Rafiq İsmayılov Solmaz Abdullayeva



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix24.04.2017
ölçüsü4,8 Kb.
#15708
1   ...   4   5   6   7   8   9   10   11   12

1-ci hissə
Jenya adlı bir qız var idi. Bir dəfə anası onu
mağazaya, bublik almağa göndərmişdi.
Satıcı bublikləri bir ipə keçirib qıza verdi.
Jenya evə qayı darkən yolda hər tərəfə
boylanır, mağazaların üzərindəki lövhələri
oxuyur, sərçələri sayırdı. Əlindəkinə isə heç
fikir vermirdi. Amma nahaq yerə. Çünki
onun dalınca düşən it bublikləri bir-bir
ipdən qoparıb yeyirdi. Jenya ayılanda artıq
gec idi: it sonuncu bubliki çeynəyərək ağzını
yalayırdı.
- Ah, yaramaz! - deyə Jenya qışqırdı və itin
dalınca qaçdı.
Əlbəttə, o, itə çata bilmədi. İtə çatmağı bir yana qalsın, o qədər ora-bura qaçdı ki,
yolu azdı və ağlamağa başladı. Bu vaxt haradansa bir qarı peyda olub ondan niyə
ağladığını soruşdu. Jenya başına gələnləri qarıya danışdı. Qarının qıza yazığı gəldi.
Onu öz bağçasına gətirib bir çiçək bağışladı. Çiçəyin hərəsi bir rəngdə yeddi ləçəyi
var idi. Qarı dedi:
- Bu, adi çiçək deyil. O sənin bütün arzularını yerinə yetirə bilər. Bunun üçün
ləçəklərdən birini qoparıb deməlisən:
Uç, çiçəyin ləçəyi, 
Qərbdən Şərqə qanadlan, 
Keç Cənubdan, Şimaldan. 
Gəz, dolan bütün Yeri, 
Elə ki döndün geri, 

Uç, qon mənim ovcuma, 
Çatdır məni arzuma.
Sonra da arzunu söyləməlisən. Jenya qarıya nəzakətlə təşəkkür edib bağçadan çıxdı
və yalnız indi yadına düşdü ki, evə getmək üçün yolu tanımır. 
O, geri dönüb yolu
qarıdan soruşmaq istədi, amma ... qarını gördü, ... bağçanı.
 Jenya əvvəl istədi
ağlasın, lakin birdən çiçəyi xatırladı:

- Görək bu necə çiçəkdir?
Jenya sarı ləçəyi qoparıb qarının öyrətdiyi sözləri təkrar etdi və dedi:
- İstəyirəm bubliklərlə birgə evdə olum!
Bunu demişdi ki, bir də gördü evdədir, əlində də bubliklər.
“Bu, doğrudan da, əla çiçəkdir”, - deyə Jenya düşündü və gülü qoymaq üçün
servantdan ən gözəl güldanı götürdü. Birdən güldan əlindən düşüb çilik-çilik oldu.
Mətbəxdən anasının səsi gəldi:
- Yenə nəyi sındırdın?
- Yox, anacan, mən heç nəyi sındırmadım, sənə belə gəlir.
Jenya tələsik gülün qırmızı ləçəyini qoparıb sehrli sözləri söylədi və dedi:
- İstəyirəm anamın sevimli güldanı sağ-salamat öz yerinə qayıtsın.
Ana mətbəxdən qaçıb gələndə güldan öz yerində dururdu.
DİL QAYDALARI
DÜŞÜN VƏ CAVAB VER
2-ci hissə
Jenya çiçəyini də götürüb həyətə düşdü. Gördü ki, həyətdəki oğlanlar quma bir ağac
1. 
Mavi rəngli cümlədə nöqtələrin yerinə nə yazılmalıdır?
A) ya ... ya da
B) nə ... nə də
C) gah ... gah
da
2. 
Oxuduğun hissəyə uyğun olaraq Jenyanın xarakteri haqqında fikir söylə və
ona münasibət bildir.

batırıblar, özləri də köhnə taxtaların üstündə oturublar. Jenya da onlara qoşulmaq
istədi, ancaq oğlanlar etiraz etdilər:
- Yox, görmürsən bura Şimal qütbüdür?! Biz qızları Şimal qütbünə aparmırıq.
- Bu necə Şimal qütbüdür? Burada ki ancaq taxta parçaları var!
- Taxta yox, buz parçaları! Çıx get, mane olma.
- Çox lazımdır, sizin acığınıza mən əsl Şimal qütbünə gedəcəyəm.
Jenya kənara çəkildi, gülün göy ləçəyini qoparıb sehrli sözləri pıçıldadı və arzusunu
bildirdi:
- İstəyirəm elə bu dəqiqə Şimal qütbündə olum! Oldu da! Təsəvvür edirsiniz?! Yüngül
yay paltarında,

tək-tənha, 50 dərəcə şaxtada! Hələ üstəlik, buzların arasından bir-birinin ardınca ağ
ayılar çıxmağa başladı. Soyuqdan və qorxudan titrəyən Jenya donmuş barmaqları ilə
gülün yaşıl ləçəyini qoparıb var gücü ilə sehrli sözləri qışqıraraq dedi:
- İstəyirəm öz həyətimizə qayıdım.
Elə o andaca yenidən öz həyətlərinə qayıtdı. Oğlanlar ona baxıb güldülər:
- Hə, nə oldu, Şimal qütbünə getdin?
Jenya daha oğlanlara baş qoşmayıb qızların yanına getdi. Qızlarsa bu zaman
oyuncaqlarla oynayırdılar. Jenya bir qızlara, bir də oyuncaqlara baxdı. Bunlar çox
müxtəlif, çox gözəl oyuncaqlar idi. Jenyanın lap paxıllığı tutdu, çiçəyin narıncı ləçəyini
qoparıb astadan dedi:
- İstəyirəm mağazalarda nə qədər oyuncaq var, hamısı mənim olsun.
Elə bunu demişdi ki, onun üstünə hər tərəfdən oyuncaqlar “yağmağa” başladı.
Təsəvvür edirsiniz nə oldu? Həyətlər, küçələr, meydanlar gülən, oxuyan, fit verən ən
müxtəlif oyuncaqlarla doldu.
- Bəsdir, bəsdir! - deyə Jenya dəhşət içində qışqırdı. - Mənə bu qədər oyuncaq lazım
deyil. Mən zarafat edirdim.
Jenya tələsik gülün bənövşəyi ləçəyini qoparıb sehrli sözləri söylədi və dedi:
- İstəyirəm bütün oyuncaqlar mağazalara qayıtsın.
Elə o andaca bütün oyuncaqlar yox oldu.
3-cü hissə
Jenya öz çiçəyinə baxdı, onun bircə ləçəyi qalmışdı.
3. 
Şimal qütbü haqqında bildiklərini danış.
4. 
Jenya narıncı ləçəyi qopardıqdan sonra neçə ləçək qaldı?

- Əcəb işdir! Altı ləçəyi elə-belə, mənasız yerə yelə verdim! Tamamilə faydasız! Eybi
yoxdur, indi gərək ağıllı olum.
Jenya küçə ilə gedir, düşünürdü: “Görən indi nə istəyim? Gəlsənə iki kiloqram ən
yaxşı konfet istəyim? Yox, yaxşısı budur, velosipedim olsun. Ya,

bəlkə, kinoya, sirkə bilet? Amma yox, daha yaxşı şeylər istəmək olar. Gərək
tələsməyim, yaxşı fikirləşim”.
Bu fikirlərlə Jenya gedir, heç ətrafa da baxmırdı. Amma birdən o, gözlərini qaldırdı və
darvazanın qabağında skamyada oturan bir oğlan gördü. Bu çox yaxşı oğlan idi. O
saat görünürdü ki, dalaşqan deyil. Oğlanın iri, göy, eyni zamanda mehriban gözləri
var idi. Jenya onunla tanış olmaq istədi, adını soruşdu.
- Vitya, - deyə oğlan cavab verdi. - Bəs sənin adın nədir 1
- Jenya. Gəl qaçdı-tutdu oynayaq 2
- Oynaya bilmərəm 3 mən axsağam.
Jenya ancaq indi onun şikəst ayağını gördü və dedi:
- Çox heyif, sən mənim çox xoşuma gəldin, səninlə həvəslə oynayardım.
- Sən də mənim çox xoşuma gəldin, səninlə oynamaq istəyərdim. Amma nə etmək
olar, mümkün deyil. Bu, ömürlükdür.
- Necə yəni ömürlükdür?! Bu heç də belə deyil! Bax!
Jenya cibindən qiymətli çiçəyini çıxartdı, ehmalca son mavi ləçəyi qopardı və
xoşbəxtlikdən titrəyən həzin səslə oxudu:
Uç, çiçəyin ləçəyi, 
Qərbdən Şərqə qanadlan, 
Keç Cənubdan, Şimaldan. 
Gəz, dolan bütün Yeri, 
Elə ki döndün geri, 
Uç, qon mənim ovcuma, 
Çatdır məni arzuma.
Sonra ucadan dedi:
- İstəyirəm ki, Vitya sağlam olsun!

Həmin dəqiqə oğlan skamyadan sıçrayıb qalxdı və Jenya ilə qaçdı-tutdu oynamağa
başladı. Özü də o elə yaxşı qaçırdı ki, Jenya nə qədər çalışsa da, ona çata bilmirdi.
Valentin Katayev

DÜŞÜN VƏ CAVAB VER
YAZI
5. 
Jenya hansı ləçəkdən faydalı iş üçün istifadə etdi?
6. 
Mətnin sonuncu hissəsini oxuduqdan sonra Jenyanın xarakteri haqqında
düşüncələrinə nə əlavə edərdin?
7. 
Sən Jenyanın yerində olsa idin, ləçəklərdən necə istifadə edərdin?
8. 
Mətndə nömrələnmiş boşluqlara hansı durğu işarələri əlavə olunmalıdır?
A) (.), (?), (,) 
B) (?), (.), (,) 
C) (,), (?), (.)
Qoşa nöqtə. Tire
9. 
Mətndə mavi rənglə verilmiş hissədə durğu işarələrinə diqqət yetir. Onların
qoyulma qaydasını izah et.
10. 
Mavi boşluqların yerinə müvafiq durğu işarələrini qoymaqla aşağıdakı mətni
dəftərinə köçür.
Bəhlulun qarğı atı
Bir gün Bəhlul, adəti üzrə, qarğı atını minib gəzirdi. Bir nəfər onu
dayandırıb deyir
Bəhlul sənin hərəkətinə baxanda adamın gülməyi gəlir. Amma çox ağıllı
sözlərin və işlərin var. Bunları haradan, kimdən öyrənmisən
Bəhlul deyir
Ağılı dəlilərdən öyrənmişəm. Onlar nə etmişdilərsə mən etməmişəm, nəyi
etməmişlərsə, mən etmişəm
Qoşa nöqtə (:) və tire (-) durğu işarələridir. Yazıda dialoq zamanı
danışanın sözlərindən əvvəl bu durğu işarələrindən istifadə olunur.
Məsələn:
Ana dedi:
- Tələs, İlkin, dərsə gecikərsən.

YAXŞILIĞA ƏVƏZ
SÖZ EHTİYATI
Kök yeyərək meşəylə 
Gedirdi bala dovşan. 
Mahnı da oxuyurdu 
Fit çala-çala dovşan. 
“Kefim kök, damağım çağ, 
Adımdır Palazqulaq. 
Kim deyir ki, çəpgözəm, 
İnanmayın bu sözə... 
Kök yeyirəm, kökəlim, 
Kök yeyirəm, yekəlim. 
Kökdə çox vitamin var, 
Kim yesə, tez boy atar. 
Sevirəm gəzməyi də, 
Meşəni süzməyi də, 
Atılmağı-düşməyi, 
Qar üstə sürüşməyi...”
Yol üstə bala dələ 
Dedi: - Bir dayan hələ,
Mahnını sonra oxu, 
Sənə sözüm var axı. 
Qabaqda canavar var, 
Qayıt, işin pis olar! 
Dovşan dedi: - Ay dələ, 
Sağ ol! Al, kök ye hələ. 
Dələ ötdü: - Yox, - deyib, 
- Anam mənə söyləyib: 
“Yaxşılıq eləyən kəs, 
Ona əvəz istəməz”.
Hikmət Ziya
Mavi rəngli sözün kökü hansı
mənanı bildirir?
A) Bitkinin torpaq altında olan və onu qidalandıran hissəsi 
B) Sarı və ya sarı-qırmızı rəngli kökümeyvəli bitki 
C) Şişman, gonbul

- Nə olar, Allah rizası üçün, - deyə dilənirdi.
Həzrət Əli Qənbərdən soruşdu:
- Qənbər, nə istəyir bu yoxsul?
-Xurma istəyir, ağam.
- Elə isə ver.
-Xurma çuvaldadır, ağam.
- Çuvalla bir yerdə ver.
- Çuval dəvənin üstündədir.
DƏVƏ İLƏ VER
Həzrət Əli axşama qədər işləyir, axşam
olunca da dəvəsinə bir çuval xurma
yükləyib evinə qayıdırdı. Dəvənin noxtası
köməkçisi Qənbərin əlində idi. Özü də
qabaqda gedirdi. Mədinəyə girəndə yolun
kənarından bir səs gəldi. Yoxsul bir adam
əlini açıb:

- Elə isə dəvə ilə birlikdə ver.
Əmri yerinə yetirən Qənbər sonradan danışırdı: “Dəvənin ipi də mənim əlimdədir”
deməkdən qorxdum...”
DÜŞÜN VƏ CAVAB VER
Qənbərin qorxmağına səbəb nə idi? Mətnin sonunda nöqtələrin yerinə nə
yazardın?

bu saat durub qaçmasa, sonra canını qurtara bilməyəcək.
Nəğmə sürətlə ceyrana yaxınlaşdı. Qulağını, boynunu yaladı. Onun ürəyindən
qorxunu götürdü. Ceyran cürətləndi və gizləndiyi yerdən çıxıb meşənin dərinliklərinə
doğru qaçdı.
Ovçu ceyranın qaçdığını görüb silahına tərəf atıldı, amma gec idi. Ceyran gözdən
itmişdi. Ovçu acıqlı-acıqlı saqqalını qaşıdı.
2-ci hissə
Nəğmə şəhərə qayıtdı. Xiyabanlar adamla dolu idi. Bir küçədə uşaqlar dondurma
növbəsinə dayanmışdılar. Sarı paltarlı bir qız isə kənarda dayanıb ağlayırdı.
Dondurma növbəsində duran hündürboy, arıq bir oğlan ona yaxınlaşdı.
- Niyə ağlayırsan? - deyə soruşdu.
- Anam çörək almaq üçün pul vermişdi, itirmişəm, - deyə qız gözlərinin yaşını sildi.

- Çox pul idi?
- Bir manat.
- Bir manatdan ötrü ağlayırsan? - deyə gonbul bir oğlan söhbətə qarışdı.
- Bəs evə çörəksiz necə qayıdım?..
Gonbul oğlan üzünü çevirib dondurma aldı.
Hündürboy arıq oğlan əlində tutduğu xırda pulları qıza uzatdı.
- Al, çörək alarsan, - dedi.
- Bəs sən dondurmanı necə alacaqsan?
- Eybi yoxdur. Bir gün dondurma yeməsəm də olar.
Uşaqların bu söhbəti nəğmənin çox xoşuna gəldi. Onların başının üstündə dövrə
vurdu.
Qız dedi:
- Ünvanını de. Sabah pulu qaytararam.
- Qaytarmasan da olar. Amma ünvanımı

deyərəm. Adım Anardır. Bax o sarı binanı görürsən,
orada oluram. 164-cü mənzildə.
Qız çörək mağazasına tərəf qaçdı.
Körpə nəğmə sevinclə havaya qalxdı. İndi o harada
yaşayacağını bilirdi...
3-cü hissə
Körpə nəğmə Anarın bayaq göstərdiyi həmin binanı
tapdı.
Heyif ki, mənzilin nömrəsini unutmuşdu. Nədənsə yaddaşında yalnız 1-ci, 4-cü və 6-
cı notlar qalmışdı. “Do, fa, lya” oxuya-oxuya nəğmə 146 nömrəli mənzilə gəldi. Hamı
yatırdı. Mətbəxdən təzə xörək iyi gəlirdi. Nəğmə yataq otağına girdi. Kimsə
xoruldayırdı. Çarpayıya yaxınlaşdı. Ay aman! Çarpayıda yatan bu gün meşədə
gördüyü ovçu idi.
Nəğmə bu evdən sürətlə çıxdı. Bu dəfə ürəyində notların yerini dəyişdi. 164-cü
mənzilə gəldi. Anar güllü yorğana bürünüb yatırdı. Onun üzündə eynən bu nəğməyə
bənzəyən qəribə bir təbəssüm var idi. Elə bil bu gün doyunca dondurma yemişdi.
Nəğmə onun qəlbinə girdi. Anarın ürəyi necə də rahat idi. Nəğmə onun ürəyində
rahatca uzandı və yuxuya getdi. Anar isə bayaqkından da xoşbəxt görünürdü.
Zahid Xəlil
DÜŞÜN VƏ CAVAB VER
1. 
Nəğmə nə üçün ovçunun qəlbinə girmədi?
2. 
Mətnin hansı hissələri nəğmənin xoşbəxtlik haqqında olduğunu sübut edir?
3. 
Anarın mənzilini axtaran nəğmə notları hansı ardıcıllıqla səsləndirməli idi?
4. 
1-ci hissədə
altından xətt çəkilmiş cümlələrə diqqət yetir və mətnin ideyası haqqında fikir
yürüt.
5. 
Haqqında oxuduğun nəğmə indiyə kimi eşitdiyin nəğmələrdən hansına
bənzəyir? Həmin nəğməni oxu.
A) fa, do, lya
B) lya, do, fa
C) do, lya, fa

LALƏ VƏ MƏRYƏM
Onlar iki bacı idilər. Birinin adı
Məryəm, o birinin adı Lalə idi.
Məryəm gecələr çox sakit yatır,
gözəl, rəngli yuxular görürdü.
Səhər olanda yatağından
gümrah qalxırdı. Ona görə də
axşama qədər işləri düz
gətirirdi...
Lalə isə əksinə, gecələr çox pis,
narahat yatırdı. Tez-tez diksinib
yuxudan ayılır, çarpayıda oturub
ağlayırdı. Səhər oyananda
yatağından qalxmaq istəmir,
özünü yaxşı hiss etmirdi. Ona
görə də axşama qədər işləri düz
gətirmirdi.
Məryəm bir dəfə bacısından
soruşdu:
- Bacıcan, gecələr niyə
ağlayırsan?..
- Pis yuxular görürəm..
Başladı
 yuxusunu danışmağa.
Yuxuda
Toplan, Məstan pişik, qonşunun dovşanları Laləni nəfəsi kəsilincə 
qovur, paltarından dartır, dişləmək, yemək istəyirdilər. Nə qədər 
çalışsa da, qaçıb canını qurtara bilmir, tez-tez yıxılır, əl-qolunu, dizini 
yaralayırdı
...
Məryəm bacısını dinləyib dedi:
- Bacıcan, mən bilirəm, sən niyə pis yuxular görürsən.
- Niyə görürəm? Axı bu lənətə gəlmiş it-pişik gecələr məndən niyə əl çəkmir,
yatmağa qoymur?..
Məryəm dedi:
- Ona görə ki gündüzlər Toplanı ağacla vurur, Məstan pişiyi incidir, quyruğunu dartır,
qonşunun dovşanlarına daş atırsan...
Lalə ikiəlli üzünü tutub ağladı:
- Yaxşı eləyirəm. Hamısını yenə döyəcəyəm!..
Bacıların söhbətinə qulaq asan anası Məryəmin sözünü təsdiqlədi:

- Məryəm düz deyir, qızım. Görürsən, Məryəm heyvanları incitmir, onlarla mehriban
dolanır. Ona görə də gecələr dinc yatır, yaxşı yuxular görür...

- Onlar məni sevmir axı... - deyə Lalə göz yaşlarını sildi.
Anası dedi:
- Günah özündədir, qızım. Heyvanlar onlara qayğı göstərənləri sevir...
Lalə həmin gündən bir daha Toplanı incitmədi, Məstanın quyruğunu dartmadı.
Əksinə, Məstanı ləyəndə 
sabunlayıb
 çimizdirdi. Tüklərini daradı. Qonşunun
dovşanını görəndə daş atmadı, kökə qonaq etdi. Toyuq-cücəyə dən səpdi, su verdi.
Heyvanlar, quşlar Lalənin dəyişdiyini görüb tez bir zamanda onunla dostlaşdılar...
İndi Lalə də bacısı Məryəm kimi gecələr dinc yatır, yaxşı yuxular görürdü. Səhərlər
də yuxudan gümrah oyanırdı. Ona görə də bütün günü işləri düz gətirirdi.
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1. 
Nə üçün Məryəm gecələr rahat, Lalə isə narahat yatırdı?
2. 
Heç rəngli yuxu görmüsənmi? Yuxunu danış.
3. 
Mətndə yerindən asılı olmayaraq böyük hərflə yazılan isimləri sadala.
YADDA SAXLA!
4. 
Hansı söz yerindən asılı olaraq kiçik hərflə də yazıla bilər?
5. 
-la  şəkilçisinin
tələffüzü ilə bağlı fikirlər hansı sözlərə aiddir?
A B C
1. Şəkilçidə yalnız sait fərqli səslənir.
A B C
2. Şəkilçidə həm sait, həm də samit fərqli səslənir.
A B C
3. Şəkilçidə yalnız samit fərqli səslənir.
Hayvanlara verilən Məstan , “Toplan” və s. adlar xüsusi isimdir və həmişə
böyük hərflə yazılır.
A) Məryəm
B) Lalə
C) Məstan
2
A) başladı
B) yaralayırdı
C) sabunlayıb

Məftunu apardılar 
Bir gün meyvə bağına. 
Dördgöz olub boylandı 
Qız soluna, sağına. 
- O nar mənimdir, - dedi, 
Heç kəs nara dəyməsin. 
Heç kəs o şaftalının 
Qanadını əyməsin. 
O alma da mənimdir, 
Əl vurmasın bir adam. 
Mənimdir o gilənar, 
O albalı, o badam... 
O əncir də mənimdir, 
O üzüm də mənimdir. 
Kim toxunsa, döyərəm. 
Nə vaxt kefim istəsə, 
Yarısını saxlaram, 
Yarısını yeyərəm. 
Günel dedi: 
- A Məftun, 
Bu nə işdir görürsən? 
Hamısı sənin oldu, 
Bəs bizə nə verirsən? 
Məftun dedi: 
- Sizəmi? 
Gedin axtarın, gəzin. 
Gördüklərim - mənimdir, 
Görmədiklərim - sizin.

Eldar Baxış
DÜŞÜN VƏ CAVAB VER
1. 
Mətndə hansı meyvələrin adı çəkilir?
2. 
Məftunun xarakterindəki əsas cəhəti göstər.
A)
lovğalıq
B)
acgözlük
C) paxıllıq

1-ci hissə
ŞÜURLU OXU
Kənd içində Alış dayı 
Adlı-sanlı əkinçiydi. 
Əməyinə düşən payı 
Ürəyinin sevinciydi.
İki çarıqcığı vardı, 
Biri Zəhmət, biri Zinət. 
Zinəti çox dost tutardı, 
Bəsləyərdi ona hörmət.
1.-------------------------
Vurğun idi bu çarığa, 
Səhər-axşam yağlayardı. 
Qoyub dəmir bir sandığa, 
Açar ilə bağlayardı.
İş zamanı Zəhmət yalnız 
Ona sadiq yoldaş idi. 
Hər bir çətin, hər amansız 
Qara gündə qardaş idi.
Yer şumlayır, biçir, əkir 
Toz-torpağa bürünərək. 
Hər bir yükü Zəhmət çəkir 
Ayaqlarda sürünərək.
2.-------------------------
Göy çırağı axşam sönür, 
Yavaş-yavaş çökür zülmət. 
Alış dayı evə dönür, 
Ayağında tozlu Zəhmət.
3.-------------------------
Alış bir gün döndü evə, 
Açdı dəmir sandığını, 
Dil tökərək sevə-sevə, 
Yağladı öz çarığını.
1. 
Aşağıdakı bənd hansı boşluğa uyğun
gəlir?
Dəhlizə çatdığı zaman 
Onu atır bir bucağa. 
Zəhmət sızlar bu yaradan, 
Tapdaq olur hər uşağa.

Bu hörməti gördü Zinət, 
Böyük qürur gəldi ona. 
Toz-torpaqda yatan 
Zəhmət Baxdı ona yana-
yana.
2-ci hissə
Dedi: - Zinət, biz yoldaşıq, 
Ey sevimli, gözəl qardaş, 
Mən varlığam, sən yaraşıq, 
Varlıq olur hər yerdə baş.
Nədən doğur bu başqalıq
Sən başda, mən
ayaqlarda? 
Bu haqsızlıq, bu lovğalıq 
Dastan olmuş dodaqlarda.
Zinət dedi: - Əziz qardaş, 
Neyləmək, belədir insan! 
Bu gün mənəm hər yerdə
baş 
Sən də kölgəmdə gəz,
dolan.
Zəhmət işlər səhər-axşam, 
Ancaq verilməyir qiymət. 
Zinətə hər gündür bayram, 
Buna qara gündür qismət.
Dedi: - Xeyrə qiymət verən 
Tapılmayır bu torpaqda. 
Əzizlənir zinət verən, 
Mən çeynəndim hər ayaqda. 
Alış dayı, Alış dayı, 
Yaxşılığın bumu payı?
Zəhmət ordan uzaqlaşdı, 
Az getdi o, üz getdi o, 
Çaylar keçdi, dağlar aşdı, 
Dərə-təpə, düz getdi o.
Hər yerə ki basdı ayaq, 
Yaşıllandı, çox şən oldu. 
Hər bataqlıq, hər şor torpaq 
Könülaçan gülşən oldu.

3-cü hissə
Alış dayı o gün səhər 
Oyanmışdı qaranlıqdan. 
Əkin-biçin onu gözlər,
Əsər yoxdur çarığından.
Bir-birinə vurdu kəndi, 
Xəbər aldı hər yetəndən. 
- Zəhmət! - deyə çox səsləndi,
Tapılmadı görən, bilən.
Yorğun-arğın döndü evə, 
Unutdu artıq Zəhməti. 
Oxşayaraq sevə-sevə 
Yağladı nazlı Zinəti.
Könül quşu oldu Zinət, 
Səhər-axşam keyfə daldı. 
Yedi, içdi bir az müddət, 
Təknələrə təpik çaldı.
Azuqəsi çıxmış əldən, 
Kənddə ac və çaşqın gəzir. 
Hər gün töhmət alır eldən, 
Ürəyini tənə əzir.
Zinətin də rəngi qaçmış, 
Gündən-günə saralırdı. 
Dərdi-qəmi başdan aşmış, 
Xəstə kimi sozalırdı.
- Alış, səndə oldu təqsir, 
Küsdürdün dostun Zəhməti. 
Bizdən ancaq gördü təhqir, 
Etmədik lazım hörməti.
İnləyərək dedi Alış: 
- Zəhmət imiş bizə kömək! 
Bu çölləri qarış-qarış 
Gəzib onu tapam gərək!
Hər ikisi qalxdı birdən. 
Ulduz göz qırpırdı Aya. 
Gəzə-gəzə o çölləri 
Çatdılar köhnə tarlaya.
Dedi: - Zinət, bir baxsana, 
Tayalardan yoxdur əsər. 
Nəzər saldıqca hər yana, 
Ürəyimi yeyir kədər.
Zəhmət bir dağ çəkdi mənə, 
Söylə, Zinət, biz neyləyək? 
- Dərdimi artırma yenə, 
Çox inləmə, tez dur gedək!
Alış dayı toz içində 
Çox qədim bir kitab tapdı. 
Yazılanı vərəqində 
Oxuyunca rəngi qaçdı.

“Bu dünyada sev zəhməti, 
Odur həyatın zinəti!” 
Daldı dərin düşüncəyə, 
Bir ah qopdu dodağından:
“Ey sevimli Zəhmət!” - deyə 
Yaş töküldü yanağından. 
Dedi: - Səni, gözəl əmək, 
Harda olsan, tapam gərək!
Çox axtardı, çox dolaşdı, 
Gecələri etdi səhər. 
Çöllər gəzdi, dağlar aşdı, 
Zəhmətdən yox verən xəbər.
4-cü hissə
Bir də baxdı uzaqlara, 
Gördü Zəhmət sürür kotan. 
Toz-torpağı yara-yara 
Hey çalışır yorulmadan.
Şumladığı yerin, gerçək, 
Nə ucu var, nə bucağı. 
- Doğru imiş, - dedi, - əmək 
Şənləndirir hər torpağı.
Alış dayı endi dağdan, 
İri-iri addım atdı. 
Qəlbində odlu həyəcan 
Gəldi o, Zəhmətə çatdı.
Salam verib hörmət ilə, 
Dedi: - Zəhmət, bu nə işdir?! 
Məndən neçin küsdün, söylə?
Aman, bu nə tərpənişdir?
Zəhmət dedi: - Alış dayı, 
Get, səninlə barışmaram.
Bilməyirsən haqqı-sayı, 
Köksümdə sızlayır yaram.
Məndən əl çək sən bir kərə, 
Unut artıq, at daşımı. 
Yox, dözmərəm o təhqirə, 
Alçaltdın yüksək başımı.
Yanında heç hörmətim yox, 
Sən eylədin tapdaq məni. 
İndi ki bir qiymətim yox, 
Zinəti sev, burax məni.
Alış dayı: - Sən haqlısan, 
Ey canım, vicdanım Zəhmət! 
Barışaq, keç günahımdan, 
Məndən sənə min-min hörmət!
O gündən ki bu torpağa 
Babalarım qoymuş ayaq, 
Bu ölkədə hər ocağa 
Şənlik saçan sənsən ancaq!
Bunu deyib o, Zəhməti 
Birdən-birə qucaqladı, 
Zinətin coşdu şəfqəti, 
Onu gül kimi qoxladı.

DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
Zəhmət uydu şirin dilə, 
Dostlarımız barışdılar. 
Yenə verdilər əl-ələ. 
Təbiətlə yarışdılar.
Ulduzlarla əylənərək 
Ay göz qırpır, Zəhmət, Zinət 
Tayalara söykənərək 
Şirin-şirin edir söhbət.
Hər tərəfə Alış baxdı, 
Qəlbi güldü al şəfəqtək. 
Gözlərində şimşək çaxdı, 
Kişi oldu lap sevincək.
Hələ Zəhməti, Zinəti 
Görüncə bir yerdə çox şən, 
Ürəyində məhəbbəti 
Dəniz kimi coşdu birdən.
Qaçıb girdi gülə-gülə 
İki dostun arasına. 
Saldı böyük fərəh ilə 
Hər qolunu bir boyuna.
Bir yanında gözəl Zəhmət, 
Ürəyinə saçır işıq. 
Bir yanında nazlı Zinət 
Verir həyata yaraşıq.
Baxdı coşqun təbiətə, 
Gördü mahtab aləm açmış. 
Baxdı Zəhmətə, Zinətə, 
Dedi: - Kitab doğru yazmış: 
“Bu dünyada sev zəhməti, 
Odur həyatın zinəti!”

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin