1-ci hissə
Mauqli meşədə canavar ailəsinə düşdükdən sonra Balu adlı qonur ayı ona
müəllimlik edirdi. Mauqlinin ən yaxın dostu və himayədarı isə qaradərili bəbir Bahirə
idi. Balu Mauqliyə cəngəlliyin bir çox sirlərini öyrətmişdi. Mauqli artıq bilirdi ki, o,
qaniçən pələng Şirxandan uzaq durmalı, cəngəllik qanunlarına tabe olmayan
meymunlarla - oğru və həyasız banderloqlarla ehtiyatlı davranmalıdır. Balu Mauqliyə
bir çox cəngəllik tayfalarının, hətta quşların və sürünənlərin dilini öyrətmişdi. Mauqli
bilirdi ki, hər hansı heyvana rast gəlsə, onun dilində deməlidir: “Səninlə mən qan
qardaşıyıq - sən və mən”. Bu müqəddəs sözdən sonra hər bir cəngəllik sakini onu
dost kimi qəbul edər.
Günorta istirahət vaxtı idi. Balu və Bahirə bir ağacın altında uzanıb mürgüləyirdilər.
Mauqli də onların arasında özünə yer eləyib uzandı. Bir azdan hər üçü şirin yuxuya
getdi.
Birdən Mauqli yatdığı yerdə hiss etdi ki, kiminsə qaba əlləri onun çiynindən və
ayaqlarından yapışıb yuxarı qaldırdı. Sonra üzünə çırpılan budaqlar onu yuxudan
oyatdı.
Bu, banderloqlar idi. Onlar balaca Mauqlini oğurlayıb qaçırırdılar.
Səs-küyə Balu ilə Bahirə yuxudan oyandılar. Balunun dəhşətli nəriltisi eşidildi. Bahirə
bir göz qırpımında bir ağacdan o birinə tullanaraq Mauqliyə çatmağa çalışırdı. Lakin
meymunların məskən saldığı ağacların başındakı nazik budaqlar onun ağırlığına
davam gətirə bilməzdi.
Yerdən 20-30 metr hündürlükdə bu uçuş əvvəlcə Mauqlinin xoşuna
gəlirdi. Sonra o, oğurlandığını başa düşüb bunu dostlarına xəbər vermək haqqında
düşündü. Sıx ağacların arasından yer görünmürdü, heç bir cəngəllik heyvanına
xəbər çatdırmaq mümkün deyildi. Bu vaxt Mauqli səmada quzğun Çilini gördü.
Mauqli onun dilində qışqırdı:
- Səninlə mən qan qardaşıyıq - sən və mən! Mənim yolumu yadında saxla. Baluya və
qaradərili Bahirəyə xəbər çatdır.
- Kimdən, qardaş? - Çili dəqiqləşdirmək istədi.
- Mauqlidən, insan balasından.
Bu sözdən sonra Çili Mauqlini aparan banderloqların dalınca uçmağa başladı. O, iti
gözləri ilə ağacdan-ağaca tullanan meymunları izləyirdi.
Bu vaxt Balu ilə Bahirə meymunların getdiyi istiqamətdə var gücləri ilə qaçırdılar. Bir
azdan onlar yorulub bir kötüyün üstündə oturdular. Birdən Balunun ağlına bir fikir
gəldi:
- Banderloqların cəngəllikdə qorxduğu yeganə canlı - əfi ilan Kaadır. O da
meymunlar kimi ağacların əlçatmaz yerlərinə dırmaşa bilir, gecələr onların balalarını
oğurlayır. Kaanın adı gələndə meymunlar tir-tir əsirlər.
Bahirə Kaaya çox da etibar etmirdi. Doğrusu, o da başqaları kimi dağ əfisindən
qorxurdu. Ancaq başqa əlac yox idi. Onlar Kaanın yanına yollandılar.
SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
2-ci hissə
Dağ əfisi qayalıqda günəş altında uzanıb qızınırdı. O, qabığını yenicə dəyişmişdi və
indi təzə, gözəl dərisinə tamaşa edirdi. Onun uzunluğu on metrə çatan bədəni
qıvrılaraq əcaib halqalar əmələ gətirirdi.
Cəngəlliyin bütün sirlərini bilən Balu əfinin günəş altında parlayan dərisini görüb
yavaşca Bahirəyə pıçıldadı:
- Ehtiyatlı ol, Bahirə. O, dərisini dəyişdikdən sonra bir müddət pis görür, hamıya
dərhal hücum edir.
1.
“Qaba” sözünü hansı sözlə əvəz etmək olar?
A) nazik
B) arıq
C) kobud
Ç) tüklü
2.
Səncə, Balunun öyrətdiyi hansı biliklər Mauqliyə xilas olmaqda kömək
edəcək?
3.
Səncə, Kaa dostlara kömək edəcəkmi? Balu və Bahirənin Kaa ilə görüş
səhnəsini öz təxəyyülünə uyğun təsvir et.
Balu pəncələri üstə şöngüyərək:
- Ovun uğurlu olsun, Kaa! - dedi.
- Həəə... - deyə Kaa fışıldadı. - İndi burada bir maral, ya bir dağkeçisi olsaydı, heç də
pis olmazdı. Mən çox qocalmışam, Balu, tənbəlləşmişəm.
Bu yerdə Bahirə dilləndi:
- Hə, o gün banderloqlar çığırırdılar ki, Kaanın ağzında bir dişi də yoxdur.
- Banderloqlar?
- Hə, boş-boş danışırdılar. Guya sənin heç çəpişə də gücün çatmaz.
- Elə belə də deyirlər?
- Hərdən elə sözlər deyirlər ki, deməyə dilim də gəlmir.
- Nə deyirlər? - Kaa başını dikəldib qorxunc görkəm aldı.
- Deyirlər ki, Kaa torpaqda gizlənən sarı soxulcandır.
İlanlar, xüsusilə Kaa kimi qoca ilanlar çox təmkinli olurlar. Ancaq bu sözləri eşidən
əfi ilanın bədəni gərildi, çənəsinin altındakı iri əzələlər hərəkətə gəldi.
Bahirə hiss etdi ki, sözünü deməyin məqamı yetişib:
- Onlar boşboğaz və axmaq tayfadır. Özləri də oğrudur. Bizim yanımızdan insan
balasını oğurlayıblar. Sən, yəqin, onun haqqında eşitmisən...
- Deyirsən, məni sarı soxulcan adlandırırlar?
- Hə, yer soxulcanı... İndi insan balası onların əlindədir.
- Onlar haradadır?
Elə bu vaxt yuxarıdan Çilinin səsi gəldi. O, Mauqlidən xəbər çatdırmaq üçün Balu və
Bahirəni axtarırdı. İndi onları görüb qıy çəkdi:
- Mauqli mənim dilimdə müqəddəs sözü deyib xahiş etdi ki, sizə ondan xəbər verim.
Banderloqlar insan balasını çayın o tərəfindəki meymun şəhərinə - Soyuq Kahaya
aparıblar.
SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
4.
"Şöngümək" sözünün mənasını izah et.
5.
Oxuduğun hissədə əfi ilan haqqında hansı məlumatlara rast gəldin?
6.
Nəyə görə Balu meymunların Kaanı təhqir etdiyini söyləyirdi?
7.
Hadisələrin davamını təxmin et.
3-cü hissə
Soyuq Kaha deyilən yer meşənin qalınlığında idi. Orada nə vaxtsa insanlar
yaşamışdılar. Meymunlardan başqa heç bir cəngəllik heyvanı ora ayaq basmırdı.
Banderloqlar Mauqlini bura gətirmişdilər.
Mauqli bərk acmışdı. O, qədim şəhərin xarabalıqlarında gəzib-dolaşır və özünə
yemək axtarırdı. Şəhərin hasarlarına yanaşan kimi meymunlar dərhal onu dartıb
geri qaytarırdılar. Nəhayət, heç nə tapa bilməyən Mauqli bir daşın üstündə oturdu.
“Balunun banderloqlar haqqında dedikləri düz imiş, - deyə öz-özünə düşündü. -
Bunların nə qanunu, nə müqəddəs sözü, nə də başçıları var”.
Bu arada Kaa və Bahirə hasarın o tərəfində, ağacların arxasında dayanıb götür-qoy
edirdilər. Meymunlar həddən artıq çox idi. Odur ki ehtiyatlı olmaq lazım idi.
Bir qədər keçdi, buludlarla örtülmüş ay görünməz oldu. Hər yerə zil qaranlıq çökdü.
Elə bu zaman hasarın üstündən özünü meymunların içinə atan Bahirənin qorxunc
nəriltisi eşidildi. O, pəncəsi ilə banderloqlara zərbələr endirərək Mauqliyə tərəf yol
açırdı. Üstünə eyni zamanda beş-altı meymun atılaraq onu dişləməyə,
cırmaqlamağa çalışırdı.
- O, burada təkdir. Öldürün onu! - deyə meymunlar cır səslə çığırışırdılar.
Mauqli də ayağa qalxıb ona tərəf getmək istədikdə iki yekəpər meymun onun
qollarından yapışıb qaranlıq zirzəmiyə atdı. Əgər Bahirə vaxtilə Mauqliyə yuxarıdan
pişik kimi tullanmağı öyrətməsəydi, yəqin ki, uşağın qol-qabırğası sınacaqdı.
Balu Bahirənin köməyinə çatdı. Birdən banderloqların toplaşdıqları ən sıx yerə
haradansa sanki yekə bir ağac gövdəsi düşdü. Onun zərbindən hasar və
sütunlardakı köhnə daşlar yerindən qopub aşağı yuvarlandı. Onlarca meymun bu
gövdənin altında xurd-xəşil oldu. Kaa vaxtında çatmışdı. Bahirə və Balunun gücü
tükənmək üzrə idi.
Banderloqların vahimə dolu səsi hər tərəfə yayıldı.
- Bu, Kaadır. Qaçıb canınızı qurtarın!
Bir andaca döyüş meydanı boşaldı. Meymunlar hasarların, sütunların başına
dırmanıb yerlərindəcə dondular. Kaa dəhşətlə fışıldadı:
- Bəs insan balası hanı?
Zirzəmidən boğuq səs gəldi:
- Mən buradayam. Çıxarın məni buradan.
Bahirə ilə Balu Mauqlini zirzəmidən çıxartdılar. Mauqli Kaanı görüb cəsarətlə ona
yaxınlaşdı və ilanın dilində dedi:
- Səninlə mən qan qardaşıyıq - sən və mən.
Qoca Kaa güldü:
- Bu balaca insan özünə dost qazanmağı bacarır. O, cəngəllikdə baş çıxaracaq.
Redyard Kiplinq
DÜŞÜN VƏ CAVAB VER
8.
Kaa Mauqlini xilas etməyə razılıq verdi, çünki ...
A) Bahirənin sözünü yerə salmaq istəmirdi.
B) İnsan balasını çox istəyirdi.
C) Banderloqları cəzalandırmaq istəyirdi.
9.
Kaanın Mauqli haqqında dediyi son sözləri şərh et.
10.
Əlavə mənbələrdən istifadə etməklə mətndə adı çəkilən heyvanlar haqqında
məlumat toplayıb təqdimat hazırlayın.
1- ci qrup - qonur ayı
2- ci qrup - bəbir
3- cü qrup - quzğun
4-cü qrup - makaka meymunları
5-ci qrup - əfi ilan
Ad günüm şənbəyə düşürdü. Anamla qərara aldıq ki, həmin gün qohumlar, bazar
günü isə yalnız mənim dostlarım üçün evimizdə qonaqlıq təşkil edək. Dəvət
edəcəyim dostların siyahısını özüm müəyyən etdim. Dəfələrlə siyahıya baxdım.
Əmin oldum ki, bütün yaxın dostlarımın adı siyahıya düşüb. Heç kimi
unutmamışdım. Cümə günü məktəbdə və həyətdə bütün dostlarımı xəbərdar
etdim:
- Bax ha! Yadından çıxmasın. Bazar günü...
Nəhayət, səbirsizliklə gözlədiyim məqam yetişdi. Axşamdan başlayaraq uşaqlar
evimizə toplaşmağa başladılar. Kimi gül, kimi hədiyyə gətirmişdi. Elələri oldu ki,
sadəcə, bir açıqca ilə təbrik etdilər. Nə fərqi var?! Əsas məsələ o idi ki, dostlarımla
birlikdə maraqlı, əyləncəli bir ad günü keçirək.
Qonaqlıq çox şən keçirdi. Əvvəlcə mən dostlarıma öz otağımı göstərdim. Böyük
ekranlı televizoru və ev kinoteatrını qoşdum.
Biz musiqi sədaları altında rəqs etməyə
başladıq.
Sonra anam ad günüm üçün hazırladığı tortu gətirdi. İşıqları söndürüb
tortun üstündəki şamları yandırdıq. Hamının gözü məndə idi. Uşaqlar “Ad günün
mübarək!” mahnısını oxumağa başladılar. Mən dərindən nəfəs alıb şamlara sarı
üfürdüm. Birnəfəsə bütün şamları söndürdüm.
Elə bu vaxt qapının zəngi çalındı. Əvvəlcə düşündüm ki, dəvət etdiklərimdən kimsə
gecikib. Ancaq kimi dəvət etmişdimsə, hamısı qonaqlıqda idi. Kandardan anam
məni çağırdı:
1-ci hissə
Bir neçə gündən sonra on
yaşımı qeyd edəcəkdim.
Ad günümü yaddaqalan
keçirmək istəyirdim.
Dostlarım da tez-tez
maraqlanırdılar:
- Nə vaxt keçirirsən?
- Harada keçirirsən?
- Kimi çağıracaqsan?
Bir sözlə, hamı maraqlı
şənlik intizarında idi.
- Günay, bir dəqiqəliyə bura gəl.
2-ci hissə
Qapıya yaxınlaşanda gözlərimə inanmadım. Bu, sinif yoldaşım Nigar idi. Onu dəvət
etməmişdim. Üstəlik, kimi isə dəvət edəndə çalışırdım ki, Nigar yanımda olmasın, ad
günüm olduğunu eşitməsin. Niyə belə edirdim? Heç özüm də bilmirəm. Mən ad
günümə əyləncələri sevən, həmin günü səbirsizliklə gözləyən dostlarımı dəvət
etmişdim. Ancaq Nigar heç vaxt belə şeylərlə maraqlanmırdı. O, ümumiyyətlə,
sinifdə başqaları ilə qaynayıb-qarışan qız deyildi. Deməzdim ki, qaraqabaq idi. Yox.
Sadəcə, biz bir yerdə olanda onun varlığı, ya yoxluğu o qədər də bilinmirdi. Ad
günüm barədə də məndən indiyə kimi heç bir şey soruşmamışdı. Ümumiyyətlə,
Nigar haqqında düşünəndə yadıma düşən tək şey bir dəfə onun ağır çantamı
daşımaqda mənə kömək etməsi idi.
O, əlindəki qutunu uzatdı. Mən qapının ağzında tərəddüd içində donub-qalmışdım.
Nə edəcəyimi bilmirdim. Onu içəri dəvət etməyim toydan sonra nağara kimi səslənə
bilərdi. Bu yerdə anam köməyimə çatdı:
- Qızım, mən onu içəri dəvət elədim, gəlmədi. Deyir ki, tələsir. Sən də de. Bəlkə, səni
eşitdi.
Mən boğuq səslə dilləndim:
- Gəl, Nigar, içəri keç.
- Yox, mən qala bilmərəm. Atam maşında məni gözləyir, - deyib tələsdiyini bildirdi.
Mən yenidən israrla onu içəri dəvət etmək istədim. Nigarı dəvət etmədiyimə görə
peşman olmuşdum. Özümü pis hiss edirdim. İndi çox istəyirdim ki, o da bizə
qoşulsun. Amma Nigar “Sabah məktəbdə görüşərik” deyib sağollaşdı. Əlimdə
Nigarın verdiyi hədiyyə ilə dəhlizdə donub-qalmışdım. Elə bil qəlbimdə böyük bir
boşluq yaranmışdı.
Hədiyyəni qonaqlıq bitəndən xeyli sonra açdım. Balaca qutunun içindən miyoldayan
oyuncaq pişik çıxdı. Bu, ad günümdə aldığım ən gözəl hədiyyə idi.
Mən indi bildim ki, Nigar ən yaxşı dostumdur. Qızlardan kimisi əyləncə, kimisi rəqs
etmək üçün ad günümü arzulayırdı. Ancaq Nigarın məni təbrik etməkdən başqa
məqsədi yox idi. Məncə, onun dostluğu təmənnasız idi. Bu ad günümdə onu
unutduğuma görə, yəqin ki, həmişə peşmançılıq hissi keçirəcəyəm. Ancaq eyni
zamanda Nigarı bir dost kimi kəşf etdiyim üçün sevinirdim.
Xanım Qasımova
1.
Səncə, gələn kim idi? Nə üçün hekayə “Unudulmuş dost” adlanır?
DÜŞÜN VƏ CAVAB VER
YAZI
DİL QAYDALARI
2.
Mətnin hissələrinə ad ver və plan tərtib et.
3.
Günayı və Nigarı xarakterizə et. Onların müsbət və mənfi keyfiyyətlərini
sadala.
4.
Əsərin qəhrəmanının düşdüyü vəziyyətlə qarşılaşsaydın, necə hərəkət
edərdin?
5.
Ən yaddaqalan ad günün haqqında esse yaz. Həmin gün baş vermiş
hadisələri və keçirdiyin hisləri təsvir et.
6.
Mətndə mavi rənglə verilmiş cümlənin mübtəda və xəbərini müəyyən et.
Mübtədanı birinci şəxsin təki ilə əvəz etsən, cümlənin xəbərində hansı
dəyişiklik baş verər?
YADDA SAXLA!
7.
Nöqtələrin yerinə elə şəkilçi əlavə et ki, xəbər mübtəda ilə uzlaşsın
1. Sən nə üçün ağacların dibini yumşaltmır... ?
2. Mən xalq mahnılarını çox sevir... .
3. Biz kəndə getməyə hazırlaşır... .
4. Dostlarım bizə qonaq gəlmiş... .
5. Dovşan tülküdən qorxub geri çəkil... .
6. Onlar hündürdən danışıb-gülürdü... .
Mübtəda ilə xəbər adətən, şəxsə görə uzlaşır, yəni mübtəda hansı şəxsə
aiddirsə, xəbər də ona uyğun şəkilçi qəbul edir. Məsələn:
Mən sahildə dincəldim.
Sən sahildə dincəldin.
O, sahildə dincəldi.
Biz sahildə dincəldik.
Siz sahildə dincəldiniz.
Onlar sahildə dincəldilər.
ŞAH ABBAS VƏ VƏZİRLƏRİ
(rəvayət)
Şah Abbasın iki vəzir...i var idi - Şeyx Bəhai və Mir Daməd. Bir gün şah vəzir...i ilə
gəzintiyə çıxır.
Mir Damədin mindiyi at Şeyx Bəhainin atından azacıq geri qalırdı.
Şah Abbas öz vəzirlərini yoxlamaq qərarına gəlir. Buna görə Mir Damədə yaxınlaşıb
deyir:
- Görürsənmi, Şeyx Bəhai bizi saymır, özünü bizdən üstün bilir. Ona görə atını çapıb
bizdən irəli düşüb.
Mir Daməd şaha belə cavab verir:
- Şeyx Bəhaidə günah yoxdur. Onun atı bu cür alimi belində gəzdirdiyi üçün
sevincindən qanad açıb uçur, ona görə də Şeyx Bəhai bizdən irəli keçib.
Sonra Şah Abbas atını sürüb Şeyx Bəhaiyə çatır və ona belə söyləyir:
- Mir Damədi görürsənmi? Bizimlə bir sırada gəlməyi özünə ar bilir. Ona görə özünü
kənara çəkib, bizdən arxada qalıb.
Şeyx Bəhai isə belə cavab verir:
Şah sağ olsun, Mir Damədin mindiyi at onun elm və əxlaqının ağırlığından ləng
tərpənir. Görün Mir Damədin atı nə böyüklükdə bir alimin yükünü çəkir. Ona görə
heç təəccüblü deyil ki, onun atı bizimkindən geri qalır. Şah Abbas başa düşür ki,
vəzirlərinin ürəkləri də elmləri qədər böyükdür.
DİL QAYDALARI
1.
Mətnin sonuncu cümləsini necə başa düşürsən?
2.
1-ci abzasda hansı sözdə nöqtələrin yerinə -lar2 şəkilçisi artırmaq lazımdır?
YOL SÖHBƏTİ
Ucqar kəndlərdən birində iki dost yaşayırdı.
Bir məktəbdə, bir sinifdə oxuyurdular.
Birinin adı Talıb, o birininki Ələsgər idi. Talıb
zirək və gözüaçıq gənc idi. Ələsgərin isə işi-
gücü oxumaq idi. Orta məktəbi bitirdikdən
sonra hər ikisi ali məktəbdə təhsilini davam
etdirdi. Talıb İqtisad Universitetinə daxil
oldu. Ələsgər isə Misirə gedib ilahiyyat
elmini öyrənməyə başladı.
Bir müddət də keçdi, hər iki dost ali
məktəbi bitirdi. Ələsgər kəndə qayıdıb
məscidə axund təyin olundu. Bilikli və son
dərəcə mömin bir adam kimi o yalnız
doğma kəndində deyil, bütün rayonda
böyük hörmət sahibi idi.
Talıb isə Bakıda qalıb orada özünə iş qurdu. Banklardan birində işləməyə başladı.
Sonra yavaş-yavaş özü bank sahibi oldu, adlı-sanlı biznesmenlərdən birinə çevrildi.
İnsafən, Talıb çox yaxşı adam idi. Varlandıqca kasıb-kusubu da unutmur,
imkansızlara əl tuturdu. O doğulub boya-başa çatdığı kəndə su çəkdirdi, körpü
tikdirdi, gücü yetdikcə camaatın dərdinə qaldı, istedadlı uşaqları oxutdurdu.
Kəndin yuxarı tərəfində sıldırım bir yer vardı. Qonşu kəndə yol buradan keçirdi. Hər
kəs oradan qorxa-qorxa, ehtiyatla gedir, hər addımında “bismillah” deyirdi. Talıb bir
ətək pul xərcləyib o yolu da genişləndirdi, asfalt çəkdirib əməlli-başlı düzəltdirdi.
Aradan xeyli keçəndən sonra kimsə Talıba xəbər verdi ki, kəndin axundu Ələsgər
sənin qeybətini edir. Deyir ki, pulun gücünə özünə hörmət qazanmağa çalışırsan.
Talıb bu sözdən çox pərişan oldu. Doğrudur, bu mövzuda heç kimlə bircə kəlmə də
danışmadı, amma köhnə dostundan ürəyi sındı. Düşündü ki, fürsət düşən kimi bu
məsələni aydınlaşdırmaq lazımdır.
Bir gün belə fürsət düşdü və Talıbla Ələsgər elə həmin sıldırım yolda rastlaşdılar.
Salam-kalamdan sonra Talıb dedi:
- Ələsgər, ağlımız kəsəndən bəri həmişə səndən yaxşı öyüd-nəsihət eşitmişik. Mən
də sənin öyüdlərini sırğa eləyib qulağımdan asmışam.
Dediklərini gücüm çatdığı qədər eləməyə çalışmışam. Amma eşidirəm ki, mənim
işlərim sənin o qədər də xoşuna gəlmir, bilmirəm niyə?
Ələsgər
adam idi. Sözü havada tutur və anlayır ki, Talıbı çaşdırıblar. Ona görə
də heç halını pozmadan deyir:
- Ay Talıb, Allah köməyin olsun! Hər kəs bilir ki, sən yaxşı adamsan, bu camaata da
əlindən gələn yaxşılığı əsirgəmirsən. Mən sənin hər işini bəyənmişəm. Amma
görürəm ki, sözümü əyəndən sonra sənə çatdırıblar. Mən heç zaman deməmişəm
ki, Talıb filan işi nahaq elədi. Əgər elə bir iradım olsaydı, gəlib birbaşa özünə
deyərdim. Mən camaatımızın ibadətə yaxın olmamasından, Allahı unutduğundan
gileylənmişəm və eynən belə demişəm: “Bu camaat bircə o sıldırımdan keçəndə
Allahı xatırlayıb onun adını çağırırdı. İndi də Talıb o yeri düzəltdirdi və mən
düşünürəm ki, bu camaat, görəsən, nə zaman Allahı yadına salacaq?”
Talıb dostu haqqında o cür düşündüyünə görə üzr istədi və söz verdi ki, kənddə bir
məscid də tikdirsin.
“Tumurcuq” jurnalından
SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Mavi rəngli boşluğun yerinə uyğun sözü seç.
2.
Mətndə altından
xətt çəkilmiş ifadələri izah et.
A) arif
B) adil
C) aciz
3.
Əsərin ideyasını müəyyən et.
4.
Səncə, əsər niyə “Yol söhbəti” adlanır?
A) Talıbla Ələsgər yolda söhbət etdiklərinə görə
B) Yol haqqında söhbət əsərin əsas ideya və məzmununu təşkil etdiyinə
görə
5.
Mətnin ikinci cümləsində buraxılmış mübtədanı bərpa et. Səncə, nəyə görə
birinci cümlədə xəbər 3-cü şəxsin təkində, ikinci cümlədə isə cəmindədir?
Fikrət həyətdə uşaqlarla top-top oynayırdı. Nənəsi onu pəncərədən çağırdı:
- Fikrət, evə gəl, dostunu da gətir!
Bunu eşitcək uşaqlar təəccüblə Fikrətdən soruşdular:
- Nənən hansı dostunu deyir?
Fikrət cavab verdi:
- Necə hansı dostumu? Alabaşı deyir də...
Uşaqlar gülüşdülər:
- Bəh-bəh. Buna bax, bir bunun dostuna bax. Heç belə də dost olar?
Fikrət pərt oldu. Birbaşa nənəsinin yanına gəldi. Alabaş da onun dalınca düşüb
yuxarı qalxdı. Fikrət nənəsinə dedi:
- Nənə, niyə belə dedin? İtdən də adama dost olar? İndi uşaqlar gülüb məni lağa
qoyacaqlar.
- Alabaş sənin həqiqi dostundur. Qulaq as, deyim. Əgər onlar bunu bilsələr, sənə
gülməzlər.
- Nəyi bilsələr? - deyə Fikrət gözlərinin yaşını silə-silə soruşdu.
Nənə danışmağa başladı:
- Oğlum, o vaxt biz kənddə yaşayırdıq. Sən lap körpə idin. Heç ayaq tutub gəzə
bilmirdin, hey qalxıb-yıxılırdın. Səni qucağımda atıb-tuturdum. Birdən bostanın o
başından baban məni harayladı. Dedi ki, yabanı götür, gəl. Mən səni beşiyə uzatdım,
yabanı apardım babana verdim. Mən bostandan qayıdıb gələndə nə görsəm
yaxşıdır?
Mən qorxumdan qışqırdım. Səni qucağıma alıb o üzündən, bu üzündən öpdüm. Sən
gülürdün. Heç nədən xəbərin yox idi. Daha bilmirdin ki, Alabaş olmasaydı, ilan səni
vuracaqdı.
Mənim qışqırığıma baban gəlib çıxdı, əhvalatı ona danışdım. O, Alabaşı tumarladı.
Fikrət sevindi:
- Alabaş, doğrudan da, mənim həqiqi dostummuş, - dedi. - İndi mən bu əhvalatı
uşaqlara danışacağam.
Fikrət sevinə-sevinə həyətə düşdü.
Mübariz Qasımov
DİL QAYDALARI
1.
Əsərə çəkilmiş illüstrasiyaya bax. Nə baş verdiyini təxmin et. Sonra kitabı
tərsinə çevirərək oxu.
2.
Hansı cümlələrdə xəbər mübtəda ilə uzlaşır?
1. Karandaşlar yerə dağıldı.
2. Sərçələr pəncərəyə qondu.
3. Dostlarım mənə dərslərimdə kömək etdilər.
4. Pişiyi görən itlər hürməyə başladılar.
YADDA SAXLA!
3.
Cümlələri tamamla.
1. Biz ailəmizlə gəzintidən qayıt... .
2. Çiçəklər otağa daha da təravət verir... .
3. Sal qayalar sipər kimi dalğaların qarşısında dayanmış... .
Bəzi hallarda xəbər mübtəda ilə uzlaşmaya da bilər:
- mübtəda heyvan və quş adları bildirirsə, xəbər həm cəmdə, həm də
təkdə ola bilər; məsələn:
Qoyunlar mələşirdilər.
Qoyunlar mələşirdi.
- mübtəda cansız varlıq bildirdikdə xəbər həmişə təkdə olur.
Məsələn: İşıqforda maşınlar dayandı.
Amma vaxt keçir, oğlan böyüyür və
alma ağacı günlərini daha çox
təklikdə keçirməli olurdu.
Bir dəfə oğlan alma ağacının
yanına gəldi. Ağac dedi:
- Bura gəl, oğlan, mənim budaqlarımda yellən, almalarımdan ye, mənimlə oyna, qoy
biz yenə xoşbəxt olaq.
- Mən artıq böyümüşəm, ağaclara dırmaşmaq mənə yaraşmaz, - deyə oğlan cavab
verdi. - Mən başqa əyləncələr arzusundayam. Amma bunun üçün pul lazımdır.
Məgər sən bunu mənə verə bilərsən?
- Mən çox şad olardım, - deyə alma ağacı ah çəkdi. - Amma mənim pulum yoxdur.
İstəyirsən, almalarımı dər, apar şəhərdə sat. Onda sənin pulun olar və sən xoşbəxt
olarsan!
Oğlan ağaca dırmaşıb bütün almaları dərdi və apardı. Alma ağacı dostunun işinə
yaradığı üçün çox xoşbəxt idi.
2-ci hissə
Bundan sonra oğlan xeyli müddət meşəyə gəlmədi. Alma ağacı dərd-qəm içində idi,
gözü yollarda qalmışdı. Bir gün oğlan gələndə o, sevinclə qışqırdı:
SƏXAVƏTLİ AĞAC
1-ci hissə
Meşədə yoğun gövdəli, qollu-budaqlı alma ağacı
vardı. O, balaca bir oğlanla dostluq edirdi. Oğlan
hər gün ağacın yanına gəlir, tökülmüş yarpaqları
yığıb çələng hörür, tac kimi başına qoyaraq
özünü meşənin şahı sayırdı. O, ağacın gövdəsinə
dırmaşır, budaqlarında yellənirdi. Yorulanda da
ağacın kölgəsində yuxuya gedirdi. Alma ağacı
çox xoşbəxt idi.
1.
Alma ağacı və oğlan obrazları haqqında fikir söylə. Onlardan hansı daha çox
xoşuna gəldi?
- Tez gəl buraya, balaca! Mənim budaqlarımda yellən, qoy biz yenə xoşbəxt olaq.
- Eh, mən nə hayda, sən nə hayda, - deyə oğlan cavab verdi. - Yaşım keçir, istəyirəm
ailəm, uşaqlarım olsun. Bunun üçün ev lazımdır, mənimsə evim yoxdur. Sən mənə
ev verə bilərsən?
- Mən çox istəyərdim, - deyə ağac köksünü ötürdü. - Mənim evim yoxdur. Amma
əvəzində budaqlarım var. Onları kəsib apar, özünə ev tik və xoşbəxt ol.
Oğlan alma ağacının iri budaqlarını kəsib apardı və özünə ev tikdi. Alma ağacı da bir
müddət özünü xoşbəxt hiss elədi.
Dostları ilə paylaş: |