2550
il əvvəl yunanlar Efes şəhərində bu ilahənin
şərəfinə böyük bir məbəd ucaltdılar. Məbədin inşası üçün Yunanıstanın ən bacarıqlı
memarları dəvət olunmuşdu. Bir neçə ilə məbəd hazır oldu. Binanın uzunluğu
100
,
eni 51 metr idi. Onun damı
127
mərmər sütun üzərində dayanmışdı ki, hər sütunun
hündürlüyü 18 metr idi. Məbədin içində Artemisin böyük və möhtəşəm heykəli
ucalırdı. Beləcə,
200
il ərzində Artemis məbədi yunanların ən sevimli və mötəbər
ziyarətgahlarından biri oldu. Lakin bir gecə bu ziyarətgah alova büründü. Deyilənə
görə, məbədi hamının səfeh adam kimi tanıdığı Herostrat adlı bir şəxs yandırmışdı.
Ondan bu hərəkətin səbəbini soruşduqda demişdi ki, bu məbədi yandırmaqla adını
tarixə yazmaq istəyib.
Yunanlar çox təəccüblənmişdilər: necə oldu ki, ilahə Artemis öz şərəfinə ucaldılmış
məbədi qoruyub saxlaya bilmədi? Məbədin kahinləri bunu belə izah edirdilər: həmin
gecə Artemis Filipin sarayına getmişdi ki, yeni doğulan şahzadəyə xeyir-dua versin.
Buna təşəkkür əlaməti olaraq Makedoniyalı İsgəndər böyük sərkərdə olduqdan
sonra məbədin bərpasına pul ayırdı. Bundan sonra Artemis məbədi daha 500 il
ömür sürdü. Lakin sonralar yadelli düşmənlərin hücumları nəticəsində məbəd
uçulub dağıldı.
İki min il əvvəl Yunanıstanda xristianlıq yayıldı. Artıq Artemis məbədi köhnə dinin
qalığı hesab olunurdu. Ona görə də heç kim məbədin qeydinə qalmadı.
1462-ci ildən etibarən Yunanıstanın çox hissəsində, o cümlədən Efesdə osmanlı
türklərinin hakimiyyəti bərqərar oldu. Yerli əhali dünyanın burada yerləşən yeddi
möcüzəsindən birinin - Artemis məbədinin xarabalığına uzun müddət əhəmiyyət
vermirdi. XX əsrin əvvəllərinə kimi burada məbədin qalıqlarını, xüsusilə mərmərdən
hazırlanmış sütun daşlarını görmək olardı.
Bir gün İngiltərə hökuməti türklərə Efesdən Egey dənizinə kimi öz hesabına dəmir
yolu çəkməyi təklif etdi. Bunun əvəzinə onlar üç il ərzində bu yerlərdə bol olan
xurmanı yığıb daşımağa icazə istəyirdilər. Türklər sevincək razı oldular: onsuz da
onlar tez xarab olan xurmanı başqa ölkələrə apara bilmirdilər.
Üç ildən sonra yerli əhali fikir verdi ki, qədim məbədin qalıqlarından əsərəlamət
qalmayıb. Bu barədə hökumətə xəbər verdilər Lakin artıq gec idi, Artemis məbədinin
qalıqları Britaniya muzeylərinin qiymətli eksponatlarına çevrilmişdi. Bu gün
bələdçilər Efesə gələn əcnəbi turistlərə boş bir sahəni göstərib deyirlər: "Dünyanın
yeddi möcüzəsindən biri olan Artemis məbədi vaxtilə burada yerləşirdi".
Rafiq Ələkbəroğlu
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Məbədin torpaq üzərindəki səthinin perimetri nə qədər idi?
2.
Bu gün Efes şəhəri hansı ölkədə yerləşir?
3.
Efesdən Egey dənizinə kimi dəmir yolu çəkməkdə ingilislərin məqsədi nə idi?
Onlar öz məqsədlərinə nail oldularmı?
4.
Artemis məbədi ilə bağlı İngiltərə və Türkiyə hökumətlərinin hərəkətlərinə
münasibətini bildir.
5.
Artemis məbədinin tədricən yer üzündən yox olmasının səbəblərini sadala.
6.
Mavi rənglə verilmiş ədədləri tərkibindəki sözlərin sayına görə azdan çoxa
doğru sadala. Hansı ədəddə sözlərin sayı rəqəmlərin sayından çoxdur?
7.
Altından xətt çəkilmiş cümlələrin baş və ikincidərəcəli üzvlərini
müəyyənləşdir.
ZƏMZƏM SUYU
Azərbaycan nağıllarında “zəmzəm”
sözünə tez-tez rast gəlmək olar. Bəzi
nağıllarda deyilir ki, ağır yaralanmış
qəhrəman zəmzəm suyunu içməklə
sapsağlam olur.
Zəmzəm heç də nağılbazların
təxəyyülündən doğmayıb. Həqiqətən,
Zəmzəm quyusu var və o bu gün də
Kəbə yaxınlığındakı məscidi ərdən
birinin həyətində yerləşir. Hər il
Məkkəyə gedən milyonlarla müsəlman
zəvvar bu sudan içir və bununla da
xəstəliklərdən sağalacağına inanır.
Zəmzəm quyusunun tarixi islamdan əvvəlki dövrə gedib çıxır. Bunun haqqında bir
çox rəvayətlər var.
Rəvayətlərdən birində deyilir ki, bir gün İbrahim peyğəmbərin həyat yoldaşı Həcər
xanım oğlu İsmayılla evdə oturmuşdu. Elə bu vaxt İbrahim peyğəmbər kədərli halda
içəri girdi. Üzünü Həcərə tutub dedi:
- Hazırlaş, gedirik!
Həcər peyğəmbərdən “Hara?” deyə soruşmağa belə cəsarət etmədi.
Hazırlaşıb əri
ilə yola düzəldi.
O vaxt İsmayıl hələ körpə idi, yenicə iməkləməyə başlamışdı. Onlar
ucsuz-bucaqsız bir səhraya gəlib çıxdılar. İbrahim peyğəmbər son dəfə kədərli
baxışlarla oğluna baxıb geriyə döndü. Arvadına isə əmr etdi ki, burada qalsınlar.
Həcər bilmirdi nə baş verir. İbrahim peyğəmbər nə üçün onları bu səhrada tək
qoyub gedir? Onlar bu səhrada necə qalacaqdılar? Vəhşi heyvanlardan necə
qorunacaqdılar? Nə yeyib, nə içəcəkdilər? Həcər İsmayılı qızılı qumların üstündə
qoyub İbrahim peyğəmbərin arxasınca:
- Bizi nə üçün burada qoyub gedirsən? - deyə səsləndi.
Peyğəmbər cavab vermədi. Onda Həcər bir daha soruşdu:
- Bu, Allahınmı əmridir?
- Hə, Allahın əmridir, - dedi İbrahim peyğəmbər.
- Elə isə Allahım bizi darda qoymaz, sən nigaran qalma.
Körpə ağlayırdı. Həcər tez gəlib oğlunu bağrına basdı. Bir müddət keçdi, onların
yeməyi və suyu qurtardı. Səhrada susuz qalmaq ölümə bərabərdir. Hava çox isti idi.
İsmayılın dodağı susuzluqdan çatlamışdı. Çarəsiz qalan
ana səhranı gəzib su axtarmağa başladı. Su tapmaq üçün Səfa təpəsinə çıxdı. Heç
nə tapmayanda qarşıdakı Mərvə təpəsinə qalxdı. Beləcə, yeddi dəfə Səfa və Mərvə
təpələri arasında gedib-gəldi. Buna görədir ki, indi də müsəlmanlar həcc ziyarətinə
gedəndə bu təpələr arasında yeddi dəfə gəzirlər.
Həcər çox yorulmuşdu, susuzluq da bir yandan onu üzürdü. Ancaq onun əsas dərdi
oğlu İsmayıl idi. Körpə uşaq susuzluqdan ağlayırdı. Elə bu vaxt Allahın onlara rəhmi
gəldi və Cəbrayılı Yer üzünə göndərdi. İsmayıl Cəbrayılı görən kimi ağlamağı unudub
onunla oynamağa başladı. Əlləri ilə onu çağırdı, balaca ayaqlarını bir neçə dəfə
qaynar qumun üstünə çırpdı. Birdən möcüzə baş verdi. Balaca İsmayılın ayaqları
altından su fəvvarə vurdu. Ana-bala sudan doyunca içdilər. Su ətrafa dağılmasın
deyə Həcər suyun kənarını torpaqla bağladı. Sonralar deyirdilər ki, əgər Həcər suyun
ətrafını belə düzəltməsəydi, onda Zəmzəm quyu yox, axar su olardı.
Solmaz Abdullayevə
DİL QAYDALARI
1.
Mavi rənglə verilmiş cümlədə baş üzvlərdən hansı işlənməmişdir?
YADDA SAXLA!
2.
Altından xətt çəkilmiş cümlələrdə mübtədanı bərpa et.
3.
Nöqtələrin yerinə müvafiq şəxs əvəzliyi artırmaqla cümlələrdə mübtədanı
bərpa et.
1. ... , həyətdən yığdığı gülləri güldana qoydu.
2. ... kitabxanada kitabları rəfə yığdıq.
3. Sabahkı gəzinti haqqında ... məlumat verdilər.
4.
Verilmiş cümlələri elə dəyiş ki, tərkibində baş üzvlərdən yalnız xəbər işlənsin.
1. Müdiriyyət məktəbdə valideyn iclası keçirdi.
2. Sən dərslərini yaxşı oxumalısan.
3. Müəllim muzeyə ekskursiya təşkil etdi.
Məsələn.
Bəzən cümlələrdə mübtəda iştirak etmir, lakin onu bərpa etmək olur!
Orfoqrafiya lüğətindən tez-tez istifadə edirik.
Biz orfoqrafiya lüğətindən tez-tez istifadə edirik.
- Hə, indi heç kəs qozanı məndən ala
bilməz. Oturum yeyim.
Bala sincab qozanı dişinə aparmışdı ki,
uzaqdan bir şıqqıltı eşitdi.
-
qozanı yerə basdırım, sonra gəlib yeyərəm, yoxsa əlimdən alarlar.
Bala sincab qozanı torpaqda gizlətdi, cəld qaçıb ağaca dırmaşdı. Demə, şıqqıltı salan
çölsiçanı imiş, nəyi isə çəkə-çəkə yuvasına aparırmış.
Bala sincab ağacdan-ağaca atıla-atıla öz yuvasına getdi. Qoza heç fikrindən çıxmırdı.
Elə yekə qoza idi ki... Lap gəl-gəl deyirdi.
Axşam düşdü. Bala sincab dedi:
- Hə, indi gedim, qozanı tapım, yeyim.
Onun nə isə pıçıldadığını görən qarğa soruşdu:
- Bayaqdan sənə baxıram, ay balaca, gözümə çox narahat dəyirsən, de görüm, nə
olub?
Bala sincab sirrin açılacağından qorxaraq kəkələyə-kəkələyə dedi:
- Yox, yox, heç nə olmayıb, başım ağrıyır.
Qarğa dedi:
- Onda get yat. Axşam düşüb, niyə oturmusan?
- Hə, doğru deyirsiniz, qarğa nənə, ancaq əvvəlcə qoy bir az havada gəzim, sonra
yataram.
Bala sincab bu sözləri deyib yenə ağacdan sürüşdü, hoppana-hoppana qozanı
basdırdığı yerə qaçdı.
Hava qaralmışdı. Göz gözü görmürdü. Bala sincab nə qədər axtardısa,
BAĞBAN SİNCAB
Bir payız axşamı bala sincab ağacda oturub
baxırdı. Birdən gözü yerə düşmüş şam
qozasına sataşdı.
- Nə yaxşı oldu, tez onu götürüm yeyim, -
deyərək bala sincab cəld ağacdan aşağı
düşdü.
Bu, doğrudan da, içi tumla dolu gözəl bir
şam qozası idi. Bala sincab qozanı qapıb
qoltuğunda gizlətdi. Çevrilib ətrafına nəzər
saldı ki, görsün ona baxan var, ya yox. Heç
kəs yox idi. Bala sincab qozanı rahat yemək
üçün bir qədər kənara qaçdı.
qozanın basdırıldığı yeri tapa bilmədi. Axırda yorulub yatmağa getdi. Öz- özünə dedi:
- Eybi yox, səhər hava işıqlaşanda axtarıb taparam.
Bala sincab səhər yuxudan oyandı. Hər yeri qar örtmüşdü.
Sincabın qanı qaraldı:
- Bu qar da yağmağa vaxt tapdı. İndi mən qozanı necə axtarım tapım?
O, qarı eşələdi. Qozanı axtardı,
tapa bilmədi. Günlər keçdi, bala sincab
gözünü yerdən çəkə bilmirdi. Elə həmişə axtarırdı.
Yaz gəldi. Bir gün bala sincabın qozanı gizlətdiyi yerdən şam ağacı qalxmağa başladı.
Meşə heyvanları təəccüb etdilər:
- Qəribədir.
, bu şam ağacını kim gətirib burda əkib?
Ağacdələn də dedi:
-
mən də mat qalmışam. Necə olub, bu ağac buralara düşüb?
Bala sincab isə onların söhbətinə heç fikir vermirdi. Hey basdırdığı qozanı axtarırdı.
Tapa bilmirdi. Öz-özünə deyinirdi:
- Görəsən, qoza necə oldu?! Heyif ondan, şam ağacının qozası çox dadlı olur.
Əzizə Əhmədova
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Mətndən çıxan nəticələrə əsaslanaraq elmi mətn qurub danış.
2.
Müxtəlif rəngli boşluqlara uyğun gələn köməkçi nitq hissələrini
müəyyənləşdir. Onların cümlədəki funksiyasını izah et.
3.
Mavi rənglə verilmiş “ki” sözünün cümlələrdəki funksiyalarını izah et.
ÜMUMİLƏŞDİRİCİ TƏKRAR
1.
Səncə, nə üçün bu bölmənin ilk səhifəsində bayquş və əlində çoxlu kitab
aparan qız təsvir olunub?
2.
Heyvanlar və quşlar haqqında hansı maraqlı məlumatlar öyrəndin?
Onlardan hansının davranışını özün üçün nümunə seçərdin?
3.
Hansı heyvana bölmədə iki mətn həsr edilib? Bu mətnlər bir- birindən nə ilə
fərqlənir?
4.
Bölmədəki mətnlərdən bir hekayə, bir nağıl, bir əfsanə və bir elmi mətnin
adını çək. Bu mətnlərin janrına görə fərqini izah et.
5.
Hansı mətnin qəhrəmanı daha çox “niyə”lərin cavabını bilir. O buna necə
nail olub?
6.
Verilmiş şeir parçasını nəsrə çevirərək bir cümlə ilə ifadə et. Mübtədanı
bərpa etməklə cümləni dəftərinə köçür.
Çox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan
Sakit axan Arazları,
Sınamışam dostu, yarı. (S.Vurğun)
7.
Fikirlərin hansı cümlələrə aid olduğunu müəyyənləşdir.
A. Çəmənlikdə bitən çiçəklər göz oxşayırdı.
B. Rəşid bacarıqlı şagirddir.
C. İgid verdiyi sözdən dönməz.
D. Gecənin yarısı kəndə çatdıq.
A B C D Xəbər isimlə ifadə olunub.
A B C D Tərkibində baş üzvlərdən yalnız xəbər işlənib.
A B C D Mübtəda sifətlə ifadə olunub.
A B C D Mübtəda cümlənin ortasında işlənib.
8.
Hansı bənd verilmiş cümlədəki fikri təsdiq edir?
Məktəbimizin həyəti gül-çiçəklə doludur.
1. Qızılgül, nərgiz, yasəmən, qərənfil və başqa güllər göz oxşayır.
2. Şagirdlər buradakı bitkilərə qulluq etməyi sevirlər.
3. Məktəbin həyəti şagirdlərin ən sevimli istirahət yeridir.
Bu ləpirlər böyük balıqqulağının izinə oxşayırdı. Piri
baba ilə Gülbala bir-birinin üzünə heyrətlə baxıb
dinməz-söyləməz ləpirlərin izinə düşdülər. Gedib Xəzərin sahilində ətəklərini
dalğalar döyəcləyən
sal
qayaya çatdılar... Gördülər ki, üç mirvari balıqqulağıdan çıxıb
və qayanın üstündə qərar tutub. Piri baba nəfəsini dərib
incinin
birindən soruşdu:
- Adın nədir?
- Var-dövlət!
Gülbala babasının
ətəyindən
tutub dedi:
- Gəl bunu götürüb evimizə aparaq, yoxsulluğun daşını birdəfəlik ataq!
Piri baba əlini qaldırdı, səbirli olmağa çağırdı.
- Qoy o birindən soruşaq! - deyə qoca ikinciyə tərəf döndü. - Sənin adın nədir?
- Xoşbəxtlik!
- Ay baba, daha bundan gözəl nə olar? - Gülbala sevincindən atılıb- düşdü. - Gəl
xoşbəxtliyi evimizə aparaq. Bizim də üzümüz gülsün, həmişə xoşbəxt olaq!
Piri baba üçüncü mirvariyə müraciət etdi:
- Bəs sənin adın nədir?
- Dostluq-doğruluq!
- Bax, bala, yapış bundan, onu özümüzlə aparaq!
ÜÇ MİRVARİ
Qədim zamanlarda Nardaran
qalasının qırağında, Xəzər
dənizinin axar-baxarında tikilmiş
bir evdə Piri baba adlı qoca ilə
onun nəvəsi Gülbala olurdu.
Baba və nəvə
gün
çıxandan gün
batana qədər qonşuların bağ-
bağatında işləyir, meynələrin
dibini belləyir, bostan becərir,
pis-yaxşı dolanırdılar.
Bir dəfə səhər tezdən yerindən
qalxıb həyətə düşən baba və
nəvə qum üstündə qəribə
ləpirlər gördülər.
- Niyə, ay baba? Quru dostluqdan, doğruluqdan nə çıxar?
- Dostluq-doğruluq heç də quru, boş şey deyil, oğul. Bir gün var-dövlət əldən gedə
bilər!
Piri baba bir neçə tanışın adını çəkdi. Onların necə yoxsullaşdığını, əl açıb dilənməyə
məcbur olduqlarını dedi.
Piri babanın dedikləri Gülbalanın ağlına batdı. O soruşdu:
- Bəs xoşbəxtlik necə, baba?
- Oğlum, insan necə xoşbəxt olsa da, bir gün qəfil bədbəxtlik baş verib onu çox
ağır
vəziyyətə sala bilər.
Piri baba yenə də tanışlardan bir neçəsinin əvvəlcə xoşbəxt yaşadıqlarından, sonra
fəlakətə düşüb bədbəxt olduqlarından danışdı. Babanın gətirdiyi bu misallar nəvəni
inandırdı. Gülbala yenə soruşdu:
- Bəs dostluq-doğruluq necə, baba?
- Dostluq hər zaman sənin karına gələ bilər. Var-dövlətini itirib yox- sullaşanda
həqiqi dost qolundan yapışar, dayaq olar. Qoymaz ki, sən boynuna torba salaraq
ona-buna əl açıb dilənəsən. Doğru dost son tikəsini də səninlə bölüşər. Sənsiz
boğazından bir qurtum su da keçməz!..
Piri babanın müdrik misallarını diqqətlə dinləyən Gülbala sal qayaya qalxdı. Dostluq-
doğruluq incisini götürüb bağrına basdı və aşağı düşdü, qaça-qaça evlərinə apardı...
Süleyman Rəhimov
DÜŞÜN VƏ CAVAB VER
ŞİFAHİ NİTQ
SÖZ EHTİYATI
1.
İkinci abzasda altından xətt çəkilmiş ifadəni izah et.
2.
Hekayənin ideyasını ifadə edən cümlələri mətndən seç və oxu.
3.
Qruplarla iş. Babanın var-dövlət, xoşbəxtlik və dostluq haqqında dediklərinə
əsaslanaraq hekayə qurub danışın.
4.
Mətndə mavi rənglə verilmiş sözlərdən hansıları omonim, hansıları
çoxmənalıdır? Fikrini əsaslandır.
5.
Mətnə əsasən “inci” sözü ilə eynimənalı sözü müəyyənləşdir.
YOLDAŞLIQ
KÖMƏYİ
Hər zaman şən, bəxtiyar,
Gülərüzlü Ənvərin
Gözlərində bir dərin
Kədər duydu uşaqlar.
Sual verib yer-yerdən,
Soruşdular Ənvərdən:
- Nə var?
- Sənə nə olub?
- Nədəndir rəngin solub?
- Anam xəstədir bir az.
- Qorxma, heç bir şey olmaz.
- Qorxmuram,
mənim
Vaxtım yox dərs öyrənim.
- Qorxma, anan sağalar,
Dərsinçün də vaxt qalar.
Ev işlərini burax,
Gecə yatma, dərsə bax, -
Təsəlli verib Sərvər
Söylədi belə sözlər.
Təkcə dinmədi Elxan,
Məktəbdən çıxan zaman
Başqa səmtə yönəldi,
Düz Ənvərgilə gəldi.
Kömək etdi Ənvərə,
Danışmadı boş yerə.
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
1.
Şeirə əsasən Ənvərin, Sərvərin, Elxanın şəkillərini müəyyən et.
2.
Mavi rəngli boşluğun yerinə hansı söz uyğun gəlmir?
3.
Şeirin birinci dörd
misrasını nəsrlə ifadə et və cümlənin baş üzvlərini müəyyənləşdir.
A) ancaq
B) lakin
C) çünki
QARACA QIZ VƏ AĞCA XANIM
1-ci hissə
Yayın axır günləri idi. Ağca xanım şəhər məktəbinə oxumağa gedəcəkdi. O,
anasından rica etdi ki, tətilin son günlərini kənddə keçirməyə icazə versin. Pəricahan
xanım razı olub dedi:
– Yaxşı, qızım, mən özüm də səninlə bərabər kəndə gedəcəyəm ki, bir az rahat olaq.
Yoxsa burada gəlib-gedənlərin əlindən bir dəqiqə asudə deyiləm. Ancaq, Ağca
xanım, şərtim budur ki, o qaraçı qızı ilə tamamilə əlaqəni kəsməlisən. Sən bəy
qızısan, elə rəiyyət qızı ilə oturub-durmaq sənə yaraşmaz. Mən razı ola bilmərəm ki,
qızım öz qulluqçusu ilə dostluq etsin. Bağın meyvəsi dərildikdən sonra Piri kişini də,
Qaraca qızı da qovacağam.
Bu xəbərdən sonra Ağca xanım qəmgin və pərişan oldu. O, indi kəndə getməsinə
şad deyildi. Pəricahan xanım kəndə gələcəklərini teleqrafla Hüseynqulu ağaya xəbər
verdi.
Qatar stansiyada dayandıqda Ağca xanım Qaraca qızı kənarda durmuş gördü.
Pəricahan xanımın başı əşyalarına qarışmışdı. Nökərlər çamadanları alıb faytona
yığırdılar. Ağca xanım bundan istifadə edərək gizlicə Qaraca qızın yanına qaçıb
onunla görüşdü.
– Tez ol get, xanım bizi burada görməsin, yoxsa yenə acığı tutar, – deyə Qaraca qız
Ağca xanımı tələsdirdi.
– Doğru deyirsən, sonra görüşərik, – deyə Ağca xanım ata-anasına yanaşdı və onlar
faytona minib yola düşdülər.
Ağalar qapıya çatanda xidmətçilər həyətdə cərgə ilə düzülüb zalım xanımın
qorxusundan tir-tir əsirdilər. Bunların içində Piri kişi də vardı. Pəricahan xanım
Qaraca qızı orada görməyib qızının ürəyini ondan soyutmaq üçün rişxənd ilə dedi:
- Qızım, bu da dostun Qaraca qızın vəfası, gör səni necə tez yadından çıxarmışdır.
Ağca xanım anasının bu tənəsinə səbir edib sirrin üstünü açmadı. Sabahı günü Ağca
xanımın müəllimi Mariya İvanovna da gəlib çıxdı. Lakin Ağca xanımın buraya
gəlməkdə məqsədi Qaraca qız ilə gün keçirmək idi. O da mümkün olmadığından çox
bikef və qəmgin idi.
2-ci hissə
Qaraca qız da qəmgin idi. Komadan çıxmaq istəmirdi. Gün çıxıb qalxmışdı. Qaraca
qız oyanmışdısa da, hələ yerindən qalxmamışdı.
Qızım, nə çox yatmısan. Sən heç belə gecikməzdin. Azarlı deyilsən ki? - deyə Piri kişi
soruşdu.
- Yox, baba, azarlı deyiləm, amma durmağa heç könlüm yoxdur.
Piri kişi komanın qapısını açıb dedi:
1.
Oxuduğun hissəyə əsasən cədvəli doldur.
- Qızım, bax gör nə gözəl günəş çıxmışdır. Belə havada ancaq tənbəllər yatar.
Qaraca qız qalxıb aramla geyinməyə başladı. Sonra əl-üzünü yuyub çayını içdi.
Çaydan sonra bayıra çıxdı. Həqiqətdə günəş xeyli parlaq idi. Bağı gəzərkən Qaraca
qızın gözünə qarışqa yuvası sataşdı. Bu qarışqaların içində qanadlıları da vardı.
Onlar qalxıb havada uçur, gah bu yuvanın, gah da o yuvanın ağzında qaynaşırdılar.
Piri kişi Qaraca qıza yaxınlaşıb dedi:
- Qızım, nəyə baxırsan?
- Qarışqalara baxıram, baba. Bunların içində qanadlıları da var. Bu qanadlar nəyə
lazımdır?
- Qızım, onların qanadları həmişəlik deyildir, onlar töküləcək. Bu gün qarışqaların toy
günüdür. Bir azdan onların qanadı quruyub düşəcək.
Qaraca qız babasından “qarışqa toyu” sözlərini eşitcək əllərini bir-birinə vurub
şaqqıltı ilə gülməyə başladı. Piri kişi də ona qoşulub gülməyə başladı.
- Bəli, qızım, qarışqaların toyudur. Get qavalını gətir, çal, onlar da səndən razı
qalsınlar.
Piri babanın bu fikri Qaraca qıza xoş gəldi. O qaçaraq komaya gedib qavalını gətirdi.
Çalıb-oynamağa başladı. Piri kişi bu işdən şad oldu.
Bu vaxt Ağca xanım müəllimi ilə bağçada oturmuşdu. Mariya İvanovna kitab
oxuyurdu. Ağca xanım da evcik tikirdi. Çiçəkləri dərib onu bəzəyirdi. Birdən onun
qulağına Qaraca qızın səsi gəldi. Rəfiqəsini görmək üçün çəpərin qırağına gəldi. O,
çəpərin dibində qıvrılıb özünü günə verən ilanı görmədi. Bilmədən ayağını onun
üstünə basdı. Zəhərli ilan atılıb Ağca xanımın qolundan sancdı. Yazıq qız qışqırıb
özünü müəlliminin üstünə atdı. Mariya İvanovna özünü itirdi, Ağca xanımı bağçada
tək qoyub evə su gətirməyə qaçdı. Ağca xanım da qışqıra-qışqıra onun dalınca
yüyürməyə başladı. Səsə Pəricahan xanım və nökərlər tökülüb gəldilər.
3-cü hissə
- Qızım, qavalını çalma, görək o ağalıqdan gələn səs nədir, - deyə Piri baba Qaraca
qızı dayandırdı.
- Baba, bu səs Pəricahan xanımın səsidir, - deyə Qaraca qız ildırım kimi götürüldü.
Həyətə çatdıqda gördü ki, Ağca xanımın qolundan qan axır və Pəricahan xanım da
ağlayaraq xidmətçilərə yalvarır:
- Aman, sizə qurban olum! Siz Allah, Ağcanın yarasını sorub ilanın zəhərini yerə
tökün.
Lakin heç kəs bu qorxulu işə cürət edib qədəm qoymurdu.
2.
Səncə, bundan sonra hadisələr necə davam edəcək?
Qaraca qız Pəricahan xanımdan bunu eşitcək Ağca xanımın qolundan zəhəri sorub
yerə tökməyə başladı. Hamı qorxudan yerində donmuş halda bu səhnəni təəccüblə
seyr edirdi. Pəricahan xanım Qaraca qızın saçlarını öpərək deyirdi:
- Qaraca qız, mənə rəhmin gəlsin, qızımı ölməyə qoyma.
Qaraca qız isə Pəricahan xanımın naləsinə əsla fikir verməyib öz istəkli dostunu
ölümdən xilas etməyə səy edirdi. Bir az sonra Qaraca qız nə qədər sordusa, daha
yaradan qan gəlmədi. Ağca xanım yaradan bir o qədər şikayət etmirdi, yaradan
yuxarı qaytan ilə möhkəm bağlanmış yerdən şikayət edirdi:
- Ana, qaytanı aç, qolumu kəsir.
- Yox, qızım, olmaz. Onda zəhər bədəninə yayılıb səni öldürər. Səbir et, bu saat
şəhərə teleqram vuracağam ki, atan həkim gətirsin.
Bunu deyərək Pəricahan xanım bir teleqram yazdı və nökərə verdi ki, aparıb
stansiyadan vursun.
Bu zaman Piri kişi gəlib çıxdı. Əhvalatdan xəbərdar olub xeyli iztirab ilə Qaraca qızın
üzünə baxdı.
- Baba, gördünmü başımıza nə gəldi? - deyə Pəricahan xanım şikayətləndi.
- Bəli, gördüm. Onu da gördüm ki, öz balanı xilas etmək üçün bu atasız- anasız
yetimi bəlaya salmısan, - deyə Piri kişi sərt nəzərlə onun üzünə baxdı.
- Baba, nə deyirsən? Qaraca qıza heç bir şey olmaz.
- Yaxşı bax, xanım.
Bu vaxt Qaraca qız dedi:
- Baba, içərim yanır. Mənə su ver, içim.
- Gəl, qızım, gedək. Görüm sənə nə çarə edə bilərəm.
Sonra üzünü xidmətçilərə tutub dedi:
- Cəld gedib mənim komamdan qatıq gətirin, ayran edib qıza içirdim.
- Baba, sənə yalvarıram, Qaraca qızı aparma. Qoy burada yatsın. Teleqram
vurmuşam, Hüseynqulu ağa şəhərdən həkim gətirəcəkdir, - deyə Pəricahan xanım
onun qabağını kəsdi.
- Çəkil, sən indiyə kimi bu qızı ağalığın ətrafında dolanmağa qoymamısan ki, bəyzadə
qızına pis xasiyyətləri ilə təsir edər. İndi də mən onun bu zülm yuvasında qalmasına
razı deyiləm.
Bunu deyərək Piri baba Qaraca qızı komaya apardı.
Süleyman Sani Axundovun “Qaraca qız”
əsəri əsasında işlənmişdir.
DÜŞÜN VƏ CAVAB VER
DİL QAYDALARI
3.
Qaraca qızın rəfiqəsi ilə gizlicə görüşməsinə səbəb nə idi?
4.
Piri baba “Öz balanı xilas etmək üçün bu atasız-anasız yetimi bəlaya salmısan”
sözləri ilə Pəricahan xanıma nə demək istəyirdi?
5.
Səncə, Piri baba nə üçün həkimin gəlişini gözləmədən Qaraca qızı öz
komasına apardı?
6.
Pəricahan xanım haqqında nə düşünürsən?
7.
Hansı atalar sözü hekayənin məzmununa uyğundur?
A) Keçmə namərd körpüsündən, qoy aparsın sel səni.
B) Yaxşı dost yaman gündə tanınar.
C) İlanın ağına da lənət, qarasına da.
8.
Hekayənin ideyasını müəyyənləşdir.
9.
Biri fərqli məna bildirir:
A)
rişxənd
B) tənə
C)
istehza
Ç)
təkəbbür
D)
kinayə
10.
Verilmiş saylara isim əlavə et.
beş, on, xeyli, bir sıra
YADDA SAXLA!
11.
Sayları isimlə işlət və nümunəyə uyğun olaraq cədvəli dəftərində tamamla.
az, dörd, yüzlərlə, bir neçə, iyirmi, bir az, beş-on
Miqdar sayları ilə işlənən isimlər, adətən, cəm şəkilçisi qəbul etmir.
Məsələn: beş otaq
, üç kitab
Lakin elə saylar da var ki, onlarla
işlənən isimlər cəmdə olur.
Məsələn: bir sıra veriliş
lər
, bir çox adam
lar.
İki nar
Kolun başında iki nar qonşu idi. İkisi də qızarıb yetişmişdi. Birinci nar ürəyində
fikirləşirdi:
“Görəsən, birinci hansımızı dərəcəklər? Əlbəttə, məni dərməlidirlər. Axı mən daha iri
və qıpqırmızıyam”.
İkinci nar fikirləşirdi: “Qonşum da mənim kimi gözəldir. İkimizi də bir dərsələr, nə
yaxşı olardı. Ağ süfrənin üstündə də qonşu olardıq. Ömrümüzün axırına qədər bir
yerdə yaşayardıq”.
Birinci nar fikirləşirdi: “Yox, əvvəl mütləq məni ~ dərməlidirlər. Mən gərək ən böyük
məclislərin bəzəyi olam. Qonşumu isə sonra da dərmək olar. Hara tələsir ki? Hələ
əməlli qızarmayıb da!”
İkinci nar ürəyində dedi: “Əgər əvvəl məni dərmək istəsələr, birtəhər başa
salacağam ki, qonşudan eyibdir, əvvəl onu dərin”.
Narlar beləcə fikirləşirdilər. Birdən kimsə ikinci narı dərib apardı. O nə qədər qışqırdı
ki, qonşusunu dərsinlər, heç sözünə qulaq asan da olmadı.
Birinci nar bunu görüb hikkəsindən partladı. Qırmızı dişləri göründü.
Haradansa bir sərçə nar koluna qonub oxumağa başladı:
- Çik-çirik, çik-çirik, mən bilirəm o narı hara apardılar.
- Hara apardılar? - deyə ağacda qalan nar soruşdu.
- Onu xonçaya qoyub toya apardılar!
Bu sözlərdən nar necə partladısa, dənələri yerə töküldü. Sərçələr bir göz qırpımında
ona hücum etdilər. Bütün dənələrini yeyib qurtardılar.
Zahid Xəlil
DÜŞÜN VƏ CAVAB VER
YAZI
1.
Sərçə, doğrudanmı, ikinci narın hara aparıldığını bilirdi? O niyə belə deyirdi?
2.
Mətnin janrını müəyyən et. İdeyasına uyğun olaraq “İki pişik” başlıqlı mətn
yaz.
|