Abdulla Şaiq
2.
Şeirin hissələrinə başlıq ver.
3.
Mətnin ideyası hansı misralarda ifadə olunur?
4.
Əsərdəki obrazlar haqqında düşündüklərini söylə. Alış dayı obrazının
müsbət və mənfi cəhətlərini sadala.
5.
Mavi rənglə verilmiş bənd haqqında suallara cavab ver:
Cümlənin baş üzvləri hansı misradadır?
Bəndin birinci iki misrası hansı suala cavab verir?
Bənddəki “ancaq”sözünü hansı sözlərlə əvəz etsək, məna dəyişməz?
A) amma, lakin
B) hətta, axı
C) yalnız, təkcə
Altından xətt çəkilmiş sözlərin kökü hansı hərflə bitir?
XOR
Bilirsənmi xor nədir?
İnsanların birliyi!
Dənizlərin birliyi,
Ümmanların birliyi.
Xora qoşulmusansa,
Kimləsə həmfikirsən.
Deməli, bir amalın
Qeyrətini çəkirsən.
Xor oxuyur meşələr,
Xor oxuyur dənizlər.
Bir mahnı ürəkdəki
Milyon dərdi təmizlər.
Toplardan titrəməsin
Meşə, yamac, dağ, dəniz.
Xor oxuyaq, titrətsin
Qoy dünyanı nəğməmiz.
Kim deyir ki, xor deyil
Min-min çiçək dəstəsi?
Bir "ağ qızıl" tarlası,
Bir kəpənək dəstəsi?
Dostun mahnı oxusa,
Onun səsinə səs ver.
Qoy gurlasın nəğməniz,
Ona yeni həvəs ver.
Bilirsənmi xor nədir?
İnsanların birliyi!
Dənizlərin birliyi,
Ümmanların birliyi.
Zahid Xəlil
DÜŞÜN VƏ CAVAB VER
1.
Lüğətin köməyi ilə “xor” sözünün mənalarını izah et. Bu şeirdə şair “xor”
kəlməsi ilə nəyi ifadə etmək istəmişdir?
2.
Şeirin ideyasını müəyyənləşdir və ona uyğun atalar sözləri tap.
ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.
Aşağıdakı əxlaqi dəyərlərdən hansı mətnlərdə danışılır? Uyğunluğu müəyyən
et.
2.
Bölmədə başqalarına yaxşılıq edən qəhrəmanları sadala. Onlardan hansını
ən xeyirxah hesab edirsən? Seçimini izah et.
3.
Bölmədə oxuduğun hekayələrin hansında əliaçıqlıq və canıyananlıq kimi
mənəvi keyfiyyətlərin əksini görə bilərsən?
4.
Nümunəyə uyğun olaraq heyvan adlarına uyğun gələn xüsusi isimlər əlavə
et və cədvəli dəftərində tamamla.
it, pişik, inək, at, keçi, dəvə, toyuq,
ördək, cücə, qaz, dovşan, dana
5.
Buraxılmış durğu işarələrini müəyyənləşdir və mətni dəftərinə köçür.
Bir gün qonşularından biri Mollanın yanına gəlir və deyir
Molla eşşəyini ver, dəyirmana buğda aparmaq istəyirəm Molla and-aman
eləyir
Canın üçün, eşşək evdə deyil Bizim də bir az buğdamız var idi, uşaq
yükləyib aparıb dəyirmana.
Bu dəmdə eşşək tövlədə anqırır Eşşəyin səsini eşidən qonşu deyir
Molla, ayıb olsun sənə Utanmırsan, eşşək tövlədə ola-ola mənə yalan
deyirsən
Molla hirslənib deyir
Ayıb sənə olsun ki, mən boyda ağsaqqal kişiyə inanmırsan, tövlədəki
eşşəyə inanırsan
Ucsuz-bucaqsız Kainatda ulduzların, planetlərin və başqa göy cisimlərinin arası ilə
kiçik bir kosmik gəmi səssizcə uçurdu. Yaşılgözlü sarışın qız əlini çənəsinə dayayaraq
maraqla kosmik gəminin dairəvi şüşəsindən - illüminatordan ətrafı seyr edirdi.
- Ulduzları yaxından görmək necə də maraqlıdır! Kan, bu səyahətə məni də
götürdüyünə görə sənə çox minnətdaram! - deyə o, cihazların göstəricilərinə
nəzarət edən qardaşına müraciət etdi.
Saçları səliqə ilə arxaya daranmış ağbəniz oğlan gülümsədi:
- Kainat bir möcüzədir, Lemi. Fəza, vaxt, ulduzlar, planetlər... Bunları müşahidə
etmək o qədər maraqlıdır ki! Kainat çox nəhəngdir. Burada milyonlarla ulduz var və
onlar qalaktikalar əmələ gətirir. Bax indi biz Süd yolu qalaktikasında yerləşən Günəş
sisteminə daxil oluruq.
Onların Günəş sistemində gördükləri ilk planet Neptun oldu. Lemi parlaq, açıq-mavi
rəngli bu planetin gözəlliyinə heyran qaldı. Daha sonra yaşılımtıl- mavi planet - Uran
göründü. O öz orbiti üzrə hərəkət edərək uzaqlaşırdı. Bir qədər sonra Neptun və
Urandan xeyli böyük, Günəş sistemində ən çox peyki olan Saturn planeti göründü.
***
Nəhayət, onlar Günəş sisteminin ən böyük planetinə - qırmızı, sarı, ağ zolaqları
teleskopda aydın görünən Yupiterə yaxınlaşdılar.
- Yupiterin diametri Yerinkindən 11 dəfə böyükdür, - deyə Kan izahat verdi, - o, Günəş
sistemində nəhəngliyinə görə birinci, parlaqlığına görə Veneradan sonra ikinci yeri
tutur. Günəşə ən yaxın olan planet isə Merkuridir.
- Bəs Yer planeti hanı? - deyə Lemi səbirsizliklə soruşdu, - axı kosmik xəritəyə görə,
Yupiterdən sonra Yerlə rastlaşmalı idik.
- Yer planeti bu saat Günəşin o biri tərəfindədir. Biz onu görmək üçün
Günəşin ətrafına dolanmalıyıq. Lemi, teleskopun arxasına keç! Sən indi gözəl Venera
planetini lap yaxından görəcəksən!
Şiş qayalar, narıncı-qırmızı səhra, vulkanlar Lemini valeh etdi. Bir azdan qarşıda
nisbətən kiçik qırmızı planet göründü. Bu, Mars idi.
- İki il əvvəl atamla qalaktikalara səyahətə çıxanda biz gəmimizi Marsın səthinə
endirmişdik, - deyə Kan yadına saldı. - Yerdə olduğu kimi, Marsda da il fəsillərə
bölünür.
Bir qədər sonra Kan Lemini səslədi:
- Lemi, qarşıya bax! Bu, Yerdir!
Lemi sarımtıl-mavi rəngli planetdən gözünü çəkə bilmirdi.
- Yer planetinin 70%-i sudur: göllər, dənizlər, okeanlar. Onlar mavi rəngdə görünür.
Bu planetdə həyat üçün lazım olan hər şey var: hava, su, torpaq. Planet zəngin flora
və faunaya malikdir. Burada şüurlu varlıqlar - insanlar da var. Onlar zahirən bizə
oxşasalar da, fərqlidirlər.
- Biz onları görüb danışa bilərik?
- Yox, bacım, buna icazəmiz yoxdur.
Lemi qüssələndi:
- Heyif! Mən onlarla tanış olmaq istəyirdim...
Onlar müəyyən məsafəyədək Yer planetinə yaxınlaşıb onun ətrafına dolanmağa
başladılar...
***
Birdən kosmik gəmi möhkəm silkələndi. Hansısa bir qüvvənin təsiri altında
istiqamətini dəyişib Yerə doğru yönəldi. Kan cəld cihazların arxasına keçərək gəmini
əvvəlki vəziyyətinə qaytarmağa çalışdı, amma cihazlar sözə baxmır, bir-bir sıradan
çıxırdı. Kan öz planetinə həyəcan siqnalı göndərib kömək istədi. Lemi özünü itirmiş
halda qardaşını izləyirdi:
- Nə oldu, Kan? Nə baş verir?
- Qəza baş verib, Lemi! Biz təhlükədəyik!
Lemi
həyəcannan
pəncərədən baxdı. Onlar
sürətnən
Yerə doğru enirdilər. Bu zaman
cihazların
birinnən
qısa siqnallar eşidildi.
- Cavab gəldi, Lemi! Bu qalaktikada bizim başqa bir gəmimiz də var! O bizə kömək
edə bilər!
Kan gəminin arxa tərəfinə cumub xilasedici paraşüt-şarları çıxardı.
- Şarın içinə keç, Lemi! Səhvə yol vermə, hər şeyi təlimata uyğun elə! Vaxtında kömək
gəlməsə, biz paraşüt-şarların içində gəmidən kənara atılmalıyıq.
Onlar şəffaf şarların içinə yerləşib gözləməyə başladılar, amma səbirsiz Lemi
düyməni basdı. Xilasedici şar bir göz qırpımında gəmidən kənara atılıb yavaş-yavaş
Yerə enməyə başladı. Leminin qolundakı saat yanıb-söndü, Kanın səsi eşidildi:
- Lemi, sən neylədin?!
Niyə tələsdin? Bizi xilas etdilər, gəmi geri qayıdır!
Lemi çaşqın halda işıqları yanıb-sönən gəminin arxasınca baxırdı.
- Lemi, eşidirsən?!
O sanki danışıq qabiliyyətini itirmişdi. Nəhayət, cavab verdi:
- Eşidirəm! Mən nə etməliyəm?
- Özündən muğayat ol! Qısa zamanda sənin dalınca gələcəyəm! Saatı qolundan
çıxarma! Lemi! Lemi! Hələlik!
Bir neçə saniyədən sonra əlaqə kəsildi: Lemini öz dünyası ilə bağlayan yeganə cihaz
susdu. Paraşüt-şar aramla Yerin səthinə endi. Lemi şardan çıxıb ətrafa göz gəzdirdi.
Görəsən, haqqında çox eşitdiyi Yer planetində onu nələr gözləyir?..
DiL QAYDALARI
1.
Mətndə çəhrayı rənglə verilmiş sözləri düzgün yazmaqla həmin abzası
köçür.
2.
Səncə, nə üçün mavi rəngli cümlələrin sonunda həm sual, həm də nida
işarəsi qoyulub?
YADDA SAXLA!
3.
Hansı cümlədə “günəş” sözü böyük hərflə yazılmalıdır?
A) Dağların arxasından günəş boylanırdı.
B) Yupiter günəş sisteminin ən böyük planetidir.
C) Dəniz sularında səhər günəşinin qızartıları əks olunurdu.
Səma cisimlərinin adları böyük hərflə yazılır. “Yer’, “Ay”, “Günəş” sözləri
də astronomik mənada işləndikdə böyük hərflə yazılır.
...Böyük məktəb binasının həyəti uşaqlarla
dolu idi. Qısa sarışın saçlı, yaşılgözlü qız
darvazanın ağzında dayanıb onlara baxırdı.
Bir azdan zəng vuruldu, uşaqlar içəri
axışmağa başladılar. Məktəbin həyəti
yavaş-yavaş boşaldı və orada çantasını
kürəyindən asmış tək bircə qız qaldı. O,
pilləkəndə oturub əlindəki telefonla
oynamağa başladı. Lemi onu izləyirdi. Bir
azdan o cəsarətlənib qıza yaxınlaşdı.
- Nə qəribə cihazdır? Bu nə üçündür?
Təəccübdən qızın gözləri böyüdü:
- Heç ömründə telefon görməmisən?
- Yox!
- Sən bəyəm Aydan gəlmisən?
- Aydan yox, Ay yaxındadır. Mən daha uzaqdan gəlmişəm.
Qəflətən telefon zəng çaldı. Qız telefonu qulağına apardı:
- Hə, ana, məktəbin həyətindəyəm. Kənan indi dərsdən çıxacaq və evə gedəcəyik,
narahat olma!
Leminin gözləri güldü:
- Demək, bu cihaz danışmaq üçündür! Mənim planetimdə adamlar birbiri ilə saatla
əlaqə saxlayırlar, - deyə o, qolundakı iri saatı göstərdi. - Bax bu düyməni basanda
kiminlə istəsən, danışa bilərsən. Ancaq bu biri düyməni bassan, o adamın özünü də
görə bilərsən.
Qızcığaz heyrətlə Lemiyə baxdı. O heç vaxt belə qəribə saat görməmişdi. Lakin onu
daha çox heyrətləndirən yaşılgözlü qızın özü idi. Doğrudanmı, o, başqa planetdən
gəlmişdi? Bəlkə, bu qız onunla zarafat edir? Məktəbli qız bir qədər şübhə ilə dedi:
- Yaxşı, düyməni bas, sizinkiləri görək.
- Təəssüf ki, onlar çox uzaqda olduqları üçün əlaqə saxlamaq mümkün deyil. Amma
Yer planetində kimdəsə belə saat olsa, danışa bilərdik.
Qızcığaz fikrə getdi. Lemini bir daha diqqətlə nəzərdən keçirdi:
- Mənim adım Ayseldir. Dördüncü sinifdə oxuyuram. Bəs sən?
- Mənim adım Lemidir.
- Qəribə addır. Neçənci sinifdə oxuyursan?
- Bilmirəm. Mənim oxuduğum yerdə siniflər yoxdur.
- Yaxşı, neçə yaşın var?
- On iki.
Lemi bütün başına gələnləri, bura necə gəlib düşdüyünü danışdı. Kosmik gəmidə
qəzadan sonra o, şəhərin kənarında Yerə düşmüş, burada qoca bir qadına rast
gəlmişdi. Qadın onu öz daxmasına aparmış, qayğısına qalmışdı. Bu qadınla iki gün
ünsiyyətdə olduqdan sonra Lemi Azərbaycan dilində rahat danışmağa başlamışdı.
Çünki o, diqqətini toplayıb qarşısındakı adamın yaddaşındakı sözləri beyninə köçürə
bilir.
Aysel başqa planetdə yaşayanlar haqqında çox eşitmiş, filmlərə baxmışdı. Onların
yaxşı və ya pis olduğunu dəqiq bilməsə də, bu qızdan qətiyyən qorxmurdu. Əksinə,
onun halına acıyırdı.
- Qardaşım Kan dalımca mütləq gələcək, - deyə Lemi sözünü yekunlaşdırdı, - amma
nə vaxt gələcəyi bəlli deyil. O vaxta qədər mən bu planetdə yaşamalıyam.
- Mənim də qardaşım var, adı Kənandır, səkkizinci sinifdə oxuyur. Mən indi burada
onu gözləyirəm.
Elə bu vaxt Kənan gəldi. Aysel qardaşını kənara çəkib onunla xeyli pıçıldaşdı. Kənan
bir-iki dəfə çevrilib Lemiyə şübhə ilə baxdı. Sonra çiyinlərini çəkib əllərini yellədi.
Onlar üçlükdə məktəbin həyətindən çıxıb yola düzəldilər.
Ayselgilin evində Lemi uşaqlara öz planeti haqqında danışmağa başladı, amma özü
də hiss edirdi ki, söz ehtiyatı azlıq edir. Uşaqlardan lüğət kitabı istədi. Ona izahlı
lüğət verdilər. Lemi diqqətini toplayıb kitabı vərəqləməyə başladı. Onlar onu izləyir,
amma bir şey anlamırdılar. Lemi isə kitabı vərəqlədikcə sözləri yaddaşına
köçürürdü.
Lemi söhbətini bitirdikdən sonra uşaqlar fikrə getdilər. Bu qeyri-adi vəziyyətdə
düzgün qərar qəbul etmək lazım idi.
***
... Anasıgil gələndə Kənan bacısına dedi:
- Sən Lemini öz otağına apar! Mən onları bir az hazırlayım, sonra hər şeyi açıb
deyərik.
Kənan əvvəlcə anasına yaxınlaşdı:
- Ana, sən başqa planetlərdə də insanların yaşadığına inanırsan?
- Yenə hansı filmə baxmısan?
- Axı bu barədə hey deyirlər, yazırlar, sənədli filmlər çəkirlər.
1.
Lemini Yer planetinin uşaqlarından fərqləndirən cəhətləri sadala.
- Kənan, naməlum uçan obyektiərlə, yadplanetlilərlə bağlı hər bir xəbər araşdırılır.
Onların tapılan hər bir nümayəndəsi laboratoriyalarda ekspertizadan keçirilir. Amma
hələ heç nə sübut olunmayıb. Yalnız fərziyyələr var.
- Ana, əgər sən başqa planetdən olan insana rast gəlsən, nə edərsən?
- Kənan, realist ol! Başını boş şeylərlə doldurmaqdansa, dərslərinə bax!
Bu sözlərdən sonra Kənan Lemi ilə bağlı söhbəti təxirə salmağı qərara aldı.
Axşam Ayselin çəhrayı pijamasını geyinmiş Lemi otaqdakı divanda mışıl-mışıl
yatanda Kənan fikirlərini bacısı ilə bölüşdü:
- Əgər biz ona kömək etmək istəyiriksə, onun kimliyini gizlətməliyik. Heç kim
bilməməlidir ki, bu qız yadplanetlidir, yoxsa aləm bir-birinə dəyəcək, onu tutub
laboratoriyalara, nə bilim daha haralara aparacaqlar. Təsəvvür edirsən nələr ola
bilər?
Onlar xeyli danışıb götür-qoy etdilər. Qəti bir qərara gəlməsələr də, Lemini gizlədib
saxlaya biləcəklərinə ümidləri xeyli artmışdı. Yatmağa gedərkən Aysel hər ehtimala
qarşı otağının qapısını içəridən bağladı. Lemiyə yaxınlaşıb pəncərədən düşən ay
işığında diqqətlə ona baxdı və pıçıldadı:
- Sənə mütləq kömək edəcəyəm!
DÜŞÜN VƏ CAVAB VER
2.
Səncə, nə üçün Kənan anasına Lemi haqqında danışmaq fikrindən daşındı?
3.
Müxtəlif mənbələrdən yadplanetlilər haqqında məlumat topla və təqdimat
hazırla.
Elə həmin axşam Kənanın ağlına yaxşı bir
fikir gəldi:
- Tapdım! Lemini harada gizlətməyi
fikirləşib tapdım! Aidə xala! Lemi Aidə
xalanın yanında qala bilər!
Aidə xalanı tanımayan Lemi dayanıb
gözlərini döyürdü. Onu başa saldılar:
- Aidə xalanın ailəsi Almaniyaya köçüb. Yaşlı
qadındır, təkdir, çox darıxır, nəvələrinin
xiffətini çəkir. Ona deyək ki, Lemi Köln
şəhərində onun nəvələri ilə bir məktəbdə
oxuyur. Buraya dilçilik kursları keçmək
üçün gəlib. Qalmağa yer axtarır... O da
Lemini heç yerə buraxmayacaq, onun
yanında qalmasını təkid edəcək.
Leminin yaşadığı planetdə yalan yoxdur. Bizim qəhrəmanlarımız isə Yer kürəsində
yaşayan yüz minlərlə uşaq kimi bəzən yalan da danışır, heç bunun fərqinə də
varmırlar. Amma uşaqlar bu yalanı yurd-yuvasından, doğmalarından ayrı düşmüş
bir qıza kömək etmək üçün uydurmuşdular. Onlara elə gəlirdi ki, bu yalan
müqəddəs yalan olduğu üçün günah deyil.
...Hər şey onların gözlədiyi kimi oldu. Taleyin hökmü ilə Lemi Aidə xalanın evində
qaldı.
Bu günlər ərzində Kənan qalaktikalar, ulduzlar və planetlər haqqında bir neçə kitaba
baxdı. Yeni öyrəndiklərini dostu Rüstəmlə uzun-uzadı müzakirə etdi və günlərin
birində hər şeyi açıb ona danışdı. Beləliklə, Rüstəm də bu kiçik dəstəyə qoşuldu.
Onların bütün dünyadan, Yer üzündəki bütün insanlardan gizli bir sirləri vardı...
DÜŞÜN VƏ CAVAB VER
1.
Uşaqların Aidə xalaya danışdıqları yalanı necə qiymətləndirirsən?
2.
Səncə, bundan sonra hadisələr necə davam edəcək?
***
- İş burasındadır ki, Leminin planeti başqa qalaktikadadır, - deyə Kənan Rüstəmi
başa saldı, - onlar qalaktikalararası kosmik fəza ilə uçub Günəş sisteminə daxil
olublar, sonra isə qəza baş verib.
Rüstəm, adəti üzrə, eynəyini düzəldərək dizinin üstünə qoyduğu kosmik xəritəyə
baxdı.
Lemi təəssüflə dedi:
- Ah, qalaktikalar haqqında Kanın bilikləri məndə olsaydı...
- Leminin gəldiyi qalaktika Günəş sisteminin yaxınlığında yerləşir, - Rüstəm davam
etdi, - deməli, Günəş sisteminə qonşu olan qalaktikaları öyrənmək lazımdır.
- Axı onlar bir yerdə durmur, filosof, hey hərəkət edir, yerlərini dəyişir. - Kənan
Rüstəmə həmişə “filosof” deyə müraciət edirdi.
- Bura bax, Ləman, - Rüstəm ona beləcə, Yer adı ilə müraciət etdi, - sən yaşadığın bu
X planeti haqqında bizə nə deyə bilərsən?
- Bu planet Yer kürəsinə çox oxşayır. Onun quruluşu, ölçüləri, temperaturu və
atmosfer qatı təxminən elə Yerinki kimidir. Ona görə də bu planetlərin flora və
faunası bir-birinə belə oxşayır və məhz buna görə biz sizinlə belə oxşarıq.
- Demək, bizim planetin əkiz qardaşı var! - deyə Aysel atılıb-düşdü, - görəsən, biz nə
vaxtsa onu görə biləcəyik?
- Əlbəttə.
- Belə çıxır ki, Kainat belə nəhəng olsa da, bir planetdən başqasına getmək
mümkündür.
- Daha doğrusu, bizim üçün hələlik mümkün deyil, Lemigil üçünsə mümkündür.
Yoxsa o, indi burada olmazdı, - deyə Rüstəm düzəliş etdi.
- Əslində, - Lemi tərəddüd etdi, - başqa planetdə yaşayan insanlarla əlaqə yaratmaq
bizə qadağandır. Əlbəttə, bəzi hallar istisna olmaqla...
Uşaqlar xorla soruşdular:
- Niyə?
- Bunu əvvəllər mən də başa düşmürdüm, amma Yer planetinə düşdükdən sonra
bəzi şeyləri dərk etməyə başladım. İş burasındadır ki, Yer insanları Kainatın
qanunlarına riayət etmirlər. Onlar planetin flora və faunasını məhv edir, məişət
tullantıları ilə ekologiyanı korlayır, təbii sərvətləri dağıdırlar. Kosmik fəzadan Yer
planetinə baxanda Yerin atmosfer qatında qara ləkələr görünür. Bunlar havaya
buraxılmış zəhərli qazlardır. Onların sıxlaşmasından yaranan yağışlar bu zəhəri
torpağa hopdurur. Beləliklə, qlobal ekoloji problemlər yavaş-yavaş Yer planetini
fəlakətə sürükləyir.
Rüstəm təşvişlə soruşdu:
- Yaxşı, bəs biz nə edək? Axı bütün bu səhvləri düzəltmək, planeti xilas etmək
lazımdır, yoxsa gələcək nəsillər bizi lənətləyər!
- Əgər Yer planeti məhv olsa, Günəş sistemində və deməli, Kainatda tarazlıq pozular.
Onda nələr ola biləcəyini təsəvvür edin! Ulduzlar və planetlər öz cızığından çıxıb
toqquşa bilər və dəhşətli partlayışlara səbəb olar.
- Dayan, dayan! - Aysel dözə bilmədi. - Əgər belə şeylər olsa, onda sizin planetə də
zərər dəyə bilər!
- Əlbəttə!
- Elə isə siz bunları bilə-bilə niyə heç nə eləmirsiniz? Niyə Yerdəki insanları başa
salmırsınız?
- Bu o qədər də asan məsələ deyil. Biz Yerdəki müharibələrin böyüyüb planetlərarası
müharibələrə çevriləcəyindən ehtiyat edirik. Ona görə də başqa planetlərlə, orada
yaşayan canlılarla əlaqə yaradılmasına ciddi məhdudiyyət qoyulub. Hər planetin
sakinləri diqqətlə öyrənilir.
- Demək istəyirsən ki, yenə haradasa insanlar yaşayır?
- Bəli, amma onlar bizə oxşamırlar. Məsələn, bizim qalaktikanın mərkəzində
yerləşən kiçik bir planetdə boyu 3 metrə çatan nəhənglər yaşayır. Ondan bir qədər
uzaqda isə soyuq bir planetdə quyruğu və kiçik
buynuzları olan canlılar həyat sürür. Onlar da insandırlar, çünki şüurları və
təfəkkürləri var.
- Bizim isə bundan heç xəbərimiz belə yoxdur, - deyə Kənan fikirli-fikirli dilləndi. - Hə,
filosof, indi biz neyləyək? Öz planetimizi necə xilas edək?
- Fikirləşmək lazımdır, - deyə Rüstəm barmağını gicgahına vurdu. - Müdrik filosof
Konfusi demişdir ki, dünyanın yalnız cüzi bir hissəsi insana açıla bilər və yalnız
sarsaq adamlar elə hesab edirlər ki, hər şeyi bilirlər. İnsan nə qədər çox öyrənirsə,
müdrikliyə çatırsa, bir o qədər anlayır ki, onun dərk etmədiyi çox şey var... Uşaqlar,
məni bağışlayın. Mən evə gedib təklikdə yaxşı-yaxşı fikirləşməliyəm. Hələlik!
Kənan dostunun ardınca xeyli baxdı:
- O, Kainatı xilas edəcək!
DÜŞÜN VƏ CAVAB VER
SÖZ EHTİYATI
3.
Leminin planetindəki insanları Yer planetindəki insanlarla müqayisə et.
Onların hansı xüsusiyyətlərini daha çox bəyəndin?
4.
Yer planetinin gələcəyi ilə bağlı Leminin qaldırdığı problemlərə münasibətini
bildir. Bu problemlərin həlli ilə bağlı fikirlərini söylə.
5.
“Atmosfer”, “ekologiya”, “qlobal” sözlərini izah et və cümlələrdə işlət.
Termin
6.
Terminləri müvafiq fənn adı ilə uyğunlaşdır və izah et.
Hər hansı elm sahəsinə aid olan sözlərə termin deyilir. Termin müəyyən
elmi anlayışı ifadə edir.
Günlər hiss olunmadan ötüb-keçirdi. Uşaqlar hər gün
dərsdən sonra görüşür, danışır, Kainatın sirlərini
araşdırır, müzakirə və mübahisə edirdilər. Rüstəm
oxuduğu kitabları təhlil edir, hər gün yeni suallarla
gəlirdi. Uşaqlar bilirdilər ki, Lemi gec-tez öz planetinə
dönəcək və ondan mümkün qədər çox şey öyrənməyə
çalışırdılar. Bir gün Lemi uşaqlardan onu özləri ilə
məktəbə aparmalarını xahiş etdi.
...Aysel Lemini Almaniyadan gəlmiş rəfiqəsi kimi təqdim etdi. Sinif yoldaşları bu
sarışın qızı mehriban qarşıladılar. Qızlar onun geyindiyi boz kostyuma, oğlanlar isə
qeyri-adi yaşıl gözlərinə xüsusilə fikir verdilər.
Birinci dərs riyaziyyat idi. Keçilən qaydaları təkrar edərək məsələ həllinə başladılar.
Müəllim Leminin riyazi biliklərinin səviyyəsi ilə maraqlandı. Lemi dedi:
- Bizim dərs sistemində hər bir proqram, o cümlədən riyaziyyat proqramı
mürəkkəbliyinə görə A, B, C və D kateqoriyalı dörd səviyyəyə bölünür. D
kateqoriyasını mənimsəmək artıq riyaziyyat kursunu mükəmməl bilmək deməkdir.
- Maraqlıdır! Sən hazırda hansı kateqoriyanı öyrənirsən?
- D kateqoriyasını.
- Bizim uşaqlara bir neçə sadə məsələ deyə bilərsənmi?
Lemi lövhənin qarşısına çıxdı:
- Avtomobil birinci saat 460 km, ikinci saat bundan 30 km artıq sürətlə getdi.
Avtomobil iki saata nə qədər məsafə qət etdi?
Uşaqlar gülüşdülər:
- Bu, avtomobildir, yoxsa raket?
Məsələni tez həll etdilər.
- Atanın 160, oğulun 120 yaşı var. 10 ildən sonra onların birlikdə neçə yaşı olacaq?
Daha bərkdən gülüşmə qopdu.
- Bu ata-balanı “Ginnesin rekordlar kitabı”na salmaq lazımdır.
Aysel yerindən qalxıb vəziyyəti düzəltməyə çalışdı:
4.MƏKTƏBDƏ
- Ləman məsələni Azərbaycan dilinə çevirəndə rəqəmləri səhv salır. Yəqin, atanın 60,
oğulun 20 yaşı var.
Tənəffüsdə Aysel Lemini kənara çağırıb bəzi təlimatlar verdi.
Azərbaycan dili dərsində “Yurdum, yuvam, məskənimsən!” mövzusunda inşa yazıya
hazırlıq keçirildi. Müəllim mövzunun adını lövhəyə yazaraq plan verdi və şagirdlərə
plan üzrə danışmağı təklif etdi. Arzu edənlər bir-bir çıxış etməyə başladılar.
Dərsin sonunda müəllim Lemiyə yaxınlaşıb soruşdu:
- Qızım, sən də öz yurdun haqqında bir neçə kəlmə deyərsənmi?
Lemi ayağa qalxdı. Pəncərədən uzaqlara, səmaya baxaraq aram-aram söylədi:
- Mənim yurdum çox gözəldir. Mavi suları, ətirli torpağı, vüqarlı meşələri, əzəmətli
dağları var. Biz insanlar da təbiətin bir hissəsiyik. Bizə elə gəlir ki, qüdrətliyik,
özümüzə yüksək texnologiyalarla təmin olunmuş rahat həyat qurmuşuq, amma
əslində, biz təbiətin qarşısında çox zəif və acizik. Təbiət bircə dəfə köksünü ötürsə,
təbii fəlakətlər - vulkan püskürmələri, zəlzələlər, su daşqınları baş verər, bütün
yaratdıqlarımız məhv olar. Ona görə də biz təbiəti qoruyur, onunla ehtiyatla
davranırıq. Elə yaşamağa çalışırıq ki, planetimizin ahəngini pozmayaq, onu
cızığından çıxarmayaq. Mən yurdum üçün çox darıxmışam. Ondan uzaq düşəndən
sonra onu nə qədər sevdiyimi bir daha başa düşdüm. Mən öz planetim üçün, onun
açıq səması, isti günəşi üçün darıxmışam.
Aysel yavaşca Lemini dümsüklədi, amma o, deyəsən, bunu heç hiss etmədi.
- Mən mütləq öz yurduma qayıdacağam, mütləq!
Zəng vurulmuşdu, amma heç kim yerindən tərpənmirdi...
Həyat bilgisi dərsi başlandı. Mövzu ailə və ailə münasibətləri idi. Müəllim ailənin
cəmiyyətdə rolu, ailə münasibətləri haqqında danışdı. Daha sonra uşaqlar öz ailələri
haqqında bir neçə söz dedilər. Leminin dedikləri hamını, xüsusilə müəllimi çox
heyrətləndirdi:
- Bizdə ailə üzvlərinin bir yerdə yaşaması vacib deyil. Adətən, uşaqlar uşaq
şəhərciklərində, böyüklər isə iş yerlərinə yaxın mənzillərdə yaşayırlar. Əvvəldən təyin
olunmuş günlərdə ailə üzvləri bir yerə toplaşaraq vaxt keçirirlər. Amma biz bir-
birimizlə hər gün, hər saat, hər dəqiqə əlaqə saxlaya bilirik. Yüksək texnologiyalar
buna imkan verir. Mən öz ailəmi çox sevirəm. Atam, anam və qardaşım həyatda
mənə ən əziz olan insanlardır. Həmişə onların qayğısını və köməyini hiss edirəm.
İdman dərsində qızlar boy sırası ilə düzülərək iki komandaya bölündülər və
müəllimin fiti ilə basketbol oyunu başlandı.
Oyunun ilk dəqiqələrindən Lemi hamını təəccübləndirdi. Əvvəlcə o, oyunun
qaydalarını başa düşməyib topu öz komandasının səbətinə atdı. Səhvini anlayandan
sonra isə rəqib komandanın səbətini, demək olar ki, bombardman etdi. Qəribə idi,
top Leminin sözünə elə baxırdı ki, elə bil sehrlənmişdi. Lemi lap uzaqdan onu düz
səbətə tullayır, komandasına dalbadal xallar qazandırırdı. Onu üzük qaşı kimi
dövrəyə alsalar da, mane ola bilmirdilər.
Oyundan sonra müəllim Lemini çağırıb basketbolla nə vaxtdan və hansı
komandalarda məşğul olduğunu soruşdu. Onun birinci dəfə basketbol oynadığını
eşidəndə isə təəccübdən deməyə söz tapmadı.
Yolboyu Aysel məktəbdə baş vermiş hadisələri təfərrüatı ilə Rüstəmlə Kənana
danışdı. Uşaqlar xeyli güldülər. Ayrılanda Lemi dedi ki, basketbol oyunu çox xoşuna
gəlib. Öz planetinə qayıdanda mütləq bu oyunu yoldaşlarına da öyrədəcək.
DÜŞÜN VƏ CAVAB VER
DiL QAYDALARI
1.
Leminin qurduğu riyazi məsələlərdən çıxış edərək onun planetindəki həyat
haqqında nə demək olar?
2.
Leminin dediklərindən onun planeti ilə bağlı xoşuna gələnləri və
gəlməyənləri söylə. Fikirlərini əsaslandır.
3.
Verilmiş cümlələrdə altından xətt çəkilmiş sözləri cümlədə elə işlət ki, xüsusi
isim olsun.
1. Günəşin şüaları yeri qızdırırdı.
2. İlimizdə on iki ay var.
3. Təyyarə iki saatdan sonra yerə endi.
5. ÜZGÜÇÜLÜK
HOVUZUNDA
Bazar günü idi. Kənan səhər tezdən evdən
çıxdı. O bu gün üzgüçülük üzrə
məktəblərarası yarışda iştirak edəcəkdi.
Zalda adam çox idi. Aysellə Lemi qabaq
sırada oturmuşdular. Yarış başlandı. Fit
verilən kimi üzgüçülər suya atıldılar. Bir
azdan aydın oldu ki, Kənan ikinci xətdə
üzən oğlandan geri qalır. Hamı həyəcanla
yarışın sonunu gözləyirdi.
Lemi yarışı diqqətlə izləyirdi. Dostunun bir
qədər geri qalması onu narahat edirdi. O, gözlərini
qəribə şəkildə qıyaraq ikinci xətdə üzən oğlana baxdı.
Elə həmin anda oğlan suda qəribə hərəkətlər edərək geri qalmağa başladı. Lemi
gözünü ondan çəkdi. Yox, onun öz gücündən sui-istifadə etməyə, yarışın nəticələrinə
təsir göstərməyə haqqı yoxdur. Dönüb ətrafındakı uşaqlara və Ayselə baxdı. Onlar
Kənanın qalib gəlməsini necə də arzulayırdılar. Bəs ikinci xətdə üzən o oğlan? Məgər
o da qalib gəlmək istəmirmi?
Birdən Leminin ağlına çox aydın bir fikir gəldi: “Kənan bu cür qalib gəlməyi istəməz.
Yalançı çempion adı ona gərək deyil”. Bundan sonra Lemi sakitləşərək yarışı axıra
qədər izlədi.
Kənan çempion adını qazana bilmədiyinə görə çox pərt olmuşdu. Onu təbrik
edənlərə cavab vermirdi. Lemi isə gülümsəyirdi. Hisləri ilə deyil, ağlı ilə hərəkət
etdiyinə görə o özündən razı idi.
***
Ertəsi gün uşaqlar dünənki yarışı müzakirə edirdilər. Lemi dedi:
- Siz nəfəs sistemindən bir qədər düzgün istifadə etmirsiniz, ona görə də daha yavaş
sürətlə üzürsünüz.
Qızın sözləri, deyəsən, Kənanın xətrinə dəydi. O ayağa qalxdı:
- Demək, belə! Sabah dərsdən sonra üzgüçülük hovuzunda görüşürük! Lemi bizə
suda nəfəs almağı öyrədəcək!
1.
Mətnin bu hissəsində Leminin hansı bacarıqları üzə çıxdı? Səndə bu
bacarıqlar olsa idi, necə hərəkət edərdin?
...Qızlar üçün ayrılmış geyim otağında heç kim yox idi. Lemi və Aysel paltarlarını
dəyişib hovuza getdilər.
Lemi, doğrudan da, çox gözəl və iti üzür, özünü suda balıq kimi hiss edirdi. O, havanı
ciyərlərə çəkib mümkün qədər çox saxlamağın üsullarını uşaqlara başa salandan
sonra dediklərini əyani göstərmək üçün suyun altına girdi və uşaqlar saniyələri
saymağa başladılar.
- ...121, 122, 123...
Uşaqlar Leminin suyun altında bu qədər qalmasından narahat olub hovuza baş
vurdular, Leminin saçından, qolundan yapışaraq suyun üzərinə çıxartdılar.
- Bu nə zarafatdır?! - deyə Rüstəm qışqırdı. - Dəli olduq, elə bildik ki, batmısan!
***
Uşaqlar hovuzdan çıxıb geyim otaqlarına yollandılar. Az sonra üzə çıxan həqiqət
onların hər birini şoka saldı: Leminin saatı yoxa çıxmışdı! Onu çantanın cibindən
oğurlamışdılar!
Aysel hovuzdakı qızlara yaxınlaşdı. Geyim otağından saat oğurlandığını deyəndə
qızlardan biri incik halda dedi:
- Əşyalarımız geyim otağındadır, gedib axtara bilərsininz.
Qız hovuza enmək istəyəndə Lemi onun biləyindən yapışdı:
- Mən hər şeyi bilirəm, saatı sən götürmüsən!
- Geyim otağına gedib çantaları yoxlayın! - Rüstəm təklif etdi.
- Ehtiyac yoxdur! - Lemi dedi. - Saat bu otaqda deyil. 1
O, gözlərini qızın gözlərinə dikərək buz kimi soyuq səslə soruşdu:
- Sən saatı kiməsə vermisən! Kimə?
Onun gözlərindən çıxan qırmızı qığılcımlar qızı sarsıtdı. O, Leminin getdikcə böyüyən
göz bəbəklərində özünü gördü. Otağa necə qayıtdığını, saatı necə götürdüyünü
filmə baxırmış kimi seyr etdi. Qız qorxu və dəhşət içində arxaya çəkilib divara
yapışdı, dil-dodağı əsə-əsə danışdı:
- İlqar məni məcbur elədi, 9 -dəki. 2
- Mən onu gördüm! - deyə Rüstəm tələsik qabağa gəldi. - Biz gələndə Səlimlə birlikdə
burada idi.
...İlqar onları görəndə özünü itirdi, amma saatı götürdüyünü boynuna almadı.
Qaçmağa cəhd edərkən Kənan onun qarşısını kəsdi. Onu divara tərəf sıxışdırdılar.
İlqar həm Rüstəmdən, həm də Kənandan boyca hündür olsa da, iki nəfərin
öhdəsindən gələ bilməzdi. Rüstəm eynəyini çıxarıb cibinə qoyanda o, vəziyyətin
ciddi olduğunu bir daha anladı, yumruqlarını düyünləyərək yavaş-yavaş arxaya
çəkilməyə başladı. Birdən onun gözləri Kənanla Rüstəmin çiyinləri arasından ona
zillənmiş, arabir qızaran yaşıl bəbəklərə sataşdı. İlqarın rəngi ağardı, nitqi tutuldu,
nəsə kəkələdi. Kənanla Rüstəm başlarını döndərəndə Lemini aralarında gördülər. O
heç bir söz
Dostları ilə paylaş: |