Fənn: Tibbi sosial reabilitasiya
ġöbə: “Mamalıq iĢi”
6
MÖVZU: 4
SABĠT CƏRƏYANLA MÜALĠCƏ
Sabit, alçaq gərginlikli, zəif şiddətli elektrik cərəyanının elekrtodlarla xəstənin bədəninə
verilməsinə qalvanik cərəyanla müalicə deyilir. Sabit cərəyanla tətbiq olunan bu üsulu 1800-cü ildə
italyan fiziki Volt tətbiq etmişdir. Hal hazırda qalvanik cərəyanı dəyişən cərəyanın düzləndirilməsiylə
alırlar. Epidermisin buynuz təbəqəsində cüzi müqavimətə rast gələn cərəyan orqanizmin tər və piy
vəzilərinin axacaqlarından daxil olur (+). Müsbət yüklü hissəciklər və ya kationlar mənfi qütbə, mənfi
yüklü hissəciklər isə və anionlar müsbət qütbə dogru hərəkət etməyə başlayırlar.
Orqanizimdə cərəyan ən az müqavimətə toxuma arası mühit qan və limfa damarları və əzələlər
vasitəsilə yayılır. Neytral atomlara çevrilərək yüksək kimyəvi fəallığa malik olurlar. Dəri
müqavimətini qıran zaman elektrik enerjisinin əsas hissəsi uduldugundan qalvanik cərəyanla müalicə
zaman ilk dəfə dəridəki reseptorlar qıcıqlanır. Elektrik keçirildiyi sağlam toxumalara nisbətən
hiperemiya, ödem vəziyyətində iltihabi eksudat toplamış toxuma mayelərində daha yüksək olur.
Cərəyan keçən zaman toxumalarda fiziki kimyəvi dəyişikliklər müşahidə olunur ki, onun nəticəsində
qalvanik cərəyanın orqanizmə ilk təsiri başlayır. Bu fiziki-kimyəvi dəyişikliklərin ən əhəmiyyətlisi
toxumaların ion tərkibinin kəmiyyət və keyfiyyət dəyişiklikləridir.
Sabit cərəyan toxumalardan keçən zaman kationlar katoda, anionlar isə anoda doğru hərəkət edir.
İonların yerdəyişmə sürəti onların müxtəlif fiziki toxumalarda baş verən fiziki kimyəvi
xüsusiyyətləri ilə əlaqədardır. Toxumalar da baş verən fiziki kimyəvi dəyişikliklərdən biri də turşu
qələvi nisbətinin yeni H
2
ionlarının katoda, OH qazlarının anoda doğru yerdəyişməsidir. Su ilə
qarşılıqlı münasibətdə elektroliz məhlulları anodda turşu, katodda qələvi əmələ gəlir.
Dostları ilə paylaş: |