b
söyləmədən əlini İlqara tərəf uzadıb ovcunu açdı. İlqar sözəbaxan uşaqlar kimi
kəmərinin altında gizlətdiyi saatı çıxarıb onun ovcuna qoydu. Qız ləngimədən saatı
qoluna keçirdi və dostları ilə bərabər ondan uzaqlaşdı. Nə baş verdiyini hələ də
anlamayan İlqar yerindən tərpənmədən gözlərini döyürdü. Birdən çənəsinə dəyən
yumruqdan tamamilə özünə gəldi. Rüstəm əllərini bir-birinə çırparaq eynəyini
çıxarıb gözlərinə taxdı və qaçıb dostlarına çatdı. Onlar gözdən itdilər.
DÜŞÜN VƏ CAVAB VER
SÖZ EHTİYATI
2.
Cümlələri tamamla.
1. Lemi Kənana kömək etmədi, çünki ...
2. Kənan uduzduğuna görə pərt olmuşdu, çünki ...
3. Uşaqların üzmə sürəti az idi, çünki ...
3.
Verilmiş terminləri cədvəl üzrə qruplaşdır və cədvəli dəftərində tamamla.
zərf, sambo, paralelepiped, vokal, gimnastika,
romans, məsdər, trapesiya
6. VİRTUAL ƏLAQƏ
...Telefonun səsi təzəcə yuxuya getmiş Kənanı diksindirdi.
- Mənəm, Rüstəm! Yatırdın?
- Bu vaxt neyləyərlər?
- Bilirsən nə olub? Mən onlarla əlaqə yaratmışam! Leminin planetindən olanları
deyirəm.
- Nə?! Yuxu görmüsən, yəqin!
- İnanmırsansa, dur kompüteri aç.
Kənan yavaşca iş otağına keçib kompüteri qoşdu. Telefon qulağında idi, Rüstəmin
bir dəqiqə belə dayanmadan üyüdüb-tökdüklərinə qulaq asırdı:
- Əvvəlcə mən yadplanetlilərlə bağlı saytlara girib baxdım, öyrəndim ki,
yadplanetlilərlə nə vaxtsa ünsiyyətdə olanların cəmiyyəti və öz saytı var. Onlar bir-
biri ilə əlaqə saxlayır, təəssüratlarını bölüşürlər. Mən də o sayta üzv oldum. Yazdım
ki, yadplanetli bir qızla tanış olmuşam.
- Nə?! Heç bilirsən neyləmisən? Sən bizi satmısan ki! Biz Leminin kim olduğunu
hamıdan gizlədirik, sən isə bütün dünyaya car çəkmisən.
- Mən başqa adla qeydiyyatdan keçdim.
- Axmaq! İstəyirsən adını yüz dəfə dəyişdir. Səni iki dəqiqəyə tapıb divara
dirəyəcəklər, bütün bildiklərini deyəcəksən.
- Narahat olma, mən adamsatan deyiləm. Elə bir şey olsa, deyərəm ki, hər şeyi
özümdən uydurmuşam.
Kənan Rüstəmin göndərdiyi faylı açıb baxdı:
Kənan duruxdu: monitordakı fərqləndirilmiş hərflər Leminin adını əmələ gətirirdi.
Yoxsa Rüstəm haqlı idi? Bəs sondakı rəqəmlər?..
***
...Ertəsi gün məktəbdə Kənan Rüstəmi görən kimi soruşdu:
- Təzə nə xəbər?
- Bütün gecəni o rəqəmlərin üstündə baş sındırmışam, sorğu kitablarını, interneti
axtarmışam, bir şey çıxmayıb. Amma dəqiq bilirəm ki, onların nəsə bir mənası var.
Məsələn, planetlərarası məsafəni göstərə bilər, ya da sürət...
Dərs qurtaran kimi Kənanla Rüstəm Ayseli də götürüb Leminin yanına tələsdilər.
Çatan kimi Rüstəm rəqəm barədə xəbər aldı.
- 1667663? - deyə Lemi təəccüblə soruşdu, - bu ki Kanın telefon nömrəsidir. Siz bunu
haradan bilirsiniz?
Uşaqlar sevinclə əllərini bir-birinə vurdular. Aysel Lemini qucaqladı:
- Gedək, sənə sürprizimiz var!
Uşaqlar tələsik evə yollandılar. Kolların arxasından çıxan İlqar təəssüflə onların
arxasınca baxdı. Skamyaya tərəf dönəndə heyrətdən bir müddət yerində donub-
qaldı: kosmik fəzanın xəritəsi Rüstəmin qeydləri ilə birlikdə skamyanın üstündə
qalmışdı.
Evdə Lemiyə internetdəki yazışmanı göstərəndə o:
- Bu, Kandır! - deyə həyəcanla qışqırdı. - Ona cavab yazmaq lazımdır!
Götür-qoy edəndən sonra Rüstəm belə bir cavab hazırlayıb yolladı:
Rəqəmlər Leminin telefon nömrəsini göstərirdi. Çox keçmədi ki, Rüstəmin səsi evi
başına götürdü:
- Cavab gəldi! Mənə cavab gəldi!
Hamı intizarla monitora baxır, səhifənin açılmasını gözləyirdi. Nəhayət, mətn
göründü:
SÖZ EHTİYATI
DiL QAYDALARI
1.
Oxuduğun mətndə rast gəldiyin terminlər hansı elm sahələrinə aiddir? Bu
sahələrə aid olan daha hansı terminləri bilirsən? Onları sadala və mənalarını
izah et.
2.
Mətndə altından xətt çəkilmiş cümlədə baş və ikincidərəcəli üzvləri tap və
onların hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdir.
7. HƏFTƏSONU
Üç gün keçmişdi. Hələ ki
Leminin qardaşından bir cavab
gəlməmişdi. Uşaqlar
intizarla
gözləyirdilər.
Kənanın valideynləri həftəsonu
uşaqları şəhər kənarına
apardılar. Onlar Lemini də özləri
ilə götürdülər.
Gün tez
gəlib
keçdi. Axşam
düşdü. Hava sərinlədi. Göyün
üzü aydın və təmiz idi. Süd yolu,
Böyük Ayı bürcü, Kiçik Ayı bürcü
aydın görünürdü.
- Lemi, sənin
planetin
haradadır, görəsən?
- Buradan yalnız
ulduzlar
görünür, başqa qalaktikalardakı planetləri görmək
mümkün deyil.
- Düzdür, - deyə Kənan əlavə etdi. - Biz adi gözlə yalnız öz qalaktikamıza aid olan
planetləri görə bilirik.
Onlar Aya baxdılar. Kənan da öz biliklərini nümayiş etdirmək istədi:
- Ayın cazibə qüvvəsi Yerinkindən altı dəfə azdır.
Birdən Leminin gözləri
parıldadı
, Ayselə yaxınlaşıb dedi:
- Hoppan görüm! Bacardığın qədər hündürə hoppan!
Aysel çiyinlərini çəkib hoppandı.
- Bax Ayda olsan, bundan altı dəfə hündürə hoppanarsan.
Kənan da hoppandı:
- Əla olar! Ayda lap sirkdəki akrobatlar kimi hoppana bilərik!
Hər üçü hoppanmağa başladı.
- Biz orada kenqurular kimi hoppana-hoppana qaçardıq!
***
...Daha iki uzun gün gəlib keçdi. Uşaqlar dərsdən çıxandan sonra Kənangilə gedib
kompüteri qoşaraq bir məlumat olub-olmadığını yoxlayırdılar. Birdən Rüstəmin
qışqırtısı evi başına götürdü:
- Uşaqlar!!! Cavab gəldi! Mənə cavab yazdılar! Baxın!
Yəqin ki, Lemi ilə ayrıldıqları yeri nəzərdə tutur, axı o, Yer planetində başqa yer
bilmir.
- Cavab yazmaq lazımdır.
Məsləhətləşib belə yazdılar:
Bundan sonra hər üçü Lemiyə baxdı; onun gözləri sevinclə parlayırdı.
Kənan dedi:
- Atama hər şeyi danışmaq istəyirəm. O bizə inanmalı, Lemini yola salmağa kömək
etməlidir. Başqa cür ola bilməz!
Onlar oturub bir daha hər şeyi müzakirə etdilər. Ən xırda detalları belə nəzərə alıb
plan cızdılar.
Aysel birdən soruşdu:
- Lemi, sən bizim planetə düşməyinə peşman olmamısan ki?
- Yox, əlbəttə yox! Mən Yer planeti, Yer insanları ilə tanış oldum, sizin kimi dostlar
qazandım. Bundan sonra həmişə biləcəyəm ki, mənim Kainatda, Yer planetində
dostlarım var. Sizi heç vaxt unutmayacağam.
- Biz də səni unutmayacağıq. Sənə rast gəldik, çox şey öyrəndik.
- Mən də sizdən öyrəndim.
- Doğrudan? Lemi, sən bizdən nə öyrəndin?
- İnsanları sevməyi, qayğı göstərməyi, kömək etməyi öyrəndim. Mənim
planetimdəki insanlar bir-birinə qarşı daha etinasız və soyuqdurlar. Onlar həmişə
ədəb-ərkan gözləsələr də, bir-birinin hislərinə biganədirlər. Mən sizin kimi olmağa
çalışacağam.
DiL QAYDALARI
1.
Mətndə mavi rənglə verilmiş sözləri fonetik təhlil et.
2.
Verilmiş söz köklərinə uyğun gələn şəkilçiləri əlavə et və dəftərinə yaz.
8. VİDA
Rüstəm evə çatan kimi öz otağına keçib kitab rəflərinin qarşısında dayandı. Yer
kürəsi, təbiət və cəmiyyət haqqında bir neçə kitab seçdi. O öz- özünə aramsız
danışırdı:
- Daha nə onlar üçün maraqlı ola bilər? İnformasiya ötürməliyik, belə fürsət həmişə
ələ düşməz.
O daha bir neçə kitab seçib bağlama düzəltdi... 1
Kənan da bu vaxt evdə idi. O özünü toplayıb olanları başdan- ayağa atasına danışdı.
Atası Kənana inanmadı, amma oğlunun aciz görkəminə baxıb halına acıdı, yanında
oturub saçlarını qarışdırdı:
- Yaxşı, de görüm, məndən nə kömək istəyirsən?
- Ata, bu gün Lemi öz planetinə qayıtmalıdır. Kosmik gəmidə onun dalınca gələnlər
axşam saat səkkizdə şəhər kənarında onu gözləyəcəklər. Cəmi bir neçə saat
vaxtımız var, biz onu yola salmalıyıq. Bizi maşınla apararsan?
Atası fikrə getdi. Kənan intizarla onun üzünə baxırdı.
- Hə, Kənan! Bütün bunların cəfəngiyat olduğunu sənə sübut etmək üçün başqa yol
yoxdur! Gedək, görək!
Kənan sevincək Rüstəmə zəng vurub dedi ki, işlər qaydasındadır. Bir azdan uşaqlar
Kənangilə yığışdılar. Artıq saat 18 idi.
Onlar aşağı düşəndə Rüstəm xəbər verdi ki, həyətdə polis maşını dayanıb. İlqar da
oradadır.
Kənan boylanıb baxan kimi polis nəfərlərindən birini tanıdı:
- Bu ki İlqarın atasıdır! Onu məktəbdə görmüşəm. 2
30
Uşaqların davranışı atanı təəccübləndirdi:
- Polisdən nə üçün gizlənirik ki? Bir pis iş görmüşük?
- Ata, onlar Lemini axtarırlar!
- Nə danışırsan? Niyə?
- Fürsətdir! Onlar bloka girdilər! - Kənan əli ilə getmək işarəsi verdi.
Maşın həyətdən çıxdı. Yolu göstərmək üçün qabaqda oturmuş Kənan qarşıdan
gələn başqa bir polis maşınını görcək qışqırdı:
- Əyilin aşağı! Polislər!
Uşaqlar mümkün qədər aşağı yatıb gizləndilər. Ata onlara baxıb dodaqaltı
gülümsədi. O, bütün bunları oyun sayır və özünü də bu oyunun iştirakçısı hesab
edirdi. Polis maşınları onların qarşısından keçib həyətə buruldu.
Nəhayət, maşın şəhərdən çıxdı. Kənan da, arxada bir-birinə sıxılıb oturmuş uşaqlar
da rahat nəfəs aldılar. Həyəcanını gizlədə bilməyən Leminin gözü qolundakı iri
saatda idi. O, siqnal gözləyirdi, Kanla danışsaydı, rahat olardı. Siqnal gəlməyibsə,
demək, onlar hələ Yer kürəsinə yaxınlaşmayıblar.
Maşın boz torpaqlı bir ərazidə dayandı.
- Buradır, - Lemi əli ilə göstərdi, - mən paraşütlə buraya düşmüşdüm!
Uşaqlar maşından çıxdılar. Birdən Leminin qolundakı saatın işıqları yanıb-sönməyə
başladı. Hamı sevinclə qışqırdı. Daha da sıxlaşıb saata baxmağa başladılar: dairəvi
şəkildə düzülmüş rəngli işıqlar növbə ilə yanıb-sönürdü. Kanın səsi hamının
intizarına son qoydu:
- Lemi! Lemi!
Xorla qışqırdılar:
- Eşidirik!
- Lemi! Haradasan?
- Düşdüyüm yerdəyəm! Sizi gözləyirəm!
- Biz Yerə yaxınlaşmışıq! Səni götürmək üçün özüm aşağı enəcəyəm!
Kənan maşına söykənib dalğın halda dayanmış atasının tərəddüd içində olduğunu,
heç bir şey danışmadığını görüb ona yaxınlaşdı:
- Ata, sən hələ də inanmırsan?
- Bilmirəm, Kənan, mən heç nə başa düşmürəm. 3
Uşaqlar göyə baxdılar, səmada heç nə görünmürdü. Rüstəm dedi:
- Mən hökmən mühəndis-konstruktor olacağam. Başqa planetlərə uçan kosmik
gəmini özüm düzəldəcəyəm. Biz sənə qonaq gələcəyik, Lemi, mütləq gələcəyik!
Saatın işıqları yenə yanıb-söndü:
- Lemi! Mən sizi görürəm, Lemi!
- Kan! Mən dostlarımla bir yerdəyəm!
Hamı yuxarı baxdı. Göyün bir hissəsi işıqlanmağa başladı, sonra elə parlaq oldu ki,
artıq ona baxmaq mümkün olmadı. İşığın ortasından çıxan kiçik bir obyekt yavaş-
yavaş Yerə enərək onlardan bir qədər aralıda dayandı. Bu heyrətamiz obyektin hər
tərəfində işıqlar yanıb-sönürdü. Aysel Lemiyə tərəf döndü. Qızlar qucaqlaşdılar, göz
yaşları bir-birinə qarışdı. Lemi heyrət içində donub-qalmış ataya baxıb gülümsədi:
- Yalan söylədiyimizə görə bizi bağışlayın.
- Bilmirəm nə deyim, bəlkə də, düz eləmisiniz, - fikirli halda söyləyən ata Leminin
başını qucaqlayıb alnından öpdü, sonra diqqətlə gözlərinə baxdı. - Bu gözlərdən o
qədər şey oxumaq olardı ki! Heyif ki, biz - Yer sakinləri hələ bunu bacarmırıq, biz
zəifik... 4
Lemi çantasını Kənandan alıb çiyninə keçirdi. Sonra saatını qolundan açıb uşaqlara
uzatdı:
- Bunu sizə bağışlayıram, götürün!
O, yavaş-yavaş uzaqlaşdı. Son dəfə əli ilə “sağ ol” edərək onu gözləyən obyektə tərəf
getdi və avtomatik açılan qapıdan içəri daxil olub gözdən itdi.
- Le - mi - i !!!
Ayselin cingiltili səsi ürəklərdə əks-səda verdi. Obyektin işıqları gücləndi, Yerdən
azacıq qalxıb göydən asılı vəziyyətdə dayandı, sonra birdən sürətlə yuxarı qalxdı.
Leminin saatı 20 -ı göstərdi və uzun siqnal verəndən sonra yanıb-sönərək susdu.
...Onlar əl-ələ tutaraq Leminin arxasınca göyə baxırdılar. Uşaqların nələr hiss etdiyini
00
təsvir etmək çətindir. Onların qəlbi şirin xatirələrlə, böyük arzularla, gələcəyə inamla
dolu idi... Onlar Leminin planetini tapacaqlar, hökmən tapacaqlar... Onu tanımaq
çətin deyil, axı o, Yer kürəsinə oxşayır...
Reyhan Yusifqızınm “Yaşılgözlü qız”
əsəri əsasımda işlənmişdir.
YAZI
1.
Səncə, nə üçün Lemi saatını dostlarına bağışladı? Bu epizoddan çıxış edərək
əsərin davamını təxmin et və yaz.
2.
Elə təsəvvür et ki, sən də Lemini yola salan uşaqların arasındasan. Ona olan
arzu və istəklərini məktub formasında dəftərinə yaz.
ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.
Bölmədəki mətnlər əvvəlki bölmələrdən hansı cəhətinə görə fərqlənir?
2.
Bölmədəki mətnlərdən kainat haqqında hansı məlumatları əldə etdin?
3.
Mətnləri oxuyarkən hansı fənlərdən əldə etdiyin biliklərdən yararlandın?
4.
Sözləri cümlələrdə elə işlət ki, həm köməkçi nitq hissəsi kimi, həm də əsas
nitq hissəsi kimi işlənsin.
qoyun, görün, tək, sarı
5.
Altından xətt çəkilmiş sözlərin hansı nitq hissələrinə aid olduğunu
müəyyənləşdir.
1. Pis günün ömrü az olar.
2. Yaralı özünü pis hiss edirdi.
6.
Hansı cümlədə xəbərin mübtəda ilə uzlaşması səhv verilmişdir?
A) Uşaqlar həyətdə futbol oynayırdılar.
B) Quşlar alçaqdan uçaraq civildəşirdi.
C) Qığılcımlar ətrafa səpələndilər.
7.
Verilmiş sözləri fonetik təhli et.
hörümçək, kötük, musiqi, dağlıq, beşmərtəbəli
8.
Hansı cümlədə altından xətt çəkilmiş söz yerindən asılı olmayaraq böyük
hərflə yazılmalıdır?
1. Ay Yer planetinin peykidir.
2. Ayın sonunda idman yarışları başlayır.
9.
Uyğunluğu müəyyən et.
Rafiq İsmayılov
Solmaz Abdullayeva
Dilrüba Cəfərova
Xanım Qasımova
AZƏRBAYCAN DİLİ
Ümumtəhsil məktəblərinin
4-cü sinfi üçün dərslik
Bakı, “Altun kitab”, 2015
Nəşriyyatın ünvanı:
AZ1130, Bakı, Ə.Naxçıvani küçəsi - 15A.
Telefon: (+99412) 562-69-86; 562-69-88
www.altunkitab.az
Çapa imzalanıb: 13.03.2015. Kağız formatı: 57x82 1/8
Fiziki çap vərəqi: 28,00. Tirajı 134100 nüsxə.
“CBS Polygraphic Production” şirkətinin
mətbəəsində çap olunmuşdur.
Dostları ilə paylaş: |