3-cü hissə
Aylar, illər keçdi. Bir gün yenə dostu gəlib çıxdı. O artıq yaşlı kişi idi. Alma ağacı
sevinclə dilləndi:
- Gəl bura, dostum. Mənimlə oyna.
- Bunun üçün mən çox yaşlıyam. Oynamağa nə kefim var, nə də halım. İndi bir qayıq
düzəldib uzaq-uzaq yerlərə səyahətə çıxmaq istəyirəm. Amma nə edim ki, qayığım
yoxdur.
- Mənim gövdəmi kəs, özünə qayıq düzəlt. Sən o qayıqla çox uzaqlara üzüb istəyinə
çata bilərsən.
Kişi alma ağacının gövdəsini kəsdi, qayıq düzəltdi və uzaqlara üzüb getdi. Alma ağacı
isə, buna inanmaq çətin olsa da, çox xoşbəxt idi.
4-cü hissə
Xeyli vaxt keçdi və kişi yenə alma ağacının yanına gəldi. Onun saçları ağarmışdı,
2.
Bu hissəni oxuduqdan sonra obrazlara münasibətində nə dəyişdi?
Hadisələrin davamını təxmin et.
3.
Mətnin sonluğunu proqnozlaşdır. Səncə, bundan sonra alma ağacı dostuna
daha nə verə bilər?
güclə yeriyirdi.
- Bağışla məni, dostum, - deyə alma ağacı onu görcək ah çəkdi, - sənə heç nə verə
bilmərəm. Daha almalarım yoxdur.
-Almanı neyləyirəm? - deyə qoca cavab verdi. - Mənim ağzımda, demək olar ki, diş
qalmayıb.
- Mənim budaqlarım da qalmayıb, səni yelləndirə bilməyəcəyəm.
- Budaqlarda yellənmək üçün mən çox qocayam.
- Gövdəm də yoxdur ki, yuxarı dırmaşasan.
- Mən yuxarı dırmaşmaq üçün də çox qocayam, çox yorulmuşam.
Alma ağacı ah çəkdi:
- Məni bağışla, çox istərdim ki, sənə nə isə verim, amma mənim heç nəyim
qalmayıb, mən indi yalnız qoca bir kötüyəm. Bağışla!
- Mənə indi heç nə lazım da deyil. Sakit və rahat bir yer axtarıram ki, oturub dincəlim.
- Neynək, - deyə ağac cavab verdi. - Qoca kötük elə buna daha çox yarayar. Gəl bura,
dostum, otur və dincəl.
Qoca belə də etdi və alma ağacı yenə çox xoşbəxt idi.
Şel Silversteyn
(Amerika uşaq yazıçısı)
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
4.
Alma ağacı obrazının əsas xüsusiyyətini müəyyən et.
5.
Obrazların xarakterindən çıxış edərək əsərin ideyasını müəyyənləşdir.
6.
Uyğunluğu müəyyən et.
YADDA SAXLA!
7.
Cümlələri tamamla. Xəbərlə mübtədanın uzlaşmasına fikir ver.
1. Sürü çəmənlikdə ...
2. At ilxısı düzənlikdən ...
3. Ordu sərkərdənin əmrini ...
4. Xalq sənətkara həmişə hörmət ...
Mənaca çoxluq bildirən, formaca tək olan isimlər toplu isimlər adlanır.
Məsələn: ilxı, sürü, camaat.
Toplu isimlər cümlədə mübtəda kimi işləndikdə xəbər təkdə olur.
Məsələn: El bir olsa, dağ oynadar yerindən.
başladı. Sonra Səmədin evinə tərəf
nəzər saldı. Gördü ki, onun evinin
qabağı təmizdir. Elə bil heç oraya qar yağmayıb. Ertəsi gün yenə qarlayırdı. Ənvər bu
gün bir az da erkən durdu. Evin qabağını təmizlədi. Baxdı ki, qonşu evin qabağı,
həmişəki kimi, tərtəmizdir.
Üçüncü gün Ənvər alaqaranlıqda qalxıb həyətə çıxdı. Qar dizdən idi. Səmədin evinə
baxdı. Mat-məəttəl qaldı. Küçədən evə aparan cığır qardan təmizlənmişdi.
Həmin gün qonşular küçədə rastlaşdılar. Ənvər dözməyib soruşdu:
- Qonşu, sən nə vaxt evinin qabağını qardan təmizləyirsən ki, mən görmürəm?!
Səməd əvvəlcə qonşusunu başa düşmədi. Sonra ucadan gülüb dedi:
- Mən heç vaxt qarı təmizləmirəm. Sadəcə, evimə çoxlu dost-tanış gəlir.
DÜŞÜN VƏ CAVAB VER
İKİ QONŞU
(rəvayət)
Bir küçədə iki qonşu yaşayırdı. Birinin adı Ənvər,
o birininki Səməd idi.
Bir gün möhkəm qar yağdı. Ənvər səhər tezdən
durub kürəyi əlinə aldı, evinin qabağındakı qarı
təmizləməyə
Biri yanlışdır:
A) Hadisə yanvar ayında baş verib.
B) Ənvərlə Səmədin evləri yanaşı idi.
C) Qonşuların evləri arasında hündür barı var idi.
ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.
Mətnlərə uyğun atalar sözlərini müəyyənləşdir.
2.
Bölmədə hansı mətnlərdəki fikir “Əsl dost dar gündə tanınar” atalar sözünün
mənasına uyğundur?
3.
Bölmədəki hansı mətnin qəhrəmanını ən yaxşı dost hesab edirsən? Seçimini
izah et.
4.
Sayları uyğun isimlərlə birgə işlədərək cümlələr qurub dəftərinə yaz.
az-çox, bir, çoxlu, yeddi, on iki, minlərlə, doqquz, bir sıra
5.
Verilmiş cümlələri tamamla. Əvvəlcə mübtədanın xəbərlə uzlaşdığı
cümlələri, sonra isə uzlaşmadığı cümlələri dəftərinə köçür.
1. Mən birinci dəfə idi ki, tədbirdə çıxış edəcək... .
2. Dostum Anar xəstələndiyi üçün dərsə gəlmə... .
3. Susuzluqdan güllər solmuş... .
4. Sahilə çatanda gəmilər fit ver... .
5. Uşaqlar sinfə təzəcə daxil olmuş... ki, zəng vuruldu.
6. Binanın qarşısında bayraqlar dalğala... .
6.
Verilmiş toplu isimləri cümlədə işlət.
naxır, camaat, əhali, xalq, ordu, kütlə, qoşun, ilxı, sürü
7.
Verilmiş cümlələrdə nöqtələrin yerinə uyğun gələn toplu isimləri əlavə et.
(qoşun, el, sürü, xalq, camaat)
1. ... keçən körpüdən sən də keç.
2. Maral ...dən ayrılıb gölə yaxınlaşdı.
3. ... meydana toplaşdı.
4. Düşmən məğlub olub ... geri çəkdi.
5. ... çətinliklə də olsa öz azadlığına qovuşdu.
TƏBİƏTİN
DOSTLARI
Baharın gəlişi ilə təbiət qış
yuxusundan oyanmışdı. Hər
yanda olduğu kimi məktəbin
bağında da xüsusi canlanma
vardı. Şagirdlər ağacların
qurumuş budaqlarını budayır,
dibini boşaldır, su gələn arxları
qaydaya salırdılar.
Dördüncü sinifdə oxuyan Nadir lovğalanaraq dedi:
- Bizim sinfimiz hər sahədə
birincidir
!..
Sinif yoldaşları onun sözünə qüvvət verdilər:
- Biz təbiətin əsl dostlarıyıq!..
Yaxınlıqda işləyən beşinci sinif şagirdləri etiraz etdilər:
- Hər halda, bizə çata bilməzsiniz!..
Bunu eşidən altıncı, yeddinci, hətta doqquzuncu siniflərin şagirdləri də səslərini
qaldırdılar. Hamı özünü təbiətin əsl dostu sayırdı.
Mübahisə məktəb direktoruna çatdı. O, məsələni ədalətlə həll etmək üçün
müəllimlərlə məsləhətləşib xüsusi bir komissiya yaratdı. Sonra uşaqlara dedi:
- Qətiyyən narahat olmayın, dərs ilinin axırında təbiətin əsl dostlarını komissiya özü
müəyyən edəcək...
Xəbər hamını hərəkətə gətirdi. Siniflər arasında canlı, işgüzar yarış başlandı...
Nəhayət, dərs ili sona çatdı. İşini yekunlaşdıran komissiya ümumi toplantıda dör-
düncü sinif şagirdlərini məktəb üzrə qalib elan etdi. Onların hamısı təntənəli şəkildə
təzə dərs kitabları ilə mükafatlandırıldı...
Başqa siniflərdən etiraz səsləri gəldi:
- Niyə məhz onlar? Niyə biz yox?!
Belə olduqda məktəbin direktoru məsələni aydınlaşdırmalı oldu:
- Uşaqlar, düzdür,
dördüncülər
başqa siniflərdən az ağac əkiblər. Amma dərs
kitablarını hamıdan yaxşı, səliqəli saxlayıblar. İndi
sinfi bitirənlər onlardan
faydalana biləcəklər. Kitabların qayğısına qalmaq, əslində, yaşıllığın qayğısına
qalmaq, təbiətin dostu olmaq deməkdir. Axı təkcə bir sinfin kitablarını çap etmək
üçün nə qədər kağız lazımdır. Kağız isə ağacların, meşələrin qırılması hesabına əldə
edilir...
Bax bu, uşaqların çoxunun ağlına gəlməmişdi...
Eyvaz Zeynalov
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Çəhrayı boşluğun yerinə hansı söz uyğun gəlir?
2.
1-ci abzasdakı
“canlanma” sözü nəyə aiddir?
3.
Araşdırma. “Kağız
necə istehsal olunur” mövzusunda araşdırma aparın və təqdimat hazırlayın.
A) üçüncü
B) dördüncü
C) beşinci
A) ağaclara
B) şagirdlərə
C) təbiətə
4.
Mətndə altından xətt çəkilmiş sayları rəqəmlə yaz.
YADDA SAXLA!
5.
“Dördüncü” sözünün rəqəmlə ifadəsi hansı bənddə düzgün verilib?
6.
Mavi rənglə
verilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu və cümlədə vəzifəsini
müəyyən et.
Sıra sayları miqdar saylarına -ıncı şəkilçisi artırmaqla düzəlir:
bir - birinci,
üç - üçüncü.
Sıra saylarını rəqəmlə ifadə edərkən müvafiq rəqəmə -ıncı
şəkilçisinin ikinci hecası (-cı ) artırılır:
1-ci, 3-cü
.
4
4
4
A) 4-üncü
B) 4-ncü
C) 4-cü
Meşəyə cürbəcür
adamlar gəlirdi. Bəziləri
xeyirxah idi. Gəlib
göbələk, moruq yığır, talada, yamacda dincəlib gedirdilər. Amma elə adamlar da
vardı ki, tonqal qalayır, ağacları sındırır, meşə heyvanlarına güllə atırdılar. Qoca palıd
onları sevmirdi.
Son vaxtlar meşəyə tez-tez üç nəfər gəlirdi. Heç nəyi qırmır, incitmir, ancaq quşlara
tamaşa edir, quş yuvalarına baxır, dəftərlərində nə isə qeyd edirdilər. Onlar çox
ehtiyatla davranırdılar, ona görə də qoca palıd arxayın idi ki, bu adamlardan meşəyə
xətər toxunmaz. Lakin bir gün...
Yuvalarda quş balalarının yumurtadan çıxan vaxtı idi. Sübh tezdən qoca palıd bir də
gözünü açıb gördü ki, meşə adamla doludur. Həmin üç nəfər də bunların arasında
idi. Adamlar torla quşları tutur, onların yuvalarını balaları ilə birlikdə götürüb
maşınlara yığırdılar. Əsl qarət idi. Adamlar işlərini bitirdikdən sonra maşınlara
oturub meşədən uzaqlaşdılar.
Qoca palıd çox qəzəblənmişdi. Axı onun azad quşları doğma meşəsiz necə
yaşayacaqlar?..
Bir neçə ay keçdi. Bir gün səhər qoca palıd yuxudan tanış bir səsə oyandı. Bu, cavan
ağacdələn idi. Adamlar onu da aparmışdılar. İndi isə o, əvvəllər olduğu kimi, qoca
palıdın gövdəsində oturub quyruq lələklərini gövdəyə dirəmişdi və dimdiyi ilə ağacın
qabığını dəlirdi.
Qoca palıd onun bu hərəkətindən heç vaxt incimirdi, 1, xoşu gəlirdi,
sanki canı rahatlanırdı.
Qoca palıd heyrətlə:
- Sən o quldurların əlindən necə qaçdın? - deyə soruşdu.
- Mən qaçmamışam. Onlar özləri məni buraxıblar. 2 məni yox, bütün quşları
MEŞƏLƏRİN DOSTLUĞU
Meşələrlə örtülü uca dağın zirvəsində qoca bir palıd ağacı
vardı. O, yüz illər idi ki, burada məskən salmışdı. Qar
yağanda birinci onun başına yağırdı, əsən küləyə birinci o,
sinə gərirdi. Özünü meşənin qoruyucusu sayırdı. Bu
meşədə elə ağaclar vardı ki, onları lap körpəlikdən tanıyırdı,
elə heyvanlar, quşlar vardı ki, onların ulu babalarını
görmüşdü...
azadlığa buraxdılar.
- Bəs onda niyə tutub aparmışdılar?
- Mən indi səni başa salaram, - deyə ağacdələn yerini rahatladı. - Sən
DÜŞÜN VƏ CAVAB VER
demə, bizdən çox uzaqda insanlar meşə salırlar.
Amma ağaclar məhv olurmuş. Onları həşəratlar
yeyirmiş. Onda insanlar başa düşürlər ki, meşəni
quşlar xilas edə bilər. Ora quşlar gətirirlər. Amma
quşlar burada yaşamaq istəmirlər. Çünki meşə quşları
yalnız boya-başa çatdıqları yerdə yaşayırlar. Onda
insanlar quşları yuvaları ilə birgə öz meşələrinə
aparırlar. Bu yuvalarda balalar dünyaya göz açır.
Quşlar onları bəsləyirlər. Körpə balalar dirçəlib
sərbəst yaşaya bildikləri zaman ana quşlar onları tərk
edib öz doğma meşələrinə qayıdırlar. Amma balalar
doğulduqları meşədə qalırlar. Axı ora onlar üçün
doğmadır.
Qoca palıd fikrə daldı:
- 3, mən nahaq qəzəblənmişəm. İnsanlar xeyirxah iş
görmüşlər. Onlar ağıllıdırlar. Ən qəribəsi isə budur ki,
bütün canlılar kimi meşələr də bir-birinə kömək edə
bilərmiş.
Rafiq Ələkbəroğlu
1.
Cümlələri tamamla.
İnsanların yeni saldıqları meşə məhv olurdu, çünki ... .
Quşları yuvaları ilə birlikdə yeni meşəyə apardılar, çünki ... .
2.
Ağacdələn haqqında öyrəndiklərini yada sal və mavi rənglə verilmiş cümləni
izah et.
3.
Mətndən hansı elmi məlumatları əldə etdin?
DİL QAYDALARI
4.
Nömrələnmiş boşluqların yerinə hansı sözlər uyğun gəlir?
A) 1 - sanki
B) 1 - əksinə
C) 1 - amma
2 - beləliklə
2 - yalnız
2 - sanki
3 - əlbəttə
3 - dəməli
3 - bəs
SUALLAR, CAVABLAR
- Ata, sən bizə
Danış bir görək:
Qışda üşümür
Göldə qaz, ördək?
- Tükünə baxır.
- Qar altda turplar
Qızınır necə?
Soyuq deyilmi
Onlara gecə?
- Ləkinə baxır.
- İsti bələkdə
Yatır körpələr.
Donmur şaxtadan
Çöldə kirpilər?
- ... baxır.
- Çıxa bilmirik
İsti otaqdan.
Çöldə toxumlar
Qorxmur sazaqdan?
- ... baxır.
- Birdən kəsmədi
Güclü külək, qar, -
Ağaclar onda
Yerindən qopar?
- ... baxır.
Məstan Günər
DÜŞÜN VƏ CAVAB VER
Nöqtələrin yerinə uyğun gələn söz sırasını seç.
A) əkinə, kökünə, kürkünə
B) kökünə, kürkünə, əkinə
C) kürkünə, əkinə, kökünə
Çil toyuğumuz üç gün idi ki, kürt düşmüşdü.
Onun altına qoymağa toyuq yumurtası yox idi.
Mağazadan alınan yumurtalar isə yaramırdı,
çünki soyuducuya qoyulmuşdu.
Buna görə də
nənəm qonşudan on beş ördək yumurtası alıb
çil toyuğun altına qoydu. “Qoy ördək balası
çıxsın, - dedi, - onsuz da ördəyimiz yoxdur”.
Aradan xeyli keçdi. Bir gün dərsdən qayıdanda gördüm ki, çil toyuq yumşaqtüklü,
bapbalaca, sarı ördək balaları ilə həyətdə gəzişir. Ördək balaları o qədər qəşəng
idilər ki, onlardan birini tutub əlimdə saxlamaq, oynatmaq istədim.
Əlimi ördək
balasına uzatdığımı gördüm, çil toyuq qəzəblə üstümə cumdu.
Qorxub pərqu kimi
yumşaq ördək balasını əlimdən buraxdım. Çil toyuq tüklərini qabartdı:
- Qırt, qırt!
Balaca ördək balaları onun qabarmış tüklərinin arasına girdilər. Onlar o qədər
balaca idi ki, yanlarını basa-basa yeriyəndə tez-tez yıxılırdılar.
Günlər bir-bir ötdükcə ördək balaları da sürətlə böyüyürdü. Onların sarı yumşaq
tükləri də get-gedə rəngini dəyişir, bozarırdı.
İstirahət günü idi. Həyətimizin yanından keçən balaca çayın kənarında göy otların
üstündə uzanıb maraqlı bir kitab oxuyurdum. Birdən çil toyuqla balaca ördək
balaları çayın qırağında göründülər. Çil toyuq onların arasında eşələnir, nəsə tapıb
dimdiyi ilə ortaya atır, “qırt, qırt, qırt” deyə ördək balalarını çağırırdı. Onlar da
çürümüş kartofu, çörək parçasını - onun tapdığı hər şeyi balaca dimdikləri ilə
didişdirirdilər. Bəzən basabas salır, analarının tapdığını bir-birindən almağa
çalışırdılar.
Birdən ördək balalarından biri özünü çaya atıb üzməyə başladı.
Qalanları himə bənd
imiş kimi onun ardınca bir-bir suya atıldılar. Çil toyuq başını qaldırıb ördək balalarını
suda gördü, qeyri-adi bir həyəcan və çığırtı ilə qaçıb çayın qırağına gəldi:
- Qırt! Qırt! Qırt!!!
Yox, ördək balalarının dəcəlliyi tutmuşdu, çil toyuğun həyəcanlı çığırtısına qulaq
asmayıb əvvəlki kimi suda oynaşmağa davam etdilər. Görünür, su onların yaman
xoşuna gəlmişdi. Çil toyuğun səsi bütün çay qırağını
basmışdı. O, həyəcanla sahilboyu oyan-buyana qaçır, qırtıldayırdı. Tükləri
qabarmışdı, çığırtısı anbaan daha ucadan səslənirdi. Amma ördək balaları onun
çağırışlarına qulaq asmaq istəmir, şən halda suda oynayırdılar.
Birdən nə görsəm yaxşıdır?
Çil toyuq suyun qırağına gəldi, narahat-narahat
qanadlarını çırpdı, atılıb düz ördək balalarının dəstəsinin ortasına düşdü, amma üzə
bilməyib batmağa başladı.
Lələkləri tamam islanandan sonra o, heydən düşdü.
Əvvəl bütün bunlara maraqlı bir tamaşa kimi baxırdım, sonra çil toyuğu bu
vəziyyətdə görüb elə bil yuxudan ayıldım, qaçıb özümü paltarlı-paltarlı suya atdım.
Yaxşı ki, çay dayaz idi. Çil toyuğu götürüb sahilə çıxdım. Ancaq o, əvvəlki kimi heysiz
qalmışdı. Ürəyi zəif vururdu.
Mən çil toyuğu yerə qoydum, islanmış lələklərinə əl sürtdüm, ancaq o, ayaqlarını
uzatdı, bulanıq gözlərini çaya dikdi və birdən yumdu. Mən onu ikiəlli tutub qaldırdım.
Onun sinəsi yavaş-yavaş soyuyurdu, bayaq vuran ürəyi isə indi dayanmışdı.
Başımı qaldırıb çaya baxdım. Balaca ördək balaları qayğısız-qayğısız suda
oynaşırdılar...
Əmir Əyyubzadə
ŞÜURLU OXU
NİTQ BACARIQLAR
1.
Mətndə mavi rənglə verilmiş cümlələri bir də oxu və ev quşları haqqında
əldə etdiyin elmi məlumatları genişləndirərək şərh et.
2.
Səncə, çil toyuğun ölümündə kimi günahlandırmaq olar?
3.
Mətndə altından xətt çəkilmiş cümlədə ördək balaları nəyə bənzədilir?
Bənzətmə
4.
Şeir parçasındakı bənzətməni tap.
Həzin nəğmə deyir indi bağça, bağ,
Yadıma yaxınlar, uzaqlar düşür.
Yaralı quş kimi qanad çalaraq
Yarpaqlar uçuşur, yarpaqlar düşür. (Nəbi Xəzri)
Bədii əsərdə bəzən obrazın hər hansı bir əlamətini nəzərə çarpdırmaq
üçün onu başqa əşya və hadisəyə oxşadırlar. Buna bənzətmə deyilir.
Məsələn: Qarpız bal kimi şirindir.
GÜLGƏZ
1-ci hissə
Gülgəz əlindəki badam çubuğunun puçurlarını təmizləyə-təmizləyə otağa girdi.
Alı baba nəvəsindən soruşdu:
- Çubuğu neyləyirsən, bala?
Gülgəz dedi:
- Müəllim istəyib, dərs öyrədəcək. Peyvənd edəcəyik!
Peyvənd adı gələndə Alı baba divandan qalxıb nəvəsinə sarı gəldi, badam ağacından
kəsilmiş çubuğu əlinə alıb baxdı və dedi:
- Bu, peyvəndə yaramaz, bala! Gərək bir az naziyi ola. Puçurlarını da tökübsən,
bunun harası göyərsin?
Gülgəz babasının dediklərinə inanmadı, amma dinmədi.
Güman etməyin ki, Gülgəz babasına heç inanmırdı. Yox, Gülgəz Alı babaya inanır,
ona hörmət edir, onu çox sevirdi. Alı babanın başı ağrıyanda Gülgəz də məyus,
kefsiz olar, bir kəsə qoşulmaz, babasının yanını kəsdirər, həkim çağırar, aptekə
qaçar, ona qulluq edərdi. Hərdən də balaca əllərini onun ağarmış başına qoyaraq
deyərdi: “Baba, yaxşı olmusan, daha ayağa dura bilərsən”.
Bəs indi Gülgəz Alı babanın sözünə niyə inanmadı? Bəlkə, o, peyvənd işini
babasından yaxşı bilirdi? Yox, səbəb başqa idi.
...Gülgəz məktəbə gedəndən bəri kitaba çox bağlanmışdı. Babası ilə oynayanda da
kitabı əlindən qoymazdı.
Bir dəfə o, barmağını kitabın vərəqi üstünə qoyub xahiş etdi:
- Baba, bu sözü oxu da!
Baba dedi:
- Qızım, mən savadsızam, dərsdən başım çıxmaz, belə şeyləri sən məndən yaxşı
bilirsən.
- Niyə savadsızsan, ay baba?
- Çünki bizi oxutmayıblar. Köhnə zamanın üzü qara olsun. Yamanca kor qoydu
babanı...
Babasının bu sözlərini eşidəndə Gülgəz də qüssələndi. Uşaq babasının
gücsüzlüyünü ilk dəfə gördü, ilk dəfə duydu. Babasını qüssələndirdiyinə peşman
oldu və ondan bir daha heç nə soruşmadı.
Ona görə də babası badam çubuğundan, peyvənddən danışanda Gül-
gəz inanmadı. İstədi babasına cavab qaytarsın, desin: “Sən oxumamısan nə
bilirsən?” Lakin hörmətini saxladı. Heç nə demədi. Ürəyində qət etdi ki sabah
çubuğu müəllimə versin, görsün nə deyir.
2-ci hissə
Ertəsi gün Gülgəzin gətirdiyi çubuğu diqqətlə nəzərdən keçirən müəllim
gülümsündü:
- Çubuğu çox səliqə ilə təmizləmisən, bütün tumurcuqlarını yolubsan, amma nahaq
iş görmüsən. Qızım, bil ki, tumurcuqsuz budaqdan edilən peyvənd tutmaz! Bəs o
haradan göyərsin? Gərək, heç olmasa, bir-iki tumurcuq qalaydı. Özü də bu, canlıdır.
Hələ bərkiməmiş budaqlar olur, tutub belə əyirsən ha, onlardan kəsmək lazımdır.
Gülgəz gördü ki, müəllim də Alı baba deyənləri deyir, soruşdu:
- Müəllim, babam bu barədə Sizinlə danışmayıb ki?
Müəllim bir şey anlamadı:
- Yox, mənə bir şey deyən olmayıb.
Gülgəz düşündü ki, babası oxumaq bilməsə də, yəqin, məktəbə gedib, ona haradasa
dərs veriblər. Belə olmasaydı, müəllim dediklərini necə bilərdi? Evə gələn kimi
babasının yanına qaçdı:
- Baba, bəs sən deyirdin ki, savadın yoxdur?..
- Yoxdur da, qızım, bəs savadım varsa, adımı niyə çətin yaza bilirəm?
- Yoxdur, bəs botanikanı haradan bilirsən?
Alı baba duruxdu:
- Nə, botinka?
- Botinka yox ey, botanika.
- Botanika nədir?
- Bax, məsələn, peyvəndi haradan öyrənmisən?
Alı babanı gülmək tutdu. Uşağın başını tumarladı və başa saldı:
- Peyvəndin savada nə dəxli, qızım?! Peyvənd etmək mənim sənətimdir. Saçımı,
saqqalımı bağ-bağça işində ağartmışam, onu da yaxşı bilməyim? Bu bizim ata-baba
peşəmizdir.
Alı baba Gülgəzi pəncərənin qabağına çağırdı:
- Görürsən o uzun ağacı? Qələmdir. Həyətdə ondan ucası yoxdur. Ucalığına baxma,
ancaq boy-buxunu var. Uzandıqca uzanır. Çiçəyi yox, meyvəsi yox, yarpağı acı, mal
yeməz, çubuğu pis, dirəyi davamsız. Di gəl onun iddiasına bax! Boynunu həmişə dik
tutar. Başqa ağaclara gün vermək istəməz. Amma yanındakı xırda ağacı görürsən?
Badam ağacıdır. Qıraqdan kola oxşayır. Altıca yaşı var. Amma bolluca bar verir.
Yetişəndə özü qabıqdan çıxır, ağacı silkələyən kimi badam tökülür. Qabığı da karsız
deyil, yaxşı qov hazırlamaq olur. İçindəki badam başdan-ayağa yağdır. Sındırıb içini
yeyirsən, qabığını da peçdə yandırırsan, daş kömür kimi közü düşür. Badam yarpağı
qoyun-quzu üçün yağ-piydir. Ətirli çiçəyindən arılar şirə çəkir, çubuğu zoğaldan
möhkəm olur, gövdəsi yapışqan verir. Kölgəsi də sıx, bulaq başı kimi sərin!..
SÖZ EHTİYATI
3-cü hissə
Ertəsi gün botanika dərsinin mövzusu bar verən ağaclar idi. Müəllim həvəslə danışır,
uşaqlar diqqətlə qulaq asırdılar. Müəllim sözünü gətirib badam ağacına yetirəndə
Gülgəz özünü saxlaya bilmədi, müəllimin sözünü kəsərək heyrətlə soruşdu:
- Müəllim, bunların hamısı kitabda yazılıb?
Gülgəzin bu gözlənilməz və qəribə sualını eşidən uşaqlar ona tərəf döndülər, lakin
müəllim sözünü dayandırmadı. Danışa-danışa, yavaş-yavaş Gülgəzin skamyasına
yanaşıb dedi:
- Bəli, Gülgəz, bunların hamısı kitabda yazılıbdır, ancaq
Elə deyilmi?
Gülgəz qızarıb:
1.
Hansı cümlədə “qələm” sözü mətndəki mənasında işlənib?
A) O, qüdrətli qələm sahibidir.
B) Qələmlə ən çox limon və sitrus bitkiləri çoxaldılır.
C) Qələm əyri yonulsa da, doğru yazar.
2.
Babanın nitqindəki “dirək”sözünü hansı sözlə əvəz etmək olar?
3.
Lüğətin köməyi ilə “botanika”, karsız”, “qov” sözlərinin mənalarını araşdır.
4.
Müəllimin dediyi “canlıdır” sözünü necə başa düşürsən?
- Bəli, elədir, - dedi.
Dərsin sonunda müəllim soruşdu:
- İndi kimin sualı var?
Gülgəz söz alıb soruşdu:
- Müəllim, deyirsiniz kitabdadır. Amma bunların hamısını Alı babam mənə danışıb.
Bəs o bunları haradan öyrənib? Axı kitab oxuya bilmir.
Gülgəzin sualı müəllimin xoşuna gəldi:
- Qızım, baban oxumaq bilməsə də, təcrübəlidir. Onun neçə yaşı var?
- Nə bilim, müəllim, çox, lap çox.
- Deməli, dünyagörmüş adamdır. Bağ işində, görünür, təcrübəsi çoxdur.
Gülgəz bir də soruşdu:
- Dərs verməsələr, nə biləcək?
- Qulaq as, bala, dərs göydən düşmür. Kitabı, dərsi yazan da bilikli, təcrübəli
adamlardır. Bağbanların çoxu savadsız idi. Əkinçilərdən eləsi var, məktəb görməyib,
yazı bilmir, amma əkin işini aqronom kimi bilir. Nə üçün? Təcrübə sayəsində, öz
zəhməti sayəsində, işə diqqətlə göz qoyması sayəsində.
Müəllim üzünü uşaqlara tutaraq dedi:
- Biz zəhmətlə biliyi, elmi ayırmırıq. Çünki biz zəhmətlə dəyişən, insan əməyi ilə
düzələn dünyanı öyrənirik. Uşaqlar, bəzi qocalar savadsız olsalar da, uzun ömür
sürüblər, çox şeyi təcrübədən keçiriblər.
Mən bir arı saxlayan tanıyıram ki, kitab
yazanlar ondan öyrənirlər, alimlər uzaq şəhərlərdən onun yanına gəlirlər.
Amma özü
oxumaq bilmir. Otuz il arılara qulluq edib, onların yemini, səsini, yaşayışını, şan
bağlamalarını ovcunun içi kimi bilir. Uzaqdan arıların uçuşuna baxan kimi deyir:
“Bunların anası naxoşdur”. Gülgəzin babası da elə bağ işində çalışmaqdan
botanikanı təcrübə yolu ilə bilir, elə deyilmi?
Bu dərsdən sonra Alı baba Gülgəzin gözündə daha da böyüdü. İndiyə kimi uşaq Alı
babanı ancaq bir qayğıkeş, mehriban baba kimi tanıyırdı. İndi Gülgəz babasını ayrı
cür tanıyır.
Alı baba əlində bel arxın qırağında dayananda Gülgəzin gözünə qədim, qalın və
qiymətli bir kitab kimi görünür. Bu kitabda öyrənməli, götürməli çox şey var. Bunları
seçib çıxarmaq, təmiz xətlə dümağ, düzcızıqlı dəftərlərə yazmaq lazımdır. Bu
məqsədlə Gülgəz babasının yanında oturanda torpaqdan, ağacdan, bitkilərdən
söhbət salır. Alı baba da böyük həvəslə danışır.
Mir Cəlal
SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
5.
Aqronom peşəsi haqqında bildiklərini de.
6.
“Alı baba Gülgəzin gözündə daha da böyüdü ”cümləsindəki “böyüdü” sözünü
hansı sözlə əvəz etmək olar?
A) iriləşdi
B) ucaldı
C) yekəldi
7.
Səncə, mətndə mavi boşluğun yerinə nə yazılmışdı? Müəllim nə dedi ki,
Gülgəz qızardı?
8.
Təsəvvür et ki, Alı baba oxumağı bacarır. O, kitabların arasından bağçılıq
haqqında kitabı görür və vərəqləməyə başlayır. Səncə, Alı baba kitabdan
hansı yeni məlumatlar əldə edə bilər?
9.
Mətndə mavi rənglə verilmiş cümləni müstəqil cümlələrə böl və onlardan
hər birinin baş üzvlərini müəyyən et.
YADDA SAXLA!
10.
Hansı bənddə mürəkkəb cümlə verilib?
A) Səlim çantasını yığıb evdən çıxdı.
B) O, yolda Əli ilə rastlaşdı və dostlar məktəbə birgə getdilər.
C) Uşaqlar məktəbə çatanda zəng yenicə vurulmuşdu.
Hər bir cümlənin baş üzvləri olur. Bəzən sadə cümlələr bir-biri ilə məna
və intonasiyaya görə bağlanaraq mürəkkəb cümlə yaradır. Məsələn:
Müəlhm həvəsiə danışır, uşaqlar diqqətlə qulaq asırdılar.
HEYVANLAR
TÜLKÜ
Tülkülər
cürbəcürdür,
Qarası var, ağı var.
Çox yerdə sarı-
kürən
Tülkülər yaşayırlar.
Gözləri, qulaqları
Xırda olur
tülkünün.
Gizlənir yuvasında
Gündüzləri bütün
gün.
Yatanda ayıq yatır,
Bir balaca səs onu
Yuxusundan
oyadır.
Ova çıxır hər gecə,
Nə rast gəlsə aparır
-
Qaz, ördək, toyuq,
cücə.
Quyruğu
yumyumuşaq,
Sarı rəng, uzun,
yekə.
Bu ona həm
balışdır,
Həm də yaxşı
süpürgə.
FİL
Bu dişləri şirmayı fil
Ömür sürür neçə yüz il,
Qulaqları kürək kimi,
Ayaqları dirək kimi.
Hündürboydur,
yoğunpaça,
Gözləri var bapbalaca.
Fil otyeyən dinc
heyvandır,
Uzunca bir xortumu
var.
Yerə düşmüş bir iynəni
Bu xortumla o qaldırar.
Hindistanda, Afrikada
Əhliləşmiş fillər olur.
Onlar çoxlu yük daşıyır,
Ağır gedir, gec yorulur.
İrigövdə bu heyvanın
Quyruğu çox gödək
olur.
Uzaq, isti ölkələrdə
Ağ fillər də tək-tək olur.
AYI
Bu yekəpər, boz ayı
Qış fəslində, üç ayı
Qar olanda çöl, bayır,
Kahasında yuxlayır.
Rahatlayıb yerini,
Sorur pəncələrini.
Çox sevirlər armudu,
Bir də balı ayılar,
Onların düşmənidir
İti sancan arılar.
Ayılar adam kimi
Qalxıb gəzə bilirlər.
Qıllı çoban itləri
Duyuq düşməsə əgər,
Oğurlayıb qoyunu,
Quzunu aparırlar.
Bir də gördün çobanlar
Hay-haray qoparırlar.
İtlər qalxıb hürüşür,
Ayı qorxuya düşür.
Ovunu atıb gedir,
Çaparaq gözdən itir.
Rəsul Rza
DÜŞÜN VƏ CAVAB VER
1.
Tülkü hansı hallarda quyruğundan süpürgə kimi istifadə edir?
2.
Mavi rənglə verilmiş hansı “ayı” sözü şəkilçi qəbul edib?
BUĞDA ÜŞÜYÜRMÜ
Azər əmisigilə qonaq gələndə payız idi.
Ağacların yarpaqları saralmışdı. Külək
əsdikcə onlar bir-bir havada dövrə vurub
düşürdü. Həyətdəki nar, heyva, armud
ağaclarının meyvələri sırğa kimi
budaqlardan asılı qalmışdı. Azər nənəsi və
babası ilə görüşən kimi əmisi qızı Nüşabəyə
qoşulub birbaşa bağa qaçdı. Uşaqlar
yetişmiş meyvələrdən dərib yedilər.
Sonra Nüşabə Azərin qoluna toxundu:
- Gedək sizin gəldiyinizi atama xəbər verək.
- Gedək.
Onlar bağın ayağındakı çəpəri aşıb şumlanmış sahəyə çıxdılar.
Buradan şumlanmış sahə göz işlədikcə uzanır, sıralanmış traktorlar gurultu ilə
irəliləyirdi. Traktorların arxasınca adamlar gedirdilər.
Azər bu mənzərəyə təəccüblə baxıb Nüşabədən soruşdu:
- Onlar nə edirlər belə?
Qız sakitcə cavab verdi:
- Taxıl səpirlər. Payızlıq taxıl.
Sonra Azərin sual dolu baxışlarını görüb dedi:
- Yadında saxla, ildə iki dəfə taxıl əkilir. Bir yazda, bir də payızda. Bax indi atamgilin
sürdüyü traktorun ardınca şuma buğda toxumu səpilir. Bu, payızlıq taxıldır. Yazda
buralar gömgöy zəmi olacaq, sünbüllər adam boyu ucalacaq. Sonra da onu biçib,
döyüb dən eləyəcəklər. Daha sonra dəyirmanda üyüdüb un alacaqlar, həmin undan
da çörək bişirəcəklər.
Azər buğdanı, unu, çörəyi yaxşı tanıyırdı. Ancaq onların belə çətin başa gəldiyini
bilmirdi.
Elə bu vaxt traktorlar sahə başına çatdı. Azər Nüşabə ilə bərabər traktorçu əmisiylə
görüşmək üçün maşınlara tərəf yüyürdü...
Bu əhvalatdan iki-üç ay sonra Nüşabə atası ilə şəhərə gəldi. Azərin anası onları
dənizkənarı bulvara, Dağüstü parka, sirkə apardı. Nüşabə şəhərdə gördüyü hər şey
haqqında çəkinmədən Azərdən soruşur, bilmədiklərini öyrənirdi. “Çox sağ ol”, - deyə
ona təşəkkürünü bildirirdi.
Bir gün səhər Azər yuxudan oyananda Nüşabəni pəncərə qabağında dayanan gördü.
Ona yaxınlaşdı. Çöldə quşbaşı qar yağırdı. Damların üstü ağ örtüyə bürünmüşdü.
Azərə elə gəldi ki, qız qarın yağmasından kədərlənib. Ona ürək-dirək vermək üçün
dedi:
- Qanını qaraltma, şəhərdə qar çox qalmır.
Nüşabə dedi:
- Qanımı niyə qaraldıram? Qar yaxşıdır, bərəkətdir, torpağa can verir.
- Bəs əmimgilin əkdiyi buğdalar? - Azər birdən-birə soruşdu. - Axı onlar qarın altında
üşüyür.
- Buğda üşümür, Azər, - deyə Nüşabə izah etdi. - Qar yorğan kimi onun üstünü örtür.
Şaxtadan, çovğundan qoruyur. Yazda isə yuxulu torpaq ayılacaq, qar torpağın
hərarəti ilə əriyib körpə cücərtilərə su verəcək, onlar da boy atacaq. Zəmilər
yamyaşıl olacaq.
Şamil Xurşud
DÜŞÜN VƏ CAVAB VER
NİTQ BACARIQLARI
1.
Mavi rənglə verilmiş abzası genişləndirərək nəql et. Nüşabə şəhərdə indiyə
kimi görmədiyi nələrlə qarşılaşa bilərdi?
2.
Mətndəki məlumatlardan çıxış edərək payızlıq taxıl üçün qarın xeyrini izah
et.
3.
Sonuncu abzasdakı hansı cümlədə bənzətmə işlənib?
4.
Həmin abzasda altından xətt çəkilmiş sözləri izah et.
Epitet
5.
Verilmiş nümunədə hansı epitetlər var?
Çənlibeldən səni deyib gəlmişəm,
Alma gözlüm, qız birçəklim Qırat, gəl.
Bədii əsərlərdə əşya və ya hadisənin əlamətini daha qabarıq çatdırmaq
üçün çox vaxt məcazi məna daşıyan sözlərdən istifadə olunur. Belə
sözlər epitet adlanır. Məsələn:
Döyüşə aslan ürəkli oğullar gedir.
(“Koroğlu” dastanından)
NOVRUZ BAYRAMI
Səmənini gətirin,
Miz üstünə qoyun, hey!
Kos-kosanı başlayaq,
Gözəldir bu oyun, hey!
Yaz coşdurur adamı,
Gəlir Novruz bayramı!
Bir nimçəyə düzülsün
Yeddi löyün şirniyyat:
Qoğal, qovut, paxlava,
İydə, badam, qoz, nabat.
Yansın hər evin şamı,
Gəlir Novruz bayramı!
Tonqal çataq həyətdə,
Könül açsın məşəllər.
Öz bəxtini sınasın
Bütün qönçə gözəllər.
Tapın iynəni, camı,
Gəlir Novruz bayramı!
Məhlə-məhlə dolanaq,
Qapıları pusaq biz,
Gözəl sözlər danışın,
Gəlib qulaq asaq biz.
Nəğmə deyir qaranquş,
Novruzgülü bitib ha!..
Papaq atın, pay alın,
Son çərşənbə yetib ha!..
Bu yeni il axşamı
Gəlir Novruz bayramı!
Lopa yandırın, dostlar,
Zülmət nura qarışsın.
Susub durmaq günahdır,
Küsülülər barışsın!
Sevinsin, gülsün hamı,
Gəlir Novruz bayramı!
Sabir Mustafa
Gülsün ellərin kamı,
Gəlir Novruz bayramı!
SÖZ EHTİYATI
İşləndiyi bəndin məzmununa görə “qovut” sözünün mənasını müəyyən et.
A) uzunsov, yaxud girdəşəkilli, şirin və ətirli bostan meyvəsi
B) qovrulmuş buğda və ya noxud unundan hazırlanan çərəz
C) evdən çıxarılmış, qovulmuş adam
QIZIL BALIQ
Dostları ilə paylaş: |