Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   2   3   4   5   6   7   8   9   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

 

Elektrik cərəyanı ilə müalicənin  fiziki  əsasları 



 

Elektrik  cərəyanı  sərbəst  elektrik  yükü  hissəciklərin  istiqamətlənmiş  nizamlı  hərəkət  edir. 

Elektrik  cərəyanını  keçirən  mühitlər  yük  daşıyıcıılarının  xarakterinə  görə  müxtəlif  növlərinə 

bölünürlər.  

Metallar  1-ci növ keçiricilər hesab olunurlar ki, orada elektronlar hərəkətdə olurlar və onlarda 

çevrilmədi və kimyəvi proseslər baş vermir. 1-ci növ elektrik keçiricilərində elektrik cərəyanı müxtəlif 

yüklü  ionların  əks  istiqamətlənmiş  hərəkətdir.  Əsaslar  turşular,  duz  məhlulları  və  digər  kimyəvi 

birləşmələr onlara aiddir.  

Elektrik  cərəyanı  ilk  növbədə  vahid  zamanda  naqilin  en  kəsiyindən  keçən  yükün  miqdarı  ilə 

xarakterizə  olunur  ki,  buna  cərəyan  şiddəti  deyilir.  Vahidi  Amper  (A)  adlanır.  Elektriklə  müalicədə 

əsasən Amperin mində birindən istifadə olunur ki bu da milli amper adlanır. İşarəsi-mA.  

Mühitdə cərəyan keçərkən elektrik enerjisinin bir hissəsi istilik enerjisinə çevrilir. Şiddəti və 

istiqaməti  dəyişməyən  cərəyan  sabit  cərəyan  adlanır.  Ancaq  şiddəti  müəyyən  fasilələrlə  dəyişən 

cərəyan  dəyişən  cərəyan  adlanır.  Şiddətini  və  istiqamətini  dövrü  olaraq  dəyişən  cərəyan  impulslu 

cərəyan adlanır. Dəyişən cərəyanın tezliyi H (Herslə) ölçülür. Yüklü hissəciklərin mühitdə nizamlı yer 

dəyişməsi  maqnit  sahəsinin  yaradılmasıyla  müşahidə olunur. Sabit cərəyanın yaratdığı maqnit sahəsi 

sabit olur. Dəyişən cərəyanın yaratdığı maqnit sahəsi dəyişən olur. Dəyişən elektrik sahəsi və maqnit 

sahəsi  qarşılıqlı  olaraq  mühitdə  yayılmasına  elektromaqnit  dalğaları  deyilir.  Təbiətdə  və  texnikada 

müxtəlif uzunluqlu elektromaqnit dalğalarına rast gəlinir. Elektromaqnit dalğalarının canlı orqanizmdə 

yayılma sürəti havadan az olur. Elekrtomaqnit sahəsində orqanizmin müxtəlif toxumalarının qarşılıqlı 

təsiri  onların  elektrik  və  maqnit  xüsusiyyətləriylə  xarakterizə  olunur.  Toxumanın  elektrik 

xüsusiyyətləri hamısında eyni deyildir. Orqanizminin maye mühiti (qan, qan plazması, toxuma arası 

maye, onurğa beyni müyinəsi və. s) sabit və dəyişən cərəyana zəif müqavimət göstərdiyindən elektriki 

də  yaxşı  keçirilir.  Dərinin  epidermis  qatı,  birləşdirici  toxuma  törəmələri  bağlar,  vətərlər  elektrik 

cərəyanı pis keçirir. Elektrik cərəyanına ən böyük müqaviməti sümük toxuması, əsasən də dişin mina 

qatı göstərir.  





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin