Müalicənin təsir mexanizmi
Epidermisdə güclü müqavimətlə rastlaşan sabit cərəyanın enerjisinin bir hissəsi istiliyə çevrilən
ilkin elektrokimyəvi proseslərə səbəb olur. Qalvanik cərəyanın təsirindən maddələr mübadiləsi
yaxşılaşır, iltihab məhlullarının sorulması baş verir. Dəridə xüsusən də katodun altındakı toxumalarda
bioloji fəal maddələrin əmələ gəlməsi güclənir. Bu cərəyanın təsirindən sinir sisteminin trofikası və
tənzimləmə prosesləri yüksəlir. Beynin qan təchizatı yaxşılaşır.
Sabit cərəyanla müalicəyə cavab reaksiyasında endokrin sistemin də böyük rolu vardır. Belə ki, o
daxili seksiya vəzilərinin xüsusən böyrək üstü hipofiz və qalxana bənzər vəzilərin funksiyasını
stimulizasiya edir. Ümumi müalicə zamanı yüksəlmiş qan təzyiqi düşür, qan dövranı yaxşılaşır. Mədə
və bağırsaqların sekretor və motor funksiyası, qaraciyərin metabolik fəaliyyəti yaxşılaşır gec sağalan
yaraların və trofiki xoraların epitelləşməsi sürətlənir.
Dostları ilə paylaş: |