Rabil Mehtiyev Fəlsəfə


Fəlsəfədə həqiqət problemi



Yüklə 0,74 Mb.
səhifə44/56
tarix06.09.2023
ölçüsü0,74 Mb.
#141717
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   56
mehtiyev (1) (2)

4.Fəlsəfədə həqiqət problemi.
Fəlsəfə elmində idrakın nəzərdən keçirilməsi son ola­raq həqiqət anlayışının izahını zəruri edir. Çünki ətraf alə­min insan tərəfindən dərk edilməsi nəticəsində atılan ad­dımlar, həyata keçirilən fəaliyyətlərin insanlara nə də­rə­cədə gərəkli olması daim düşündürücüdür. İdrak pro­se­sində qazanılmış biliyin səmərəliliyi, insana həyatda də­qiq fəaliyyət üsulu seçməyə şərait yaratması və plan­laş­dırılan hədəflər naminə reallığa adekvat olması üçün o hə­qiqi olmalıdır. Beləliklə, idrak nəticəsində əldə edilən bi­liyin gerçəkliyə uyğunluğu məsələsi fəlsəfədə həqiqət prob­lemi adlanır.
Həqiqətin əsas meyarı, etalonu praktika hesab olunur. İnsandan və bəşəriyyətdən asılı olmayan reallıq obyektiv həqiqəti təşkil edir. Obyektiv həqiqət iki yerə ayrılır: nisbi və mütləq həqiqət.
Tarixi şəraitdən asılı olan obyektiv həqiqətin idrakın müvafiq inkişaf səviyyəsində əldə edilmiş dəqiqlik, tam­lıq dərəcəsini ifadə edən forması nisbi həqiqət adlanır. İnsan idrakı, o cümlədən elmin inkişafı nisbi həqiqətlərin bir-birini əvəz etməsini şərtləndirir. Bununla da, həqiqət insan tərəfindən daha tam, dolğun formada dərk olunur. Tamamlanmış formada olan, elmin və praktikanın sonra­kı inkişafı ilə təkzib olunmayan bilik mütləq həqiqəti təş­kil edir.


5. Elmi idrakın forma və metodları.
İdrakın ən ali səviyyəsi elmi idrakdır. Belə ki, realığın dərk edilməsi, müvafiq nəzəriyyələrin yaradılması elmi yolla daha mötəbər və təfsilatlı olur. Ümumiyyətlə, elm in­san fəaliyyətinin tarixən formalaşan, real vəziyyəti da­ha səmərəli istiqamətdə dəyişdirən idrak formasıdır.
Elmin bir çox sosial funksiyaları var ki, bunlardan ən əsası yeni biliklərin yaradılmasıdır. Digər funksiya dün­ya­görüşü funksiyasıdır. Başqa vacib funksiya kimi elmin so­sial qüvvə kimi cəmiyyətin avanqard hissəsinə kömək etməsidir.
Elmi idrakın formalarından anlayış, mühakimə, əqli nəticə, fərziyyə, nəzəriyyə, hipotez qeyd oluna bilər.
Elmi idrakın mühüm formalarından biri problemdir ki, bu da elmi idrakda zəruri moment, köhnə bilikdən ye­ni biliyə, biliksizlikdən biliyə keçidi ifadə edir. Elmi idrakın problemlə bağlı olan mühüm formala­rın­dan biri ideyadır. İdeya biliklərin sistemləşdirilməsi və nəzəriyyənin qurulması prosesini ifadə edir. Nəzəriy­yə müəyyən sahəyə aid olan hadisələri təsvir və izah edən biliklərin məcmusudur. Hipotez hadisənin səbəbini izah edən və hələ sübut edilməmiş elmi fərziyyədir.
Elmi idrakın metodları müşahidə, müqayisə, ölçmə, eksperiment, analiz və sintez, induksiya və deduksiyadır.
Müşahidə tədqiq edilən obyektlərə aid hadisələrin əv­vəl­cədən düşünülmüş şəkildə izlənilməsidir. Bu metodda əsas rolu hiss üzvləri oynayır. Müşahidə təzahürlərin xa­rak­terini üzə çıxarmağa xidmət edir. Elmi dövriyyədə iki cür müşahidənin olması qeyd olunur: hadisələrin kənar­dan izlənilməsi ilə məşğul olan sadə və ya adi müşahidə; bir­gə həyata keçirilən və hadisəni daxildən təhlil edən mü­şahidə metodu. Müşahidə seçici xarakter daşıyır və müəy­yən məsələni seçmək üçün hər hansı problemin ol­ma­sı zəruridir.
Müşahidə məqsədəmüvafiq olaraq, əvvəlcədən düşü­nül­müş formada həyata keçirilir. Mütəxəssislər bu meto­dun üstünlüyünü onun təbii şəraiti əks etdirməsi ilə əla­qə­ləndirirlər. Başqa sözlə, müşahidə obyektləri onların izlənilməsindən xəbər tutmayaraq öz əvvəlki həyat tər­zi­nə davam edirlər. Məsələn, seleksiyaçı məşqçilərin id­man­çı seçmələrini göstərək. İdmançı seçərkən bu barədə həmin idmançılara məlumat vermədən müşahidə apa­rır­lar. Belə olduqda həmin idmançılar izlənildiklərini bilmə­dən öz adi rejimlərində fəaliyyət göstərirlər.
Müşahidə qısamüddətli, uzunmüddətli, dövrü olaraq şərti növlərə bölünür. Qısamüddətli müşahidəyə misal ola­raq, məsələn yol polisnin günün müəyyən saatında nəq­liyyatın hərəkətini izləməsini göstərmək olar. Uzun­müd­dətli müşahidə isə yol polisinin müəyyən ərazidə mü­tə­madi olaraq nəqliyyatın hərəkətini izləməsi gös­təri­lə bilər.
Dövrü müşahidəyə gəldikdə yol polisnin müəyyən vaxt­larda, məsələn beynəlxalq yarışlar təşkil olunarkən apar­dığı müşahidəni qeyd etmək olar.
Eksperiment (lat. «experimentum» - sınaq, təcrübə) elə tədqiqat metodudur ki, o obyektin xassə və əlaqələri haq­qında informasiya əldə etmək məqsədilə yaradılmış xü­susi şəraitin olmasını tələb edir. Müşahidə meto­dun­dan fərqli olaraq eksperiment zamanı prosesdə insan ha­di­sələri yalnız passiv şəkildə müşahidə etmir, zəruri hal­larda müdaxilə edir.
Eksperiment metodu həm də vəziyyətdən irəli gələ­rək iştirakçıları təcrid etmək, onların fəaliyyətini məh­dud­laşdırmağı da ehtiva edir. Eksperimentin xarak­te­rin­dən asılı olaraq tədqiqatçı həmin strukturun element­lə­rini nəzərə alır və lazım gəldikcə istifadə edir. Bura labo­ra­toriya, cihazlar və sair köməkçi elementlər daxildir.
Analiz hər hansı bir tamı fikrən tərkib hissələrinə, ele­ment­lərinə, əlaqələrinə ayırmaqla həyata keçirilir. Sintez isə hissə və elementlərini fikrən bir tam kimi birləş­dir­məyə imkan verən üsuldur.
Abstraktiya metodu onu ifadə edir ki, insan öyrəndiyi obyekti və onun xassələrini birdən-birə dərk edə bilmir. Bunun üçün fikri olaraq obyektin bu və ya başqa tərəfini dərk etməyə çalışır. Ümumiləşdirmə o idrak metodudur ki, onun sayəsində tədqiq olunan obyektin ümumi xas­sələri və əlamətləri müəyyənləşdirilir. Formalaşdırma elə id­rak metodudur ki, müəyyən obyekti araşdırarkən onun formaları məzmundan ayrılıb öyrənilir, ümumiləşdirilir, qənaətlər əldə edilir. Aksiomlaşdırma idrakın elə meto­du­dur ki, hər hansı bir nəzəri bilik almaq üçün elə arqu­ment­lər irəli sürülür ki, həmin vəziyyət heç bir sübut tələb etmir. Modelləşdirmə elmi idrak metodu kimi geniş istifadə edilir. Əsasən eksperiment zamanı modellərdən geniş istifadə edilir. Modellər tədqiqat obyektini əvəz edir. Elmi idrakın ən ali formasını ehtimallar, fərziyyələr və nəzə­ri­y­yə­lər təşkil edir. Fərziyyə faktlardan və əqli nə­ti­cələrdən meydana çıxan dü­nyanın dərk olunmamış sa­hə­lərinə bələd olmaq məqsədi daşıyan gümandır, qa­baq­ca­dan verilmiş ideyadır. Bir məqama diqqət etmək la­zımdır ki, fərziyyə həm təsdiq, həm də inkar oluna bi­lər, ya­xud da qismən doğru ola bilər.
Nəzəriyyə anlayışı hadisələr haqqında həqiqi sına­nıl­mış təsəvvürlər, ideyalar, prinsiplər sistemini ehtiva edir. Bir az da konkretləşdirsək nəzəriyyə heç bir mübahisə ya­ratmayan, tamamlanmış biliklər kompleksidir.
Nəzəriyyə reallığın bu və ya digər sahəsinin mövcud­lu­ğu və inkişafının xarakterini müəyyən edən, onun xas­sə­­ləri, qanunauyğunluqları, səbəb-nəticə əlaqələri, ma­hiy­­yəti haqqın­da ən yüksək əsaslandırılmış, bitkin elmi bi­l­ik­lər sistemidir. Universal idrak metod­ları kimi: analiz və sintez, induksiya və deduksiya, abstrakdan konkretə yük­­­səl­mə qeyd oluna bilər.
Analiz və sintez ən ümumi idrak metodları kimi geniş tətbiq olunur. Analiz metodu, obyektin daxili struktur his­sələrinə ayırmaqla tədqiq olunmasıdır. Sintez isə pred­met və ya hadisəni təşkil edən xüsusiyyətlərin xə­ya­lən birləşdirilməsi yolu ilə onun haqqında tam mənzə­rə­nin alınmasıdır.
Elmi idrakın tədqiqi metodları induksiya və de­duk­si­ya­dır. İnduksiya fikrin təkcələrdən, xüsusilərdən ümu­mi­yə doğru istiqamətlənməsi yolu ilə nəticə əldə etməkdir. Mə­sələn, Vüsal və Nigar şagirddirlər. Bütün şagirdlər mək­təbə vahid geyim formasında getməlidirlər. Deməli, Vü­sal və Nigar da məktəbə vahid geyim formasında get­mə­lidirlər.
Deduksiyada isə ümumidən təkcələrin, ayrıcı və xü­su­silərin tədqiqinə doğru nəticə çıxarılır. Məsələn, ko­man­danın bütün üzvləri mükafatlandırılacaq. Səfiyyə və Tey­mur da komandanın üzvləridir. Deməli onlar da mü­kafatlandırılacaqlar.

Mövzu 11.


Dialektika ən ümumi əlaqə və inkişaf haqqında təlimdir




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin