Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   2   3   4   5   6   7   8   9   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

 

MÖVZU:  2 



 

FĠZĠOTERAPĠYA  ġÖBƏLƏRĠNDƏ  TEXNĠKĠ  TƏHLÜKƏSĠZLĠK 

QAYDALARI 

 

Fizioterapiyada  istifadə  olunan  cihazların  qidalanma  mənbələri  elektrik  cərəyanı  və 

elektromaqnit  sahaləri  olduğundan  onlardan  istifadə  ədərkən  buxaxılan  hər  hansı  sehv  həm  xəstələr 

həmdə  proselmanol  yerinə  yetirən  tibb  işcisi  üçün  ağır  nəticələrlə  qurtara  bilər.  Ona  görədə,  tələb 

olunan texniki təhlükəsizlik qaydalarına əməl etmək hər 1 kəsin borcudur.  

Fizioterapiya  şöbəsinin  (kabinetin)  elektrik  cərəyanı  ilə  təchizatı  mütlət  müstəqil  elektrik 

ötürücüsü ilə olmalıdır. Elektrik rubilnikləri və ayırıcları metal şkafda yerləşdrilmışdir. Ağzı açarla 

bağlanaraq  tibb  bacısında  saxlanılmalıdır.  Texniki  təhlükəsizlik  qaydalarına  düzgün  əməl  etməklə 

elektrotravmadan başqa, işiq mənbələri, infroqırmızı və ultrabənövşəyi şüalar yanıq törədə bilər. Ətraf 

mühitin  (havanın  tempraturu,  onun  rutubətliyi,  atmosfer  təziqi,  )  döşəmə  materialının,  pasientin 

paltarının yaş olması da elektriklə vurulma ehtimalını artırır. Pediatriya təcrübəsində elektrik cərəyanı 

ilə  müalicə  verərkən  xüsusi  ilə  diqqətli  olmaq  lazımdır.  Kiçik  şıltaqlıq,  dəcəllik,  digər  tərəfdən 

uşaqların dərisinin daha incə olması elektriklə vurulmaya səbəb ola bilər. Döşəmə linoleum, yaxud 

quru  taxta,  parket  ilə  örtülü  olmalıdır.  Mərkəzi qızdırıcı sistemlərin metal materiallarının üstü taxta 

ortüklə  bağlanmalıdır.  Hər  gün  işə  başlamazdam  qabaq  orta  tibb  işçiləri  elektrik  ötürücülərini, 

ayırıclarını və naqilləri, aparatların çəngəllərinin sazlığını yoxlamalıdırlar.  

Fizioterapiya  şöbəsində  çalışanlar  xüsusi  texniki  təhlükəsizlik  qaydaları  ilə  tanış  olmalı, 

təlimatlandırılmalıdırlar.  Apa-ratların  təhlükəsiz  işləməsinə  şöbə  müdürü  (kabinetdə  həkim) 

cavabdehdir və məsuliyyət daşıyır. Hər bir kabinetin cihazlarla təcizatı və mühafizə qurğularının qeyd 

olunduğu  texniki  pasportu  olmalıdır.  Müdiriyyət  tərəfindən  təsdiqlənmiş  həkim  sənədi  şöbədə 

(kabinetdə)  çalışan  işçilərin  görə  biləcəyi  yerdən  asılmalıdır.  Bundan  başqa şöbədə ilk tibbi yardım 

göstərmək üçün dərmanlarla təchiz olunmuş aptek çantası olmalıdır.  

Fizioterapiyada  ən  çox  rast  gəlinə  biləcək  zədə  elektrik  travmasıdır.  Bu  zaman  qısa  zaman 

daxilində  xəstələrə  yardın  gostərilməlidir.  Bunun  üçün  ilk  növbədə  cərəyanın  daxil  olunmasını 

dayandırmaq lazımdır. Quru əşya (taxta parcası, quru paltardan tutub qopartmaq) ilə xəstəni cərəyan 

mənbəyindən  ayırmaq  lazımdır.  Elektrik  ayrıcısından  cərəyanı  kəsdikdən  sonra  tənəffüs  dayanıbsa 

süni tənəffüs verilməli, qapalı ürək masajı aparılmalıdır. Göstəriş olarsa 0,1%-0,5 (0,3) ml adrenalin, 

0,1%-0,5 1 ml atropin, 2%-2-4ml lidokain, 25%-5-5ml maqnezium sulfat məhlulu 50-100 ml qlükoza 

məhlulu ilə və ya 2%-200 ml natrium hudrokarbonat məhlulu ilə vena daxilinə yeridilir.  

Lazer şüaları ilə işləyən zaman da təhlükəsizlik qaydaları gözlənilməlidir. Lazer qoyulan otaqda 

şüaları  əks  etdirə  biləcək  əşyalar  olmamalı,  pərdələr  işığı  uda  bilən  materiallardan  tikilməlidir. 

Görünən diapazonlu lazer və orta dalğalı ultrabənövşəyi şüalarla işləyən zaman tibb işcisi və xəstə yan 

qoruyucusu olan tünd gözlük taxmalıdır.  

Kimyəvi  zəhərləyici (hidrogen sulfid) və radioaktiv (radon) maddələrlə işləyən zaman istismar 

tələblərinə  əməl  olunmalıdır.  Həmin  maddələr  olan  yerlərdə  və  müalicə  verilən  kabinələrdə 

ventilyasiya sistemlərinin işlənməsinə daim nəzarət olunmalıdır.  





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin