Rabil Mehtiyev Fəlsəfə


Dialektika və onun inkişaf tarixi



Yüklə 0,74 Mb.
səhifə45/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   56
mehtiyev (1) (2)

1. Dialektika və onun inkişaf tarixi.
Dialektika yunan sözü olub, mənası mübahisə etmək de­məkdir. Qədim Yunanıstanda dialektikanı mübahibə yo­lu ilə həqiqəti sübuta yetirmək sənəti hesab edirdilər.
Dialektika dünyaya vahid, qarşılıqlı əlaqəli bir bü­töv­lük kimi yanaşan, onu əbədi dəyişmə və inkişafda gö­tü­rən, təbiət, cəmiyyət və idrakın ən ümumi inkişaf qanun­ları haqqında fəlsəfi təlimdir.
Dialektika iki yerə bölünür: obyektiv və subyektiv dialektika. Obyektiv dialektika insan şüurundan asılı olmadan mövcud olan varlığın dialektikasıdırsa, sub­yek­tiv dialektika obyektiv dialektikanın insan, bəşəriyyət tərə­findən fərdi və ictimai şüurda əksidir.
Dialektikanın əsas prinsipləri bunlardır: hadisələrin ən ümumi qarşılıqlı əlaqəsi prinsipi, inkişaf prinsipi, ob­yek­tivlik prinsipi, tarixilik prinsipi, nəzəriyyə və prak­ti­kanın vəhdəti, həqiqətin konkretliyi prinsipi və sair. Dia­lek­tikanın tərkib hissələrini belə qruplaşdırmaq olar:
bi­rincisi, dialektika təbiətin təkamülü haqqında fəlsəfi tə­lim kimi;
ikincisi, cəmiyyətin tarixi təkamülü haqqında fəlsəfi təlim kimi;
üçüncüsü, dialektika təfəkkürün formaları və qanun­la­rı haqqında fəlsəfi təlim kimi;
dördüncüsü, dialektika idrak haqqında, onun forma­la­rı və metodları haqqında fəlsəfi təlim kimi.
Buna əsasən demək olar ki, dialektika təbiət, cəmiyyət və insan təfəkkürünün ən ümumi qanunları haqqında tə­limdir.
Dialektikanın funksiyaları bunlardır: dünyagörüşü funk­siyası; ontoloji funksiya; qnoseoloji funksiya; mən­ti­qi funksiya; metodoloji funksiya; uzaqqgörənlik funksi­yası.
Dialektikanın üç əsas qanunu var:
1.Kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişik­lik­ləri­nə və əksinə keçməsi qanunu;
2.Əksliklərin vəhdəti və mübarizəsi qanunu;
3.İnkarı inkar qanunu.
Dialektikanın qanunlarının hər üçü vəhdətdə olub, on­ların birgə fəaliyyəti sayəsində predmet və hadisələr hə­rəkət və inkişaf edir. Dialektika qanunlarından hər biri ey­ni hadisə və prosesi müxtəlif cəhətdən səciyyələndirir.

Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin