Rbaycan Respublikası Təhsil Nazirliyi Az


Kommersiya bankının funksiyalarını xarakteristikası



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix04.12.2019
ölçüsü0,57 Mb.
#29793
1   2   3   4   5   6
adigozaliv abdulrahman


1.2.Kommersiya bankının funksiyalarını xarakteristikası 
Kommersiya  bankları  bir  çox  müxtəlif  funksiyalar  yerinə  yetirir.  Sərbəst 
pul  resurslarının  səfərbərliyə  alınması  və  təmərküzləşdirilməsi  funksiyasını 
onların əsaslarından birinə aid etmək olar. Bu, kommersiya banklarının prioritet 
funksiyası və iqtisadi bazisidir. Kredit, habelə digər aktiv əməliyyatların yolu ilə 
təkrar  istehsal  prosesinə  daxil  edilən  vəsaitlərin  kəmiyyəti  pul  vəsaitlərinin 
səfərbərliyə 
alınması 
və 
bankda 
təmərküzləşdirilməsindən 
asılıdır. 
Müştərilərdən  sərbəst  pulları  borc  alan  kommersiya  bankı  həmin  andaca  bu 
vəsaitlərin  vaxtında  qaytarılması  öhdəliyini  öz  üzərinə  götürür.  Kredit 
təsisatlarına yatırılanı pul məbləğləri əmanətçilərə faiz şəklində gəlir gətirir. 
Pul vəsaitlərinin yığılması və qorunması stimulları kommersiya banklarının 
çevik  depozit  siyasəti  əsasında  formalaşır.  Əmanətçilərə  ödənilən  yüksək 
faizlərdən 
ə
lavə 
bank 
kreditorlarına 
yığılmış 
resursların 
bankda 

23 
 
yerləşdirilməsinin  etibarlılığı  üçün  bank  kreditorlarına  yüksək  qarantiya  da 
lazımdır.  Belə  qarantiyaların  yaradılmasına  bank  təsisatlarının  aktivlərinin, 
depozitlərin kommersiya banklarında sığorta fondunun formalaşdırılması xidmət 
edir. Depozitlərin sığorta olunması ilə yanaşı kommersiya banklarının fəaliyyəti 
haqqında  və  onların  verə  biləcəkləri  digər  qarantiyalar  haqqında  informasiya 
ə
lçatarlığı  əmanətçilər  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.  Kreditorda  olan 
vəsaitlərin  istifadə  olunması  haqqında  məsələni  həll  edərkən  o  bankın  maliyyə 
durumu  haqqında  kifayət  qədər  informasiyaya  malik  olmalıdır  ki,  özü  gələcək 
yatırımların riskini qiymətləndirə bilsin. 
Kreditin  verilməsi  əhəmiyyətli  bank  funksiyasıdır.  O  ənənəvi  bank 
xidmətləri növünə aid edilir. Bank krediti banklar tərəfindən haqqı ödənilməklə 
müəyyən  təminatlılıq,  qaytarabilmə,  müddətlilik  və  s.  bu  kimi  şərtlərlə  borc 
verilən  ssuda  kapitalının  hərəkətindən  ibarətdir.  O  kreditorla  (banklarla)  kredit 
subyektləri  (borc  alanlar)  arasındakı  iqtisadi  münasibətləri  ifadə  edir.  Bank 
krediti  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  akkumulyasiyası  və  onların 
qaytarılmaqlıq  şərtləri  ilə  paylaşdırılması,  habelə  kreditləşdirmə  sistemi 
vasitəsilə  pul  nişanlarının  tədavülə  emissiyası  ilə  bağlıdır.  Pul  resurslarının 
qaytarılma  forması  onları  dəfələrlə  yenidən  bolüşdürməyə  imkan  verir.  Bank 
kreditindən  istifadə  olunmanın  zəruriyyəti  müəssisələrin  kapitalının  təkrar 
istehsal  prosesində  dövranı  ilə,  dövriyyə  kapitalı  və  əsas  kapitalın  təşkilinin 
xüsusiyyətləri  ilə,  kreditor  və  borc  alanın  hesablaşma  maraqları  ilə  şərtlənir. 
Digər tərəfdən kredit bankların mənfəət əldə etmələrinin əsas mənbəyidir. 

24 
 
Müəssisələrin  fondlarının  və  xüsusi  şəxslərin  pul  gəlirlərinin  dövranı 
prosesində  müvəqqəti  azad  olan  pul  vəsaitlərinin  təkrar  bölüşdürülməsi 
funksiyası  kredit  verilməsi  funksiyası  ilə  bağlıdır.  Kommersiya  banklarının 
vasitəçilik  funksiyasının  xüsusiyyəti  ondan  ibarətdir  ki,  resursların  yenidən 
bölüşdürülməsinin  əsas  meyarı  rolunda  onların  borc  alan  tərəfindən  istifadə 
olunmasının  mədaxilliyi  çıxış  edir.  Resursların  təkrar  bölüşdürülməsi 
kreditordan  borc  alana  təsərrüfat  əlaqələri,  yuxarı  bank  strukturlarının  ara 
vasitəçilik həlqələrinin iştirakı olmadan, bank krediti prinsipi əsasında üfüqi xətt 
üzrə  həyata  keçirilir.  Borc  alınmış  və  verilmiş  vəsaitlər  üzrə  ödəniş  borc 
vəsaitlərinə  olan  tələb  və  təklifin  təsiri  altında  formalaşır.  Nəticədə 
iqtisadiyyatda  münasibətlərin  bazar  tipinə  uyğun  gələn  maliyyə  resurslarının 
sərbəst hərəkətinə nail olunur. 
 Bazar iqtisadiyyatının uğurla inkişaf etməsi üçün kommersiya banklarının 
vasitəçilik funksiyasının əhəmiyyəti ondan ibarətdir ki, onlar öz fəaliyyətləri ilə 
iqtisadi  sistemdə  risk  və  qeyri  -  müəyyənlik  səviyyəsini  azaldır.  Pul  vəsaitləri 
kreditorlardan  borc  alanlara  tərəf  bankların  vasitəçiliyi  olmadan  da  yerdəyişə 
bilər.  Lakin  bu  zaman  ssudaya  verilən  pul  vəsaitlərinin  itirilməsi  riski  kəskin 
şə
kildə  artır  və  onların  yerdəyişməsi  üzrə  ümumi  xərclər  artır,  belə  ki, 
kreditorlar  və  borc  alanlar  bir  -  birlərinin  ödəməqabillikləri  barədə 
məlumatlandırılmayıblar,  təklif  olunan  pul  vəsaitlərinin  həcmi  və  müddəti 
onlara  olan  tələbatın  həcmi  və  müddəti  ilə  üst  -  üstə  düşmür.  Kommersiya 
bankları borc alanın tələblərinə uyğun olaraq ssuda verilə biləcək vəsaitləri cəlb 

25 
 
edir  və  öz  aktivlərinin  geniş  diversifikasiyası  əsasında  bankda  pulları 
yerləşdirilmiş sahiblərin məcmu riskini azalda bilərlər. 
Təsərrüfat  sövdələri,  üzrə  pul  hesablaşmaları  və  ödənişlərinin  aparılması 
funksiyası  onun  realizasiyasının  bank  personalının  xeyli  əməliyyat  vaxtını 
aldığını  və  bank  sistemində  əhəmiyyətli  yer  aldığını  nəzərdə  tutur. 
Təsərrüfatçılıq subyektləri arasında hesablaşmaların aparılmasının iqtisadiyyatın 
fəaliyyət  göstərməsi  üçün  çox  böyük  əhəmiyyəti  vardır.  Hesablaşma 
ə
məliyyatlarının  vaxtında  aparılması  genişləndirilmiş  təkrar  istehsal  prosesinin 
fasiləsiz  həyata  keçirilməsinə  imkan  verir.  Bu,  ödənişlərin  vaxtında  aparılması 
üçün kommersiya banklarının üzərinə çox böyük məsuliyyət qoyur. 
Sənayecə  inkişaf  etmiş  ölkələrin  kommersiya  bankları  müştəriləri  təkcə 
müvəqqəti  sərbəst  kapitalın  akkumulyasiyası  hesabına  deyil,  həm  də  depozit  - 
çek  emissiyası  yolu  ilə  kreditləşdirdikdə,  tədavül  kredit  vəsaitlərinin  buraxılışı 
funksiyasını  yerinə  yetirir.  Bankların  özləri  ssudaların  verilməsi  prosesində 
yatırım (əmanət) yaradırlar. Kredit açarkən bank hesabdakı qalıq həddində çek 
yazmaq  hüququ  ilə  pulu  yatırıma  (əmanətə)  köçürür.  Bu  zaman  kredit 
verilməzdən əvvəl əmanətin açılması aparılır. Əmanətin əsasında çek meydana 
çıxır, müştərinin tələbi ilə ona nəqd pullar ödənilə bilər. Bankın müştərinin cari 
hesabına  ilkin  pul  ödənişi  aparılmadan  kredit  yazısı  gerçək  pul  ödənişindən 
(üzvlük  haqqından)  əmələ  gələn  real  əmanətdən  fərqli  olaraq,  xəyali  əmanət 
adlanır. Müasir dövrdə real və xəyali əmanətlər arasındakı fərq tədricən silinir. 
Banka  nəqd  pulun  ödənilməsi  ayrı  bankda  xəyali  əmanətin  yaradılmasına 

26 
 
ə
saslana  bilər.  Xəyali  əmanətləri  real  əmanətlərdən  ayırmaq  praktiki  olaraq 
mümkün deyil. 
Kommersiya  bankları  öz  fəaliyyətləri  prosesində  konsaltinq  (məsləhət)  və 
iqtisadi və maliyyə informasiyasının verilməsi
 funksiyasını yerinə yetirirlər. Bu, 
onunla şərtlənir ki, müasir kommersiya bankları təsərrüfatçılıq subyektləri üçün 
maraq  kəsb  edən  ümumiqtisadi  və  maliyyə  xarakterli  məlumatları  özündə 
cəmləşdirir.  Onlar,  ilk  növbədə  özləri  ilə  ümumi  maraqlarla  birləşən  təsərrüfat 
orqanlarına,  bəzən  də  konfidensial  xarakterli,  rəngarəng  kommersiya 
məlumatlarını təqdim edirlər. 
Milli  pul  vahidlərinin  xarici  valyutaya  mübadiləsi  ilə  bağlı  olan 
kommersiya banklarının funksiyası aşağıdakıları nəzərdə tutur: 
•  hüquqi şəxslərin, rezidentlərin və qeyri-rezidentlərin (o cümlədən "loro" tipli 
bankların müxbir hesablarının), dövlət hakimiyyəti orqanları və idarələrinin, 
ictimai təşkilatların və sahibkarların hüquqi şəxs yaradılmadan hesablarının 
açılması və aparılması; 
•  valyuta  əməliyyatlarının  aparılması  hüququna  müvafiq  lisenziyası  olan 
xarici  və  ölkə  banklarında  müxbir  hesablarının  ("nostro"  hesablarının) 
açılması və aparılması;  
•  qeyri - ticarət əməliyyatlarının və bankın müştərilərinin kapitalının hərəkəti 
ilə bağlı olan əməliyyatların həyata keçirilməsi; 
•  banktn  müştərilərinin  ixrac  -  idxal  əməliyyatları  ilə  bağlı  olan  hesabların 
aparılması; 

27 
 
•  xarici  valyutada  alqı  -  satqı  sövdələrinin,  habelə  ölkə  və  dünya  valyuta 
bazarlarında  konversion  əməliyyatların,  eləcə  də  müştərilərin  -  hüquqi 
şə
xslərin,  dövlət  hakimiyyəti  orqanları  və  idarələrinin,  ictimai  təşkilatların 
və  sahibkarların  hüquqi  şəxs  yaradılmadan  adından  və  hesabına 
ə
məliyyatların aparılması; 
•  fiziki  şəxslərin  xarici  valyuta,  habelə  beynəlxalq  bank  praktikasında  qəbul 
olunmuş  başqa  formalarda  vəsaitlərinin  əmanətlərə  və  depozitlərə  cəlb 
olunması. 
Fond  bazarının  formalaşdırılması  ilə  əlaqədar  olaraq  kommersiya 
banklarının  qiymətli  kağızlarla  əməliyyatda  vasitəçilik  kimi  funksiyası  inkişaf 
etməyə  başlayır.  Banklar,  qiymətli  kağızlar  bazarında  vasitəçi,  investisiya 
məsləhətçisi  (konsaltinqi),  investisiya  şirkəti  və  investisiya  fondu  simasında 
investisiya  institutları  kimi  çıxış  etmək  hüququna  malikdirlər.  Maliyyə  brokeri 
simasında  çıxış  edən  banklar  müştərinin hesabına  və  tapşırığı  ilə komissiya  və 
tapşırıq  müqaviləsi  əsasında  qiymətli  kağızlarla  alqı-satqı  zamanı  vasitəçilik 
funksiyasını yerinə yetirirlər. 
Bank  investisiya  konsaltinqi  kimi  qiymətli  kağızların  buraxılması  və 
dövriyyə  ilə  bağlı  öz  müştərilərinə  konsaltinq  xidməti  göstərir.  Əgər  bank 
investisiya  şirkəti  rolunu  öz  üzərinə  götürürsə,  onda  o  qiymətli  kağızların 
buraxılmasının  təşkili  və  üçüncü  şəxsin  xeyrinə  onların  yerləşdirilməsi  üzrə 
zəmanətlərin verilməsi, habelə öz adından və öz hesabına, o cümlədən qiymətli 

28 
 
kağızların  kotirovkası  hesabına,  yəni  alış  və  satışını  öz  üzərinə  götürdüyü 
müəyyən qiymətli kağızlara "satıcının 
qiyməti"  ilə  "alıcının  qiyməti"ni  elan  etməklə  qiymətli  kağızların  alqı  -  satqısı 
ilə məşğul olur. Bank o halda kommersiya fəaliyyəti həyata keçirir ki, bu zaman 
resurslarını  öz  adından  qiymətli  kağızlarda  yerləşdirmiş  olsun  və  bu  sayaq 
yerləşdirmə  ilə  bağlı  olan  bütün  risklər,  alınmış  qiymətli  kağızların  bazar 
qiymətlərinin dəyişməsi ilə bağlı bütün gəlirlər və itkilər səhmdarların hesabına 
aid  edilir.  Fond  bazarında  investorun,  brokerin  rolunun  icrasının  labüd  şərti 
kommersiya bankının ştatında qiymətli kağızlarla iş üzrə ixtisaslı mütəxəssilərin 
olmasıdır. 
 
1.3. Kommersiya banklarının əməliyyatlarının                                                            
xarakteristikası 
Kommersiya  bankları  rəngarəng  əməliyyatlar  həyata  keçirirlər.  Hazırda 
kommersiya  banklarının  əməliyyatlarının  dairəsi  xeyli  genişlənərək,  ənənəvi 
bank  əməliyyatları  ilə  yenilərinin  arasındakı  fərq  daha  çox  silinməkdədir. 
Mübahisəsiz  demək  olar  ki,  heç  də  bütün  bank  əməliyyatları  konkret  bank 
təsisatlarının  gündəlik  həyatında  var  və  istifadə  olunur  (məsələn,  beynəlxalq 
hesablaşmaların 
və  trast  əməliyyatlarının  aparılması).  Lakin  müəyyən  əməliyyatlar  siyahısı 
vardır  ki,  bank  onlarsız  mövcud  ola  və  fəaliyyət  göstərə  bilməz.  Bunlara 

29 
 
depozitlərin  qəbulu,  pul  hesablaşmaları  və  ödənişlərin  aparılması,  kreditlərin 
verilməsi
 aiddir. 
Banklar baza əməliyyatlarının yerinə yetirilməsindən əlavə, müştərilərə bir 
çox  digər  maliyyə  xidmətləri  təklif  edirlər.  Sənayecə  inkişaf  etmiş  ayrı  -  ayrı 
ölkələrin milli - tarixi təsərrüfat xüsusiyyətlərinin inkişafı ilə şərtlənən fərqlərlə 
yanaşı, dövlət mənsubiyyəti və yerləşdirilmə ərazisindən asılı olmayaraq bütün 
banklara xas olan (onların araşdırılan kredit - maliyyə altsistemindəki immanent 
mənsubiyyətləri səbəbindən) bank fəaliyyətinin (bank əməliyyatlarının) bir sıra 
aparıcı istiqamətlərini göstərmək olar. 
Ümumi  baxışdan  passiv  və  aktiv  əməliyyatlar  onlara  aiddir.  Kommersiya 
banklarının  iş  praktikasında  onların  yerinə  yetirdikləri  əməliyyatları  (iş 
növlərini) passiv  əməliyyatlar,  aktiv əməliyyatlar,  bank   xidmətləri, banklarnın 
özlərinin əməliyyatlarını bu sayaq qruplarda birləşdirmək olar. 
İ
lk iki qrup kommersiya banklarının əməliyyatları arasında daha çox xüsusi 
çəki yaradırlar. Məsələn, vəsaitlərin cəlb olunması və kredit resurslarının əlavə 
mənbələrinin  formalaşdırılması  üçün  kommersiya  banklarının  passiv 
ə
məliyyatları  xidmət  edir.  Onlar  aktiv  əməliyyatların  maliyyələşdirilməsi  üçün 
istifadə  olunur  və  depozit  əməliyyatları  çərçivəsində  müxtəlif  növ  əmanətlərin 
cəlb  olunmasından,  banklararası  kreditlərin  istifadə  olunmasından,  qiymətli 
kağızların emissiyasından, 
bankların öz resurslarının səfərbər olunmasından və s. ibarətdirlər. 

30 
 
Depozitlər  bankın  müştərilərinin  hər  cür  müddətli  və  müddətsiz 
ə
manətlərindən ibarətdir. Bu növ əməliyyatların xüsusiyyəti ondan ibarətdir ki, 
banklara pul vəsaitlərini müştəri təklif etmir, bankın öz təşəbbüsü ilə pulları cəlb 
edir. Ona görə də bank praktikasında bu məbləğlər "cəlb olunmuş" adlandırılır. 
Bank  belə  vəsaitlər  üçün  faiz  ödəyir.  Faiz  stavkaları  depozitlərin  müddəti  və 
həcmindən  aslı  olaraq  dəyişir.  Rəqabətin  inkişaf  etdiyi  şəraitdə  kommersiya 
bankları  müştərilərin  hesablaşma  hesablarında  olan  orta  illik  qalıqlar  üzrə 
ə
vvəllər edilməyən faiz artırmaları da aparırlar. Bankın belə siyasəti müştərilərin 
sərbəst vəsaitlərini öz hesablarında toplamalarına maraqlarını artırır.  
Kommersiya  banklarının  aktiv  əməliyyatları  əsas  etibarilə  müddətlərinə, 
həcmlərinə  kredit  resurslarının  istifadəçilərinin  tiplərinə,  təminat  xarakterinə, 
pul  vəsaitlərinin  ödəniş  formalarına  görə  fərqlənən  kreditlərin  verilməsi  (aktiv 
ə
məliyyatların xüsusi növü kimi zəmanətli əmanətlər istisna təşkil edə bilər) ilə 
bağlıdır. 
Kreditlərin müxtəlif növlərinin təsnifatını vermək çox çətindir. Ona görə də 
indiyədək  istər  ölkə,  istərsə  də  xarici  ədəbiyyatda  kreditlərin  vahid  təsnifatı 
yoxdur.  Lakin  hazırda  onların  spesifik  xüsusiyyəti  ondan  ibarətdir  ki,  keçid 
iqtisadiyyatı kommersiya banklarını qısa müddətə kredit verməyə  məcbur edir. 
Bu,  kreditlərin  çox  sürətlə  qiymətdən  düşməsi  prosesi  ilə  şərtlənir.  Mövcud 
şə
rait uzunmüddətli istehsal dövrlü müəssisələri çox ağır vəziyyətə qoymuşdur, 
belə ki, bu məqsədlər üçün alınmış kreditlərin dövranı daha qısa zaman kəsiyini 

31 
 
ə
hatə etdiyindən və ölçüyə gəlməyən dərəcədə böyük gəlir gətirdiyindən, ticarət 
- vasitəçilik fəaliyyəti ilə məşğul olmaq daha əlverişlidir.  
Kommersiya  bankları  özlərinin  sərəncamlarında  olan  həm  özlərinin,  həm 
də  cəlb  olunmuş  vəsaitləri  ssuda  verməklə,  faiz  alırlar.  Faiz  kreditora  ssuda 
kapitalı  əvəzinə  ödənilən  qiymət  şəklində  çıxış  edir.  Onun  həcmi  kredit 
resurslarına olan tələb və təklifdən asılıdır. 
Bank  xidmətləri  müştərinin  tapşırığı  üzrə  sonuncunun  xeyrinə  müəyyən 
ödənişlə  bank  əməliyyatlarının  aparılmasıdır.  Praktikada  bank  xidmətləri  üç 
qrupa bölünür: 
•  tədiyye  dövriyyəsinə  şəraitin  yaradılması  (kommersiya  bankları  tərəfindən 
müştərilərin  vəsaitləri  hesabına  nəqd  və  nəqdsiz  ödənişlərin  aparılması), 
valyuta  və  qiymətli  metallarla,  veksellərin  və  çeklərin  inkassasiyası  və  s. 
yolu ilə əməliyyatların həyata keçirilməsi; 
•  müştərilərin  qiymətli  kağızlarının  saxlanılması,  habelə  onların  idarə 
aparılması; 
•  dünyanın aparıcı ölkələrində geniş inkişaf etmiş əmlakın (etibar olunmuş və 
ya trast əməliyyatlar) idarə olunması. 
Bəzən  "bank  xidməti"  anlayışı  ilə  "bank  məhsulu"  anlayışını  bir  -  biri  ilə 
bağlayırlar və sonuncudan söhbət açıldıqda aşağıdakılar nəzərdə tutulur: 
•  maddi  xidmətlər,  yəni  banklar  tərəfindən  maddi  nemətlərin  müştərilərə 
çatdırılması  məqsədilə  göstərilən  xidmətlər.  Bu  halda  əlavə  dəyər  yaradılır 
ki,  o da əmtəənin (malın) dəyəri (qiyməti) üzərinə artırılır; 

32 
 
•  kadrların 
hazırlanması 
və 
yenidən 
hazırlanması, 
müştərilərin 
məlumatlandırılması  və  onlara  konsaltinq  keçirilməsi,  analitik  tədqiqatların 
apanlması və onların nəticələri üzrə ictimaiyyətin məlumatlandırılması, bank 
işçilərinin etika normalarının yaradılması. 
Kommersiya  banklarının  öz  əməliyyatları  ikinci  dərəcəli  rol  oynayır. 
Məsələn, bank digər hüquqi şəxslərin təsisçisi kimi çıxış edə, hər hansı istehsal 
və  ya  sosial  -  mədəni  təyinatlı  obyektin  tikintisində  iştirak  edə  bilər. 
Kommersiya  bankları  zəmanət  verə  bilər.  Onlar  öz  şəxsi  hesablarına  müxtəlif 
avadanlıq  və  əsas  vəsaitlər  ala  bilərlər.  Bankın  öz  şəxsi  əməliyyatlarına 
aşağıdakılar da aiddir: öz əməkdaşlarının əmək haqlarının ödənilməsi, istehsalat 
və  sosial  -  inkişaf  fondlarının  və  maddi  həvəsləndirmənin  bölüşdürülməsi,  öz 
təsisçilərinə dividendlər ödəmək və s. 
Son vaxtlar banklar daha çox onlar üçün xarakterik olmayan əməliyyatları 
daha aktiv həyata keçirməklə, özleri üçün qeyri - ənənəvi maliyyə sahibkarlığı 
sferasına  daxil  olaraq,  daim  göstərdikləri  xidmətlərin  dairəsini  genişləndirərək 
və keyfiyyətini yüksəldərək, yeni perspektiv müştərilərin cəlb edilməsi uğrunda 
rəqabət  aparırlar.  Faktiki  olaraq  kommersiya  bankları  təsisatları  o  qədər 
rəngarəngdir ki, onların dəqiq fərqləndirilməsi doğrudan da qeyri - müəyyəndir. 
Bu  onunla    bağlıdır  ki,  "müasir"  banklar  ən  rəngarəng  əməliyyat  növləri  ilə 
məşğul olurlar. 
Şə
rti  olaraq  bankın  öz  hesabına  əməliyyatlarını  (onlar  da  bank 
ə
məliyyatları kimi aktiv və passiv ola biler, amma daxili bütövlük növü olması 

33 
 
üzünden struktur əlahiddəliyinə iddialıdır) da fərqləndirmək olar ki, bunlara da 
müxtəlif  müddətlilik  və  tələbetmə  şərtlərinə  (ssudanın  ödənilməsi)  görə 
ə
məliyyatlar  aiddir:  veksellərin  verilməsi,  xarici  valyuta,  qiymətli  kağızlar  və 
ə
lvan metallarla və s. ile ticaret. 
Hazırda bankların fəaliyyətində getdikcə daha çox universallaşma baş verir 
ki, bu da nəinki təkcə pul vəsaitləri və maliyyə resurslarının bütün mərhələləri 
və dövriyyə sferalarını əhatə etməyi deyil, həm də məsləhətvermə (konsaltinq), 
ayrı  -  ayrı  şəxslər  və  təşkilatların  (hətta  dövlətlərin)  vəsaitlərinin  idarə 
olunmasında  pul  və  maliyyə  prosesləri  barədə  informasiyanı,  pul 
ə
məliyyatlarının  texniki  təmin  olunmasını,  pul  dəyərlərinin  və  istehsalat 
sırlarının mühafizəsi və s. genişləndirir. 
Belə  bir  qayda  yaranır  ki,  müştəri  lazımi  xidmətlər  siyahısını  elə  öz 
bankında  ala  bilər.  Öz  ənənəvi  fəaliyyətlərindən  imtina  etməyən  banklar, 
fəaliyyətin  digər  sferalarına  daha  aktiv  şəkildə  müdaxilə  edirlər,  müştərilərə 
bütün maliyyə xidmətləri kompleksi üzrə qulluq etməyi öz üzərlərinə götürürlər. 
Banklar  birbaşa  kreditləşdirmə  formalarını  özlərinə  tabe  etməyə  çalışaraq, 
ş
irkətlərin vekselləri ilə ticarətə girir, səhmlərlə birja əmaliyyatları aparır, ayrı - 
ayrı  şəxslərə  məxsus  olan  qiymətli  kağızlr  paketinin  idarə  olunmasına  və  s. 
girişirlər. 
Ə
gər  bank  yuxarıda  sadalanan  xidmətləri  tam  həcmdə  yerinə  yetirə 
bilmirlərsə,  onda  o  müştərini  itirməkdə  risk  edir.  Banka  bu  xidmət  forması  da 
ə
lverişlidir,  belə  ki,  müştərilərin  dosyesinin  tərtib  olunması  üçün  vaxta  və 

34 
 
məsrəflərə qənaət edilir (çünki bir dosyedən bank bir neçə bölməsi istifadə edilə 
bilər),  bankın  əməliyyatlara  və  müştərilərin  fəaliyyətinə  nəzarət  imkanları  artır 
(o mütəmadi olaraq müştərinin bütün fəaliyyəti haqqında, onun kommersiya və 
şə
xsi işləri və əlaqələri barəsində müntəzəm və bitkin məlumat alır). 
Belə şəraitdə kommersiya bankları fəaliyyətlərini genişləndirmək yolu ilə, 
yeni,  bank  bazarının  daha  yüksək  riskli  seqmentləri  üzrə  xidmət  göstərməklə 
bağlı  öz  iqtisadi  durumlarını  qorumağa  çalışırlar  ki,  bunlara  da  aşağıdakılar 
aiddir: 
•  tərpənməz  kommersiya  əmlakı  üzrə  sövdələr  və  borc  vəsaitlərinin  yüksək 
payı üzrə əməliyyatlar (bir çox hallarda bu, kredit risklərinin çoxalması ilə 
bağlıdır); 
•  öz  kapitallarının  kifayətliliyinə  dair  tələblərin  daha  da  unifikasiyası  və 
sərtləşdirilməsi  ilə  bağlı  kommersiya  bankları  üçün  daha  böyük  əhəmiyyət 
kəsb edən daha gəlirli, amma yüksək risklə bağlı balansı ötmüş əməliyyatlar 
(faiz  və  valyuta  svopları,  rezerv  akkreditivləri,  ssudalar  üzrə  öhdəliklər, 
onların satılması və otürülməsi, habelə zəmanət verilməsi); 
•  kommersiya  banklarının  diler  əməliyyatlarda  törəmə  instrumentlərlə  iştirak 
etmələri;  bu,  onlar  üçün  yeni  fəaliyyət  növlərindən  biri  sayılır.  Bu  halda 
kommersiya  bankları  nəinki  öz  müştərilərinin  tapşırığı  ilə,  həm  də 
ə
məliyyatlarının  gəlirliliyini  artırmaq  məqsədilə  özləri  müstəqil  şəkildə 
törəmə instrumentləri əldə edirler; 

35 
 
•  sığortalama,  trast  (vəkalətli)  əməliyyatlar  kimi  qeyri-bank  sektorlarında 
xidmətlər göstərmək. 
Trast  (vəkalət)  əsasında  müştərilərin  vəsaitlərini  cəlb  edən  banklar  (onların 
sahibləri) müştəri qarşısında, əgər onlar bu vəsaitlərin yerləşdirilməsi zamanı "adi 
ehtiyatlılığı"  pozmayıblarsa,  onda  onların  əmanətlərinin  toxunulmazlığına 
cavabdeh deyillər. Trast işi anqlo-saks dövlətlərin mülki hüququnda mövcud olmuş 
bir sıra spesifik institutlar əsasında ABŞ - da meydana çıxmış və inkişaf etmişdir. 
Vaxtilə Amerikanın bankirlər assosiasiyası trast işinə belə tərif vermişdilər: "Bu, 
vəsiyyətlərin icrası, əmlakın vəkalətnamə üzrə idarə olunması və fiziki şəxslər, 
yoldaşlıqlar  (birliklər),  assosiasiyalar,  təsərrüfat  korporasiyaları,  habelə  açıq 
ictimai,  tədris,  mədəni  və  xeyriyyə  təsisatları  və  hökumət  orqanları  üçün 
mümkün sayılan bütün hallarda agent tapşırıqlarının yerinə yetirilməsidir". Trast 
ili  XIX  əsrin ortalarından  daha  çox kommersiya  banklarının  əllərində  cəmləşir 
və  hətta,  məsələn,  etimadlı  şəxs  hüquqi  firma  və  ya  fərdi  şəxs  olduqda  belə, 
faktiki olaraq əməliyyatları, agent kimi fəaliyyət göstərən bank aparır. 
Qiymətli  kağızlara  yatırılmış  varidatın  idarə  olunması,  faktiki  olaraq 
kommersiya  banklarının  əsas  trast  emeliyyatlarından  ibarətdir.  Bu  halda  bank 
müştərinin  varidatını  birbaşa  idarə  etmir,  yalnız  agent,  mühafiz  funksiyasını 
həyata keçirir, bir qayda olaraq, investisiyalar üzrə məsləhətçi kimi çıxış edir və 
bu  yolla  da  müştərinin  müxtəlif  qiymətli  kağızlara  yatırımlar  yapmasına  əsas 
təsir  göstərir.  Bununla  da  trast  əməliyyatlar  vasitəsilə  bankın  qiymətli  kağızlar 
bazarına,  ilk  növbədə  fond  birjasına  təsiri  artır.  Hazırda  kommersiya  bankları 

36 
 
korporasiyaların istiqrazları üzrə etimadlı nümayəndəsi kimi çıxış edir, qiymətli 
kağızların  emissiyasına  texniki  xidmət  göstərir,  qiymətli  kağızların 
emissiyasına, alqı - satqı zamanı səhmlərə verilən hüququn ötürülməsini həyata 
keçirir, 
səhmlərin 
emissiya 
məbləğinin 
ş
irkətin 
(korporasiyanın) 
nizamnaməsində təsbit olunmuş həddən yuxarı olmamasına nəzarət edir ve s. 
XX  əsrin  ikinci  yarısında  ABŞ  -  da  fərdi  fondlardan  fərqli  olaraq,  idarə 
edilməsi  onlara  etibar  olunmuş  nisbətən  kiçik  (50  min  dollardan  az)  pul 
vəsaitlərini  toplayan  kollektiv  trast  fondlar  adlanan  əməliyyatlar  yayılmağa 
başlandı. Bu halda toplanılmış pul vəsaitlərinin idarə olunması vahid trast kimi 
həyata keçirilir. Digər forması isə sənaye, ticarət və nəqliyyat korporasiyalarının 
pensiya  fondlarının  banklar  tərəfindən  idarə  olunmasıdır.  ABŞ  -  da  banklar 
tərəfindən  idarə  olunan  pensiya  fondlarının  60  %  -  ə  qədəri  tam  investisiya 
müstəqilliyi şərti ilə onlara verilmişdir. Xarakterik haldır ki, ABŞ - da banklar 
tərəfindən idarə olunan özəl trast hesablarının 40 % - dən 50% - ə qədərini elə 
yatırımlar təşkil edirdi ki, onlar üzrə banklar heç nə ilə məhdudlaşmayan hüquqa 
malik idilər (məsələn, alqı və satqı, səhmdarların iclaslarında səsvermə). Yerdə 
qalan 50 - 60 % səhmlər üzrə vəsiyyətçilər, etimad göstərənlər məhdudiyyətlər 
qoyulurdu. 
 
Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin