75
3. Fəsil. Kommersiya banklarının gəlir və xərclərinin,
mənfəətinin formalaşdırılması
3.1. Kommersiya banklarının gəlirləri və xərcləri
Kommersiya banklarının gəlir mənbəyinin əsasını fəaliyyətinin müxtəlif
növləri təşkil edir. Bank fəaliyyətinin elementləri aşağıdakdardır.
-
kredit fəaliyyəti,
-
diskont-fəaliyyət,
-
mühafızə fəaliyyəti,
-
bankın zəmanətli fəaliyyəti,
-
qiymətli kağızlarla fəaliyyət,
-
əmanətçilərin tapşırğına əsasən depozit qoyuluşuna,
-
əməliyyatların icrasına əsaslanan fəaliyyət,
-
digər banklar ilə müxbir münasibətlərin şəbəkəsinin fəaliyyəti,
-
qeyri-ənənəvi bankın xidmətlər şəbəkəsinin fəaliyyəti.
Kredit fəaliyyəti iki əsas elementdən ibarətdir:
• faiz mükafatı müqabilində müştərilərə və digər kommersiya banklarına
kreditin və sərbəst resursların müvəqqəti istifadəyə verilməsi.
• kredit fəaliyyətinin ikinci hissəsi digər bankda banklararası kredit və ya
müddətli depozit forması ala bilər. Kredit fəaliyyətində gəlir faiz şəklində
çıxış edir.
76
Diskont-fəaliyyəti bank tərəfindən ödənilməmiş veksellərin, çeklərin, müəyyən
güzəştlər ilə diskontların alınması deməkdir. Diskont-fəaliyyətin müxtəlif
növlərindən biri də bankın faktorinq əməliyyatlarıdır.
Faktorinq əməliyyatları 2 növə bölünür:
• reqress hüququna malik;
• reqress hüququ olmayan.
I halda bank, borcu vaxtı-vaxtında ödəmədiyinə görə tədavülçünü cərimə edir.
II halda isə bank bu cür hüquqa malik deyil. Ona görə də, bank
faktorinq əməliyyatına dair mükafat tələb etdikdə daha böyük təhlükə
ilə qarşılaşır. Belə ki, tədarükçünün satılmış məhsulunun gəlirini azaldır
və satılmış əmtəə malının dəyəri mislində güzəşt təyin edir. Güzəştin miqdarı iki
element əsasında müəyyən olunur:
• bankın kredit ehtiyatlarından müxtəlif xassəli alqı-satqı prosesində
istifadə edilməsi;
• xidmətlərin göstərilməsinə görə komissiyon mükafatlandırma.
Bu mükafatın məbləği də öz növbəsində faktorinq əməliyyatının növləri ilə
ə
laqədar təhlükədən asılı olaraq hələ də dəqiq müəyyən olunmur.
Faktorinq əməliyyatları zamanı komissiya ehtiyatların dəyərinə görə faiz
ödənişlərinin, tələblərdən asılı faizlərin vasitəsilə müəyyən olunan diskontun
parametrlərinin əmələ gətirdiyi çətinliklər ilə qarşılaşır. Faktorinq əməliyyatlarının
(FƏ) gəliri bankın faiz mədaxilinə aiddir.
77
Mühafizə fəaliyyəti bank əməliyyatlarına uyğun olan trast (etibarlı) və agent
xidmətlərinə əsaslanır. Fəaliyyətin bu növü müştərinin əmlakının idarə edilməsinə
və bu əmlak ilə bilavasitə bağlı olan tapşırıqlar üzrə ayrı-ayrı konkret
ə
məliyyatların icrasına görə bankın gəlir mənbəyidir. Məsələn: trast müqaviləsi
ə
sasında bank müştərinin pul vəsaitinin hesablarda yerləşdirilməsi və müştərini
müəyyən gəlirlə təmin etmək vəzifəsini öhdəsinə götürür. Trast əməliyyatları
zamanı müqavilənin şərtlərinə uyğun olaraq müştərinin gəliri bankın mədaxilindən
az da ola bilər. Deməli, agent əməliyyatlarından fərqli olaraq trast xidmətlərinə
görə komissiya daha yüksək göstəricilərə malik olur. Bu xüsusiyyət trast xidmətləri
müqabilində komissiyon mükafatın quruluş tərkibini müəyyən edir. Buraya
ə
mlakın idarə olunmasına dair qiyməti təyin edilmiş mükafat və iş fəaliyyətinin
nəticəsinə görə mükafatlandırma daxildir.
Qiyımtli kağızlarla fəaliyyati - bankın qiymətli kağızlar buraxmasından,
qiymətli kağızların bazarda reallaşmasından, ikinci növ bazar sistemində digər
emitent idarələrin qiymətli kağızları ilə təşkil olunmuş əməliyyatlardan,
müəssisələrin özəlləşdirilməsi ilə əlaqədar xidmətlər şəbəkəsindən ibarətdir.
Kommersiyanm bu növündən gələn bankın gəliri şəxsi və emitent idarələrin
qiymətli kağızlarının alqı-satqının kursu üzrə fərqlər, özəlləşmə xidmətlərinin
tapşırıqları əsasında toplanılır.
Bankın zəmanətli fəaliyyati daima gəlir gətirir. Müştərilə hesablaşmaların
təşkili və kreditləin alınması üçün müxtəlif növlü zəmanətlərin verilməsi
müqabilində bank pul mükafatı ala bilər. Lakin bankın təmənnasız zəmanətli
78
fəaliyyəti də mövcuddur. Bu, müştəri bankın şəxsi imicini qoruduğu an və sərfəli
xidmətlərin icrası zamanı baş verir.
Ə
manətlərin cəlb edilməsi və əmanətçinin tapşınğına əsasən əməliyyatların
icrası ilə bağlı faaliyyət.
Fəaliyyətin bu növü gəliri növbəti üsullar vasitəsilə
almağa imkan yaradır:
• komissiyon mükafatlandırmaya əsasən:
a)hesabların açılmasma görə;
b)hesablaşmaların aparılmasına görə.
• Müəyyən dövr üçün təyin edilmiş komissiya (pul vahidi ilə)
• Dövriyyədən əldə olunan komissiya. (dövriyyəyə görə %-lə)
a) hesab üzrə əməliyyat siyahısının təqdimatı;
b)
qapalı hesablar:
с
) hesablaşma xarakterli əməliyyatlarm və ya nağd pulların
verilməsinin həyata keçirilməsi üzrə.
Bank digər bank birliklərinə verdiyi kreditlərdən nxüəyyən qədər faiz əldə
edirsə, bu zaman gəlir mənbəyi kimi müxhir münasibətləri çıxış edir. Gəlir faiz
tarifinin səviyyəsindən və köçürülmə qaydasından, kreditin verilmə müddətinin
uzadılmasından asılıdır.
Qeyri-ənənavi bank xidmətlərin gəliri lizinq, məlumat, məsləhətləşmə,
valyuta dövriyyəsi (dəyişkən), müştəriləriyə bank tədrisi xidmətlərindən toplanmış
mədaxildir. Lizinq əməliyyatlarının gəlirinə lizinq ödənişləri, faiz ödəncləri və
xidmətlərə dair mükafat daxildir.
79
Bank əmlakının reallaşması üzrə birdəfəlik sazişlər ilə əlaqddar olan
gözlənilməyən gəlirlər. Bu cür mədaxil balans qiymətləri üzərində bazar
qiymətlərinin artımı nəticəsində əmələ gəlir. Əks təqdirdə əməliyyatlar məsrəflər
ilə sıx bağlı olur. Bu da bankın bilavasitə itkilərinə səbəb olur. Beləliklə,
kommersiya banklarının gəlirinin hər bir növünü quruluşuna əsasən 3 qrupa
bölmək mümkündür:
• faiz gəliri;
• bankın xidmətləri nəticəsində komission ödəmələrdən əldə olunan gəlir;
• digər növ gəlirlər (buraya bazarda baş verən möhtəkir əməliyyatlardan əldə
olunan gəlir, satılmış əmlakın balans və bazar qiymətləri arasındakı fərq,
qiymətli kağızların və digər aktivlərin yenidən qiymətləndirilməsi, alınmış
cərimələr, şikayətlər aiddir).
Sadalanan xidmət növləri üzrə gəlirlər banka ödəmələrdəki yubanmaları, bank
risklərini ört-bastır edir, və mənfəətini yaradır. Gəlirin digər xüsusiyyətlərindən
biri onun dəyərlilik xassəsidir. Bank bazarında qiymətlər tələb və təklifin təsiri
nəticəsində müəyyənləşir. Bununla bərabər gəlirin hər bir növü spesefik cəhətləri
ilə fərqlənir.
Kredit faizi dəyərin müvəqqəti istifadəsinin özünəməxsus qiymətidir. Kredit
faizi növlərinin təsnifatı kreditin növlərinə, (kommersiya faizi, bank və istehsal
faizi) kredit idarələrinin növlərinə (milli bankın qeydiyyat faizi, bank və lombard
faizi), kreditin müddətinə (qısamüddətli kreditlər və ya pul vəsaiti bazarının tarifi,
uzunmüddətli kreditlər və ya istiqraz vərəqələrinin tarifi), kreditlərin növlərinə
80
(overdraft üzrə dövriyyə vəsaitləri vasitəsilə kredit faizləri, buraya veksellərin
uçotuna, məqsədli kreditlərə dair faizlər də aiddir), əməliyyatların növlərinə (kre-
ditlər, banklararası kreditlər, depozitlər üzrə faizlər), köçürmə üsullarına (sadə və
mürəkkəb, adi və dəqiq köçürmələr) əsaslanır.
Növündən asılı olmayaraq razılaşdırılmış kredit faizi kommersiya bankları
üçün zəruri olan kredit ehtiyatları və marjaların qiymətləri əsasında müəyyən
olunur. Bu zaman kredit ehtiyatlarının qiyməti real surətdə nəzərə alınır.
Ehtiyatların real qiymətinin bazar qiymətləri normasından kənara çıxması zəruri
ehtiyatlarının təsiri nəticəsində baş verir. Bank üçün faiz marjasının kifayət qədər
olması ümumi bank vəsait ödənişinin yubanmalarının qarşısını alır və mədaxili
artırır. Bundan başqa, razılaşdırılmış faiz inflyasiyannın və bank təhlükəsinin artım
dərəcəsini nəzərə almalıdır.
Komissiya - bank əməliyyatları xidmətlərinin mükafatlandınlmasının adıdır. O,
latınca «comissio» sözündən əmələ gəlmişdir ki, bu da tərcümədə «tapşırıq»
deməkdir. Onun miqyasının müəyyənləşdirilməsinə xidmətlərin maya dəyəri və
zəruri mənfəət daxildir. Lakin təklif və tələbdən asılı olaraq komissiya (mükafat
tarifi) maya dəyərindən yüksək və ya aşağı ola bilər. Xidmətlərin maya dəyərinə və
onun bazar qiymətləri normasından kənara çıxmasına daimi nəzarət olunmalıdır.
Bunun əsasında xidmətlərin inkişafının istiqamətləndirilməsi və xidmətlərin maya
dəyərinin azaldılmasına dair tədbirləri haqqında məsələlər öz həllini tapır.
Gəlir mənbəyi тüəууəп qədər sabit və qeyri-sabit növlərə bölünür. Müəyyən
qədər sabit gəlir mənbəyinə bank xidmətlərinin faizli və faizsiz mədaxilini aid
81
edirlər. Qeyri-sabit gəlir mənbəyinə isə qiymətli kağızların ikinci bazarında
qabaqcadan nəzərə alınmayan əməliyyatlar vasitəsilə əldə olunmuş mədaxil
daxildir. Müasir şəraitdə bir çox banklar qeyri-sabit gəlir mənbəyinə valyuta
ə
məliyyatlarının mədaxilini də aid edirlər. Bankın inkişafının arzu olunan cərəyanı
(istiqaməti) sabit gəlir mənbəyinin artımı, mədaxilin artımına qeyri-sabit gəlir
mənbəyinin təsir etməməsidir.
Kommersiya banklarının xərclərini qeydiyyat üsulları və növlərinə görə təsnif
etmək mümkündür.
Növünə görə məsrəfləri:
-faizli məsrəflər,
-faizsiz məsrəflər,
-digər məsrəflərə ayırd edilir.
Faizli məsrəflər müddətli depozitlər və əmanət qoyuluşlarından müştərilərə
ödənilmiş faizlərdən təşkil olunur. Buraya eləcə də digər bankların depozitləri,
kredit əməliyyatları, qiymətli kağızların buraxılışı da daxildir.
Faizsiz məsrəflər - bank tərəfindən qiymətli kağızlar üzrə, xarici valyuta,
kassa və hesablaşma əməliyyatlarına sərf olunan məsrəflər aiddir.
Digər məsrəflər veksel üzrə diskont əməliyyatları, vergilərin ödənilməsi, qiymətli
kağızlar bazarında spekulyativ əməliyyatların itkiləri, valyuta bazarı əməliyyatları,
bank əmlakının satışına aid ehtiyat vəsaitlərinin təşkili ilə sıx əlaqədardır.
Qeydiyyat üsuluna əsasən 1998-ci ilə qədər məsrəflərin 3 qrupu ayırd
edilirdi:
82
• bankın əməliyyat və digər məsrəfləri;
• idarəetmə aparatının təminatı üçün sərf olunan məsrəflər;
• bank tərəfindən ödənilən cərimələr..
Bankın əməliyyat və digər məsrəflərinə bank tərəfindən ödənilən vergilər,
cəlb edilmiş vəsaitlərə görə ödənilən faizlər, əsas fondların amortizasiyası, qeyri-
maddi aktivlər, icarə məsrəfləri, reklam xərcləri, hesablaşma mərkəzlərinin
xidmətlərinin ödəniş, poçt və teleqraf xərcləri, təhsil məsrəfləri, blank məsrəfləri
məlumatın maqnit daşıyıcıları, məxfi sənədlər və qeyri-maddi xüsusiyyətli
məsrəflər də aiddir. Göründüyü kimi əməliyyat məsrəfləri faizli, faizsiz və digər
məsrəflərə bölünür.
Ikinci qrupa
- idavəetmə aparatının təminatına sərf olunan xərclər aiddir.
Ə
mək haqqı, mükafat, sosial yönlü fondlara pul vəsaiti köçürmələri,
binaların,avadanlığın və yüngül nəqliyyatın təminatına sərf olunan xərclər,
mühafizə, məzuniyyət və dəftərxana məsrəfləri. Xüsusiyyətinə görə bu qrup faizsiz
məsrəflərə daxildir.
1999-cu ildən etibarən hesabların yeni planı sadalanan əməliyyat
məsrəflərinin bir neçə qrupa bölünməsini nəzərdə tutur. Bunun üçün ikinci dərəcəli
sərbəst balans hesabları açılır (tərtib olunur):
• cəlb edilmiş kreditlərin ödəniş faizləri,
• cəlb olunmuş vəsaitlər üzrə hüquqi şəxslərə ödənilən faizlər,
• depozitlər üzrə fıziki şəxslərə ödənilən faizlər,
• qiymətli kağızlar üzrə əməliyyatların məsrəfləri,
83
• xarici valyuta əməliyyatlaının məsrəfləri?
• digər xərclər.
Bebliklə, qeydiyyatın yeni sistemi kəmiyyət əlamətlərinə əsasən məsrəflərin
daha dəqiq təsnifatını təqdim edir, faizli və faizsiz məsrəfləri fərqləndirməyə imkan
verir, bank fəaliyyəti haqqında tam məlumat ilə təmin olunur.
Bəzi məsrəflər bankın xərcləri hesabına aiddir. Milli qanunauyğunluğa əsasən
bu məzuniyyət, şəxsi avtomaşınlarda xidməti səfərlər kompensasiyası, elan,
banklararası kreditin ödəniş məsrəfləridir.
«Hesabat ilinin mədaxil və itkilərinə» dair məsrəfləri qrupunu da ayırd etmək
olar: qanunsuz yeyintilər itkisi, kassa əməliyyatları üzrə çatışmayan
vəsait, saxta
pul vəsaitinin, qəpiklərin qəbulu nəticəsində yaranan itkilər. Bütün bu məsrəflər
təminatına görə bankın bilavasitə itkiləri deməkdir.
84
3.2 KOMMERSİYA BANKLARININ GƏLİR VƏ XƏRC
SƏVİYYƏSİN QİYMƏTLƏNDİRlLMƏSİ
Kommersiya bankının gəlir səviyyəsinin qiymətləndirilməsinin əsas üsulları
kimi bunları ayırd etmək mümkündür:
• gəlir mənbələrinin struktur təhlili;
• maliyyə əmsalları sisteminin təhlili;
• amillərin təhlili.
• Struktur təhlilin maqsədi - əsas gəlir mənbəyini aşkar etməkdən və onu
sabitlik nöqteyi - nəzərindən qitmətləndirməkdən, gələcəkdə də artım
perspektivlərini qoruyub saxlamaqdan ibarətdir.
Misal kimi növbəti təhlil modelini göstərək (cədvəl 3.1).
Gəlir mənbələrinin təhlili modeli. Cədvəl 3.1
Göstərici
Bank A
Bank B
2010-
cu il
2011-
ci il
2012-
ci il
2013-
cü il
2014-
cü il
2015-
ci il
I. Sabit gəlir
mənbəyi
Faizli gəlir
420
510
630
1000
1200
1300
Faizli məsrəf
50
30
500
440
510
650
Faizli marja
170
10
130
560
690
650
Faizsiz gəlir
40
45
50
120
150
195
Faizsiz məsrəf
50
60
65
140
160
190
Faizsiz gəlirin
fazisiz məsrəf
(+),
"yük"(-)
üzərində
üstünlüyü
-10
-15
-15
-20
-10
+5
85
Sabit
gəlir
mənbələrinin
cəmi
160
155
115
540
670
655
II. Qeyri-sabit
gəlir mənbələri
Bazarda
spekulyativ
ə
məliyyatlardan
alınan
gəlirlər(+),
itkilər(-)
+40
+250
+5
-16
+25
Gözlənilməyən
(qeyri-adi)
ə
məliyyatlarda
alınan
gəlirlər(+),
itkilər(-)
+25
+40
+20
-
-
-
Qeyri sabit
gəlir
mənbələrinin
cəmi
+25
+80
+270
+5
-16
+25
III.Digər
məsrəflər
Ehtiyatların
kreditlər üzrə
ödənilməsinə
köçürmələr
20
30
30
20
10
10
Vergilər
20
15
10
50
70
100
Xalis mənfəət
145
190
345
475
574
570
Cədvəl 3.1 - dən göründüyü kimi A və B banklarının gəliri əsas etibarilə
sabit gəlir mənbələrinin hesabına formalaşmışdır. Yalnız A bankı üçün 2010 - cu
il istisna şəkil almışdır. Üç il ərzində A bankının gəliri 145 milyon manatdan
345 milyon manata kimi və ya 2,4 dəfə artdığı halda B bankında bu göstərici 37
86
% - ə qədər artıma məruz qalmışdır (415 milyon manatdan 570 milyon manata
kimi). Lakin A bankının ən yaxşı nəticələrə nail olduğunu hesab etmək olmaz.
Çünki 2012 - ci ildə artım gəlirin spekulyativ mənbələri sayəsində əsas etibarilə
təmin olunmuşdur. A bankı faiz marjasının 6 - 11% - i qədər böyük "yükə"
malik olur. B bankında faizsiz gəlir ilə məsrəflər arasındakı mənfi
parçalanmanın nisbi həcmi daha az olmuş (1 - 4 % faiz marjası), 2015 - ci ildə
isə "yük" ləğv olunmuşdur.
Kommersiya bankının gəlir və məsrəflərinin qiymətləndirilməsinin əsas
üsulları kimi qeyd etdiyimiz kimi, gəlir və məsrəflərin nisbi səviyyəsini
xarakterizə edən maliyyə əmsallarının hesablanmasını da daxil etməklə struktur
təhlil, gəlir və məsrəflərin dinamikliyinin təhlili təşkil edir. Üsulların vəhdəti
bankın gəlir və məsrəflərinin kəmiyyət və keyfiyyət baxımından qiymət
verməyə icazə verir.
Bank gəlirlərinin struktur təhlilinin məqsədi isə gəlir mənbələrinin
sabitliyinin qiymətləndirilməsi və gələcəkdə qorunması üçün onların əsas
növlərinin aşkar olunmasından ibarət olur. Təhlil ötən illər ərzində əldə olunan
faktiki məlumatların əsasında aparılır. Xarici ölkələrin təcrübəsində minimum
üç il uzun müddət kimi qəbul olunur.
Birinci qrupa təbiətcə sabit olan bank xidmətlərinə görə komissiya
şə
klində çıxış edən fazili və ya faizsiz gəlir, yəni əməliyyat gəlirləri aid olur.
İ
kinci qrupa bazarda həyata keçirilən əməliyyatlardan əldə olunan gəlirlər, yəni
möhtəkir gəlirlər,
eləcə də aktivlərin yenidən qiymətləndirilməsindən əldə
87
olunan gəlirlər və birdəfəlik xarakterli nəzərdə tutulmayan gəlirlər aid olur.
Digər birdəfəlik gəlirlər qeyri - sabit olur. Bankın ümumi gəlirlərinin artım
tempinin və məbləğinin, vəsaitlərin daxil olmasının bu ikinci qrupu tərəfindən
təyin olunması arzuolunmazdır.
Bank məsrəflərinin struktur təhlili onların növlərinin, artım templərinin və
amillərinin aşkar olunması üçün həyata keçirilir.
Srtuktur təhlilin ümumi nəticələrinə əsasən bankın gəlir və məsrəflərinin
ə
sas növlərinin daha dərin tədqiqatı həyata keçirilir. Məsələn, faizli gəlirin təhlili
zamanı onun mənbələr baxımından strukturu (daxili kreditlər, banklararası
kreditlər, qiymətli kağızlar, lizinq və digər əməliyyatlar), onun həcminə verilən
kreditlərin və faiz dərəcələrinin təsiri, əməliyyatların ayrı - ayrı növləri üzrə faiz
gəlirinin nisbi səviyyəsi, faizli marjanın dinamikası tədqiq olunur. Faiz
marjasının enməsi ənənəsi bankın müflis olmasının göstəricisidir.
Faizsiz gəlirin təhlili kreditsiz xidmətlərin ayrı - ayrı növləri baxımından
onun strukturunun, bu xidmətlər bazarında bankın mövqelərinin qorunması və
möhkəmləndirilməsi ehtimalının, xidmətlərin qiyməti ilə maya dəyərinin
qarşılıqlı nisbətinin, faizsiz gəlirin elementlərinin həcminin dəyişilməsi
səbəblərinin öyrənilməsi kimi elementlərdən ibarət olur.
Xərclərin ərtaflı təhlili zamanı faizli və faizsiz məsrəflərinin qarşılıqlı
nisbətinə, bankın iş təminatının məsrəfləri ilə əlaqədar məsrəflərin payına, o
cümlədən də inzibati - təsərrüfat məsrəflərinin, riklərin ödənilməsi ilə bağlı
88
məsrəflərin payına, həmçininməsrəflərin ayrı - ayrı növlərinin həcminin
dəyişilməsi səbəblərinə xüsusi diqqət yetirilir.
Gəlir və xərclərin struktur təhlili üsullarından biri də - onların nisbi
həcmlərinin dinamikasının qiymətləndirilməsindən ibarətdir.
Məsələn,gəlirlərin
və məsrəflərin, faizli gəlirlərin, faizli məsrəflərin, faizli marjanın, fazisiz gəlirin
və məsrəfin ümumi həcminin balansının nəticəsinə faizlər ilə nisbətləri bu cür
göstərici kimi çıxış edir.
Bankın məsrəfləri və gəlirlərinin səviyyələrinin qiymətləndirilməsi üçün
npvbəti maliyyə əmsalları istifadə oluna bilər (cədvəl 3.2)
Maliyyə əmsallarının hesablanması. (Cədvəl 3.2)
Ə
msalın
№
№
№
№
Surət
Məxrəc
Dünya
bankının
mütəxəssisləri
tərəfindən
tövsiyyə olunan
normativ
səviyyə, %
1
Dövr ərzində
faiz gəliri
Gəlir gətirən
aktivlərin orta
qalığı (kreditlər,
vəsaitlərin
qiymətli
kağızlara, digər
müəssisələrə
qoyuluşu,
faktorinq,
lizinq)
Siniflər (dərəcə)
I - 4,6 %
II - 3,4 %
III - 4,0 %
IV - 3,7 %
V - 3,4 %
VI - 3,2 %
2
Dövr ərzində
faizsiz gəlir
Aktivlərin orta
qalığı
Hər bir bank
tərəfindən təyin
olunur
3
Dövr ərzində
faizsiz gəlir
Aktivlərin orta
qalığı
Hər bir bank
tərəfindən təyin
olunur
89
4
Faizsiz
gəlirlərdən
çıxılan faizsiz
məsrəflər
Faiz marjası
Sinif
I - 48 %
II - 52 %
III - 57 %
IV - 61 %
V - 64 %
VI - 67 %
5
Faiz marjası
üstəgəl faizsiz
gəlir
Aktivlərin orta
qalığı
Məlumatlar
yoxdur
6
Dövr ərzində
ödənilən
dividendlər
Qeyri-sabit
mənbələri
istisna etməklə
gəlir
Sinif
I - 32 %
II - 42 %
III - 48 %
IV - 55 %
V - 60 %
VI - 65 %
7
Ə
məyin
ödənilməsinə
dair məsrəflər
Aktivlərin orta
qalığı
2%
8
Ə
məliyyat
məsrəfləri
Aktivlərin orta
qalığı
3,5 %
Sadalanan əmsallardan savayı gəlirlilik səviyyəsi xalis spred (Əts) və
vasitəli marja (Mv) əmsalların əsasında qiymətləndirilir:
Burada:
Ə
ts - xalis spred əmsalı;
Fs - kreditlər üzrə alınan faizlər;
OQts - dövr ərzində təqdim olunan kreditlərin orta qalığı;
Fdö - depozitlər üzrə ödənilən faizlər;
OQde - dövr ərzində depozit ehtiyyatlarının orta qalığıdır;
Ə
ts = (Fs x 100 : OQts) - (Fdö x 100 :
OQde)
90
Ə
ts - nin normativ səviyyəsi 1,25 % - ə bərabərdir.
Burada:
Mv - vasitəli marja əmsalı;
Fb - bank tərəfindən alınan faizlər;
Ka(ə) - alınan komissiya (əlaqəli);
OQgga - gəlir gətirən aktivlərin orta qalığı;
Fbö - bank tərəfindən ödənilən faizlər;
OQbö - bank öhdəliklərinin orta qalığıdır;
Mv - nin normativ səviyyəsi 6,5 % - ə bərabərdir.
14.1. cədvəlindən ilk əmsal dünya təcrübəsində faizli gəlirin təhlili zamanı
bankların 3 - 4 % mislinə spred marjaya istiqamətləndiyini göstərir. Dördüncü
ə
msalı isə bankları onların gəlirinin təxminən 30 % - nin faizsiz gəlir hesabına
formalaşmasına doğru istiqamətləndirir. Faizsiz gəlir hesabına formalaşan
gəlirin hissəsi nə qədər böyükdürsə, bankın da reytinqi (sinfi) bir o qədər
aşağıdır. Bu proses, bankın ənənəvi kredit xidmətləri bazarında dar çərçivəsi
haqqında şəhadətlik edir.
Bankın gəlirlik səviyyəsinin qiymətləndirilməsi bank risklərinin müxtəlif
növləri ilə əlaqədar "böhranlı göstəricilərin" izlənməsinə əsaslana bilər. Çünki
risklərin reallaşması bankın təmiz gəlirlərinin ixtisara düşməsinə səbəb olan
bankın bilavasitə itkilərində ifadə olunur. Böhranlı göstəricilər balanssız satışın
risk amilləri, kredir, faiz, və əməliyyat riskləri ilə əlaqədar olur və bankın idarə
olunmasının müxtəlif səviyyələrinə aid ola bilər: ümumilikdə bank, bank
bölmələri (maliyyə məsuliyyəti mərkəzləri - MMM), bank məhsulları.
Mv =[ (Fb + Ka (ə)) x 100 : OQgga] - (Fbö x 100 :
OQbö)
91
Bank tərəfindən gəlirliliyin itirilməsinin böhranlı göstəriciləri 3.3. cədvəldə
verilmişdir.
Bank tərəfindən gəlirliliyin itirilməsinin böhranlı göstəriciləri (Cədvəl 3.3)
Bankın
idarə
olunması
səviyyəsi
Bank tərəfindən gəlirliliyin itirilməsi göstəriciləri
Kompleksli
böhranlı
göstəricilər
Balanssız
likvidlik
riski
Kredit riski
Faiz riski
Ə
məliyyat
riski
Ümumili
kdə bank
İş
ləməyən
aktivlərin
ödənilməsi
üçün
ödənişli
ehtiyatlard
an istifadə.
Daha
bahalı
sabit və
uzunmüdd
ə
tli
ehtiyatları
n hesabına
yüksək
yüksək
likvidlik
qabiliyyətl
i aktivlərin
formalaşm
ası
Kredit
portfelinin
ayrı-ayrı
seqmentlərin
in yüksək
payı.
Kredit
portfelinin
aqreqasiyalı
keyfiyyət
göstəricisini
n pisləşməsi.
Vaxtı
uzadılmış
kreditlərin
və faizli
ödənişlərin
payı və
müddətinin
artımı.
Kredit
qabiliyyəti
olmayan
borclu
şə
xslərin
payının
artımı.
Kredit
sövdələşməsi
riskinin
Faizli
marja
ə
msalının
enmə
ə
nənəsi.
Spredin
enmə
ə
nənəsi.
Faktiki
faizli
marjanın
kafi
marjanın
səviyyəsin
dən aşağı
düşməsi.
Hesabat və
ya
planlaşdırıl
an dövrdə
toplanan
sıfra
bərabər
gepin
yoxuğu.
Gep
ə
msallarını
n
pisləşməsi
"Yükün"
artımı.
Faiz
marjasının
yük
və
vergilər
tərəfindən
udulması.
"Aktivlərə
dair gəlir"
(G:A) və
"aktivlərə
vergi
qoyuluşun
aqədər
gəlir"
ə
msalları
arasındakı
fərqin
artımı
Gəlirlik
və
mənfəətlilik
ə
msallarının
azalması.
Gəlirlik
və
mənfəətlilik
ə
msallarının
fəaliyyət
planda
müəyyən
olunan bank
standartlarına
uyğunsuzluğ
u.
92
qiymətləndir
ilməsi
standartlarını
n yoxuğu
Maliyyə
hesabatı
mərkəzlər
i (MMM)
Aşağı
likvidlik
qabiliyyətl
i aktivlərin
varlığı
MMM
müştərilərini
n
kredit
qabiliyyətini
n
aşağı
səviyyəsi
Fəal
ə
məliyyatl
ar üzrə faiz
dərəcəsinin
azalması
və ya onun
passiv
ə
məliyyatl
ar
üzrə
artımı
ə
nənəsi
Passiv və
aktiv
ə
məliyyatl
ar,
faiz
komissiya
səviyyəsi
haqqında
qərarların
qəbul
olunması
proseduru
nun
keyfiyyəti
MMM və
ya
onun
enməsinin
mənfi
maliyyə
nəticəsi
Bank
məhsulu
.bank
məhsuluna
dair
tələbatın
azalması
Bank
məhsullarını
n alıcılarının
aşağı kredit
almaq
və
tədiyyə
qabiliyyəti.
Müştəri
tərəfindən
bank
məhsulunun
istifadəsi ilə
bağlı işgüzar
risk
Müqavilə
faizinin
formalaşm
ası
Məhsulun
yaranması
texnologiy
-asının
keyfiyyəti.
Bank
məhsulları
na
dair
qiymətləri
n
formalaşm
ası
ilə
bağlı
iqtisadi
ə
sasların
yoxluğu
Məhsulun
özünüdəy
ə
r-indən
aşağı gəlir
Dostları ilə paylaş: |