Rbaycan Respublikası Təhsil Nazirliyi Az



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix04.12.2019
ölçüsü0,57 Mb.
#29793
  1   2   3   4   5   6
adigozaliv abdulrahman



 
               Azərbaycan Respublikası Təhsil Nazirliyi 
 
                 Azərbaycan Dövləİqtisad Universiteti 
 
                       Magistratura Mərkəzi 
 
                                                                 Əlyazması hüququnda 
Adıgözəlov Əbdülrəhman Ağəli oğlu 
 
 
 
"Kommersiya banklarının etibarlılığı və onun qiymətləndirilməsinin 
reytinq sistemi" 
mövzusunda 
Magistr dissertasiyası 
 
 
 
İ
xtisasın şifri və adı:   
            060403 "Maliyyə
İ
xtisaslaşma: 
 
 
 
            "Bank işi" 
Elmi rəhbər: 
 
 
 
            prof. R. M. Rzayev   
Magistr proqramının rəhbəri:              prof. R. M. Rzayev 
Kafedra müdiri: 
 
                    i.e.d, prof. Z. F. Məmmədov 
 
 
 
Bakı - 2016  


 
Mövzu: 
"Kommersiya banklarının etibarlılığı və onun 
qiymətləndirilməsinin reytinq sistemi"
 
Mündəricat. 
 
Giriş……………………………………………....…….……………3
 
 
 
 
 
 
 
Fəsil 1Kommersiya banklarının fəaliyyətinin əsasları........................5 
1.1. 
Kommersiya bankı - təsərrüfat subyekti kimi 
.................................5 
1.2. 
Kommersiya bankının funksiyalarının xarakteristikası ..
............... 22 
1.3.Kommersiya banklarının əməliyyatlarının xarakteristikası...............28 
 
Fəsil  2:  Kommersiya  bankının  balansı:  məqsədi  və  onun  təhlilinin 
nəticələri..................................................................................................36 
    2.1. Kommersiya bankının balansının məqsədi.....................................36 
  
        2.2. Kommersiya bankının balansının təhlili vəzifələri.........................38 
                  2.3. Kommersiya bankının likvidliyi və kapitalının kafiliyi..................48 
 
Fəsil  3:  Kommersiya  banklarının  gəlir  və  xərclərinin,  mənfəətinin 
formalaşdırılması....................................................................................74 
   3.1. Kommersiya banklarının gəlirləri və xərcləri..................................74 
 3.2.  Kommersiya  banklarının  gəlir  və  xərc  səviyyəsinin  etibarlılığı             
və 
qiymətləndirilməsi.....................................................................83                                                                      
3.3. Kommersiya banklarının mənfəətinin formalaşdırılmasının   reytinq 
sistemi......................................................................................................92 
Nəticə və təkliflər…………………………...............................103 
Ə
dəbiyyatlar………………………………..............................107 
 
 


 
Giriş 
Mövzunun  aktuallığı.  Müasir  iqtisadiyyatda  kommersiya  banklarının 
fəaliyyətinin  inkişaf  etdirilməsi  və  təkmilləşdirilməsi  daim  aktual  məsələlərdən 
biridir.  Yeni  iqtisadi  şəraitin  tələblərinə  uyğun  olaraq  aparılan  iqtisadi  islahatlar 
bank  fəaliyyətinin  daha  da  təkmilləşdirilməsini,  onların  yeni  prinsiplər  əsasında 
qurulmasını tələb edir. 
Müasir  bank  sistemi  ikipilləliqaydada  qurulduğu  üçün  ikinci  pilləni 
kommersiya bankları təşkil edir. 
Kommersiya  bankları  bir  çox  müxtəlif  funksiyalar  yerinə  yetirir,  əməliyyat 
aparırlar.  Kommersiya  bankları  balans  tərtib  edir,  onu  təhlil  edir  və  vəzifələr 
qarşıya qoyur. 
Kommersiya banklarının kapitalının kafiliyi və "likvidlik" (latıncadan - axan, 
duru) məsələləri də aktualdır. 
Kommersiya banklarının gəlir və xərcləri, onların səviyyəsinin etibarlılığı və 
qiymətləndirilməsi, mənfəətinin formalaşdırılmasının reytinq sistemi məsələlərinin 
araşdırılması işinin zəruri məsələlərindən biridir. 
Tədqiqatın  məqsədi  və  vəzifələri:  Burada  əsas  məqsəd  iqtisadiyyatın 
inkişafında  kommersiya  banklarının  rolunun  nə  qədər  mühüm  olduğunu 
göstərməkdir,  müasir  kommersiya  banklarının  hərtərəfli  xüsusiyyətlərini,  kredit 
alqı  -  satqısını,  bank  əməliyyatlarını,  eləcə  də  2015  -  ci  ildə  olan  devalivasiyanın 
bank  bölümünə  təsirini  araşdırmaq  və  imkan  daxilində  onun  yaxşılaşdırılmasına  
təkliflər veməkdən ibarətdir. 


 
Tədqiqatın  obyekti  və  predmeti:  Dissertasiya  işində  tədqiqatın  obyektini 
kommersiya  banklarının  etibarlılığını  araşdırmaq,  predmetini  isə  onun 
qiymətləndirilməsinin reytinq sisteminimüəyyən etməkdən ibarətdir. 
Tədqiqatın informasiya bazası: Azərbaycan Respublikası Mərkəzi Bankının 
"Banklar  haqqında  olan  Qanunu",  Respublikamızın  Qanun  və  sərəncmları, 
normativ  sənədlər,  ayrı  -  ayrı  bankların  hesabatları,  respublikamızın  iqtisadçı 
alimlərinin  i.e.d.  professorlar  Bağırov  D.  A.,  Məmmədov  Z.  F.,  Bağırov  M.  M., 
Abdullayev  Ş.  Ə.,  Sadıqov  E.  M.,  KərimovA.  E.,  dos.  Əsgərova  R.  V.  və 
başqalarının, o cümlədən rus alimlərinin əsərlərindən istifadə edilmişdir. 
Tədqiqatın təcrübə əhəmiyyəti ondan ibarətdir ki, onun əsas müddəalarından 
irəli  gələn  nəticələrdən,  təkliflərdən  və  tövsiyyələrdən  istifadə  olunması  bank 
sistemində inkişafa kömək edə bilər. 
Dissertasiya  işi:  Giriş,  üç  fəsil,  doqquz  sual,  nəticə  və  təkliflər,  ədəbiyyat 
siyahısı olmaqla rezümə ilə birlikdə 107 səhifədən ibarətdir. 
 
