Rafiq İsmayılov Solmaz Abdullayeva


mənasıdır. Sözün hansı nitq hissəsinə aid olması cümlədə rolu onun qrammatik məna



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix24.04.2017
ölçüsü4,8 Kb.
#15708
1   2   3   4   5   6   7   8   9   ...   12

mənasıdır. Sözün hansı nitq hissəsinə aid olması cümlədə rolu onun
qrammatik mənasını təşkil edir.

Qonşu, mən bu dünyada öz
dövranımı sürmüşəm. Ömrümün
sonuna az qalıb. Səndən bir
xahişim var. Gərək bu xahişimi yerə salmayasan.
Qoca cavabında dedi:
- Nə xahişin var, de. Bacardığımı eləyərəm.
- Mənim oğlumu təkcə mən yox, sən də yaxşı tanıyırsan. Bilirəm ki, mən bu dünyaya
göz yumar-yummaz o, evi satmaq istəyəcək. Sən gərək elə eləyəsən ki, o, evi
satmasın. Çünki əgər oğlum evi satsa, inanmıram ki, yenisini tikə bilə. İstəmirəm ki,
o, evsiz-eşiksiz qalıb dilənçi kökünə düşsün.
Müdrik qoca Mahmud kişini sakitləşdirdi:
- Qonşu, arxayın ol. Qoymaram, oğlun evi satsın.
Qonşusunun sözündən razı qalan Mahmud kişi evə gəlib oğluna dedi:
- Bala, bir gün bu dünyadan köçsəm, məbada evi satasan ha. Sonra ev tikə
bilməzsən. Əgər satmaqdan başqa əlacın qalmasa, onda qonşumuzun yanına get.
Onunla məsləhətləş, sonra bu işə qol qoy. O, müdrik adamdır, inanıram ki, sənə
doğru yol göstərəcək.
Bu hadisədən bir neçə gün sonra Mahmud kişi vəfat etdi.
DÜŞÜN VƏ CAVAB VER
TƏNDİR TİKƏ BİLMƏYƏN 
EV TİKƏ BİLMƏZ
(rəvayət)
1-ci hissə
Bir müdrik qocanın Mahmud adlı qonşusu vardı.
Mahmud kişi ömrü boyu işləyib yaxşı bir ev
tikmişdi. 
Var-yoxu elə bu ev idi. Onun Xudaverdi adlı oğlu
var idi. Xudaverdi heç yerdə işləmirdi, özü də
gecə-gündüz əylənməklə məşğul idi. Günlərin bir
günü Mahmud kişi müdrik qocanın yanına gəlib
dedi:
1.  Səncə, hadisələr necə davam edəcək? Müdrik qoca qonşusunun xahişini
necə yerinə yetirəcək?

2-ci hissə
Atasının yasını yenicə vermişdi ki, Xudaverdi evi satmaq fikrinə düşdü. Birdən
atasının sözlərini xatırladı. Durub qocanın yanına getdi. Müdrik qoca onun nə
məqsədlə gəldiyini biləndə dedi:
- Nə olar, satmaq istəyirsən, sat. Ancaq təndirin çox balacadır, onu söküb yerində
təzəsini tik. Evin də qiyməti ikiqat artsın.
Xudaverdi evə gəlib təndirə baxdı. Təndir, doğrudan da, balaca və köhnə idi, bir
tərəfi də uçmuşdu. Fikirləşdi ki, qonşu doğru deyir, bunu söküb təzəsini tiksə, evin
qiyməti iki dəfə artar.
Xudaverdi köhnə təndiri sökdü, yenisini tikməyə başladı. 
Düz
 bir ay əlləşdi. Amma
heç nə alınmadı. Təndirin divarları ya çat-çat olub dağılırdı, ya da ovxalanıb qum
kimi tökülürdü.
Axırda Xudaverdi təndirbişirən ustanın yanına getdi ki, ondan təndir alıb gətirsin. Bir
həftədən sonra usta təndiri hazır elədi. Xudaverdi təndiri eşşəyə yükləyib evə gətirdi.
Həyətdə endirəndə təndir əlindən düşüb qırıq- qırıq oldu. Məcbur oldu, bir də
ustanın yanına getsin. İkinci təndiri birtəhər gətirib evə çıxardı. Di gəl ki, onu köhnə
təndirin yerinə quraşdıra bilmədi. Axırda hirslənib istədi təndiri parça-parça eləsin,
yenə atasının sözləri yadına düşdü. Hirsini boğub qonşunun yanına getdi.
Müdrik qoca evdə oturub nə isə yazırdı.
- Əmi, - deyə Xudaverdi onu səslədi, - təndiri qura bilmədim. Ucuz da olsa, evi
satıram.
- Tələsmə, bala, əvvəlcə sözümə qulaq as, - deyə qoca onu sakitləşdirdi. - Gördün ki,
bir təndiri də tikə bilmədin. Evi satıb yenisini tikə bilməzsən, küçələrdə qalarsan.
Cavan adamsan, get bir işin qulpundan yapış, özünə çörəkpulu qazan. Ev də qalsın.
Bir təndir tikə bilməyən ev də tikə bilməz.
Müdrik qocanın sözünə qulaq asan Xudaverdi evi satmayıb işlədi, əlini zəhmətə
öyrətdi, yaxşı gün-güzəran qurdu.
DİL QAYDALARI
2.  Mətnin mövzusunu və ideyasını müəyyən et.
3.  Səncə, niyə Xudaverdinin tikdiyi təndirin divarları ya çat-çat olub dağılırdı, ya
da ovxalanıb qum kimi tökülürdü?
4.  Mətnin sonluğunu elə dəyiş ki, əsas fikir “Ulunun sözünə qulaq asmayan
ulaya-ulaya qalar” atalar sözü ilə ifadə olunsun.
5.  Mavi rənglə verilmiş “düz” sözünü cümlələrdə sifət, zərf və feil kimi işlət.

BİR BOŞQAB SIYIQ
1-ci hissə
Qarabağ müharibəsində atəşkəs elan
olunan zaman Elxangilin ailəsi
Goranboy rayonunda, qaçqın
şəhərciyində məskunlaşmışdı. Onlar
bura bir il əvvəl Kəlbəcərdən
köçmüşdülər. O zaman Elxanın atası
cəbhədə döyüşürdü. Lakin Goranboya
köçəndən üç ay sonra Ağdam
cəbhəsindən sarsıdıcı xəbər gəldi:
Səfər Mahmudov erməni işğalçıları ilə
döyüşdə qəhrəmancasına həlak
olmuşdu...
Müharibə ölkəyə böyük ziyan
vurmuşdu. İqtisadiyyat dağılmışdı,
insanların maddi vəziyyəti çox
acınacaqlı idi. Çətin dövr idi, dövlət
qaçqın ailələri üçün kifayət qədər
vəsait ayıra bilmirdi.
Elxangilin ailəsi də bir çox ailələr kimi çox çətin vəziyyətdə yaşayırdı. Ana təkbaşına
kiçik otaqda bir oğul və iki qız böyüdürdü. O, rayon mərkəzindəki idarələrdən birində
xidmətçilik edirdi. Lakin aldığı kiçik maaş uşaqların əyin-başına, yeməyinə çatmırdı.
Ona görə də ana gecələr corab, jaket toxuyur, onları satdıraraq uşaqları korluq
çəkməyə qoymurdu.
Elxan ailənin böyük oğlu idi. Artıq on dörd yaşına çatmışdı. Çox diribaş, bacarıqlı
oğlan idi. Dərslərini əla oxuyurdu. Müəllimlər ondan həmişə razılıq edirdilər. Elxan
daim döş cibində atasının ona yazdığı son məktubu gəzdirirdi. Tək qalanda çıxarıb
onu oxuyur, sanki şəhid atasının ruhu ilə söhbət edirdi. Məktubun son sətirləri ona
daha çox çalışmaq üçün güc, qüvvət verirdi: “Oğlum, sən indi evin kişisisən.
Anandan, bacılarından muğayat ol. Yaxşı oxu. Mən istəyirəm, sən oxuyub dünya
şöhrətli həkim olasan...”
Bazar günləri Elxan anasının toxuduğu geyim şeylərini bir torbaya doldurub
yaxınlıqdakı kəndi əri ev-ev gəzir, satdıqlarının pulunu gətirib anasına verirdi. Artıq
bu kəndlərdə onu tanıyır, şəhid oğlu olduğunu bilirdilər. Bəziləri hətta uşaqlarının
ölçüsünə uyğun corab və ya əlcək sifariş edirdi.
1.  Oxuduğun hissəyə əsasən hekayə xəritəsi qur. Hadisələrin harada və nə
zaman baş verdiyini xəritədə qeyd et. Mətnin sonrakı hissələrinə əsasən

hekayə xəritəsinə əlavələr et.

2-ci hissə
Dərs ilinin sonu idi. Elxan bazar günü səhər durub torbasını yığanda evdəkilər hələ
yatırdı. Elxan baxdı ki, çörək boğçasında cəmi üç dilim çörək qalıb. Bildi ki, anasının
çörək belə almağa pulu qalmayıb. Çörəyə əl vurmayıb anasına və bacılarına saxladı.
Öz-özünə düşündü: “Bir şey sataram. Puluna çörək alıb yeyərəm”.
O, həmişəki kimi, ev-ev düşüb qapıları döyürdü. Lakin yundan toxunmuş geyim
əşyalarına ehtiyac azalmışdı. Elxan səhərdən bəri heç bir şey sata bilməmişdi.
Amma evə pulsuz qayıtmaq istəmirdi. Aclıq bir yandan, işinin gətirməməyi də bir
yandan Elxanı taqətdən salmışdı. Ancaq dincini almadan gəzir, “Corab, jaket, şərf”
deyə kəndin dar küçələrinə səs salırdı.
Qarşıda ikimərtəbəli çəhrayı ev görünürdü. Bu evin yiyəsi gülərüz bir qadın idi. Elxan
onu tanıyırdı. Qadın hərdən ondan bir şey alar, almasa da, şirin sözlə dindirər, hal-
əhval tutardı: “Mehri xalan sənə qurban... Necəsən, qadan alım... Anana Mehri
xaladan salam de...”
Elxan qərara gəldi ki, Mehri xalanın qapısını döyüb 
bir
 parça çörək istəsin. “Görəsən,
bu, dilənçilik olmaz?” - deyə bir anlığa düşündü. Amma çarəsi yox idi, acından başı
hərlənirdi. Çəkinə-çəkinə qapını döydü. İçəridən tanış səs gəldi: “Gəldim, gəldim”.
Qapı açıldı. Mehri xala, həmişəki kimi, şirin-şirin dilləndi:
- Bıy, başına dönüm. Bu istilər düşən vaxt sən niyə yun şeylər satırsan?

Bu an utandığından Elxanın çörək istəməyə dili gəlmədi:
- Mehri xala, mənə bir stəkan su verə bilərsiniz?
Qadın diqqətlə Elxana baxıb dedi:

Bir
 içəri keç görüm.
Sonra uşağın tərəddüd etdiyini görüb əlindən tutdu və otağa aparıb stol arxasında
əyləşdirdi. Özü mətbəxə keçib tez də qayıtdı. Əlində 
bir
 boşqab sıyıq və lavaş var idi.
Bunu görən Elxan ayağa qalxmaq istədi:
- Yox, mən eləcə su...
Mehri xala qətiyyətlə onun çiynindən basıb ərklə dedi:
- Az danış! Çörəyini ye! Heç sifətinin rəngindən xəbərin var?!

Bunu deyib o, Elxanın torbasını götürdü və yan otağa keçdi:
- Mən də baxım görüm bizim arşınmalçının boğçasında nə var, nə yox.
“Yəqin, sıyığın əvəzində bir şey alacaq”, - deyə Elxan düşündü və bir az rahatlaşıb
iştahla sıyığı yedi. Bu vaxt Mehri xala otağa qayıtdı. O, torbadan bir cüt corab çıxarıb
əlində tutmuşdu.
- Bu corabı qardaşım arvadına göndərəcəyəm. Onlar İrkutskda yaşayırlar. Ora
həmişə soyuqdur.
Bunu deyib qadın Elxanın cibinə nə isə basdı. Elxan pulu götürmək istəmədi:
- Lazım deyil... Bəs sıyıq?..
- Nə?! Utanmırsan?!. Yeri, yeri, yoxsa qulağını elə dartaram ki...
3-cü hissə
İstedadlı cərrah Elxan Mahmudov gənc olmasına baxmayaraq, dünyanın məşhur
tibb mərkəzlərində təcrübə keçmişdi. İndi o, Bakı şəhərində özəl klinikaların birinə
baş həkim təyin olunmuşdu.
Elxan həkim səhər xəstələrə baş çəkdikdən sonra otağında oturub kompüterdə
işləyirdi. Bu zaman köməkçisi otağa daxil olub məlumat verdi:
- Doktor, Goranboy rayonundan ağır vəziyyətdə bir xəstə daxil olub.
- Goranboydan?
- Bəli.
- Adı nədir?
- Mehriban... - Köməkçi dəqiqləşdirmək üçün əlindəki vərəqə baxdı. - Mehriban
Səmədova. 58 yaşı var. İlkin diaqnoz ürək çatışmazlığıdır.
Elxan Mahmudov bir anlığa fikrə getdi. Sonra cəld ayağa qalxıb köməkçisinə dedi:
- Gedək baxaq.
Baş həkim çarpayıda huşsuz halda uzanmış qadına yaxınlaşıb diqqətlə ona baxdı.
Əlindən tutub nəbzini yoxladı. Nəzərlərini qadının nurani çöhrəsindən çəkmədən
köməkçisinə dedi:
- Həkimləri yığın. Xəstəni hərtərəfli müayinə edib dəqiq diaqnoz qoymaq lazımdır.
Bir saatdan sonra diaqnoz hazır idi. Bundan sonra doktor Mahmudov qətiyyətlə
ayağa qalxdı:
- Əməliyyat otağını hazırlayın. Mənim xalatımı gətirin. Əməliyyatı mən özüm
aparacağam.
Bu zaman köməkçi baş həkimə yaxınlaşıb pıçıldadı:
2.  Mehri xalanın xarakterini səciyyələndir və fikirlərini mətndən seçdiyin
hissələrlə əsaslandır.

- Doktor, bu çox bahalı əməliyyatdır. Biz xəstənin qohumları ilə əlaqə yarada
bilməmişik. Bilmirik, onun əməliyyat xərclərini ödəməyə imkanı olacaqmı?
Doktor Mahmudov köməkçisinə baxıb gülümsündü:
- Bu pasiyent artıq bütün xərcləri ödəyib.
- Nə vaxt? Nə qədər? - köməkçi təəccübləndi.
- Çox illər bundan qabaq. Bir boşqab sıyıqla...
Rafiq Ələkbəroğlu
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
3.  Mətnin məzmununa uyğun atalar sözləri de.
4.  Mətnin hissələrinə ad ver.
5.  Mətndə mavi rənglə verilmiş “bir” sözü hansı cümlədə leksik mənaya malik
deyil? Həmin sözü əsas nitq hissəsi adlandırmaq olarmı?
YADDA SAXLA!
6.  Verilmiş cümlələrdə köməkçi nitq hissələrini müəyyənləşdir. Onların
cümlədəki funksiyasını izah et.
1. Axı yoldaşların səni gözləyir. 
2. Göyün üzü tutuldu, lakin yağış yağmadı. 
3. Sevincindən quş kimi göydə süzmək istəyirdi.
Yalnız qrammatik mənası olan sözlər köməkçi nitq hissəsi adlanır.
Köməkçi nitq hissələri:
– əsas nitq hissəsinə qoşularaq məna çalarları yaradır; 
– söz və cümlələri bir-birinə bağlayır; 
– cümlənin və ya sözün təsir gücünü artırır.

Nümunə: axı –köməkçi nitq hissəsi, cümlənin təsir gücünü artırır.
7.  “Məsələn, hətta, ona görə də, artıq” köməkçi nitq hissələrini cümlələrdə işlət.

ƏN BÖYÜK XƏZİNƏ
Qədim dövrlərdə bir müdrik qadın
yaşayırdı. Onun tək bir oğlu var idi. Bir
gün ölümünün yaxınlaşdığını hiss
edən ana oğlunu yanına çağırdı və
dedi:
- Çox çətin günlər yaşadıq, 
çünki
 çox
yoxsul idik. Ancaq mən sənə bir kitab
qoyub gedirəm. İçində böyük bir
xəzinəni tapmaq üçün lazım olan hər
cür məlumat var. Onu sənə əmanət
edirəm.
Az keçməmiş ana dünyasını dəyişdi. Onu dəfn etdikdən sonra oğlu kitabı 
oxumağa başladı. Kitabın əvvəlində bu sözlər yazılmışdı: “Xəzinəni tapmaq 
üçün
 kitabı əvvəldən axıra kimi oxumalısınız. Əgər əvvəlini oxumamış axırına
keçmək istəsəniz, xəzinəni birdəfəlik itirəcəksiniz”.
Bu sözlərdən sonra kitabda uzaq bir ölkədəki xəzinədən bəhs edilirdi. İlk
səhifələrdəki farsca mətn bir qədər sonra ərəbcə davam edirdi. Artıq özünü
dünyanın ən varlı adamı hesab edən gənc başqaları bu sirri bilməsinlər deyə kitabı
tərcümə etdirmək istəmədi. Buna görə də böyük bir həvəslə fars 

 ərəb dillərini
öyrənməyə başladı. Bu dilləri öyrəndikdən sonra kitabı yenidən oxumağa başladı,
ancaq
 bir qədər sonra kitabdakı yazılar hind dilində davam edirdi. Daha sonra başqa
dillər gəldi. Gənc 
isə
 xəzinənin sirrini başqasına vermək istəmir və böyük bir səbirlə
bütün bu dilləri öyrənirdi.
Artıq bir neçə dil bilən gənc çörəkpulu qazanmaq üçün tərcüməçiliyə başladı. Daha
sonra kitabda xəzinənin necə idarə olunmasından bəhs edilirdi. Beləliklə, gənc
iqtisadiyyatı və ticarəti də öyrəndi. Sonrakı səhifələrdə isə qiymətli daşlardan söhbət
gedirdi. Kitabın bu hissəsini diqqətlə oxuduqdan sonra gənc zərgərlik sənətinin
sirlərinə bələd oldu. Öyrəndiklərindən istifadə edərək o, başqa ölkələrlə daş-qaş
ticarətinə başladı və ölkənin ən varlı adamlarından birinə çevrildi. Lakin gənc oğlan
kitabı oxumağa davam edir, xəzinənin yerini öyrənməyə çalışırdı.
Gəncin şöhrəti bütün ölkəyə yayıldı. Padşah onunla görüşmək istədi. Söhbət zamanı
gəncin ağlına heyran qalan hökmdar onu böyük bir şəhərin valisi təyin etdi. Şəhəri
idarə edə-edə gənc kitabı da hey oxuyurdu. Kitabın 2-ci hissəsində təbiətdən, səma
cisimlərindən, texniki məsələlərdən söhbət açılırdı. Bu hissəni oxuduqca gənc oğlan
tikintini, gəmiçiliyi, astronomiyanı, əkinçiliyi öyrəndi. Bu biliklər ona şəhəri daha

yaxşı idarə etməkdə kömək

edirdi. Çox keçmədi ki, onun şəhəri ölkənin 
ən
 zəngin şəhərinə çevrildi.
Padşah artıq qocalmışdı. Öz yerinə bacarıqlı və sadiq bir adam axtarırdı. Günlərin
bir günü padşah gənci yanına çağırıb onu özünə baş vəzir təyin etdi. Ağıllı və bilikli
gənc bu işin öhdəsindən məharətlə gəlirdi. Eyni zamanda kitabı da yaddan çıxarmır,
onu oxuyub qurtarmağa tələsirdi. Artıq son səhifəyə çatmışdı. Gənc əlləri əsə-əsə
son səhifəni çevirdi. Orada bircə cümlə yazılmışdı...
Rafiq Ələkbəroğlu
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.  Səncə, kitabın son səhifəsində nə yazılmışdı? Öz variantını dedikdən sonra
kitabı tərsinə çevirib oxu.
2.  Gənc nəyin hesabına xəzinəyə sahib oldu? Verilmiş keyfiyyətlər arasından
uyğun gələnləri seç.
hiyləgərlik, dözüm, xeyirxahlıq, əməksevərlik, inadkarlıq
3.  Uyğunluğu müəyyən et.
4.  Mətndə mavi rənglə verilmiş köməkçi nitq hissələrinin cümlədə funksiyasını
müəyyən et.
5.  Cütləşdir. Verilmiş cümlədə “kimi” sözünün yaratdığı məna çalarlarını
müəyyənləşdir.

Qədimdə müəllimlər şagirdlərə nəyi isə başa salmaq üçün bəzən çox sərt
üsullardan istifadə edirdilər. İndi nəql edəcəyimiz rəvayətdə də bir müdrik
müəllimin cavan oğlana verdiyi ilk dərs haqqında danışılır.
Bir varlı gənc müdrik qocanın yanına gəlib deyir:
- Müəllim, mən nə edim ki, Sizin kimi bilikli olum?
Alim gəncə baxıb soruşur:
- Sənin həyatda ən çox sevdiyin nədir?
- Var-dövlət, hökmranlıq, bir də dostlarla əylənmək.
Müdrik qoca başını aşağı salıb heç nə demir. Oğlan isə əl çəkmir:
- Müəllim, mən bilikli olmaq istəyirəm. Məni şagirdliyə götürün.
Qoca yenə də heç nə deməyib əli ilə “Çıx get” işarəsi verir. Lakin oğlan inadkarlıq
göstərir:
- Nə qədər desəniz, pul verərəm. Mənə bilik verin. Söz verirəm ki, bütün dediklərinizə
əməl edəcəyəm. Çalışqan olacağam.
Müəllim görür ki, cavan oğlan əl çəkməyəcək. Ayağa qalxıb ona işarə edir ki,
arxasınca gəlsin. Onlar həyətdəki hovuzun yanına gəlirlər. Müəllim şagirdlərindən iki
nəfər qoldan qüvvətlisini çağırır. Əmr edir ki, hər üçü hovuza girsin. Gənclər hovuza
düşəndə müəllim şagirdlərinə əmr edir ki, cavan oğlanın başından tutub suya
salsınlar. Şagirdlər əməl edirlər. Gənc suyun altında çırpınmağa başlayır. Bu vəziyyət
xeyli davam edir. Nəhayət, oğlan taqətdən düşür. Boğulmaq məqamına çatanda

müəllim şagirdlərə işarə verir ki, onu buraxsınlar. Oğlan başını sudan çıxarıb
dərindən nəfəs almağa başlayır. Qoca soruşur:
- Suyun altında niyə çırpınırdın? Nə istəyirdin? 
- Hava... Hava istəyirdim... - deyə oğlan təngnəfəs cavab verir. 
- Bəs var-dövlət, hökmranlıq? 
- Yox... 
Heç ağlıma da gəlmirdi...
 

Bəs dostlarla əylənmək?
 
- Yox... Yalnız hava... 
Qoca gülümsünüb deyir:
- Yadında saxla, oğlum, doğrudan da, bilikli olmaq üçün sən biliyi də bax belə
istəməlisən.
 Suyun altında havanı istədiyin kimi. Çünki biliksiz heç nəyə nail ola
bilməzsən.
DÜŞÜN VƏ CAVAB VER
YAZI
DİL QAYDALARI
1.  Nə üçün müdrik qoca gənci şagirdliyə götürmək istəmirdi?
2.  Səncə, müəllimin verdiyi dərsdən sonra gəncin xarakterində hansı dəyişiklik
ola bilər?
3.  Müəllim, mən nə edim ki, Sizin kimi bilikli olum? cümləsində kimə müraciət
olunur?
Xitab
4.  Mətndən xitab işlənmiş cümlələr seçib dəftərinə yaz.
5.  Sinif yoldaşlarınla “Bilikli olmaq üçün nə etmək lazımdır?” mövzusunda
dialoq qur. Dialoqda xitablardan istifadə et.
Dialoqda müraciət bildirən sözlər xitab adlanır. Cümlədə xitab digər
sözlərdən vergüllə ayrılır.
Məsələn: Cəlal, dərslərini hazırlamısan?
6.  Mətndə mavi rənglə verilmiş cümlələrdə köməkçi nitq hissələrini seç.

HƏDİYYƏ
Nadirin atası da, babası da inşaatçı
olmuşdu. O hələ uşaq olanda babası
deyərdi:
- Hər bir evi elə tikmək lazımdır ki, elə bil
özün üçün tikirsən. Evi ya yaxşı tikmək
lazımdır, ya da heç tikmək lazım deyil.
Böyüklərin dediyi bir çox ibrətamiz sözlər müəyyən müddətdən sonra bəzən
uşaqların yadından çıxır. Lakin zaman keçir, həyat özü bu sözləri onların yadına salır.
Nadir universiteti bitirib inşaat mühəndisi ixtisasına yiyələnmişdi. İndi o, böyük bir
tikinti şirkətində işləyirdi. Bu şirkətə rəhbərlik edən şəxs vaxtilə Nadirin babasının
şagirdi olmuşdu. Elə babasının xahişi ilə də Nadir bu şirkətdə işə düzəlmişdi. İşindən
razı idi. Böyük həvəslə çalışırdı. Amma hərdən maaşın azlığından şikayət edirdi. Bir-
iki dəfə şirkət rəhbərinin yanında bu haqda söhbət də salmışdı. Demişdi ki, ailə
qurmaq, özünə ev almaq istəyir. Bu maaşla heç vaxt istəyinə nail ola bilməyəcək.
Lakin direktor hər dəfə gülümsünüb deyirdi:
- Yaxşı, mən bu haqda düşünərəm. Ancaq sən bir az da təcrübəni artırmalısan.
Bir gün direktor Nadirə yeni bir ev tikməyi tapşırdı. Bu, şəhərin səfalı guşəsində
birmərtəbəli ev olmalı idi. İndiyə kimi çoxmərtəbəli evlərin inşasında çalışmış Nadir
bu işi özünə qarşı etibarsızlıq kimi qiymətləndirdi. O, könülsüz halda işə başladı.
Təyin olunmuş müddətdə evin tikintisi tamamlandı. Şirkət rəhbəri evə baxmağa
gəldi. Əyri-üyrü vurulmuş suvağı, başdansovdu çəkilmiş boyanı nəzərdən keçirdi.
Axırda üzünü Nadirə tutub dedi:
- Oğlum, bu ev şirkətimiz adından sənə hədiyyədir.
Bax onda Nadirin yadına babasının sözləri düşdü. Ah, kaş bu evin onun olacağını
qabaqcadan biləydi. Yoxsa onu belə tikərdimi?!
Aylin Atmacanın 
“Xarakteri necə formalaşdırmalı” kitabından

DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.  Söz mücrüsündən istifadə etməklə mətnin ideyası barədə fikir yürüt.
peşəkarlıq, məsuliyyət, peşə vicdanı, 
düzgünlük, öz işinə hörmət
2.  Qruplarla iş. Mətnin ideyasından çıxış edərək məzmunu aşağıdakı kimi
dəyişdir və yeni hekayə qur.
I qrup: Baş qəhrəman gənc həkimdir. 
II qrup: Baş qəhrəman gənc müəllimdir. 
III qrup: Baş qəhrəman gənc neftçidir. 
IV qrup: Baş qəhrəman gənc memardır.
3.  Mətndə mavi rənglə verilmiş “yaxşı” sözü hansı cümlədə köməkçi nitq
hissəsi kimi işlənib?
YADDA SAXLA!
4.  Sarı, gör, doğru sözlərini cümlələrdə həm əsas nitq hissəsi kimi, həm də
köməkçi nitq hissəsi kimi işlət.
5.  Hansı cümlələrdə altından xətt çəkilmiş sözlər əsas nitq hissəsi, hansılarda
köməkçi nitq hissəsi kimi işlənmişdir?
1. Sözü düşün, sonra de. 
2. Yağışdan sonra havadan gözəl ətir gəlir. 
3. Kimi söhbət edir, kimi kitablara baxırdı. 
4. Özünü balaca uşaq kimi aparırsan. 
5. Əlavə işçilərə ehtiyac var. 
6. Bunlardan əlavə daha hansı əsərləri oxumusan?
Məsələn:
Bəzi köməkçi nitq hissələri əsas nitq hissələri ilə omonimlik təşkil edir.
Köməkçi nitq hissələri ayrılıqda cümlə üzvü olmur və cümlədə heç bir
suala cavab vermir.
Qoy (köməkçi nitq hissəsi) həmişə günəş olsun. 
Kitabı rəfə qoy (əsas nitq hissəsi).

İKİ 
QARDAŞ
Bazar günü idi. Ənvər kişi səhərdən həyətdə 
odun doğrayırdı. O, bir araba odunun yarısını doğrayıb 
qurtardı. Sonra baltanı odunların üstünə atıb ucadan səsləndi:
- Ay uşaqlar, bəsdir yatdınız! Durun, odunları zirzəmiyə daşıyın.
Cəfər ilə Kərim yataqlarında uzanmışdılar.
1
Bu ara Səriyyə xala içəri girib dedi:
- A bala, eşitmirsiniz? Atanız sizi çağırır. Tez geyinib ona kömək eləyin.
Cəfər yerindən sıçrayıb geyinməyə başladı. Kərim isə mızıldandı:
- Mən xəstələnmişəm...
- Ay oğul, haran ağrıyır?
- Başım.
Səriyyə xala əlini Kərimin alnına qoydu, nəbzini yoxladı. Kərimin bədənində istilik yox
idi. Ana:
- Qulağın “iş” sözünü eşidib, ona görə xəstələnmisən, - deyib Cəfərlə otaqdan çıxdı.
Ana səhər yeməyi hazırlamaqla məşğul oldu. Cəfər isə həyətə düşdü. Hava ayazlı idi.
2

Bir azdan ata-bala odunu daşıyıb qurtardılar. Hamı səhər yeməyinə əyləşdi. Cəfərin
yanaqları köz kimi qızarmışdı. O, iştahla yeyirdi. Kərim isə hələ də yerindən durmaq
istəmirdi.
Nahardan sonra ana üzünü Cəfərə tutub dedi:
- Atan istirahət eləyir, biz də kinoya gedək. Deyirlər, klubda təzə uşaq filmi
göstərəcəklər.

Kərim bu xəbəri eşitcək dik atılıb çarpayısında oturdu. Ancaq anası onun fikrini başa
düşüb tez dedi:
- Sən yat, bala, xəstəsən. Qalxarsan, soyuq dəyər.
3
Bunu deyib ana Cəfərin əlindən tutaraq qapıya tərəf yönəldi. Kərimin isə “xəstə
deyiləm” deməyə üzü olmadı. Onların dalınca baxa-baxa qaldı.
İsa Hümmətov
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1. 
Hansı atalar sözü mətnin ideyasına daha çox uyğundur?
Adamın başına nə gəlsə, dilindən gələr.
Elə hərəkət et ki, sonra xəcalət çəkməyəsən.
Tənbəl deyər: “Ver yeyim, ört yatım, gözlə canım çıxmasın”.
İşləməyən dişləməz.
2. 
Aşağıdakı cümlə nömrələnmiş boşluqlardan hansına uyğun gəlir?
Cəfər soyuğa əhəmiyyət vermədi, əllərini ovuşdurub atasına kömək etməyə
başladı.
A) 1
B) 2
C) 3
3. 
Altından xətt çəkilmiş sözü hansı sözlərlə əvəz etmək olar?
Ana Cəfərin əlindən tutub qapıya tərəf yönəldi.
YADDA SAXLA!
4. 
Yaxınmənalı köməkçi nitq hissələrini müəyyənləşdir.
Elə köməkçi nitq hissələri var ki, bir-biri ilə yaxınmənalıdır. Belə sözlər
cümlədə bir-birini əvəz edə bilər.
Məsələn: Film bitmişdi, amma (ancaq, lakin) heç kim yerindən
tərpənmirdi.

HÖKMDAR QARDAŞLAR
Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin