İ n t e r n e t d ə
www.azeriart.net
Xeyriyyəçi
293
Musiqi.Opera.Balet
100
illiyi
AĞASI MƏŞƏDİBƏYOV
1912- 1984
2012
Ağası Məşədibəyov Abutalıb oğlu
1912-ci ildə anadan olub. Bir çox görkəmli
sənətkarlar kimi, Məşədibəyov da ya-
radıcılığa musiqimizin korifeyi Üzeyir
Hacıbəylinin xeyir-duası ilə başlamışdır.
1935-ci ildə təhsilini müvəffəqiyyətlə
bitirən Ağası Üzeyir bəyin təklifi ilə
məktəbin notlu xalq çalğı alətləri orkest-
rinin dirijoru və xalq musiqisi şöbəsinin
müdiri vəzifələrini daşımışdır.
Tələbə ikən o, Radio Verilişləri
Komitəsi nəzdində fəaliyyət göstərən
xalq çalğı alətləri orkestrində ikinci tarçı-
lar qrupunun konsertmeysteri kimi çalış-
mışdır. Həm müəllim, həm də orkestrdə
konsertmeyster olan A. Məşədibəyovun
musiqiçi kadrların meydana gəlməsində
rolu az deyildi.
Böyük Vətən müharibəsi illərində
A.Məşədibəyov konsert briqadaları ilə
cəbhədə tez- tez çıxış etmiş, döyüşçüləri
qələbələrə ruhlandırmışdır. Müharibədən
sonrakı illərdə A. Məşədibəyov Gəncə
Dövlət Filarmoniyasının bədii rəhbəri,
sonra Şəki Musiqili-Dram Teatrının mu-
siqi hissə müdiri işləmişdir. Şəki teat-
rında çalışdığı dövrlərdə Azərbaycan
bəstəkarlarının bir neçə səhnə əsərini: Z.
Hacıbəyovun “ Aşıq Qərib” operasını, S.
Rüstəmovun “ Beş manatlıq gəlin”, “Dur-
na”, F. Əmirovun “Gözün aydın” musiqili
komediyalarını tamaşaya hazırlamış, eyni
zamanda dram tamaşalarına musiqi yaz-
mışdır.
A.Məşədibəyov 1939-cu ildə açılmış
Azərbaycan Dövlət Musiqili Komediya
Teatrının təşkilində bilavasitə yaxından
iştirak etmiş, burada əvvəl tarzən-solist,
sonra isə ikinci dirijor kimi işləmişdir.
Səmərəli fəaliyyətin nəticəsidir ki, o,
“Toy kimindir? “ adlı musiqili komediya-
sını məhz bu teatr üçün yazmışdır. “Toy
kimindir?” əsəri dövrünün populyar səhnə
əsərlərindən idi. Görkəmli dramaturq
Məhərrəm Əlizadənin librettosu əsasında
yazılmış bu musiqili əsər rəngarəng ob-
razlar qalereyasını özündə təcəssüm etdir-
mişdir.
A.Məşədibəyov demək olar ki, 40-
cı illərin əvvəllərindən mahnı janrın-
da müxtəlif səpgili mahnılar yazmışdır.
“Azərbaycanı sevdim”, “Üç gül”, “Bakı”,
“Hardasan?”, “Doymur ürək” mahnıla-
rı dinləyicilərin dərin məhəbbətini qa-
zanmışdır. Onun 50-dən çox mahnısını
respublikanın tanınmış müğənniləri ifa
etmişlər. Bu müğənnilər əksər hallar-
da A. Məşədibəyovun rəhbərlik etdiyi
“Azərbaycan təranələri” xalq çalğı alətləri
ansamblının müşayiəti ilə səhnəyə və efirə
çıxmışlar.
Bu ansambl 1953-cü ildə məşhur xanən
dəmiz Həqiqət Rzayevanın təşəbbüsü ilə
təşkil olunmuşdur. A. Məşədibəyov da bu
ansambla 1975-1979- cu illərdə rəhbərlik
etmişdir.
Ağası Məşədibəyov Abutalıb oğlu
yetmiş üç il həyat sürmüş sənətkar öm-
rünün yarım əsrə bərabər dövrünü musi-
qi sənətinə həsr etmişdir. Bu illər ərzində
o, xalq sənəti ənənələrinə əsaslanan pro-
fessional musiqini (muğam, təsnif, rəng)
Azərbaycanın müxtəlif guşələrində, keç-
miş müttəfiq respublikaların şəhər və ra-
yonlarında təbliğ etmiş, “ Toy kimindir?”
musiqili komediyasını, “Bayram” süitası-
nı, “Şur ” və “Çahargah” muğamı möv-
zularında süitalar , “Rəqs fantaziyası”nı,
ürəyəyatan bir çox mahnılar bəstələmiş,
eyni zamanda müəllim-pedaqoq kimi
xanəndə və instrumentalçı-sazəndələr ye-
tişdirmişdir.
Ə d ə b i y y a t
Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyəti A.A.
Məşədibəyov yoldaşın
Azərbaycan SSR Ali Soveti
Rəyasət heyətinin Fəxri
Fərmanı ilə təltif edilməsi
haqqında Azərbaycan
SSR Ali Soveti Rəyasət
heyətinin fərmanı [Mətn]
// Ədəbiyyat və incəsənət,
1982.- 15 yanvar.- S.2.
Ağası Məşədibəyov [Mətn]
//Muğam ensiklopediya-
sı /baş red. M.Əliyeva;
Heydər Əliyev Fondu.-
Bakı: 2008.- S.215
Ağası Məşədibəyov [Mətn]
//Üzeyir Hacıbəyov ensik-
lopediyası.- Bakı: Şərq-
Qərb, 2007.- S. 149.
Tarzən
294
Teatr. Kino.Estrada.Sirk
120
illiyi
ƏZİZƏ MƏMƏDOVA
1892-1961
2012
Əzizə Əbdülbaği qızı Məmmədova
1892-ci ildə Tiflisdə doğulub. Atası
Əbdübağı Zülalov dövrünün tanınmış
xanəndəsi idi. Atasından ilk musiqi
təhsili alan Əzizə uşaq yaşlarından
yaxşı qarmon çalmağı öyrənib. Həddi-
büluğa çatmamış, atası onu Şəkili Sal-
mana ərə verib. 1908-ci ildə əri vəfat
edən Əzizə Məmmədova körpə qızı,
gələcəyin xalq aktrisası olan Sona Ha-
cıyeva ilə Tiflisə, atası evinə qayıdıb.
Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabad-
da yaşayıblar və 1919-cu ildə Bakıya
köçüblər.
Musiqiyə, incəsənətə coşğun ma-
raq göstərən Əzizə xanım tanışları
vasitəsilə əvvəl Əbilov adına, qısa
müddət sonra isə qadınlardan ibarət
Əli Bayramov adına klublarda fəal
üzvlərdən biri olub. 1921-ci ilin payı-
zında Bakı Türk Azad Tənqid və Təbliğ
Teatrı təşkil olunanda onun yaradıcı-
larından Mirzağa Əliyev və Hacıağa
Abbasov müəyyən səhnə təcrübəsi
toplayan Əzizə Məmmədovanı bura-
ya aktrisa dəvət ediblər. 1923-cü ildə
Akademik Milli Dram Teatrına dəvət
alan sənətkar üç ilə qədər hər iki sənət
ocağında işləyib. 1925-ci ilin axırların-
da isə yalnız Akademik teatrda çalışıb
və 1930-cu illərdə qısa müddət yenə
Türk İşçi Teatrında (əvvəlki Tənqid və
Təbliğ Teatrı) oynayıb. Bakı Türk İşçi
Teatrında Anatoli Qlebovun “İncə”
(Zeynəb Əkrəmzadə), Hacıbaba
Nəzərli və Süleyman Rüstəmin “Yan-
ğın” (İncə qarı), Süleyman Rüstəmin
“Qana qan” (Səkinə), Vladimir Kirşo-
nun “Küləklər şəhəri” (Qadın) tamaşa-
larında oynayıb. Akademik Milli Dram
Teatrında oynadığı əsas rollar bunlar-
dır: Tükəzban (“Vaqif”, Səməd Vur-
ğun), Sonanın anası, Pəri xanım (“Hacı
Qara” və “Lənkəran xanının vəziri”,
Mirzə Fətəli Axundzadə), Cəfər Cab-
barlının dramlarında Gülsüm (“1905-
ci ildə”), Fatmanisə və Xanımnaz
(“Almaz”), Şərəbanı (“Yaşar”), Gülgəz
(“Oqtay Eloğlu”), Güllü (“Qardaşlar”,
Rəsul Rza), Sədaqət xala (“Yadigar”,
İslam Səfərli), Lətifə (“İldırım”, Cab-
bar Məcnunbəyov), Atlasın anası
(“Həyat”, Mirzə İbrahimov), Luka
Lukiçin arvadı (“Müfəttiş”, Nikolay
Qoqol), Marfa (“Özgə uşağı”, Vasili
Şkvarkin), Anna İvanovna (“Prokuro-
run qızı”, Yuri Yanovski), Terentyevna
(“Dubrovski”, Aleksandr Puşkin), To-
karçuk (“İntervensiya”, Lev Slavin),
Zalxa (“Toy”, Sabit Rəhman). Əzizə
Məmmədova
“Azərbaycanfilm”də
istehsal olunan “Almaz”, “İsmət”,
“Hacı Qara”, “Görüş”, “Yeni hori-
zont”, “Səhər” filmlərində müxtəlif
epizod rollara çəkilib. Tamaşaçıların
sevimlisi olan aktrisa teatr sənətində
göstərdiyi xidmətlərə görə 1 fevral
1936-cı ildə Azərbaycan Respublika-
sının Əməkdar artisti fəxri adı ilə təltif
olunub.
Əzizə Məmmədova 14 avqust
1961-ci ildə Bakıda vəfat edib.
Ə d ə b i y y a t
Əzizə Məmmədova [Mətn] //
Azərbaycan qadını ensiklo-
pediyası.- Bakı: Azərbaycan
Milli Ensiklopediyası poliq-
rafiya birliyi, 2002.- 102 s.
İsmayılova, A. Azərbaycan
qadınları səhnədə [Mətn]
/A.İsmayılova.- Bakı : İşıq.-
1977.- 164 s.
İ n t e r n e t d ə
http://az.wikipedia.org
www.gender-az.org
www.adam.az
Aktrisa
295
Teatr. Kino.Estrada.Sirk
125
illiyi
CAMO HACINSKİ
1887-1942
2012
Camo bəy Hacınski 1887-ci ildə
Qubada anadan olub. O, ictimai-siyasi
xadim, publisist, teatr tənqidçisi,
sənətşünas Mehdi bəy Hacınskinin
qardaşıdır.
Camo bəy Peterburq Universite-
tinin hüquq fakültəsini bitirib
(1912), 1907-1915-ci illərdə “Kas-
pi” qəzetinin müxbiri və əməkdaşı
olub. 1915-1917-ci illərdə Batum
vilayətində və Dənizkarı rayonda Bi-
rinci dünya müharibəsi dövründə zərər
çəkənlərə yardım edən müsəlman qaç-
qın komitəsinin müvəkkili işləyib.
“Nicat” mədəni-maarif cəmiyyətinin
işində iştirak etmiş, Müsəlman dram
cəmiyyətinin (1916) və Azərbaycan
arxeoloji cəmiyyətinin (1917) yaradı-
cılarından olub. 1917-ci ilin iyulunda
Cənubi Qafqaz kəndli deputatları şu-
rası icraiyyə komitəsi sədrinin müavi-
ni seçilmiş, oradan nümayəndə kimi
Rusiya Müəssislər Məclisinə seçkilər
üzrə Cənubi Qafqaz mərkəzi komissi-
yasının sədri vəzifəsinə təyin edilib.
Zaqafqaziya seyminin Müsəlman
fraksiyasının, seym buraxıldıqdan
sonra (1918, 26 may) isə yeni ya-
radılmış Azərbaycan Milli Şurası-
nın (1918, 27 may) üzvü Camo Ha-
cınski Milli Şuranın Azərbaycan
İstiqlal Bəyannaməsini qəbul edən
26 üzvündən biri olub. Camo bəy
Azərbaycan Xalq Cümhuriyyətinin
birinci Hökumət kabinəsində dövlət
nəzarətçisi vəzifəsini icra edib, 4-cü və
5-ci hökumət kabinələrində (1919 ap-
rel, 1920 mart) Poçt və teleqraf naziri
vəzifəsində çalışıb. Onun respublika-
da rabitə sahəsinin inkişafında xüsusi
xidmətləri olub.
Hacınski “Türk yurdu” cəmiyyətində
Azərbaycan incəsənətindən mühazirə-
lər oxumaqla bərabər Azərbaycan və
rus mətbuatında “Qubalı” imzası ilə
də çıxış edib. Üzeyir Hacıbəylinin
əsərlərinin tamaşaları, həmçinin Nəcəf
bəy Vəzirov və b. haqqında məqalə və
resenziyalar yazıb, “Milli nəğmələr”
kitabçalarında (1919-1920) şeirləri
dərc olunub.
Camo bəy aprel işğalından (1920)
sonra Xalq Ədliyyə Komissarlığında
İnzibati-Maliyyə şöbəsinin rəisi təyin
olunub. Eyni zamanda mədəniyyət və
maarif sahəsində fəaliyyətini davam
etdirib.
O, Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin işində iştirak etməklə,
qədim
mədəniyyət
abidələrinin
mühafizəsi məsələləri ilə də məşğul
olub. 1922-ci il aprelin 21-də həbsə
alınan Camo Hacınski 3 il məhbəsdə
saxlanıldıqdan sonra Solovki (Ru-
siya, Arxangelsk) həbs düşərgəsinə
göndərilir. 1928-ci ilin iyununda azad
edilərək Bakıya qayıdır.
1937-ci ilədək Kənd Təsərrüfatı
Kooperasiyası İttifaqında, Azərittifaq
sistemində, Sənaye Kooperasiyasında
məsul işlərdə çalışan, ictimai-siyasi
xadimi, teatrşünas, teatr tənqidçisi,
Camo bəy Hacınski 1938-ci il no-
yabrın 24-də yenidən həbs edilərək
sürgün olunub. O, 1942-ci ildə Kirov
vilayətinin Vyatna həbs düşərgəsində
vəfat edib. Ona 1956-cı il iyunun 13-
də SSRİ Ali Məhkəməsinin hərbi kol-
legiyası tərəfindən bəraət verilib.
Ə d ə b i y y a t
Camo bəy Hacınski
[Mətn] //Azərbaycan Xalq
Cümhuriyyəti Ensiklopedi-
yası: 2 cilddə.- Bakı : Lider,
2004.- I cild.- S.410 .
Camo bəy Hacınski [Mətn]
//Azərbaycan Sovet Ensiklo-
pediyası: 10 cilddə. - Bakı ,
1987.- X cild.- S. 156.
Əliyev, M. Azərbaycan
Demokratik Respublika-
sı [Mətn]: Azərbaycan
Hökuməti : (1918-1920)
/M.Əliyev.- Bakı , 1990.-
54 s.
Teatrşünas
296
130
illiyi
MİRMAHMUD KAZIMOVSKİ
1882-1940
2012
Mirmahmud Mirələkbər oğlu Ka-
zımovski 1882-ci ildə Bakıda anadan
olmuşdur. Atası Mirələkbər kişinin
ən böyük arzusu oğlunu oxutmaq,
ona savad, təhsil vermək idi. İlk
təhsil illərini Hüseyn Ərəblinski ilə
birlikdə alan Mirmahmud sonralar
böyük aktyorla möhkəm dost ol-
muşdur. Hələ məktəbdə oxuyarkən
onlar dram dərnəklərində fəaliyyət
göstərmiş, bir sıra epizodik rollarda
çıxış etmişlər. Sonralar M.Kazımovski
peşəkar artist kimi tanınmağa başladı.
O, Qoqolun “Müfəttiş”ində Filippo-
viç, Nəcəf bəy Vəzirovun “Pəhləvani
zəmanə” əsərində Cahangir bəy,
Şəmsəddin Saminin “Gavə” əsərində
zabit və kəndli rollarında, “Müsibəti-
Fəxrəddin” əsərində Əhməd rolunda
müvəffəqiyyətlə çıxış etmişdir. Eyni
zamanda M. Kazımovski bir sıra Qərbi
Avropa dramaturqlarının əsərlərində
uğurla çıxış etmişdir. Bu əsərlərin
içərisində Uilyam Şekspirin “Otello”
faciəsi xüsusi yer tuturdu.
Azərbaycan teatr tarixində
görkəmli yer tutan səhnə xadim-
lərimizdən biri də Mirmahmud Ka-
zımovskidir. 1897-ci ildə səhnəyə
qədəm qoymuş M.Kazımovskinin
Azərbaycan teatrının inkişafında bö-
yük xidməti olmuşdur. M.Kazımovski
istedadlı artist olmaqla yanaşı, həm
də qayğıkeş müəllim, dramaturq, re-
jissor olmuşdur. O, 1906-cı ildə ya-
radılmış Bakı Müsəlman teatrının ilk
üzvlərindən biri və təşkilatçısı olmuş-
dur. Azərbaycanda qadınlardan ibarət
aktyor heyəti olmadığı bir zamanda
Kazımovski qadın rollarında çıxış et-
mişdir. O, həm də bir sıra birpərdəli
pyeslərin, vodevillərin və musiqili ko-
mediyaların müəllifi olmuşdur.
M. Kazımovski təkcə aktyor de-
yildi, o, həm də ədəbi yaradıcılıqla
məşğul olurdu. Müəllimlik edir, xalqın
maariflənməsi yolunda əlindən gələni
əsirgəmirdi. Böyük maarifpərvər
Həsən bəy Zərdabi ilə çiyin-çiyinə
çalışan M. Kazımovski Həsən bəy
Zərdabinin ölümündən sonra da onun
ideyalarını təbliğ etmişdir.
M.Kazımovskinin pedoqoji fəaliy
yətinə Həsən bəy Zərdabinin böyük
təsiri olmuşdur. O, bir müddət rus dili,
rəsm, nəğmə, hesab dərsləri deməklə
yanaşı, həm də məktəblərdə idman
dərsi aparmışdır. Onu da qeyd etmək
lazımdır ki, Azərbaycanda idmana aid
ilk dərsliyin müəllifi də Mirmahmud
Kazımovski olmuşdur. Orta məktəb
dərsliyi həcmində yazılmış bu kita-
bın 200-ə yaxın şəkli vardır. Maraqlı
burasıdır ki, müəllif çapa hazırladığı
dərsliyin şəkillərini də özü çəkmişdi.
1938-ci ildə Azərbaycanın əməkdar
artisti adı alıb.
Bütün həyatını Azərbaycan teatrı-
nın tərəqqisinə, xalqın mədəniyyət və
maarifi uğrunda mübarizəyə həsr et-
miş M.Kazımovski 1940-cı il dekab-
rın 1-də Bakıda vəfat etdi.
Ə d ə b i y y a t
Molla Cəbi [Mətn] /Mir-
mahmud Kazımovski .- Bakı
, 1912.
Nə qanır, nə qandırır [Mətn]
: [məzhəkə, bir pərdədə] /
Mirmahmud Kazımovski.-
Bakı , 1911.- 40 s.
Vurhavur [Mətn] : [operet-
ta] /Mirmahmud Kazımovs-
ki.- Bakı , 1915.- 66 s.
Mehdixanlı, T. İşıqla qaran-
lıq arasında [Mətn] : [re-
jissor, dramaturq, Əməkdar
artist Mirmahmud Kazı-
movski haqqında] /Telman
Mehdixanlı // Azərbaycan.-
2005.- 4 dekabr.- S.3.
İ n t e r n e t d ə
az.wikipedia.org
Aktyor
Teatr. Kino.Estrada.Sirk
297
100
illiyi
MÜNƏVVƏR KƏLƏNTƏRLİ
1912-1962
2012
Münəvvər Səməd qızı Kələntərli
1912-ci ildə Lənkəran şəhərində ana-
dan olmuşdur. Münəvvər Kələntərli
Azərbaycan musiqi mədəniyyətinin
görkəmli nümayəndələrindən bri ol-
muş, əvvəllər milli opera tamaşaların-
da, sonralar musiqili komediya janrın-
da çıxış etmişdir.
1933-cü ildə M.Maqomayevin
dəvəti ilə teatra işləməyə gəlmiş,
Ü.Hacıbəyovun opera və musiqili
komediyalarında Leyli, Əsli, Sənəm
(“Leyli və Məcnun”, “Əsli və Kərəm”,
“O olmasın, bu olsun”) obrazları-
nı yaratmış, F.Əmirovun “Gözün
aydın”ında (Gövhər), S.Əsgərovun
“Ulduz”unda (Tamam), T.Quliyevin
“Qızılaxtaranlar”ında
(Xədicə),
S.Rüstəmovun “Durna”sında (Nisə),
A.Rzayevin “Hacı Kərimin aya
səyahəti”ndə (Kəblə Fatma) və başqa
tamaşalarda çıxış etmişdir.
Münəvvər xanım Azərbaycan kino-
sunda “Görüş”, “Qızmar günəş altın-
da”, “O olmasın, bu olsun”, “Bəxtiyar”
filmlərində parlaq, unudulmaz obraz-
lar yaratmışdır.
1946-cı ildə Dövlət Mükafatı-
na layiq görülmüşdür. 1959-cu ildə
Azərbaycan Respublikasının Əməkdar
artisti adını almışdır.
M.Kələntərli 1962-ci ildə Bakı
şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Münəvvər Kələntərli [Mətn]
//Qadınlar Azərbaycan
musiqi həyatında.- Bakı:
Oka-Ofset, 2004.- S.115
Aktrisa
Teatr. Kino.Estrada.Sirk
298
Rəssamlıq. Heykəltəraşlıq.Arxitektura
800
illiyi
ƏCƏMİ NAXÇIVANİ
XII ƏSR
2012
Böyük memar Əcəmi Əbubəkr oğlu
Naxçıvani XII əsrin 20-ci illərində Nax-
çıvanda anadan olmuş, orada yaşamış
və yaratmışdır. Orta əsr Azərbaycan
memarlığının inkişafında dərin və
silinməz iz buraxmış Əcəmi Naxçı-
vani, Naxçıvan memarlıq məktəbinin
banisi olmuşdur. Əcəmi Naxçıvani-
nin yaradıcılığında görkəmli yer tutan
xüsusiyyətlərdən biri, onun memar-
lıq üslubunda və kompozisiyalarında
xatirə abidələrinə xas olan cəhətlərin
üstünlüyüdür.
Əcəminin məlum olan ilk əsəri
xalq arasında “Atababa günbəzi” adı
ilə məş-hur olan 800 yaşlı Yusif Küse-
yir oğlu türbəsidir. Bu türbə Naxçıvan
şəhərinin mərkəzi hissəsində yerləşir.
Abidə yeraltı sərdabədən və yerüstü
qülləvari hissədən ibarətdir. Bu abidədə
bədiiliklə memarlığın tektonikası
ahəngdar şəkildə birləşmişdir. Əcəmi
Əbubəkr oğlunun ikinci əsəri Möminə
xatun türbəsidir. Abidənin üzərindəki
kitabədən türbənin 1186-cı ildə Atabəy
Eldəgizin oğlu Məhəmməd Cahan
Pəhləvanın arvadı Möminə xatunun
şərəfinə tikildiyi məlum olur. Möminə
xatun türbəsi monumental abidədir.
Möminə xatun qülləvari türbələrin
ən görkəmli bir nümunəsidir. Abidə
yeraltı hissədən və yerüstü qurğudan
ibarətdir. Yeraltı sərdabə hissəsi onbu-
caqlıdır. Möminə xatun türbəsinin əsas
hissəsini təşkil edən yerüstü abidə 10
guşəli, daxildən isə dairəvidir. Bundan
başqa o, qoşa minarəli baştağ kompo-
zisiyası şəklində qurğunu (1187), Bö-
yük Cümə məscidini və mənbələrdə
“darülmülk” adlandırılan Eldəgizlər
sarayını yaratmışdır.
Əcəmi yaradıcılığını Azərbaycan
və Yaxın Şərq ölkələri memarlığına
böyük təsiri olmuşdur. Marağadakı
Göy Günbəz (1196), Naxçıvan yaxın-
lığındakı Gülüstan türbəsi (XIII əsr),
türk memarı Sinanın (XVI əsr) İstan-
bulda tikdiyi türbələr buna misaldır.
Əcəmi yaradıcılığı XII əsr Azərbaycan
mədəniyyəti və ictimai fikrindəki inti-
bahın parlaq təzahürlərindəndir.
Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
ölüm tarixi təxminən XII əsrin sonla-
rına təsadüf edir.
Ə d ə b i y y a t
Ayxan. Naxçıvan abidələri
[Mətn] /Ayxan // Express.-
2006.- 16 avqust.- S.13.
Əliyev, Q. Memar Əcəmi
Naxçıvani yaradıcılığın-
da ahəngdarlıq [Mətn]
/Q.Əliyev .- Bakı, 2007.-
159 s.
Yılmaz, R. Tariximizdə iz
qoyanlar [Mətn] /Reha
Yılmaz.- Bakı : Xəzər MMC,
2008.- 201 s.
Саламзаде, А. Аджеми
сын Абубекра Нахичевани
[Текст] / А.Саламзаде . -
Баку, 1976.
Memar
299
Folklor
135
illiyi
AŞIQ TALIB
1877-1979
2012
Aşıq Ələsgərin kiçik oğlu Aşıq
Talıb 1877-ci ildə Göyçə mahalının
Ağkilsə kəndində anadan olub. Aşıq
sənətinə atasının yanında yiyələnən
Aşıq Talıb yazı-pozu bilməsə də,
yaxşı hafizəsi sayəsində Qurbanidən
başlayaraq dövrünə qədərki məşhur
aşıqların yaradıcılığını, xalq dastanla-
rını mükəmməl mənimsəyə bilmişdir.
Gözəl təbə malik olan Aşıq Talıb aşıq
şeirinin müxtəlif şəkillərində şeirlər
qoşub.
Aşığın “Ayın qızı”, “Başına dön-
düyüm”, “Gülə-gülə”, “Xoş gəlib”
qoşmaları, “Bu dağlarda”, “Üstündən”
gəraylısı, “Sən də yan”, “Ay ağası-
na” təcnisləri, “Durur”, “Mənim”
divaniləri, “Dolanır”, “Gormüşəm”
müxəmməsləri daha məşhurdur.
Aşıq Ələsgərin ədəbi irsinin üzə
çıxmasında Aşıq Talıbın xidmətləri
əvəzsizdir. Aşıq 1979-cu il may ayının
21-də 102 yaşında vəfat edib. Aşığı
atasının yanında dəfn ediblər.
Ə d ə b i y y a t
Sazlı-sözlü Göyçə [Mətn] /topl. və tərt. ed. İslam Ələsgər.- Bakı : Azərnəşr, 1999.-
288 s.
Əhmədov, T. XX əsr Azərbaycan yazıçıları [Mətn] /T.Əhmədov.- Bakı : Nurlar,
2004.- 984 s.
İsmayıl, M. El aşığı [Mətn] : [Aşıq Talıb haqqında] /M.İsmayıl //Ədəbiyyat və
incəsənət.- 1986.- 29 avqust.- S.8.
Nəbioğlu, M. Ozan-aşıq dünyası [Mətn] : [haqqa qovuşan aşıqlarımız]
/M.Nəbioğlu.- Bakı: Nurlan, 2010.-144 s.
Aşıq
300
Kitabxana işi. Kitabxanaşünaslıq
65 illiyi
Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq-informasiya fakültəsi
1947
2012
Azərbaycan təhsil sisteminin, mil-
li mədəniyyətimizin formalaşmasın-
da müxtəlif elm sahələri üzrə tədqiqat
işlərinin aparılmasında, Bakı Dövlət Uni-
versitetinin müstəsna xidmətləri olmuş-
dur.
BDU-nin fakültələrindən biri də
Kitabxanaçılıq-informasiya fakültəsidir.
Azərbaycanda ali kitabxanaçılıq təhsilinin
əsası 1947-1948-ci tədris illərində BDU-
nun Filologiya fakültəsinin nəzdində qo-
yulmuşdur.
Həmin tədris ilində Filologi-
ya fakültəsinin yanında Kitabxana-
çılıq şöbəsi təşkil olunmuşdur. Birinci
il şöbəyə 20 tələbə qəbul edilmişdir.
Şöbənin ilk ixtisas müəllimləri Xalq ya-
zıçısı S. Rəhimov, Ə. Qəhrəmanov, H.
Tağıyev və M. Səmədova olmuşdur.
1955-ci ildə şöbədə qiyabi Azərbaycan
bölməsi, 1959-cu ildə isə qiyabi rus
bölməsi açılmışdır.
1958-ci ildə Kitabxanaçılıq şöbəsi
Şərqşünaslıq fakültəsinin tərkibinə daxil
edilmişdir. 1962-ci il avqust ayında Bakı
Dövlət Universitetində müstəqil Kitab-
xanaçılıq fakültəsinin təşkil olunması
haqqında qərar qəbul edilmişdir.
1962-ci ildən bu günə kimi Kitab-
xanaçılıq- informasiya fakültəsinə üç
dekan başçılıq etmişdir: Əməkdar elm
xadimi, tarix elmləri doktoru, professor
Abuzər Alı oğlu Xələfov (1962-1970;
1979-1993- cü illər); Azərbaycan Res-
publikasının Əməkdar mədəniyyət işçisi,
professor Zöhrab Hüseyn oğlu Əliyev
(1970-1979-cu illər); Tarix elmləri dok-
toru, professor Xəlil İsmayıl oğlu İsma-
yılov 1993-cü ildən bu günə kimi.
Kitabxanaçılıq-informasiya
fakül-
təsində dörd ixtisas kafedrası fəaliyyət
göstərir:
1.Kitabxanaçılıq kafedrası 1947-ci
ilin oktyabr ayında yaradılmışdır. Kafed-
ranın ilk müdiri Ə. Qəhrəmanov olmuş-
dur (1947-1959). 1959-1963-cü illərdə
H.Əlizadə kafedraya rəhbərlik etmişdir.
1963-cü ildən bu günə kimi Əməkdar elm
xadimi, professor A.AXələfov kafedraya
rəhbərlik edir;
2.Biblioqrafiyaşünaslıq
kafedrası
1968-ci ildə təşkil edilmişdir. Kafed-
ranın ilk müdiri biblioqraf-alim dos.
Ə.T. Xələfov (1968-1978) olmuşdur.
1978- 1983-cü illərdə dosent H. Həsənov
kafedraya rəhbərlik etmiş, 1984-cü
ildən bu günə kimi kafedranın müdiri
Əməkdar mədəniyyət işçisi, professor
Z.H.Əliyevdir;
3.Kitabxana resursları və informasiya-
axtarış sistemləri kafedrası 1991-1992-ci
tədris ilində Kitabxanaşünaslıq kafed-
rasının bazasında təşkil edilmişdir. Ka-
fedranın ilk müdiri mərhum dosent T.F.
Quliyev təyin edilmişdir. 2007-ci ildən
kafedranın müdiri tarix elmləri doktoru,
professor X.İ. İsmayılovdur;
4. Kitabşünaslıq və nəşriyyat işi kafed-
rası 1992-ci ildə yaradılmışdır. Kafedra
yaranandan tarix elmləri doktoru, profes-
sor B.V. Allahverdiyev ona başçılıq edir.
Kitabxanaçılıq-informasiya
fakül-
təsi Azərbaycan Respublikasında ki-
tabxanaşünas-biblioqraf, kitabşünas və
nəşriyyat redaktoru hazırlayan yeganə
ali təhsilli kadrlar yetişdirən təhsil oca-
ğıdır. Fakültənin maddi-texniki bazası,
elmi- pedaqoji potensialı tədrisin dünya
standartları səviyyəsində təşkilinə şərait
yaratmışdır.
Dostları ilə paylaş: |