 
 
 
 
 
 
 


 
1.
 Fəsil. Kommersiya banklarının fəaliyyətinin 
ə
sasları 
1.1.
  Kommersiya bankı-təsərrüfatçılığın subyekti kimi 
Bank sisteminin ikinci mərhələsini kommersiya bankları təşkil edir ki, onlar 
da universal və ixtisaslaşdırılmış banklara bölünürlər. Universal banklar bütün və 
ya  demək  olar  ki,  bütün  bank  əməliyyatları  növlərini  (btütün  növlərdən  olan 
ə
manətlərin  qəbulu,  qısa-  və  uzunmüddətli  kreditlərin  verilməsini,  qiymətli 
kağızlarla  əməliyyatları  və  s.),  mülkiyyətin  istənilən  formasında  təsərrüfatçılıq 
subyektinə  və  istənilən  sahesinə  və  əhaliyə  xidmət  göstərilməsini  heyata  keçirir. 
İ
xtisaslaşdırılmış  banklar
  bir  və  ya  çox  da  geniş  olmayan  bank  eməliyyatlarını 
hayata keçirir. Lakin müasir bank fəaliyyeti getdikcə daha universallaşır. Bu, bank 
işinin  elə  inkişaf  səviyyəsi  ilə  bağlıdır  ki,  bu  zaman  kredit,  pul  və  hesablaşma 
ə
məliyyatları bir mərkəzdə təmərküzləşir. 
Xarakterik haldrr ki, "kommersiya bankı" termini bank işinin erkən inkişaf 
mərhələlətində hələ banklar əsasən ticarətə, əmtəə mübadiləsi əməliyyatlarına ve 
ödenişlere  xidmət  göstərərkən  meydana  çıxmışdır.  Müştərilərin  əksəriyyətini 
tacirlər təşkil etdiyindən, onlar kommersiya bankları adlanmağa başlamışdır. 
Hazırda  "kommersiya"  termini  özünün  bank  adında  ilkin  mənasını 
itirmişdir.  O  bankın  “işgüzar”  xarakterini,  novü  və  fəaliyyətlərindən  asılı 
olmayaraq  təsərrüfatçılığın  bütün  subyektlərinə  xidmət  göstərməyini  bildirir. 
Kommersiya  banklarının  fəaliyyətinin  dayanıqlığı  üçün  onun  likvidlik 
balansının  olması  zəruridir,  yəni  onun  kifayət  qədər  kapitalı  olmalıdır, 


 
ödəməqabilli  olmalıdır,  onun  kapitallarının  keyfiyyətinə  qarşı  irəli  sürülən 
tələbləri təmin etməlidir. 
Kommersiya  banklarına  bənzər  təsisatlar  hələ  lap  qədimlərdə  mövcud 
olmuşdur.  Qədim  Misirdə  bank  əməliyyatları  hele  b.e.ə.  2700-cü  ildə  həyata 
keçirilirdi. Hammurapinin (b.e.ə. 1704-1662-ci illər) qanunnaməsi sübut edir ki, 
hələ o zamanlar Babilistanda və Assuriyada vəsaitlərin saxlanılması forması ve 
ssuda  əməliyyatları  qanunlarla  tənzimlənirdi  (vəsaitin  saxlanılmasından  otrü 
qanun ödeniş verilməsini nəzərdə tuturdu). Ssudalar təkcə pulla deyil, mal (taxıl, 
yun,  xurma,  toxum,  yağ  və  s.)  ilə  də  verilirdi.  Ssudalar  üzərinə  faizlər 
hesablanırdı,  malların  saxlanılması  yerləri  ehramlar  idi,  belə  ki,  orada 
tehlükəsizlik daha çox təmin olunurdu. Lakin müasir anlamda kredit hesablaşma 
institutu  kimi  ilk  bank  İtaliyada  1407-ci  ildə  Genuyada  (Banka  di  San  Corco) 
yaranmışdı, ilk bankirlər isə sərraflar (pul dəyişənlər) idilər. Ona görə də "bank" 
sözünün  özü  italyanca  "banko"  (sərraf  masası,  pul  stolu)  sözündən  əmələ 
gəlmişdir.  
Fəqət  müasir  bankların  erkən  nümunələri  müxtelif  dövlətlərdə 
sənayeləşdirmə  prossesinin  nəticəsi  olaraq  yaradılmışdır.  Onların  erkənləri 
XVIII  əsrdə,  qalanları  isə  XX  əsrdə  meydana  çıxmışdır.  İlk  vaxtlar  onların 
müştəriləri  əsasən  müəssisələr  və  həmin  müəssisələrin  sahibləri  idi. 
Kommersiya  banklarından  bəziləri  elə  həmin  məqamdan  pay  iştirakı  ilə, 
müəssisələrin  buraxdığı  istiqrazlrın  satın  alınması  və  ya  uzunmtüddətli 
kreditlərin  verilməsi  üzrə  ixtisaslaşmağa  başladı.  Digərləri  qısamüddətli 


 
kreditlər  üzre,  o  cümlədən  veksellərin  uçotu,  depozit  vəsaitlərdən 
maliyyələşdirilən  bank  aksepti  və  qısamüddətli  kreditlərin  verilməsi  üzrə 
ixtisaslaşmağa başladılar. Başqaları isə eyni zamanda hər iki fəaliyyətlə məşğul 
olurdular  ki,  bu  da  onların  çoxunun  XIX-XX  əsrlərin  dövri  böhranları  zamanı 
müflisləşməsinə gətirib çıxardı.  
Kommersiya 
banklarının 
xarakterik 
xüsusiyyəti 
onların 
ikili 
ixtisaslaşmasından  ibarətdir,  yəni  təsərrüfatçılıq  subyektləri  ilə  iş  və  ayrı-ayrı 
şə
xslərin  depozitlərinin  qəbul  olunması  zamanı  ixtisaslaşmasından  ibarətdir. 
Sonuncular kommersiya banklarına imkan verir ki, təsərrüfatçılıq subyektlərinin 
fəaliyyətini 
maliyyələşdirsinlər 
və 
habelə 
özlərinin 
investisiyalarını 
maliyyələşdirsinlər.  Bu  əlamətlərinə  görə  onlar  xaricdə  qarşılıqlı  kreditlər  üzrə 
cəmiyyətlərə,  kooperativlərə  (müəyyən  fəaliyyətlə  meşğul  olurlar),  özəl 
müştərilərlə işləyə və mənzil inşası (ve ya alınması) üçün 
kreditlar verən əmanət banklarına bölünürlər. 
Kommersiya  bankları  arasında  bütün  ölkə  ərarisində  şöbələri  və  regional 
kommersiya bankları olan iri banklar fərqlənir. Qarçılıqlı kredit və kooperativlər 
cəmiyyəti şəbəkəsinin mövcud olduğu və əmanət banklarlnrn yaradrlmadr[r bir 
slra  olkelerde  kommersiya  bankları  xəzinədalıq  bonları,  dövlət  istiqrazları  ilə 
ə
sas əməliyyatları həyata keçirirlər. Bundan əlavə, bir çox hallarda onlar dövlət 
qiymətli kağızların mütləq vesait yatırımları aparmlıdırlar. Kommersiya bankları 
ə
nənəvi  olaraq  həm  də  bankda  hesabları  olan  özəl  (xüsusi)  şəxslərə  onların 
qiymətli  kağızlar  portfelinin  idarə  olunması  şəklində  xidmətlər  də  təklif 


 
edirdilər. Bununla da onlar birja vasitəçilərinə rəqabət təşkil edirdilər ki, bu da 
onları bu sahədə xidmətlər sferasında fəal olmayan qarşılıqlı kredit, kooperativ 
cəmiyyətləri şəbəkəsi və əmanət banklarından fərqləndirirdi. 
Müasir  şəraitdə  kommersiya  bankının  təsərrüfat  subyekti  kimi 
anlaşılmasına
  kifayet  qader  tez-tez  təşkilati-funksional,  texnoloji,  vasitəçi 
mövqeyindən yanaşırlar. Bununla da onun güclü idarəetmə alətlərindən biri kimi 
pul  tedavülü  və  kredit  münasibətlərinə  xidmət  göstərən  ictimai  inkişaf  və 
təsərrüfat  subyekti  instrumenti  kimi  rolu  azalır.  Bankların  mahiyyətinin  təhrif 
olunmuş  şəkildə  anlaşılması  və  onların  rolunun  kiçildilməsi  həmin  bank 
təsisatlarının  funksiyalarının  əsassız  şəkildə  məhdudlaşdırılmasına  gətirib 
çıxarır.  Məsələn,  kifayət  qədər  tez-tez  əsasız  olaraq  paylaşdırma  (bölüşdürmə) 
funksiyası daha  çox mənfəət  alınması  məqsədilə  kapitalın  yerdəyişməsi  birinci 
yerə  ireli  çəkilir.  Bankların  ictimai  funksiyası  maddi  nemətlərin  təkrar 
istehsaltını stimullaşdırmaq və iqtisadi tərəqqinin hərəkətverici qüvvəsi olması - 
isə  kənarda  qalır.  Bununla  belə,  müasir  kommersiya  bankı  pul  tədavülünün  və 
bütün formalarda kreditin fəaliyyət göstərməsi qaydalarının yaradıcısı kimi çıxış 
edən  təşkilatdır.  Ona  görə  də  banklar  ölkənin  milli  sərvətlərinin  toplayıcısı 
rolunda  çıxış  edir,  istehsal  və  tədavül  strukturuna  iqtisadi  təsir  orqanı  sayılır. 
Hazırda  daha  çox  mənfəət  götürmək  banklar  və  bank  fəaliyyeti  haqqında 
qanunvericilikdə kommersiya bankının orientasiyasında başlıcasıdır. 
Bank  təsisatlarının  fəaliyyəti  çox  rəngarəngdir,  ona  görə  də  onların 
mahiyyyəti  kifayət  qədər  qeyri-müəyyən  olur.  Müasir  cəmiyyətdə  banklar 


 
ə
məliyyatların  ən  rəngarəng  növləri  ilə  məşğul  olurlar.  Onlar  təkcə  pul 
dövriyyələri  və  kredit  münasibətlərini  təşkil  etmir,  həm  də  onların  vasitəsi  ilə 
iqtisadiyyatın maliyyələşdirilməsi həyata keçirilir, sığorta əməliyyatları qiymətli 
kağızların alqı-satqısı aparılır, bəzi hallarda isə vasitəçilik sövdələri və əmlakın 
idarə  olunması  həyata  keçirilir.  Bank  təsisatları  məsləhətçilər  (konsaltinqlər) 
rolunda  çıxış  edir,  xalq  təsərrüfatı  proqramlrının  müzakirəsində  iştirak  edir, 
statistika aparır, özlərinin,  yardımçı  təsərrüfatlarına  malik  olurlar. 
Kommersiya    bankı    təsərrüfatçılığın  müstəqil  subyektidir,  hüquqi  şəxs 
hüququna malikdir, bank məhsulunu itsehsal və realizə edir, xidmətlər göstərir, 
kommersiya  hesablaşması  prinsipleri  üzrə  fəaliyyət  göstərir.  Bankın  vəzifəsi 
müəssisələrin vəzifəsindən az fərqlənir, belə ki, o öz xidmətləri və məhsulları ilə 
ictimai  tələbatın  təmin  olunması,  əldə  olunmuş  mənfəət  əsasrında  həm  öz 
kollektivinin  üzvlərinin,  həm  də  bankın  əmlakının  sahibçisinin  maraqlarının 
realizasiyaır  ile bağlı məsələləri həll edir. Bank onun nizamnaməsi ilə müəyyən 
olunmuş  istənilən təsərrüfat fəaliyyəti növünü həyata keçirə bilər. 
Bank  da  istənilən  müəssisə  kimi  xüsusi  icazəyə  (lisenziyaya)  malik 
olmalıdır.  Sənaye,  kənd  təsərrüfatı,  inşaat,  nəqliyyat  və  rabitədən  fərqli  olaraq 
banklar istehsal sferasında deyil, mübadilə sferasında fəaliyyət göstərirlər, onlar 
da  resursları  "satın  alır",  aldıqlarını  "satır",  təkrarbölüşdürmə  sferasında 
fəaliyyət göstərir, əmtəə mübadiləsinə yardım edirlər. Bankların öz "satıcıları", 
ambarları,  xüsusi  "mehsul  ehtiyatı"  vardır,  onların  fəaliyyəti  əksəriyyətlə 

10 
 
pulların  dövranlığından  aslıdır.  Bununla  da  banklarla  ticarət  sferası  arasındakı 
oxşarlıq əsasən sona çatır. 
Kommersiya  bankı  təsərrüfat  hesablı  müəssisə  sayılır.  Bu  onu  bildirir  ki, 
kommersiya  bankının  fəaliyyətində  başlıcası  iqtisadi  maraqların  realizə 
olunmasıdır.  Bankın  işinin  bütünlüklə  öz  iqtisadi  maraqlarının  realizasiyasına 
tabe etdirilməsi bütün digər motivlərin və məqsədlərin tabe etdirilməli olduqları 
ali  prinsip  sayılır.  Bunsuz  bank  iqtisadi  müəssisə  kimi  baş  tutmaya  bilər. 
Məsələn,  onun  fəaliyyətinin  iqtisadi  maraqlarla  ziddiyyət  təşkil  edən  hər  cür 
ideolo  giyalaşdırılması  mütləq  şəkildə  bankı  əsl  mahiyyətini  itirən  aparata 
çevirir.  Bu,  təkcə  kommersiya  banklarına  deyil,  onun  müştərilərinə  də  aiddir. 
Bank  əsasən  özünün  deyil,  özgənin  resursları  hesabına  işlədiyindən,  özü  üçün 
deyil,  bütün  təsərrüfatçılıq  subyektləri  üçün  və  bütün  vətəndaşlar  üçün  borc 
götürdüyündən, israfçılıq həm bank üçün, həm də ondan resursları borc götürən 
və onları qaytarmalı olanlar üçün də fəlakətlidir. 
Bank  müəssisə  kimi  öz  dəyər  forması  olan  məhsul  istehsal  edir.  Bankın 
məhsulu  rolunu  kreditlə  birlikdə  pul  dövriyyəsində  olan  ödəniş  (tədiyyə) 
vəsaitləri  oynayır.  Müəyyən    mənada  xidmətlər  də  bankın  məhsulu  kimi  çıxış 
edir. Onlara ənənəvi xidmət növləri ilə yanaşı hesablaşmaların təşkili (nəqd və 
nəqdsiz  formada),  əmanətlər,  kreditləşdirmə  ilə  yanaşı  qeyri-ənənəvi  olan 
qarantiyaların  (zəmanətlərin),  zaminliyin,  məsləhətlərin  (konsaltinq)  verilməsi 
və s. də daxildir. Bank xidmətlərinin xüsusiyyəti ondan ibarətdir ki, onlar nəinki 
təkcə  pul  əsasına  malikdirlər,  həm  də  özüartan  dəyər  səciyyəsinə  malikdirlər. 

11 
 
Məsələn əmanətçilərdən alınmış resurslar kredit müəssisələri üçün pulsuz deyil. 
ona görə də resurslar elə istifadə olunmalıdır ki, onlar nəinki təkcə sahiblərinə 
qaytarıla  bilsin,  həm  də  əmanətlər  üzrə  faizlərin  verilməsi,  məsrəflərin 
kompensasiyası  və  heç  olmazsa,  minimal  mənfəət  əldə  edilməsi  üçün  kifayət 
qədər  artım  almağa  imkan  versin.Bank  akkumulyasiya  olunan  resurslardan 
istifadə  etməyə  və  onları  kredit    şəklində  ehtiyacı  olan  borc  alanlara  sarı  elə 
yönəltməlidir  ki,  onun  xidməti  hər  hansı  bir  halda  bank  fəaliyyəti  vasitəsilə 
dövriyyəyə buraxılmış dəyərin özəl artımına imkan versin. 
Kommersiya  banklarının  mübadilı  sferasında  fəaliyyət  göstərməsi  onun 
mahiyyəti haqqında düzgün olmayan (yalnış) təsəvvür yaradır. Bir çox hallarda 
bank vasitəçi təşkilat kimi xarakterizə olunur. Belə söyləməyə resursların xüsusi 
axını  onların  müvəqqəti  olaraq  bəzilərində  yığılıb  qalması,  başqalarında  isə 
tətbiqinə ehtiyac yaranması əsas verir. Bu zaman situasiyanın xüsusiyyəti ondan 
ibarət  olur  ki,  resursların  müəyyən  hissəsinə  malik  olan  kreditor  müəyyən 
zəmanətlərin  olduğu  hallarda  konkret  müddət  üçün  və  faizlə  onları  digər 
kontragentlərə - borc alanlara vermək istəyir. Bank kreditordur, borc alandır və 
onların arasında vasitəçidir, habelə pul hesablaşmalarında vasitəçidir. Ona görə 
də  o  bu  funksiyalarda  ozünün  təsərrüfat  subyekti  kimi  mahiyyətini  bütünlüklə 
nümayiş etdirir. 
Bankın  tədavül  sferasında  fəaliyyəti  onun  haqqında  birja  agenti  kimi 
təsəvvür  yaradır.  Banklar  birjaların  mütleq  iştirakçıları  sayılır.  Onlar  müstəqil 
şə
kildə  qiymətli  kağızlarla  ticarət  üzrə  birja  əməliyyatları  təşkil  edə  bilərlər. 

12 
 
Lakin bank tədricən getdikcə daha çox kredit mərkəzinə çevrildi ki, bu da onu 
kredit  müəssisənin  növü  kimi  müəyyənləşdirməyə  imkan  verdi.  Banklar  öz 
təbiətlərinə görə ilk növbədə kredit və pul münasibətləri ilə bağlıdırlar, hərçənd 
nəinki  kreditləşdirmə  ilə  məşğul  olmuş  və  olurlar,  həm  də  fəaliyyətin  bir  çox 
başqa növləri ilə məşğul olurlar. Onların fəaliyyətinin əsas məhsulu pul və kredit 
işidir. Kommersiya banklarının fəaliyyətində ən başlıcası iqtisadiyyatda normal 
təkrar  istehsal  prosesi  mühiti  yaratmaq  üçün  pul-kredit  siyasətinin  təşkil 
edilməsi  sayılır.  Kommersiya  banklarının  maddi  nemətlər  istehsalçısı 
olmamasına  baxmayaraq,  istənilən  müəssisənin  olduğu  kimi,  onun  da  öz 
məhsulu  da  vardır  ki,  bu  da  ilk  növbədə  ödəniş  vəsaitlərinin  (pul  kütləsinin) 
formalaşdırılması, 
habelə 
kreditlərin, 
qarantiyaların, 
zəmanətlərin, 
konsaltinqlərin  (məsləhətlərin)  verilməsi,  əmlakın  idarə  olunması  şəklində 
müxtəlif xidmətlərin göstərilməsidir. 
Kommersiya  bankının  fəaliyyət  göstərməsi  müəyyən  məqsədlərin  əldə 
olunmasına  əsaslanır  ki,  onlardan  da  ən  başlıcası  mənfəət  təsərrüfatçılığının 
aparılmasına, daha  çox  mümkün  mənfəətin  əldə  olunmasına nail  olunsun,  yəni 
bank  fəaliyyətinin  hərəkətverici  motivi  mənfəət  əldə  etməkdir.  Lakin 
kommersiya  bankı  üçün  mənfəətin  hansı  yolla  əldə  olunmasının  fərqi  vardır. 
Bank  kommersiyası  prinsipi  daha  az  investisiya  ilə  daha  çox  mənfəət  əldə 
etməyi  nəzərdə  tutur.  Gəlirin  formalaşdırılmasına  yardım  edən  ümumi 
resurslarda  bankın  öz  payının  miqdarının  böyüklüyü  onun  üçün  əhəmiyyətsiz 

13 
 
deyil.  Hər  bir  banka  aydındır  ki,  əgər,  onun  passivlərdə  payının  az  olduğu 
məqamda daha çox mənfəət əldə olunmuşsa, bunun effekti daha hiss olunandır. 
Ona  göre  də  kommersiya  bankının  fəaliyyəti  aşağıdakı  tələblərin  yerinə 
yetirilməsi üzərində qurulmalıdır: 
•  kapitalı daha ucuz almalı (mümkün qədər daha az faiz stavkası ödəməli); 
•  kapital  və  xidmətləri  daha  baha  satmalı  (mümkün  qədər  daha  çox  faiz 
stavkası əldə etməli); 
•  etibarlı  partnyorların  seçilməsi  və  qarantiyaların  alınması,  habelə 
ə
məliyyatların  rəngarəngliyi  və  ssuda  kapitalının  müxtəlif  bazalarının 
mənimsənilməsi yolu ilə itki riskini azaltmalı. 
Kommersiya  banklarının  yuxarıda  təsvir  olunmuş  fəaliyyət  strategiyası 
strategiyası aşağıdakı sxem üzrə təsvir oluna bilər (şəkil 1. 1). 
         Bank 
                                 
    1                4                Faiz gəliri (marja)           3           2 
                                              F
1
-F

Pul-maliyyə 
bazarı 
 
Müştərilər 
 
 
          Şəkil 1. 1.
 Kommersiya bankının strateji fəaliyyət modeli 
 

14 
 
Ə
məliyyatın  məzmunu:  1  -  pul-maliyyə  bazarında  bank  tərəfindən  kapitalın 
(resursların)  alınması;  2  -  bank  tərəfindən  müxtəlif  növ  müştərilərə  (borc 
alanlara)  kapitalın  (resursların)  satılması;  3  -  bank  tərəfindən  ssuda  kapitalının 
(F
1
)  alınması;  4  -  pul-maliyyə  bazarında  alınmış  kapital  üçün  bank  tərəfindən 
faizlərin (F
2
) ödənilməsi. 
Kommersiya bankının fəaliyyətinin sadələşdirilmiş modelindən görünür ki, 
həmin  bank  mümkün  qədər  daha  çox  faiz  gəliri  əldə  etməyə  çalışır.  Amma 
kommersiya  bankları  qeyri-faiz  gəliri  adlandırılan  mədaxil,  yəni  kreditlərin 
verilməsi hesabına olmayan  gəlir də əldə edə bilər.  Qeyri-faiz gəlirlərinin  əldə 
edilməsi  ilə  başı  əsas  fəaliyyət  növlərinə  məsləhət  (konsaltinq)  yardımlarını, 
qarantiya  və  zəmanətlərin  verilməsini,  mədaxillərdə  iştirak  etməyi,  öz 
müştərilərinin  qiymətli  kağızlarının  yerləşdirilməsində  vasitəçilik  etməyi  aid 
etmək olar. 
Sonuncu halda kommersiya bankları qiymətli kağızların alqı - satqısı üzrə 
həm özlərinin vəsaitləri hesabına, həm də müştərilərin tapşırığı ilə əməliyyatlar 
aparır,  həm  də  digər  təsərrüfatçılıq  subyektlərinin  emissiyasına  və  qiymətli 
kağızların  realizasiyasına  rəhbərlik  edir.  Xarakterik  haldır  ki,  kvaziinvestisiya 
istisna  olmaqla,  kommersiya  bankı  tərəfindən  üzərinə  dividendlərin 
hesablanılmadığı öz səhmlərini almaqla bağlı bütün digər əməliyyatlar (qiymətli 
kağızlarla  ticarət-komisssion  əməliyyatlar)  gəlirlərin  (mənfəətlərin)  əldə 
olunmasına  yönəlmişdir.  Bankların  belə  əməliyyatlardan  əldə etdikləri gəlirləri 
qiymətli  kağızlar,  komissionlar  və  spred  üzrə  alınan  faizlərin  məbləğindən 

15 
 
ibarətdir. 
Hazırda 
kommersiya 
banklarının 
ə
ksəriyyəti 
investisiya 
ə
məliyyatlarından  məhz  qiymətli  kağızların  satış  qiymətinin  onların  alınma 
qiymətlərinə nisbətən artırılması yolu ilə mənfəət götürürlər. 
Kommersiya  bankları  ənənəvi  olaraq  daxili  və  xarici  əmanətləri  səfərbər 
edən,  habelə  onların  müxtəlif  borc  alanlar  arasında  bölüşdürülməsini  həyata 
keçirən yeganə təsisat idilər. Son illərdə bank fəaliyyətində köklü dəyişiklikləri 
şə
rtləndirən  qanunverici  və  normativ  tənzimləmələrdə  dəyişikliklər  baş 
vermişdir.  Bank  (depozit)  təsisatları  yeni  xidmətlər  təklif  edən  rəqiblər 
tərəfindən  getdikcə  daha  çox  təzyiqə  məruz  qalırlar.  Bunun  nəticəsində  onlar 
maliyyə və qeyri-maliyyə 
ş
irkətlərinin  rəqabətinin  güclənməsi  səbəbindən  öz  ənənəvi  funksiyalarına 
münasibətdə inhisarçı mövqelərini itirirlər. 
Bank  fəaliyyətinin  tənzimlənilməməsi  maliyyə  bazarlarının  qloballaşması 
və  ya  artımı  ilə  baglı  səbəb  və  nəticədir.  Məsələn,  inkişaf  etmiş  ölkələrdə 
maliyyə  bazarlarının  möhtəşəm  artımı  vardır  və  aktivlərin  seqmentlərinin 
sekyuterləşməsi, beynəlmiləlləşməsi və azalması kimi ənənələrlə şərtlənən dərin 
struktur 
dəyişiklikləri 
ilə 
xarakterizə 
olunur. 
Bank 
sektorunun 
tənzimlənilməməsinə  olan  tendensiya  və  onun  innovasion  fəaliyyəti  bankları 
ə
nənəvi olaraq rəqabətdən qoruyan maneələrin azaldıması və aradan qaldırılması 
amilləridir.  Ona  görə  də  əhəmiyyətli  fond  bazarları  olan  dövlətlərdə  qeyri-
maliyyə borc alanları üçün vəsait mənbəyi olan kommersiya banklarının rolunun 
kəskin  azalması  müşahidə olunur.  Lakin məhdud  fond bazarları  olan  ölkələrdə 

16 
 
də  kommersiya  bankları  tərəfindən  aparılan  kredit  əməliyyatlarının  azalması 
müşahidə  olunur.  Bu  onunla  bağlıdır  ki,  kommersiya  banklarının  müştəriləri 
kapitalın  getdikcə  daha  geniş  xarici  və  offşor  bazarlarına,  məsələn, 
Avroistiqrazlarına çıxış əldə edirlər. 
Bunun  nəticəsində  bank  xidmətlərini  digər  mliyyə  və  qeyri  -  maliyyə 
ş
irkətlərinin  həyata  keçirdikləri  xidmətlərdən  fərqləndirmək  daha  da  çətinləşir. 
Ona görə də bank işinin bir çox mütəxəssisləri hesab edirlər ki, gələcəkdə: 
•  bank  sistemi  daha  çox  universal  Avropa  bank  modelinə  oxşar  olacaq, 
nəinki  yüksəksəviyyəli  seqmentasiya  səviyyəsi  ilə  xarakterizə  olunan 
Amerika və ya Yaponiya modelinə; 
•  depozitlərin  yerləşdirilməsi  və  qısamüddətli  kreditlərin  verilməsi  üzrə 
funksiyaları  yerinə  yetirən  müəssisələr  kimi  bankların  rolunun  hər 
yerdə azalması müşahidə olunacaq; 
•  kapital  bazarında  xidmət  göstərmək  üzrə  ixtisaslaşan  dolayısı 
vasitəçilər  kimi  onların  fəallığının  yüksəlməsi  gözlənilir,  yəni  onların 
funksiyaları əsas etibarilə informasiyanın işlənilməsinə yönələcək; 
•  o hallarda bank fəaliyyətinin genişlənməsi baş verəcək ki, kommersiya 
bankları  birgə  əsasda  informasiya  xidmətlərinin  göstərilməsi  ilə  bağlı 
üstünlüklərdən  istifadə  edə  bilsinlər  və  bunu  da  kredit  kartları,  trast 
ə
məliyyatları, sığortalama və s. sistemlərə aid etmək olar; 
•  kommersiya  bankları  əvvəlki  kimi  ödəniş  sistemində  əhəmiyyətli  rol 
oynayacaq. 

17 
 
Lakin  hazırda  bank  və  kommersiya  və  ya  sənaye  fəaliyyətiarasında  aydın 
həddin  mövcudluğu şəraiti  əvvəlki  təki  Fransa,  Almaniya  və  İsveçrə kimi  bəzi 
ölkələr  istisna  olmaqla  ümumi  qəbul  olunmuş  norma  halında  qalmaqdadır. 
Kommersiya  bankları  fəaliyyət  göstərmə  xarakterinə  görə  ən  rəngarəng  ola 
bilərlər.  Onlar  apardıqları  əməliyyatların  növlərinə  və  fəaliyyət  sferasına 
(universal, ixtisaslaşmış və sahə), mülkiyyət formasına (dövlət, özəl, kooperativ, 
səhmdar,  qarışıq),  bank  kapitalının  ölkə  mənsubiyyətinə  (milli,  xarici, 
müştərək), 
fəaliyyət  ərazisinə  (ümumdövlət,  regional,  regionlararası,  beynəlxalq,  xarici), 
təşkilati  -  hüquqi  esasına  (pay,  səhmdar),  kreditlərin  verilməsi  müddətinə 
(uzunmüddətli  və  qısamüddətli  kreditləşdirmə  bankları),  kommersiya  bankının 
xarici  bölmələrinin  formalarına  (müstəqil  hüquqi  şəxs,  bütün  kommersiya 
bankları  üçün  müəyyən  olunmuş  qaydada  qeydə  alınan  törəmə  bank,  filial, 
bölmə, şöbə, nümayendəlik) görə fərqlənirlər. 
Kommersiya bankının effektiv fəaliyyəti bank tənzimləməsi ilə bağlıdır və 
bu, mərkəzi bankın sabit, təhlükəsiz fəaliyyət göstərən kommersiya banklarının 
təmin olunması ilə maşğul olduğu tədbirlər sistemi kimi anlaşılır. Kommersiya 
banklarının  fəaliyyəti  onların  müflisləşməsinə,  müştərilərini  itirməsinə  gətirə 
bilməz  və  bu,  bütövlükdə  iqtisadiyyata  neqativ  təsir  göstərə  bilər.  Bank 
tənzimləməsinin  və  nəzarətinin  əsasında  "dəvə"  (ingiliscə  "CAMEL"  akronimi 
bank  nəzarətinin  əsas  meyarlarının  baş  hərfləri  ilə  tərtib  olunub)  adlandırılan 
prinsip durur və ona aşağıdakılar daxildir: 

18 
 
•  kapitalın kifayət qədər olması (öz vəsaitlərinin yekun aktivlərə nisbəti); 
•  risk, likvidlik və s. nöqteyi - nəzərindən aktivlərin keyfiyyəti; 
•  menecmentin keyfiyyəti (idarə edənlərin ixtisaslaşması); 
•  likvidlik  və  ya  bankın  tez  və  ağrısız  öz  öhdəliklərini  yerinə  yetirə  bilmək 
qabiliyyəti (likvid aktivlərin və digərlərinin nisbəti); 
•  gelirlilik (bir səhmə və ya bir məşğul olana gələn gəlirin səviyyəsi). 
Tənzimləmə  sistemi  qarşısında  bütün  banklar,  onların  nə  ilə  məşğul 
olmaları  və  kimə  məxsus  olmalarından  asılı  olmayaraq  bərabərdirlər.  Lakin 
bütün ölkələrdə müxtəlif banklar - kommersiya, investisiya, əmanət, kooperativ, 
səhmdar,  ümumxalq  və  özəl  banklar  olduğundan,  bu,  tənzimləmə  sisteminin 
korrektə  olunmasını  tələb  edir.  İnkişaf  etmiş  ölkələrdə  bank  fəaliyyəti  və  pul-
kredit  siyasətinin  qanunvericiliklə  tənzimlənilməsi  adətən  müəyyən  miqdarda 
xüsusi  qanunvericilik  aktlarına  əsaslanır  ki,  onların  da  arasında  ən  əsasları 
Mərkəzi bank haqqında qanun və bank fəaliyyəti haqqında ümumi qanundur. 
Müasir  kommersiya  bankları  müxtəlif  hüquqi  formalarda  yaradıla  bilər. 
Onlar nisbətən daha tez-tez fərdi və ya müştərək (ailəvi) banklar, qeyri-məhdud 
məsuliyyətli  birlikler  (yaxud  da  ümumi  partnyorlar)  (yoldaşlıqlar),  məhdud 
məsuliyyətli  birliklər  (yaxud  da  məhdud  partnyorlar,  səhmdar  şirkətləri  və  s.) 
(yoldaşlıqlar), trastlar şəklində yaradılırlar. 
İ
lk  iki  hüquqi  forma  sonuncu  iki  formadan  onunla  fərqlənir  ki,  müəssisələrin 
(bankların)  sahibləri  tamamilə,  hər  hansı  məhdudiyyət  olmadan  öz 
müəssisələrinin  (filiallarının)  öhdəlikləri  üzrə  cavabdehdirlər.  Məhdud 

19 
 
məsuliyyətli  yoldaşlıq  (birlik)  şəklində  yaradılmış  bankların  sahibləri  öz 
təsisatçılarının  öhdəlikləri  üzrə  yalnız  öz  pay  üzvlük  haqları  və  ya  səhmdar 
kapitaldakı  payları  həddində  cavabdehdirlər.  Müştərilərin  vəsaitlərini  trast 
(etimad) əsasında cəlb edən banklar (və onların sahibləri) müştərilər qarşısında 
onların  əmanətlərinin  toxunulmazlığı  haqqında,  əgər  vəsaitlərin  yerləşdirilməsi 
zamanı "adi sayıqlıq" normalarını pozmayıblarsa, cavabdehlik daşımırlar. 
İ
lk iki hüquqi formada yaradılmış banklara (fərdi va ya müştərək banklara), 
habelə  qeyri-məhdud  məsuliyyətli  yoldaşlıqlara  adətən  geniş  ictimaiyyətdən 
(onların  məsuliyyətinin  hüdudlarının  müəyyənləşdirilməsinin  çətinlikləri 
üzündən) depozitlər qəbul etmək qadağan olunur, lakin onlar bütün qalan bank 
funksiyalarını  yerine  yetirə  bilərlər,  məsələn,  borc  almaq  barədə  adi  özəl 
(xüsusi)  müqavilə  əsasnda  vəsait  cəlb  ede  bilsələr  ki,  sonradan  bunları  daha 
yüksək faizlə ssuda şəklində verə bilsinlər. 
Bank  müəssisəsinin ən geniş  yayılmış  hüquqi  forması  müxtəlif  yönümləri 
ilə mövcud olan məhdud məsuliyyətli yoldaşlıqlar formasıdır: 
•  Böyük Britaniyada yerli, "özəl və ümumi (ictimai) şirkətlər; 
•  ABŞ - da korporasiyalar; 
•  AFR-da,  Yaponiyada,  Fransada  və  başqa  ölkələrdə  səhmdar 
cəmiyyətləri. 
Adətən  ən  iri  bankların  baş  (ana)  şirkətinin,  bir  çox  ayrı  -  ayrı  banklara  və 
firmalara  nəzarət  edən  maliyyə  sistemində  iştiraklar  vasitəsilə  strukturu  olur. 
ABŞ  -  da  belə  konsernlərin  başında  adətən  holdinq  korporasiyası  durur  ki, 

20 
 
konsernin  aparıcı  bankı  da  ona  tabe  olur.  Qərbi  Avropa  dövlətlərində  və 
Yaponiyada  belə  holdinqin  funksiyasını  bilavasitə  aparıcı  bank  həyata  keçirir. 
Belə  konsernlərdə  cəlb  olunmuş  depozitlərin  məbləği  çox  hallarda  on  və  hətta 
yüz  dəfələrlə  konsernin  öz  kapitalını  üstələyir.  Ona  görə  də,  bir  qayda  olaraq, 
belə  banklar  üçün  müvafiq  dövlət  idarəsində  depozitlərin  sığortalanması  üçün 
öhdəlik mövcuddur. 
Kommersiya bankları müvafiq prinsiplə işləməli və müəyyən  funksiyaları 
yerinə  yetirməlidirlər.  İndiki  halda  kommersiya  bankının  ilkin  müqəddəm 
prinsipi  real  mövcud  olan  resurslar  həddində  işləməkdir.  Real  mövcud  olan 
resurslar həddində işləmək onu bildirir ki, kommersiya bankı təkcə öz resursları 
ilə  kapital  yatırımları  arasındakı  kəmiyyət  uyğunluqlarını  təmin  etməli  deyil, 
həm də bank aktivlərinin xarakterinin onun tərəfindən cəlb olunmuş resursların 
pesifikasına  uyğunluğuna  nail  olmalıdır.  Bu,  ilk  növbədə  onların  hər  ikisinin 
müddətinə aiddir. Məsələn, əgər bank vəsaitləri başlıca olaraq qısa müddət üçün 
qəbul edir, onları isə əsas etibarilə uzunmüddətli ssudalara yatırırsa, onda onun 
likvidliyi  təhlükə  altında  qalır.  Bankın  aktivlərində  böyük  miqdarda  yüksək 
riskli  ssudaların  olması  bankdan  onun  resurslarının  ümumi  həcmində  öz 
vəsaitlərinin xüsusi çəkisini artırmalı tələb edir. 
Kommersiya banklarının fəaliyyətinin əsaslandığı ikinci ən mühüm prinsip 
iqtisadi müstəqillikdir və bu zaman bankların öz fəaliyyətlərinin nəticələri üçün 
iqtisadi  müstəqilliyi  anlaşılır.  İqtisadi  müstəqillik  bankın  öz  vəsaitləri  və  cəlb 
olunmuş  resurslar,  müştərilərin  və  əmanətçilərin  seçilməsi,  bankın  gəlirləri 

21 
 
barədə  sərbəst  qərar  qəbul  olunmasını  nəzərdə  tutur.  Məsələn,  mövcud 
qanunvericilik bütün kommersiya banklarına öz fondları və gəlirləri ilə sərbəst 
rəftar  etmək  üçün  iqtisadi  müstəqillik  verir.  Vergilərin  ödənilməsindən  sonra 
bankın  öz  sərəncamında  qalan  mədaxili  onun  təsisat  sənədlərinə  uyğun  olaraq 
bolüşdürülür.  Səhmdarların  ümumi  yığıncağı  və  ya  digər  səlahiyyətli  orqan 
bankın müxtəlif fondlarına ayırmaların normalarını və həcmini, habelə səhmlər 
üzrə dividendlərin həcmini müəyyənləşdirir. Kommersiya bankı öz öhdəliklərinə 
görə, mövcud qanunvericiliyə görə üzərinə cərimə təyin oluna bilən ona məxsus 
olan  bütün  vəsaitlərlə  və  əmlakla  cavab  verir.  Kommersiya  bankı 
ə
məliyyatlardan irəli gələn bütün riski öz üzərinə götürür. 
Üçüncü
 prinsip ondan ibarətdir ki, kommersiya bankının öz müştəriləri ilə 
qarşılıqlı,  münasibətləri  adi  bazar  münasibətləri  kimi  qurulur.  Kommersiya 
bankı  ssuda  verərkən  ilk  növbədə  gəlirliliyin,  risk  və  likvidliyin  bazar 
meyarlarından çıxış edir. 
Kommersiya banklarının işinin dördüncü prinsipi ondan ibarətdir ki, onun 
fəaliyyətinin tənzimlənilməsi yalnız dolayısı, (inzibati deyil) iqtisadi metodlarla 
həyata  keçirilməlidir.  Dövlət  yalnız  kommersiya  bankları  üçün  "oyun 
qaydalarını" müəyyən edir, amma onlara əmr vermir. 
Kommersiya  bankları  özləri  özlüklərində  mövcud  olmurlar:  onlar 
iqtisadiyyatın  və  sosial  sferanın  tələblərinə  xidmət  edirlər.  Ona  görə  də 
sonuncuların  durumu  kommersiya  banklarının  inkişafındakı  tendensiyanı 
adekvat  əks  etdirir.  Məsələn,  iqtisadi  artrm  şəraitində  bank  xidmətlərinə  olan 

22 
 
tələbat artır, və əksinə, iqtisadi tənəzzül və əhalinin əksər hissəsinin aşağı həyat 
səviyyəsi bank xidmətinə olan tələbatı məhdudlaşdırır. Kommersiya banklarına 
qeyri - effktiv 
iqtisadiyyatda,  ödəməqabilli  ssuda  alanın  olmadığı,  kreditləşdirmə  üçün  elmi 
cəhətdən  əsaslandırılmış  investisiya  layihələrinin  olmadığı,  habelə  bank 
fəaliyyətini  tənzimləyəcək  mükəmməl  qanunvericilik  bazasının  olmadığı 
şə
raitində  işləmək  çətindir.  Bu  səbəbdən  də  kommersiya  bankları  artımın 
intensiv amillərindən istifadə olunmasına yönəldilməlidirlər. 
 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin