1-ci hissə
Biri var idi, biri yox idi, bir padşahın iki oğlu var idi. Böyük oğulun adı Teymur,
kiçiyinki Səməd idi. Teymur qoçaq və bacarıqlı idi, dövlət işlərində atasına kömək
edirdi. Səməd isə tənbəl idi. Bütün gününü kefdə, eyşişrətdə keçirirdi.
Vaxt keçdi, vədə çatdı, padşah ölüm yatağına düşdü. Oğullarını yanına çağırıb dedi:
- Mən ömür boyu əlləşib-vuruşub böyük dövlət yaratmışam. İndi axirət dünyasına
köçürəm. Amma istəmirəm ki, məndən sonra aranızda hökmranlıq uğrunda ədavət
düşsün. Ona görə də ölkəmin ərazisini və xəzinəni tən yarı bölüb hərənizə bir
yarısını verirəm.
Bunu deyib padşah gözlərini həmişəlik yumdu.
2-ci hissə
Bəli, oğulların hərəsi öz dövlətini idarə etməyə başladı. Teymurun dövləti gündən-
günə güclənirdi. Səməd isə, həmişəki kimi, öz kefində idi: ova gedir, kef məclisləri
qurur, dövlət işləri ilə məşğul olmurdu. Onun dövləti getdikcə zəifləyir, aclıq, səfalət
baş alıb gedir, ordu dağılırdı. Nəhayət, düşmən padşahlardan biri dövlətin
zəiflədiyini görüb Səmədin ölkəsinə hücum çəkdi. Onun qoşununu pərən-pərən
salıb ölkəni ələ keçirdi.
Səməd güclə canını qurtarıb böyük qardaşının ölkəsinə üz tutdu. Uzun
məşəqqətdən sonra gəlib onun şəhərinə çatdı. Saraya gəlib qardaşı ilə görüşdü.
Başına gələnləri ona danışdı. Teymur qardaşını dinlədikdən sonra
əmr etdi ki, ona 100 qoyun versinlər, gedib çöldə otarsın. Sonra üzünü qardaşına
tutdu:
- Qardaş, sürüyə yaxşı bax. Qoyunların südü, yağı sənə qalsın. Nə balaladılar,
sənindir. Amma üç ildən sonra mən 100 qoyunumu geri alacağam.
3-cü hissə
Böyük qardaşının bu “mərhəmət”indən acığa düşən Səməd nə edəcəyini bilmirdi.
Amma çarəsiz idi. Ona görə də sürünü qabağına qatıb çobanlıq eləməyə başladı.
Bir gün qoyunları otararkən Səməd ağacın kölgəsində uzanıb yuxuya getdi. Bu vaxt
canavarlar sürüyə daraşıb qoyunların axırına çıxdı. Səməd yuxudan oyanıb gördü ki,
qoyunlardan bir dəri qalıb, bir də sür-sümük. Kor-peşman qardaşının yanına gəlib
hal-qəziyyəni ona danışdı və dedi:
- Qardaş, mənim heç bəxtim yoxdur.
Teymur acıqla ayağa qalxıb qışqırdı:
- Mən sənə axırıncı dəfə kömək edib 50 qoyun verəcəyəm. Amma sözümüz sözdür:
üç ildən sonra indiyə qədər verdiyim qoyunların hamısını geri qaytarmalısan.
Qaytara bilməsən, bir də yanıma gəlmə.
4-cü hissə
Səməd başa düşdü ki, bu dəfə də məsuliyyətsiz olsa, gedib dilənçilik etməli olacaq.
Ona görə də gecə-gündüz yatmadı, qoyunların başına fırlandı. Südünü sağdı, yağ
1. Səncə, nə üçün Teymur kiçik qardaşını sarayda saxlamadı? Onun hərəkəti ilə
razısanmı? Sən onun yerinə olsa idin, nə edərdin?
2. Səməd qardaşına cəmi neçə qoyun qaytarmalı idi?
3. Doğrudanmı, Səmədin bəxti yox idi?
elədi, yağı satdı, təzə qoyunlar aldı. Üç ildən sonra onların sayını iki yüzə çatdırdı.
Üç ilin tamamında Səməd qardaşına çatacaq qoyunları qabağına qatıb saraya gəldi.
Teymur ayağa qalxıb qardaşını qucaqladı və dedi:
- Hə, qardaş, indi sən gedib öz ölkəndə hökmdarlıq edə bilərsən.
Səməd hirsli-hirsli dedi:
- Qardaş, mən sənə demədimmi ki, qonşu padşah hücum çəkib mənim ölkəmi
tutub?! İndi mən öz ölkəmə necə qayıda bilərəm?
Teymur cavab verdi:
- Səməd, bil
və
agah ol. Müharibə xəbərini eşidən
kimi
mən öz qoşunlarımı sənə
köməyə göndərdim,
amma
onlar ora çatanda artıq iş işdən keçmişdi, sən ölkədən
qaçmışdın. Mənim sərkərdəm düşmən padşahla döyüşə girib onu məğlub etdi və
ölkədən qovdu. İndi üç ildir, səni gözləyir ki, taxt-tacı əsl hökmdara təhvil versin.
Bu sözləri eşitcək Səmədin sevincdən gözləri yaşardı. Böyük qardaşının əlindən
öpüb dedi:
- Sağ ol, qardaş. Ancaq başa düşmürəm, niyə məni görən kimi bunları demədin?
Teymur gülümsünüb cavab verdi:
- Əziz qardaşım, mən əmin olmaq istəyirdim ki, sən özün bundan sonra ölkəni
müdafiə edə biləcəksən. Axı...
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
4. Mətnin sonunda Teymurun cümləsini tamamla.
1. Canavardan qorxan adam düşmən qarşısında tab gətirə bilməz.
2. Bir sürü qoyunu qoruyub saxlaya bilməyən adam ölkəni idarə edə
bilməz.
3. Süddən yağ ala bilməyən xalqını dolandıra bilməz.
5. Teymur qardaşına çatacaq qoyunları qaytarandan sonra özünə nə qədər
qoyun qaldı?
6. Mətndə mavi rənglə verilmiş hansı söz öz funksiyasına görə digərlərindən
fərqlidir?
7. “Qardaş, mənim heç bəxtim yoxdur” cümləsində işlənmiş köməkçi nitq
hissəsi:
A) özündən əvvəlki sözə qoşularaq müəyyən məna çaları yaradır;
B) sözləri bir-birinə bağlayır;
C) özündən sonrakı sözün təsir gücünü artırır.
KİRPİNİN DÜZ SÖZÜ
(təmsil)
Durub qış yuxusundan,
Xeyli gərnəşdi Ayı.
Dedi: – Bal yeyəm gərək
Mən bütün yazı, yayı. –
Çıxdı mağarasından,
Gəzdi meşə boyunca…
Pətək tapa bilmədi,
O, bal yeyə doyunca.
Birdən rast gəldi Qurda:
– Nə gəzirsən, de burda?
– Heç soruşma, – dedi Qurd. –
Bu səhər yavaş-yavaş
Sürüyə yan alırdım,
Qovdu məni Alabaş.
Elə
həmin andaca
Tülkü çıxdı böyürdən:
– Bu gün hinə girəndə
Az qaldı tutulum mən.
– Eyib olsun! – söylədi
Bu an Kirpi qıraqdan. –
Qulaq asıram sizə
Durub burda bayaqdan.
Elə
boy-buxunla siz
Sevsəydiniz zəhməti,
Bir qarın yemək üçün
Gəzməzdiniz xəlvəti.
Hikmət Ziya
Dİl QAYDALARI
1. Sözlərin düzgün ardıcıllığına riayət edərək altından xətt çəkilmiş misraları
nəsrlə ifadə et. Sonuncu dörd misranı bu qaydada elə dəyiş ki, ritm və qafiyə
pozulmasın.
2. Hansı cümlədə mavi rənglə verilmiş “elə” sözünə sual vermək olar? Həmin
söz hansı nitq hissəsinə aiddir? Bəs digər cümlədəki “elə” sözü haqqında nə
deyə bilərsən?
HAZIR YUVA
Mən sizə şahidi olduğum bir hadisəni danışmaq istəyirəm.
Yəqin ki, qaranquşu tanıyırsınız, yuvasını da görmüsünüz. Qaranquş elə yerdə yuva
tikir ki, əl çatmasın, dəcəl uşaqlar ona toxuna bilməsin. Yuvanı qurduqdan sonra
qaranquşlar burada bala çıxarırlar. İyul ayının əvvəllərində körpə balalarını boya-
başa yetirib uçurdurlar.
Mən istirahət evində dincəlirdim. Qaldığım evin eyvanında qaranquşlar yuva
qurmuşdu. Bu quşları xoşladığımdan gözümü onlardan çəkməyib uçuşlarına
tamaşa eləyirdim. Birdən nə görsəm, yaxşıdır? İki sərçə öz yuvasına girmək istəyən
qaranquşa hücum edib onu dimdiklədi. Sərçələrin nə etmək istədiklərini başa
düşdüm. Onlar heç bir zəhmət çəkmədən qaranquşların hazır yuvalarını tutmağa
çalışırdılar.
Çox keçmədən qaranquşlar da iki oldular. Onlar həftələrlə zəhmət çəkib qurduqları
yuvadan əl çəkmir, civildəşə-civildəşə sərçələrlə dimdikləşirdilər.
Bu qayğıkeş, zəhmətsevər quşları dar ayaqda görəndə özümü saxlaya bilmədim.
Uzun bir çubuq götürüb sərçələri qovmağa başladım.
Birinci dəfə idi ki, başqasının yuvasını ələ keçirmək istəyən sərçə görürdüm. Öz
zəhmətləri ilə qurduqları yuvaları qoruyan qaranquşlara isə rəğbətim artırdı.
Qaranquşlar öz yuvalarını qoruyub saxlamaq üçün möhkəm dayanmışdılar. Zəhmət
çəkib yuva qurmaq əvəzinə cikkildəməklə gün keçirən sərçələrə qarşı qəzəbimi
gizlədə bilmirdim. Çubuğu yelləyə-yelləyə qışqırırdım:
- Başqalarının hazır yuvalarına göz dikib onu ələ keçirmək istəyən sərçələr! Hər kəs
öz zəhməti ilə yaşamalıdır.
Əli Vəliyevdən
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1. Mətnin hekayə xəritəsini qur. Burada təsvir olunmuş qaranquş və sərçələrin
xarakterini təhlil et.
2. Oxuduğun hekayəni təmsilə çevir və ana qaranquşun dilindən nəql et.
3. Cümlələri tamamla.
1. Qaranquşlar yuvalarını əl çatmayan yerdə qururlar, çünki ...
2. Qaranquşlar sərçələrə hücum çəkib dimdiklədilər, çünki ...
3. Mən çubuqla sərçələri qovurdum, çünki ...
4. Mətnin ideyasına uyğun atalar sözünü seç.
A) Yersiz gəldi, yerli qaç.
B) Halva-halva deməklə ağız şirin olmaz.
C) Qonşuya ümid olan şamsız qalar.
5. Araşdırma. Sərçələr və qaranquşlar haqqında əlavə məlumat əldə edib
təqdimat hazırla.
6. Verilmiş cümlələrdə nöqtələrin yerinə uyğun gələn köməkçi nitq hissələrini
əlavə et.
1. Qaranquşlar yuvalarını qorumaq üçün qala ... möhkəm dayanmışdılar.
2. Mən qaranquşları sərçələrdən qorumaq ... çubuğu əlimə aldım.
3. Qaranquş balaları avqust ayına ... qanad açıb uçurlar.
4. Hava buludlu olduğuna ... ulduzlar görünmürdü.
7. Hansı cümlələrdə fərqləndirilmiş sözlər:
1. özündən əvvəlki sözə qoşularaq bənzətmə bildirir?
2. cümlənin təsir gücünü artırır?
1. Sən də dostun qədər çalış, əlaçı ol.
2. Bu lap mən deyən oldu.
3. Mənim dediklərimi unutma ha!
4. Sevincindən ürəyi quş kimi çırpınırdı.
ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1. Hansı mətnlərdə tənbəl obrazları ilə rastlaşdın? Səncə, nə üçün bu bölmədə
tənbəl obrazlarına bu qədər yer verilib? Mətnlərdə onların tənbəllikdən əl
çəkmələri necə təsvir olunub? Hansı tənbələ verilən “dərs” daha çox xoşuna
gəldi?
2. Hansı mətnlərdən “İnsan öz əlinin əməyi ilə qazandıqlarının qədrini daha
yaxşı bilir” fikrinə gəlmək olar?
3. Bölmədəki mətnlərdə təsvir edilən obrazlar arasında ən çox xoşuna gələn
kim oldu? Seçimini izah et.
4. Verilmiş cümlələrdə köməkçi nitq hissələrini müəyyən et və cədvəli
dəftərində tamamla.
1. Dərs zamanı ən fəal şagird Əli idi.
2. Elə bu vaxt pişiyin miyovultusu otağı bürüdü.
3. Sanki qurbağa gölünə daş atmışdılar, heç kim dinmirdi.
4. Bizim, ümumiyyətlə, bu işdən xəbərimiz olmayıb.
Köməkçi nitq hissəsi
Cümlədə funksiyası
ən
Aid olduğu sözün təsir gücünü artırır.
5. Verilmiş cümlələrdən hansı sözləri çıxarsan, fikir dəyişməz?
1. Babamın əkdiyi güllər ən gözəl güllərdir.
2. Deyilənə görə, qədim zamanlarda burada bulaq var imiş.
3. Saleh bilmirdi ki, atası nə deyəcək.
4. Elə biz də vaxtilə bu məktəbdə oxumuşuq.
5. Bəs müəllim bunu sizə öyrətməyib?
6. Axı mənim nə günahım var?
6. Müvafiq yerlərə vergül işarəsi əlavə etməklə cümlələri köçür.
1. Uşaqlar fəal olun, vaxta az qalıb.
2. Əziz qonaqlar tədbirdə iştirak etdiyiniz üçün çox sağ olun!
3. Bax Arif gör nə qəşəng təyyarə düzəltmişəm.
4. Durmayın dostlar işlər bizi gözləyir.
5. Sənə aldığım əla qiymətləri göstərmək istəyirəm ana.
6. Yoldaşlığın qədrini bil, duz-çörəyi itirmə oğlum.
NİYƏ
- Niyə gündüz gün çıxır?
Niyə ulduzlar batır?
Günəş yatandan sonra
Niyə adamlar yatır?
Niyə dəniz dalğalı,
Niyə sahil lal olur?
Niyə zanbaq ağappaq,
Qızılgüllər al olur?
-Sevinc balam, tələsmə,
Keçər gün, keçər
zaman,
Bunların cavabını
Bir vaxt özün taparsan.
- Mənə sual verməyi
Qadağan etməyələr,
Bizim qanadımızdır
Bu niyələr, niyələr...
Bəxtiyar Vahabzadə
SÖZ EHTİYATI
DİL QAYDALARI
1. "Niyə” sözünü hansı sözlərlə əvəz etsək, məna dəyişməz?
2. Şeirin 2-ci bəndində hansı söz məcazi mənada işlənmişdir? Həmin bənddəki
“al” sözünün mənasını izah et və hərəkət bildirən söz kimi cümlədə işlət.
3. “Keçər gün, keçər zaman” misrasında neçə cümlə var? Bu cümlələrdə
mübtəda və xəbərin yerini müəyyənləşdir. Cümlələri düzgün söz sırası ilə
oxu.
QAZLARIN UÇUŞU
Qazların, durnaların köç edərkən havada necə uçduğunu görmüsünüzmü? Onlar
başqa quşlar kimi dağınıqlığı sevmirlər. Köç eləyən zaman səmada nizamla düzülüb
şəklində uçurlar. Alimlər qazların belə uçması ilə maraqlanıb araşdırma
aparıblar. Nəticə olduqca maraqlıdır... Sən demə, çöl qazları
şəklində uçarkən öz
güclərinə qənaət etmiş olurlar.
Köçəri quşlar bir yerdən başqa yerə köçərkən böyük məsafə qət edirlər. Uçuş
zamanı daim hava axınını yarmaq onları çox yorur. Qaranquş kimi kiçik quşlara bu,
bir o qədər təsir etməsə də, qaz, durna kimi iri quşların işini xeyli çətinləşdirir. Məhz
buna görə də qazlar köç edərkən
şəklində düzülürlər. Belə olduqda qarşıda
qanad çalaraq hava axınını yaran qaz arxadakının işini xeyli asanlaşdırır. Beləliklə,
qazlar getdikləri yerə daha az güc sərf etməklə çatırlar. Qazlar tək-tək və ya topa
şəklində uçsaydılar, bəlkə də, bu yolun heç yarısını qət edə bilməzdilər.
Qazların özünəməxsusluğu bununla bitmir. Qaz dəstəsində ədalətli qaydalar hökm
sürür. Belə ki, uçuş zamanı dəstədəkilərin hər biri eyni dərəcədə güc sərf etmək
üçün yerini tez-tez dəyişir. Yorulan qaz arxaya keçir, yerini isə ondan sonra gələn qaz
tutur. Onlar yerlərini növbəli şəkildə dəyişdiyindən minlərlə kilometr yolu daha az
güc sərf edərək uçurlar.
Bundan başqa, qazlar çətin anlarında bir-birinə dayaq olurlar. Məsələn, dəstədəki
quşlardan biri xəstələnsə, ya da yaralansa, digərləri ona laqeyd qalmırlar. Bu zaman
dəstədən iki qaz ayrılıb xəstə quşla qalır. O, sağalana kimi qayğısını çəkirlər.
Sağalandan sonra onlar yenidən yollarına davam edir, ya da başqa bir qaz dəstəsinə
qoşulurlar. Yeni dəstə də onları məmnuniyyətlə öz sırasına qəbul edir.
Dilrüba Nurəddinqızı
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Köçəri qazlara xas olan keyfiyyətləri seç.
hiyləgərlik, əməkdaşlıq, nizam-intizam,
qayğıkeşlik, vəfasızlıq, ədalət
2.
Sonuncu cümləni tamamla.
Qazlar köç edərkən
şəklində düzülərək uçurlar. Bu onlara güclərinə
qənaət etməyə imkan verir. Belə ki ...
3.
Nümunəyə uyğun olaraq cümlələrdə xəbəri tap və ona suallar
verməklə digər cümlə üzvlərini müəyyənləşdir.
Nümunə: nə edirlər? - düzülürlər - xəbər
nə düzülür? - qazlar - mübtəda
harada düzülürlər? - havada - ikincidərəcəli üzv
necə düzülürlər? - nizamla - ikincidərəcəli üzv
nə vaxt düzülürlər? - köç edərkən - ikincidərəcəli üzv
1. Qazlar köç edərkən havada nizamla düzülürlər.
2. Əhməd kişi ovçularla dağa qalxırdı.
YADDA SAXLA!
4.
Verilmiş cümlələrdə cümlə üzvlərini müəyyənləşdirərək onlara sual ver.
Hansı nitq hissəsinə aid olduğunu de.
1. Babam bağda ağacları suladı.
2. Yarpaqlar yerə tökülürdü.
3. Şiddətli külək əsirdi.
4. Usta hovuzu daşlarla bəzədi.
Cümlə üzvləri müxtəlif sözlər və söz birləşmələri ilə ifadə olunur. Həmin
sözlər müxtəlif nitq hissələrinə aid ola bilər.
Bir neçə ay keçdi. Bir gün Elşən
pəncərədən həyətə baxırdı. Meynə artıq
yaşıllaşmış, budaqları yeni zoğlar atmışdı. Elşən bir xeyli yaşıl meynə budaqlarına
diqqət yetirdi. Birdən onun yadına nə düşdüsə, tez gedib alətlər saxlanılan şkafı açdı.
Oradan böyük bir qayçı götürüb həyətə qaçdı. Meynənin budaqlarından bir neçəsini
kəsdi. Birdən onun gözü budaqların kəsilmiş yerindən damcı-damcı axan şirəli suya
sataşdı. Elşən düşündü: “Görəsən, bu budaqlardan niyə su axır? Axı atam kəsəndə
heç belə su gəlmirdi”.
Axşam Murad əmi işdən gələndə Elşən həyətdə onun qabağına qaçdı:
- Atacan, atacan, meynədən su axır.
Atası təəccüblə soruşdu:
- Oğlum, hansı meynədən su axır?
- Ondan, - deyə Elşən atasının əlindən tutub bağçaya apardı və kəsdiyi budaqları
göstərdi. - Axı sən kəsəndə yeri qupquru olurdu.
Kəsilmiş budaqlardan hələ də az-az su damcılayırdı. Murad əmi kəsilmiş meynəyə
baxıb başını buladı:
- Oğlum, sən meynəmizi incitmisən, ona görə də o səndən küsüb ağlayır.
O gündən Elşən tez-tez meynəni sulayıb astadan pıçıldayırdı: “Ağlama, mənim
meynəm, ağlama. Mən bir də sənə əl vurmaram”.
İllər keçdi. Elşən böyüyüb məktəbdə bir çox biliklərə yiyələndi. İndi o, meynənin niyə
“ağladığını” bilir.
Zenfira Məmmədova
MEYNƏ NİYƏ
AĞLAYIR
Payızın son ayı idi. Murad əmi evlərinin
qabağındakı meynəni budamaqla məşğul
idi. Elşən də həyətdə idi. O, uşaqlarla
oynayırdı. Atasına yaxınlaşıb dedi:
- Atacan, meynələrimizi nə üçün kəsirsən?
Atası mehribanlıqla onun üzünə baxıb
gülümsədi:
- Oğul, kəsirəm ki, tez böyüyüb çoxlu üzüm
versin.
SÖZ EHTİYATI
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
“Zoğ” sözünün işləndiyi cümləyə diqqət yetir və bu sözün mənasını izah
etməyə çalış.
2.
Hansı cümlədə “budamaq”sözünün mənası izah olunub?
A) Ağacların artıq qol-budaqlarını kəsmək
B) Ağacların dibini yumşaltmaq
C) Ağacın gövdəsini əhəngləmək
3.
“Şkaf” sözünü hansı sözlə əvəz etmək olar?
A) stol
B) bufet
C) dolab
4.
Elşən meynənin qol-budağını kəsirdi, çünki ...
5.
Mavi rənglə verilmiş cümləyə diqqət yetir. Atanın izahı səni qane etdimi?
Özündən kiçik uşağın bu sualına necə cavab verərdin?
6.
Niyə sonuncu cümlədə “ağladığını” sözü dırnaq içində yazılıb?
7.
Hansı cümlədə harada? sualına cavab verən cümlə üzvü söz birləşməsi ilə
ifadə olunub?
A) Çəmənlikdə otlar göyərmişdi.
B) Bakı şəhərində muğam festivalı keçirildi.
C) Sarayda möhtəşəm konsert olacaq.
8.
Cümlələri oxu və cədvəli dəftərində tamamla.
1. Elçin budağı kəsdi.
2. Mərdan həkimlə danışdı.
3. Mən dostumu vağzalda qarşıladım.
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
ÜŞÜMÜRMÜ, GÖRƏSƏN
Göy atlazdan hər bahar
Paltar geyir ağaclar.
Qış gəlincə buz tutub
Torpaq donur, daş donur.
Bəs nədəndir ağaclar
Paltarını soyunur?
Qar yağanda onların
Budaqları ağ olur.
Boranda, tufanda da
Ağaclar çılpaq olur!
Yel əsir,
Şaxta kəsir.
Mat qalmışam buna mən,
Bu şaxtada ağaclar
Üşümürmü, görəsən?
Bəxtiyar Vahabzadə
1.
Səncə, şeir müəllifini düşündürən nədir? Sən onun sualına necə cavab
verərdin?
2.
Mavi rənglə verilmiş misraları düzgün söz sırası ilə nəsrə çevirərək
dəftərində yaz.
YADDA SAXLA!
3.
Söz sırasını bərpa edərək cümlələri dəftərində yaz. Mübtəda və xəbərin
yerini müəyyənləşdir.
1. yemi, heyvanlar, tapırlar, qışda, çətinliklə.
2. səhər-səhər, civildəşirdilər, sərçələr, həyətdə.
Cümlədə sözlər müəyyən qanunauyğunluqla düzülür. Adətən, mübtəda
cümlənin əvvəlində, xəbər sonunda işlənir.
3.
Lakin bu üsul da bəzən çaşqınlığa səbəb
olurdu. Oxucular cümlənin sonundakı “Q”
işarəsinin “kü” hərfi, yoxsa sual işarəsi
olduğunu başa düşmürdülər. Odur ki
Manutsidən sonra kitab naşirləri sual bildirən “Q” işarəsi üzərində dəyişikliklər
aparmağa başladılar. İtalyan naşirinin kəşfindən təxminən 100 il sonra “Q” işarəsi “?”
işarəsinə çevrildi.
4.
Cümlələr ifadə etdiyi fikrə görə üç növə bölünür: nəqli, sual və əmr cümlələri.
Məlumat vermək məqsədi ilə deyilən cümlələr nəqli cümlələrdir. Sual cümləsinin
əsas məqsədi isə məlumat almaqdır.
5.
Bəs niyə Manutsi sual işarəsi qoymaq üçün məhz “Q” hərfini seçmişdi? Nəyə görə
sonrakı naşirlər başqa işarə fikirləşmədilər, elə bu hərfi dəyişdirib indiki sual
işarəsinə çevirdilər?
6.
Məsələ burasındadır ki, italyan dilində “sual” sözü “q” hərfi ilə başlanır: questione.
Bu söz latın dilindən bir çox Avropa dillərinə də keçmişdir. Məsələn, ingilis və fransız
dillərində “question” elə “sual” deməkdir.
Rafiq Ələkbəroğlu
DÜŞÜN VƏ CAVAB VER
NİYƏ MƏHZ
SUAL İŞARƏSİ
1.
Qədimdə yazı yazarkən durğu
işarələrindən istifadə olunmurdu.
Cümlələr arasında boşluq qoyulur və
ya müəyyən naxış elementi çəkilirdi.
Bu cür yazıları oxumaq rahat deyildi,
çünki bir çox cümlələrin sual, yoxsa
nəqli cümlə olduğu bilinmirdi.
2.
Yazıda sual işarəsi ilk dəfə 600 il
əvvəl İtaliyada tətbiq edildi. Manutsi
adlı bir nəşriyyat işçisi oxucuların işini
asanlaşdırmaq üçün sual
cümlələrinin sonunda “Q” hərfi
yazmağa başladı. Bu hərf bizdə “qe”
adlandırılsa da, latın əlifbasında onun
əsl adı “kü”dür.
1.
Hansı abzasın mətnin məzmunu ilə bağlılığı zəifdir?
2.
Cümlələri tamamla.
Sonunda durğu işarəsi olmayan cümlələri oxumaq çətin idi, çünki ...
Manutsinin tətbiq etdiyi qayda da çətinlik yaradırdı, çünki ...
İtalyan dilində “sual” sözü “q” hərfi ilə başlanır, ona görə də ...
LAMPA NİYƏ SÖNDÜ
Kamil yuxudan duran kimi qanı
qaraldı. Bərk yağış yağırdı. O, göyün
üzünü bürüyən qara bulud
topalarına baxıb acıqla dedi:
- Gərək elə bu gün yağaydın?! Axı
mən uşaqlarla meşəyə, çiyələk
yığmağa gedəcəkdim. Belə yağışda
heç bayıra çıxmaq olar?!
Kamilin acığına göy daha da bərk
çaxdı, ildırım guruldadı.
Bulud dilə gəlib dedi:
- Sənin məndən xoşun gəlmir?
- Səndən kimin xoşu gələr? Bütün aləmi palçığa bulamısan. Sənə baxanda adamın
ürəyi sıxılır.
- Yaxşı, indi ki belədir, mən çıxıb gedirəm.
Bir azdan bulud uca dağın arxasına çəkilib yox oldu. Göyün üzü açıldı. Günəş qızardı.
Kamil sevindi:
- Nə yaxşı oldu!
O, yoldaşları ilə meşəyə getdi. Burada quşlar budaqdan-budağa atılıb cəh-cəh
vururdu. Hər tərəf yamyaşıl idi. Otların arasında isə dadlı, şirin çiyələklər qızarırdı.
Aradan xeyli keçdi. Bir axşam Kamilgilin işığı yanmadı. O, üzünü lampaya tutub dedi:
- Ay lampa, sən niyə yanmırsan?
- Mən nə edə bilərəm? Qoy elektrik stansiyası işləsin. Qüvvət versin, mən də yanım.
Kamil elektrik stansiyasına qaçdı:
- Ay elektrik stansiyası, sən niyə işləmirsən? Bizim evdə işıq yanmır.
- Mən necə işləyim? Çayın suyu lap azalıb. Qoy çayın suyu çoxalıb pərlərimi fırlatsın,
mən də sizin işığı yandırım.
Kamil çaya yaxınlaşıb dedi:
- Ay çay, sənin suyun niyə azalıb?
- Nə edim? - deyə çay güclə pıçıldadı. - Qoy uca dağların başındakı qar əriyib suya
dönsün, mənim suyumu çoxaltsın.
Kamil üzünü dağa tutub qışqırdı:
- Ey dağ, sən niyə çaya su vermirsən? Qoy səndəki qarlar əriyib çayı su ilə doldursun.
- Eh, heç məndə qar var ki! Çoxdandır bulud buralarda görünmür. O məni qara,
yağışa həsrət qoyub.
Bu vaxt bulud dağın arxasından baxıb gülümsədi. Kamil ondan soruşdu:
- Ay bulud, niyə dağı qara, yağışa həsrət qoymusan?
- Axı özün dedin ki, “səndən acığım gəlir”, mən də çıxıb getdim.
Kamil utanıb başını aşağı saldı. O, buluddan üzr istədi. Bulud isə keçmiş əhvalatı tez
unutdu. Dağın arxasından çıxıb göyün üzünü örtdü.
Bundan sonra hər yağış yağanda Kamil buluda baxıb gülümsəyirdi.
Namiq Abdullayev
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Mavi rənglə verilmiş cümlədə uyğunsuzluğu düzəltməklə cümləni düzgün
oxu.
2.
Oxuduğun mətnin bədii mətn olduğunu sübut edən dəlil gətir.
3.
Elektrik cərəyanının əldə edilməsi ilə bağlı əlavə məlumat topla və bu
mövzuda məruzə hazırla.
4.
Səbəb-nəticə əlaqəsinə görə cümlələrin ardıcıllığını müəyyən et.
Kamilgilin evindəki lampalar yandı.
Elektrik stansiyası işlədi.
Çoxlu yağış yağdı.
Çayın suyu artdı.
5.
Mübtəda və xəbəri müəyyənləşdir. Cümlələri elə dəyiş ki, mübtəda cümlənin
əvvəlində olsun.
1. Bərk yağış yağırdı.
2. Bir azdan bulud uca dağın arxasına çəkilib yox oldu.
3. Gələcəyə biz ümidlə baxmalıyıq.
TÜLKÜ NİYƏ SUYA GİRİR
Qışın son ayı idi. Dostumla yaxınlıqdakı gölə qaban ovuna getmişdik. Gölün ətrafı sıx
qamışlıq idi. Qabanlar, adətən, bura su içməyə, qamışların kökünü yeməyə gəlirdi...
Ayağımızda uzunboğaz rezin çəkmələr qamışlıqda bir-birimizdən aralı dayanıb
qabanların yolunu gözləyirdik. Ətraf sakitlik idi. Təkcə sahildən əsən küləyin təsiri ilə
ahəstəcə yırğalanan, dalğalanan qamışların sirli-sehrli pıçıltısı, xışıltısı eşidilirdi...
Qəfildən yaxınlıqda şələquyruq bir tülkü göründü. Ağzında nəsə vardı. Tülkü heç
nəyə fikir vermədən düz gölün sahilinə endi. Pəncəsini ehtiyatla suya saldı, 1 suyun
isti-soyuqluğunu yoxlayırdı. Sonra yavaş-yavaş gölə girdi. Bir az dərinə üzdü.
Məqsədimiz qaban ovlamaq olmasaydı, onu asanca vurardıq. Amma ovumuzu
korlamaq istəmirdik.
Tülkü əvvəl quyruğunu, sonra bədənini suya saldı. Bir azdan onun yalnız başı və
ağzında tutduğu qaraltı görünürdü. 2 , tülkü ağzındakını buraxıb suyun altında
tamam görünməz oldu. Bayaqdan ağzında tutduğu qaraltı suyun üzündə qaldı...
Təəccüblə dostumun üzünə baxdım. O da mənə baxıb çiyinlərini çəkdi. Elə bu vaxt
tülkü başqa bir yerdən suyun üzünə çıxıb sahilə tərəf üzdü. Otluğa çıxıb suyu ətrafa
sıçrada-sıçrada silkindi. Dayanıb sudakı qaraltıya
tərəf boylandı. Elə bil onu aldatdığına görə gülürdü. Hərəkətlərində özündənrazılıq
vardı. Sonra yavaş-yavaş uzaqlaşıb gözdən itdi.
Dostum gizləndiyi yerdən çıxıb qaraltıya doğru irəlilədi. Bir azdan onu gətirib gülə-
gülə mənə göstərdi.
- Ölü çölgöyərçinidir, - dedi. - Haradansa tapıb...
Dostumla nə qədər fikirləşsək də, tülkünün hərəkətini başa düşmədik...
Sonralar bu əhvalatı qocaman, təcrübəli bir ovçuya danışdım. Ovçu gülə-gülə dedi:
-Adi şeydir. Bu yolla tülkü özünü bit-birədən təmizləyir. 3 , yenə heç nə başa
düşmədim. Soruşdum:
- Axı necə?
Suya batdıqca bədənindəki bit-birə başına, oradan da ağzında tutduğuna yığışır.
Tülkü də son anda onu ağzından buraxıb suya baş vuraraq xeyli aralıda üzə çıxır...
Eyvaz Zeynalov
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Cümləni tamamla.
Ovçular tülkünü ovlamadılar, çünki...
2.
Mətndə tülkünün hansı xüsusiyyətindən danışılır?
A) qorxaqlığından
B) suda üzmək bacarığından
C) təmizkarlığından
3.
Nömrələnmiş boşluqların yerinə uyğun gələn sözləri seç.
A) 1 - sanki
B) 1 - yəqin ki
C) 1 - nəhayət
2 - nəhayət
2 - görünür
2 - sanki
3 - doğrusu
3 - məhz
3 - dəyəsən
YARASA NƏ UÇUN GECƏ OVA ÇIXIR
(əfsanə)
Bir yarasa yuvasına çəkilib rahat yaşayır, şaha vergi vermirdi.
Bir gün heyvanların şahı əsgərlərini çağırıb əmr etdi:
- Gedin yarasadan vergi alın! Bütün heyvanlar
kimi
o da mənə tabe olmalıdır.
Əsgərlər yarasanın yanına gəlib dedilər:
- Ey yarasa, biz səndən vergi almağa gəlmişik.
- Vergi?! Bircə elə o qalmışdı. Gedin şahınıza deyin ki, mən heyvan deyiləm və ona
vergi verməyəcəyəm. Harada görünüb ki, mənim kimi qanadlı, havada uçan bir canlı
yerdə gəzən heyvanların şahına vergi versin?! Mən heyvan deyiləm, quşam.
Heyvanların şahı bərk qəzəbləndi. Xeyli fikirləşəndən sonra quşların şahına bir
məktub yazdı. Əsgərləri çağırıb dedi:
- Tez bunu quşların şahına yetirin.
Ertəsi gün quşların şahı öz əsgərlərini çağırıb onlara əmr etdi:
- Yarasa özü deyib ki, quşdur. Quş olduğu üçün mənə vergi verməlidir. Gedin ondan
vergi alın.
Əsgərlər şahın əmrini yerinə yetirməyə getdilər. Onlar yarasanın yanına gəlib
dedilər:
- Biz sənin yanına uçub gəlmişik ki, vergi alaq.
Yarasa kefini pozmadan belə dedi:
- Vergi?!
Elə
bircə o qalmışdı. Gedin şahınıza deyin ki, mən ona vergi verməyəcəyəm.
Harada görünüb ki, mənim
tək
dişləri olan bir canlı quşların şahına vergi versin?! Siz
elə bir quş görmüsünüz ki, onun dişləri olsun? Mən heyvanam, quş deyiləm.
Quşların şahı yamanca qəzəbləndi. Çox fikirləşdi və əsgərlərini çağırıb dedi:
- Mənim məktubumu heyvanların şahına çatdırın.
Ertəsi gün quşların və heyvanların şahları belə qərara gəldilər ki, pusqu qurub
hiyləgər yarasanı tutsunlar. Elə buna görə də yarasa gündüzlər gizlənir, gecələr
özünə yemək axtarmaq üçün ova çıxır. Quşların və heyvanların şahlarının əsgərləri
isə yarasanı tutmaq üçün o vaxtdan bəri cəngəllikləri və mağaraları gəzirlər.
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Yarasa quş deyil, heyvan olmasını nə ilə izah edirdi? Bəs sən bunu başqa nə
ilə izah edə bilərsən?
2.
Heyvanların şahı quşların şahına göndərdiyi məktubda nə yazmışdı?
3.
Vergi nədir? Səncə, vergini kimlər və nə üçün ödəyirlər?
1.
Mavi rənglə verilmiş sözləri cümlələrdə əsas nitq hissəsi kimi işlət.
2.
Verilmiş cümlələrə köməkçi nitq hissələri əlavə et və hər birinin funksiyasını
müəyyənləşdir. (hətta, axı, və)
Mən heyvan deyiləm, quşam.
Heyvanların şahı qəzəbləndi, quşların şahına məktub yazdı.
Quşların şahı da yarasadan vergi ala bilmədi.
YARASA
Yarasa uça bilən məməli heyvandır. Yəni
uçmağı bacarsa da, quşlar kimi yumurta
qoymur, balalamaqla çoxalır və cəmi bir
balası olur.
Yarasa, əsasən, meşələrdə,
mağaralarda, evlərin damında yaşayır.
Əgər qanadları olmasaydı, onu siçana
oxşatmaq olardı. Yarasanın bir çox
növləri var. Bədəni tüklə örtülü,
qulaqları çox böyükdür. Yarasa
ayaqlarının üstündə dayana bilmir.
Buna görə də qanadlarının ucundakı
qarmaqşəkilli dırnaqları ilə ağacların
budaqlarından yapışıb başıaşağı
sallanır.
Yarasa 20 ilə qədər yaşayır. Ona çox vaxt “gecəquşu” da deyirlər. Çünki yemək əldə
etmək üçün o, gecələr ova çıxır, zülmət gecədə heç bir maneəyə toxunmadan
sürətlə uçur.
Bəs yarasa gecənin qaranlığında necə görür?
Bunun üçün o, əvvəlcə dil və dişləri vasitəsilə çoxlu sayda səs dalğaları buraxır.
Ətrafdakı maneələrə toxunub geri qayıdan səs dalğalarını qulaqları ilə qəbul edir. Bu
səs dalğalarının qayıtma zamanına görə özü ilə maneələr arasındakı məsafəni təyin
edir. Ona bu işi görmək üçün ayrıca vaxt lazım olmur. Elə uça-uça ən kiçik vaxtda
maneələri də müəyyən edir.
Yarasanın yeganə çətinliyi seyrək maneələri dəf etməkdir, çünki buraxdığı səs
dalğaları bu maneələri yarıb keçir, geri qayıtmır. Beləliklə, yarasa seyrək maneələri
təyin edə bilmir.
Yarasa nə qədər qorxunc görünsə də, insan həyatı üçün təhlükəli deyil.
Dilrüba Nurəddinqızı
DÜŞÜN VƏ CAVAB VER
Hansı fikir mətndə öz əksini tapmayıb, amma ola bilər?
1. Yarasaların görmə qabiliyyəti zəifdir.
2. Lap tez qayıdan səs dalğası maneənin yaxında olmasına işarədir.
3. Uçarkən maneəni qanadları vasitəsilə müəyyən edir.
Belə bir inam var ki, ilan öz şikarını hipnoz edir. Bu
fikir öz əksini “dovşana baxan ilan kimi” məsəlində
də tapmışdır. Kiplinqin məşhur “Mauqli” əsərində
yatağan ilan Kaa qıvrılaraq gözləri ilə meymun sürüsünü ovsunlayır.
İlanın hipnoz qüvvəsi haqqında təsəvvürlər, yəqin ki, onun uzun müddət göz
qırpmadan baxması ilə bağlıdır. Bu heyvanın ov zamanı istifadə etdiyi üsullardan biri
də zahirən hipnozu xatırladır. Belə ki, şikarını güdən ilan tamamilə hərəkətsiz durub
ona baxır. O yalnız çölə çıxardığı haça dilini tərpətməklə qurbanını - kiçik quşu,
qurbağanı və ya siçanı özünə cəlb edir. Bu zaman ilan şikarı ürkütməmək üçün
gözünü qırpmadan uzun müddət onun hərəkətlərini izləyir. İlanın aramsız olaraq
titrəyən dili həmin heyvanların diqqətini özünə çəkir. Nəhayət, şikar cəsarətini
toplayıb tərpənən dilə yaxınlaşır və bu zaman ilan bir sıçrayışla onu ağzına alır.
Yəqin ki, televizorda, sirk tamaşalarında ilan oynadan hind fokusçularını
görmüsünüz. Adama elə gəlir ki, fokusçu tütəyini çaldıqca ilan musiqi sədaları
altında rəqs edir. Bu tamaşa üçün ilanoynadanlar dünyanın ən zəhərli ilanlarından
birini - kobranı seçirlər. Bununla da onlar sanki öz qeyri- adi bacarıqlarını nümayiş
etdirirlər: sən demə, hamını hipnoz edən ilanı onlar musiqinin köməyi ilə hipnoz
edirlər.
Əslində isə ilanların “oynamasına” səbəb musiqi deyil. Onların heç musiqi duyumu
da yoxdur. Məsələnin izahı çox sadədir. “Aktyor” kimi hazırlanacaq ilanı tutub uzun
müddət qutuda və ya torbada saxlayırlar. Onu
İLANLAR NİYƏ
RƏQS EDİR
İlan insanlarda müxtəlif hislər
doğurur. Bir çox ilanların
dərisindəki gözəl naxışlar,
onların qıvraq, elastik hərəkətləri
insanları məftun etməyə bilməz.
Bununla belə, bizim ən çox
ehtiyat etdiyimiz heyvanlardan
biri məhz ilandır. Bu da onun
zəhərli olması ilə bağlıdır.
siçan, qurbağa ilə yedizdirir, bəsləyirlər. Hərdənbir qutunun ağzını açırlar. İlan başını
çıxarmaq istədikdə tütəklə onun başına vururlar. Bu, dəfələrlə təkrar olunur.
Nəhayət, ilanda tütəyə qarşı refleks yaranır. Hər dəfə başını çıxardıqda tütəyi
görüncə gözünü ona zilləyib növbəti zərbəni gözləyir. Tamaşa zamanı fokusçu ilan
olan torbanı açıb tütəyi çalmağa başlayır. İlan yavaş-yavaş başını torbadan çıxarıb
nifrət etdiyi musiqi alətini görür və gözünü ondan çəkmir. Musiqini davam etdirən
ilanoynadan tütəklə dairəvi hərəkətlər edir. İlan da tütəyin hərəkətinə uyğun başını
hərləyir. İlanoynadanın “qüdrətinə” heyran olan tamaşaçılar isə onu alqışlayırlar.
İlanlar nə qədər təhlükəli olsalar da, canlı aləmin bir hissəsidirlər. Onların bəzi
növləri artıq yox olmaq üzrədir. Buna görə də onların tamamilə qırılıb yoxa
çıxmasına imkan vermək olmaz.
Nigar Həbibova
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Lüğətdən istifadə etməklə “elastik” və “refleks” sözlərinin mənasını izah et.
2.
Mətnin giriş və sonluq hissələrini aşağıdakı kimi dəyiş.
Mətnin
hissələri
Bu mövzudadır
Bu mövzu ilə əvəz et
Giriş
İlanın insanda
doğurduğu hislər
Şifahi xalq ədəbiyyatında ilan
obrazı
Sonluq
İlanları yerli-yersiz
öldürmək olmaz.
İnsan ilandan da hiyləgər, müdrik
və qüdrətlidir.
3.
Şeirdəki cümlələri nəsrə çevir və sözlərin düzgün ardıcıllığını müəyyən
etməklə dəftərinə yaz.
Dəyişir donunu meşə, dağ, dərə,
Al-əlvan geyinir hər təpə, hər dağ.
Çöllərdə görünür başqa mənzərə,
Oxuyur bağlarda şur ilə bülbül. (Abdulla Şaiq)
4.
Verilmiş söz birləşmələrini cümlələrdə əvvəlcə mübtəda, sonra xəbər kimi
işlət.
hipnoz qüvvəsi, şikarını güdən ilan,
dünyanın ən zəhərli ilanı, sirk tamaşası
- Oğul bala, şər vaxtı qoz
ağacının altında yatmazlar.
- Niyə, ay baba?.. - Əsgər
təəccüblə soruşurdu.
- Ona görə ki, qoz ağacı şər qarışandan sonra insan kimi oksigeni udur, karbon qazı
buraxır. Odur ki altında yatan adamın nəfəs alması çətinləşir.
Həə, Əsgərin babası belə ağıllı, çoxbilmiş baba idi. Hələ o, nələr bilirdi! Bir də
görürdün çardağın altına yığışan toyuq-cücəyə, toz-torpaqda eşələnən sərçələrə
baxıb dedi: “Tezliklə yağış yağacaq!..” Yağırdı da! Yaxud bağda şən-şən civildəşən
quşları göstərib deyirdi: “Günortadan sonra hava açılacaq”. Açılırdı da...
DÜNYAGÖRMÜŞ BABA
Əsgərin babasının yetmişdən artıq yaşı vardı. Onun
haqqında deyirdilər: “Dünyagörmüş kişidir!..” Düzdür,
babası yazıb-oxumağı bacarmırdı, amma çox şeydən
xəbərdar idi. Kənddə kimin işi çətinə düşürdüsə,
məsləhət üçün onun yanına gəlirdi...
Amma Əsgərə heç yana getmək lazım deyildi. Babası
yanında idi.
Bağı suvaranda öyrədirdi: “Oğul bala, bax torpağın da
gözlə görünməyən xırda damarları var. Su o
damarlarla tez bir zamanda havaya buxarlanır. Əgər
istəyirsən ki, verdiyin suyun ağaclara faydası olsun,
suvarandan sonra torpağın damarını qırmalı, ağacların
dibini doldurmalısan.”
Bir də görürdün Əsgər şər vaxtı qoz ağacının altında
yuxulayıb yatıb. Babası o saat onu silkələyib oyadırdı:
Günlərin bir günü “Həyat bilgisi” dərsində müəllim Əsgərgilə maraqlı bir təcrübə
göstərdi. Əsgər bu təcrübə ilə babasını əməlli-başlı yoxlamaq fikrinə düşdü.
O, evə gələndə bir şam götürdü. Onu yandırıb açıq qapının ağzına, döşəməyə
qoydu. Şamın titrək alovu içəriyə, otağa doğru əyildi. Əsgər bunu babasına göstərib
lap müəllimi kimi dedi:
- Baba, bax bunu yaxşı yadında saxla...
- Görürəm, bala, görürəm, - babası bığaltı qımışdı.
Əsgər stulun üstünə çıxdı. Bu dəfə yanan şamı yuxarı tutdu.
- Baba, alov indi hara əyildi?..
Əsgər gözləyirdi ki, babası heyrətlənəcək. Amma babası eyni təmkinlə dedi:
- Bayıra əyildi...
Onda Əsgər yenə müəllimi kimi soruşdu:
- Deyə bilərsənmi, niyə belə oldu, baba?..
- Deyim də, oğul bala, deyim, - babası bığlarını eşib bic-bic güldü. - Bunlar hamısı
havanın kələk-küləyidi. Bayırdan gələn soyuq hava ağırdır, otağa aşağıdan dolur.
Odur ki şam aşağıda olanda onun alovunu içəri əyir. Otaqdakı isti hava isə
yüngüldür, yuxarıdan bayıra çıxır. Şamı yuxarı qaldıranda həmin isti hava onun
alovunu çölə əyir. Düz tapdımmı, oğul bala?..
- Hə, düz tapdın. - Əsgər mat qaldı. - Baba, axı sən deyirdin ki, məktəbdə
oxumamısan...
- Düzdür, oxumamışam!..
- Bəs bütün bunları haradan bilirsən, ay baba?..
- Bütün bunları mənə həyat öyrədib, bala. Həyat özü də bir məktəbdir. Amma
diqqətli olana, öyrənənə.
Eyvaz Zeynalov
DÜŞÜN VƏ CAVAB VER
1.
“Torpağın damarını qırmaq” ifadəsinin leksik mənasını izah et.
2.
Babanın sözlərinə əsaslanaraq aşağıdakı cədvəli tamamla.
Mühakimə, arqument
3.
Fəsillərin dəyişməsi Yer planetinin Günəş ətrafında dövr etməsi nəticəsində
yaranır. Bu mühakimənin təsdiqi üçün arqumentlər təqdim et.
Yazılı və şifahi nitqdə ifadə olunan fikir və mülahizəyə mühakimə deyilir.
Mühakimə yürüdərkən istifadə olunan sübut, dəlil və faktlar arqument
adlanır.
MÖCÜZƏLƏR NİYƏ YOX OLUR
Miladdan əvvəl 356-cı il idi. Günlərin bir günü bütün Yunanıstana iki xəbər yayıldı:
Makedoniya hökmdarı Filipin oğlu olub və Artemis məbədi yandırılıb. Bəli, sonralar
böyük sərkərdə kimi dünyanı lərzəyə gətirən Makedoniyalı İsgəndərin anadan
olduğu gecə dünyanın üçüncü möcüzəsi yandırıldı.
Qədim yunanların inancına görə, Artemis canlı təbiətin, eləcə də yeni doğulan
körpələrin ilahəsi idi. Təxminən
Dostları ilə paylaş: |