Əks göstəriĢlər:Kəskin iltihab xəstəliklər, ürəyin işemek xəstəlikləri, implantasiya olunmuş
kardiostimulyator, hamiləlik, hemorragik insult və fiziki üsüllarla müalicəyə olan ümumi əks
göstərişlər.
Müalicənin verilmə texnikası, induktotermiya müalicəsi İKV-4, meqapuls və ultraterm aparatları
ilə aparılır. Xəstə üzərində olan bütün metal əşyaları çıxararaq taxtadan olan taxt üzərində oturmuş
yaxud uzanmış vəziyyətdə müalicəni qəbul edir. Verilmə nahiyyəsindən asılı olaraq disk və ya kabel
elektrodlardan istifadə olunur. Disk elektrod paltarın üzərindən, kabel elektrod isə ilgək yaxud sarğac
formasında qoyulur. Elektrodla dəri arasında 1-2 sm ara qat qoyulur ki, bu məqsədlə bir neçə qat
qatlanmış pambıq parçadan istifadə olunur. İlgəklər daraqlar vasitəsi ilə bir-birindən 1sm məsafədə
fiksasiya olunur, müalicə vaxtı xəstə bütün induktor boyu bərabər xoş isti hiss edir.
Müalicə dozalandırılarkən xəstənin subyektiv hissiyatı da nəzərə alınmaqla zəif orta və güclü
istilik dozasında verılır: Müalicənin davam etmə müddəti 15-30 dəq hər gün və ya günaşırı olmaqla
10-15 gün davam edir. Uşaqlara 5 yaşında təyin etməklə zəif istilik dozasında 10-20 dəqiqə 10-15 gün
təyin edilir. İnduktortermiyanı dərman elektrofarezi və palçıqla bir yerdə vermək olar.
İnduktotermoforez zamanı 2 fiziki amilin yanaşı təyin etməkdə məqsəd toxumaların elektrik
keçiriciliyini yaxşılaşdırmaq və qalvanik cərəyanın qıcıqlandırıcı təsirini aradan qaldırmaqdır.
Qalvanizasiyada istifadə olunan elektrodlar nəm döşəkçələr üzərinə qoyularaq müşəmbə ilə örtülür,
onun üzərindən disk yaxud kabel elektrod qoyulur. İlk olaraq induktotermiya aparatı işə salınır sonra
isə qalvanik aparat işə salınır. Müalicədən sonra isə, əksinə, əvvəlcə qalvanik, sonra isə indurtotermiya
aparatı söndürülür.
|