin deyil, sübut və dəllilərin durduğunu qeyd edirdi.
Onun fikrincə, Quran azadlıq, bərabərlik və ədalət prinsipinə əsaslanır, islam dünyasının nicatıdır. Əfqani ümidvar idi ki, islam müasirləşəcək, müsəlmanlar cəhalətdən mütləq azad olacaq və tərəqqi yolunu tutacaqlar. Bunu üçün islama rasional yanaşılmalı, elmi cəhətdən öyrənilərək təbliğ olunmalıdır.
Mirzə Fətəli Axundov (1812-1878) Azərbaycan maarifçilik fəlsəfəsinin əsas nümayəndəərindən biri olmaqla Tiflisdə fəaliyyət göstərmiş, Qafqaz canişinliyində tərcüməçi kimi polkovnik rütbəsinədək yüksəlmişdir. Əsas əsərləri “Hekayəti Molla İbrahim-Xəlil Kimyagər” (1850), “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat” və “Dərviş Məstəli Şah Cadükuni Məşhur (1850), “Sərgüzəşti-vəziri-xani-Lənkəran (1850), “Hekayəti Xırsi-Quldurbasan” (1851), “Mürafiə vəkillərinin hekayəti” (1855) olmuşdur.
Azərbaycan maarifçisi, materialistfilosofu və ictimai xadimi, Azərbaycan dramaturgiyası, milli ədəbiyyattariximizdə realist bədii nəsrin və Azərbaycan ədəbiyyatında ədəbi tənqidin banisi kimi tanınmışdır.
M.Axundovun fəlsəfi fikirlərində dinin tənqidi önə çıxırdı. Elm və dini qarşılaşdıraraq dini tərəqqi yolunda ən böyük maneə kimi qeyd edirdi.
Axundov qeyd edirdi ki, elm, maarif tərəqqinin əsasıdır. Dünyanın əsası maddidir, təbiətin hər cür təzahürü öz-özünün səbəbidir. O, hissi idrakın rolunu həlledici hesab edirdi və elmi yaradıcılığında sosial-siyasi problemlər mərkəzi yer tuturdu.
O, feodal qayda-qanunlarını tənqid edir, ictimai həyatın ədalətlə yenidən qurulmasının tərəfdarı idi. O, maarifpərvər, ədalətli hökmdara ümid bağlayırdı və konstitusiyalı monarxiya ideyasını dəstəkləyirdi. Filosofun fikrincə, azadlıq insanın təbii hüququdur, insanın inkişaf etməsinin qaçılmaz şərtidir. Hər kəs öz fikirlərini azad surətdə söyləmək, təbliğ etmək, yaşamaq hüququna malikdir.
O, insan azadlığı problemini insan hüquqlarının təmin edilməsi ilə əlaqələndirir və insan hüququnu qorumayan quruluşun məhvini zəruri sayırdı.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Mirzə Fətəli Axundov əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Haqqında qısametrajlı filmlər və iki bədii film çəkilmişdir.