Rbaycan Respublikası Təhsil Nazirliyi Az



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix04.12.2019
ölçüsü0,57 Mb.
#29793
1   2   3   4   5   6
adigozaliv abdulrahman


NƏTİCƏ VƏ TƏKLİFLƏ
Bank  sisteminin  birinci  mərhələsini  Mərkəzi  Bank  təşkil  edirsə,  ikinci 
mərhələsini  kommersiya  bankları  təşkil  edir  ki,  onlar  da  universal  və 
ixtisaslaşdırılmış banklara bölünürlər. 
Universal  banklar  -  bütün  bank  əməliyyatları  növlərini,  mülkiyyətin 
istənilən  fomasında  təsərrüfatçılıq  subyektinə  və  istənilən  sahəsinə  və  əhaliyə 
xidmət göstərilməsini həyata keçirir. 
İ
xtisaslaşdırılmış  banklar  -  bir  və  ya  çox  da  geniş  olmayan  bank 
ə
məliyyatlarını  həyata  keçirir.  Amma  müasir  bank  fəaliyyəti  getdikcə  daha 
universallaşır.  Bu,  bank  işinin  elə  inkişaf  səviyyəsi  ilə  bağlıdır  ki,  bu  zaman 
kredit, pul və hesablaşma əməliyyatları bir mərkəzdə təmərküzləşir. 
Kommersiya bankları bir çox müxtəlif funksiyalar yerinə yetirir. 
Sərbəst  pul  resurslarının  səfərbərliyə  alınması  və  təmərküzləşdirilməsi 
funksiyasını  onların  əsaslarından  birinə  aid  etmək  olar.  Bu,  kommersiya 
banklarının prioritet funksiyası və iqtisadi bazisidir. 
Kreditin  verilməsi  əhəmiyyətli  bank  funksiyasıdır.  O  ənənəvi  bank 
xidmətlərini  növünə  aid  edilir.  Bank  krediti  banklar  tərəfindən  haqqı 
ödənilməklə  müəyyən  təminatlılıq,  qaytarabilmə,  müddətlilik  və  s.  bu  kimi 
şə
rtlərlə  borc  verilən  ssuda  kapitalının  hərəkətindən  ibarətdir.  Kredit  bankların 
mənfəət əldə etmələrinin əsas mənbəyidir. 

105 
 
Müəssisələrin  fondlarının  və  xüsusi  şəxslərin  pul  gəlirlərinin  dövranı 
prosesində  müvəqqəti  azad  olan  pul  vəsaitlərinin  təkrar  bölüşdürülməsi 
funksiyası kredit verilməsi funksiyası ilə bağlıdır.  
Banklarla  yanaşı,  kommersiya  bankları  təsərrüfat  sövdələri  üzrə  pul 
hesablaşmaları və ödənişlərinin aparılması, tədavül kredit vasitələrinin buraxılışı 
funksiyalarını da yerinə yetirir. 
Kommersiya bankları bir çoxlu sayda əməliyyatlar həyata keçirirlər. Amma 
elə  əməliyyatlar  var  ki,  bank  onlarsız  mövcud  ola  və  fəaliyyət  göstərə  bilməz. 
Bunlara  depozitlərin  qəbulu,  pul  hesablamaları  və  ödənişlərin  aparılması, 
kreditlərin verilməsi aiddir. 
Kommersiya  bankının  balansı  -  mühasibat  balansıdır  və  burada  bankın 
özünün  və  cəlb  etdiyi  vəsaitlərinin,  habelə  onların  kredit  və  digər 
ə
məliyyatlarayatırılmasının vəziyyəti əks etdirilir. Kommersiya bankının balansı 
faktiki olaraq müvafiq tarixə bankın maliyyə qurumu, xarakteri, əməliyyatlarının 
strukturu  və  həcmi  barəsində  təsəvvür  yaradan  cədvəl  toplusudur.  İqtisadi 
cəhətdən  inkişaf  etmiş  ölkələrdə  bank  hesabatlarının  milli  sistemi 
formalaşmışdır.  Qeyd  etməliyəm  ki,  son  vaxtlar  kommersiya  banklarının 
balanslarının  müxtəlif  aspektlərinin  təhlilinə  maraq  xeyli  artdığı  müşahidə 
olunur. 
Kommersiya  banklarının  gəlir  mənbəyinin  əsasını  fəaliyyətinin  müxtəlif 
növlərini  təşkil  edir.  Bunlara:  kredit,  diskont,  mühafizə,  zəmanətli,  qiymətli 

106 
 
kağızlarla,  depozit  qoyuluşu  fəaliyyətləri  və  başqaları,  xərclərini  isə:  faizli 
məsrəflər, faizsiz məsrəflər və digər məsrəflər aiddir. 
Kommersiya  banklarının  gəlir  səviyyəsinin  qiymətləndirilməsinin  əsas 
üsullarına  bunları  aid  etmək  olar:  gəlir  mənbələrinin  struktur  təhlili,  amillərin 
təhlili. 
Kommersiya  bankının  gəlir  və  xərclərinin  qiymətləndirilməsinin  əsas 
üsulları kimi, gəlir və xərclərin nisbi səviyyəsini əks edən maliyyə əmsallarının 
hesablanılması da daxil etməklə struktur təhlili, gəlir və xərclərinin kəmiyyət və 
keyfiyyət baxımından qiymət verməyə imkan verir. 
Kommersiya  bankının  mənfəətinin  formalaşdırılması  kommersiya 
müəssisəsinin, əməliyyatlar çərçivəsinin, fəaliyyaətdə olası qeydiyyat sisteminin 
spesifik xüsusiyyətləri vasitəsilə müəyyən olunur. 
  
 
 

107 
 
Ə
DƏBİYYAT SİYAHISI 
 
1.
  Banklar haqqında Azərbaycan Respublikasının Qanunu. 4 mart 2005 - ci il. 
2.
  Ş. Ə. Abdullayev, R. V. Əsgərova. Bank işi. Dərslik. Çaşıoğlu. 2009. 
3.
  M. M. Bağırov. Banklar və bank əməliyyatları. Dərslik. Bakı 2003. 
4.
  Z. F. Məmmədov.  Bank fəaliyyətinin əsasları. Dərs vəsaiti. Bakı 2015. 
5.
  Azərbaycan Respublikası Mərkəzi bankının illik hesabatları. Bakı 2013. 
6.
  В. И.  Тарасов . Деньги. Кредит. Банки. Учебное пособие Минск 2005 
7.
  Банковское  лело.  Учебник.  Под.  Ред.  Профессора  О.И.  Лаврушинко 
Москва
 2013 
8.
  Банковское лело. Учебник. Под. Ред. Профессора Г.Г.Коробовой, Москва 
2009 
9.
  Ф. Г. Куликов. Деньги. Кредит. Банки. Учебник. Москва 2009. 
10.
  С.  А.  Ермаков,  Ю.  Н.  Юденков.  Основы  организации  коммерческого 
банка
. Учебник. Москва 2011. 
11.
  Sadıqov E. M. . Bank əməliyyatları. Dərs vəsaiti. Bakı 2010. 
12.
  Деньги.  Кредит.  Банки.  Учебник  Под.  Ред.  Профессора  О.И.Лаврушина 
Москва
 2008 
13.
  Усоскин  В.М.Современный  коммерческий  банк;  управление  оепрации 
Москва
 1993 
14.
 Козлова О. Л. Банковское лело. Учебник. Москва 2012. 
15.
 
 
Алькова
  Р.Г.Банковское дело. Управление в современном банке. Учебное 
пособие
. Москва 2012 
16.
  M. F. Əliyev. Bankların inkişaf istiqamətləri. Bakı 2011.
 
17.
 Aqrar kredit. Səhmdar kredit təşkilatı. İllik hesabat 2014.
 
 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin