Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   5   6   7   8   9   10   11   12   ...   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

 

Qalvanizasiya  və elektroforez 



 

Sabit  və  ya  qalvanik  cərəyanın  müalicə  məqsədilə  orqanizmə  tətbiq  edilməsinə  qalva-nizasiya 

deyilir. Qalvanik cərəyan vasitəsilə dərman maddəsi ionlarının dəri və selikli qişalarından orqanizmə 

yeridilməsinə  elektroforez  deyilir.  Qalvanizasiya  və  elekroforezin  orqanizmə  tətbiq  etməsi  üçün 

aşağıdakı  apararlardan  istifadə  olunur.  AQVK-1,  AQN-2,  QVP-1  aparatı  və  ən  çox  işlənən 

elektrodlardan  və  döşəklərdən  ibarətdir.  Aparatın  lövhəsində  cərəyan  şiddətini  ölçmək  üçün 

Ampermetr onu hərəkət etdirən dəstək, 5-50 düyməcikləri, kontrol lampa və elektrodları birləşdirmək 

üçün”+”və“-”  nöqtələri  vardır.  Döşəkçələr  və  ya  ara  qatlar  9-10  qat  pambıq  parçadan  tikilməlidir. 

Döşəkçələrin sahəsi metal lövhələrin sahəsindən böyük olmalıdır. Elektrodlar naqil hissədən və metal 

lövhədən ibarətdir.  

Metal  lövhələr  müxtəlif  forma  və  ölçüdə  olurlar.  Qalınlığı  0,4-0,9  mm  olan  qurğuşun  və 

qurğuşun-qalay ərintisindən tökülmüş lövhələrdən istifadə olunur. Bu metal lövhələr bədən sahələrinə 

qoyularkən asan forma alır. Üz nahiyəsinə düzbucaqlı formasında lövhələrdən, hazırlanmış izolyasiya 

olunmuş çubuga bərkidilmiş uşaqlıq yolu elekrodları şəklində istifadə olunur. Diş ətinin müalicəsində 

xüsusi  yumşaq  plastik  qalpaq  tətbiq  edilir.  Dərinin  elektod  qoyulacaq  səthi  əvvəlcədən  gözdən 

keçirilməlidir. Dərinin tamlığı pozulan hissədə elektrik keçiriciliyi artır və nəticədə dəridə morfoloji 

dəyişikliklər baş verməyə başlayır. Ona görə də dəri tamlığı pozulmuş yer vazelin hopdurulmuş parça 

ilə örtülməlidir. Dərinin tüklü olması da cərəyanın düzgün bölünməsinə mane olur. Buna görədə dəri 

su ilə isladılmalıdır.         

Elektrofezə  göstərişlər-ağrı  sindromu,  nevrozlar,  MSS-in  xəstəlikləri,  pleksit,  infeksion  və 

travmatik nevritlər, əzələ distrofiyası, süst ifliclər, tetanus, parkinson, epilepsiya, donvurma və. s 

Əks-göstərişlər-irinli dəri xəstəliyi, ürək damar xəstəliyi, beyin daxili təzyiq, bəd xassəli şişlər.  





Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin