Referat Fakultə: st və mks qrup: 334a3 Müəllim: Dadaşov Elxan Tələbə: Qarayeva Aygün


Ətraf mühitin radioaktiv maddələrlə çirklənməsi



Yüklə 59,17 Kb.
səhifə2/8
tarix25.10.2022
ölçüsü59,17 Kb.
#66140
növüReferat
1   2   3   4   5   6   7   8
radioaktiv tullantilar

Ətraf mühitin radioaktiv maddələrlə çirklənməsi
Biosferi radioaktiv maddələrlə çirkləndirə bilən bütün fəaliyyət sahələrini şərti olaraq aşağıdakı kimi qruplaşdırmaq olar:

  • Filiz yataqlarının açıq üsulla istismarı;

  • Nüvə silahlarının sınağı;

  • Süni radionuklidlər və parçalanma materialları istehsalı (hasil, emal və s.) ilə məşğul olan müəssisələr;

  • Radionuklidlərin tətbiqi ilə əlaqədar müəssisə və labaratoriyalar.

Dünyanın böyük dövlətlərinin razılığı ilə üç mühitdə (atmosferdə, yerin üstündə və altında) nüvə silahlarının sınaqdan keçirilməsinin dayandırılması haqqında müqavilə imzalandıqdan sonra planetin vahid sahəsinə düşən radioaktiv çöküntülərin miqdarı da azalmağa başlamışdır. Lakin həmin müqaviləyə imza etməmiş bir sıra ölkələrdə (Fransa, ÇXR, Hindistan, Pakistan, Şimali Koreya) nüvə silahlarının sınağı hələ də davam etməkdədir. Bununla yanaşı, hazırda dünya əhalisinin davam etməkdə olan əlavə daxili şüalanması, əsasən, keçirilmiş nüvə silahlarının sınağı nəticəsində ətrafa yayılmış süni radionuklidlər hesabına baş verir. Ona görə də nüvə silahlarının sınağı ətraf mühiti çirkləndirən birinci qrup mənbələr hesab edilir.
Atom partlayışı zamanı zəncirvari parçalanma reaksiyasında partlayıcı materialın (235U və 239PU) əsasən, bir hissəsi iştirak edir. Qalan hissəsi isə buxarlanaraq atom buludu şəklində ətrafa yayılır.
Ətraf mühiti radionuklidlərlə çirkləndirən potensial mənbələrə atom sənayesi müəssisələri (uran mədənləri, uran istehsal edən və zənginləşdirən zavodlar, enerji reaktorları, nüvə yanacağı istehsal edən zavodlar və s.) aid edilir.
Uran filizinin çıxarılması zamanı ətraf mühitin çirklənməsi əsasən, şaxta tullantıları, mədən suları və mədən havası hesabına baş verə bilər. Uran filizi emal edən hidrometallurgiya texnologiyasının əsas tullantıları mədən pulpası olub, əsas tərkibi qum-şlam fraksiyasından ibarətdir. Uran filizinin xırdalanması, qurudulması, qızdırılması və uran konsentratının qablaşdırılması sahələrindən xaric olan ventilyasiya havası vasitəsilə atmosfer havasına radon, uran və radium aerazolları daxil ola bilər.
Tərkibində 0,2% U3O8 olan filizdən kimyəvi konsentrat şəklində 1 kq uran alınması zamanı 0,8-0,9 t bərk və maye tullantı əmələ gəlir. Sutkada 5000 t filiz emal edən zavodların bərk tullantısının miqdarı 500 t-a, maye tullantısının həcmi isə 2000m3-ə çatır. Hesablamalar göstərmişdir ki, bu qədər tullantı ilə bir gün ərzində ətraf mühitə təxminən 100 kq-a qədər uran, 110 Hbk (3 Ki) parçalanma məhsulu olan yeni radionuklidlər və 74 Mbk (2∙10-3Ki) radium daxil ola bilər. Hidrometallurgiya zavodunun maye tullantılarına həm də müəssisənin çamaşırxana və duşxana suları aiddir. Qeyd etmək lazımdır ki, maye tullantıları tərkibindəki kimyəvi maddələrin növünə və miqdarına görə daha təhlükəlidir. Uranın zənginləşdirilməsi prosesində ətraf mühit belə zavodların maye tullantıları ilə yanaşı tozlar və başqa bərk tullantılarla da çirklənməyə məruz qalır.
Yuxarıda qeyd edilən bərk, maye və qaz halında radioaktiv tullantılar atom elektrik stansiyaları və eksperimental reaktorların istismarı zamanı da rast gəlir.Reaktor zonasında qaz və aerazolların neytronlarla şüalanması zamanı radioaktiv qazlar və aerazollar (41Ar, 19O, 59Fe, 31Si və s.) yaranır. Reaktorun maye radioaktiv tullantılarına istilikdaşıyıcı funksiyasını yerinə yetirən su və ya hər hansı başqa məhlul aid ola bilər. Reaktorun bərk radioaktiv tullantılarına onun konstruksiyalarının neytronların təsirinə məruz qalmış bəzi elementləri, xüsusi geyimlər, ayaqqabılar və s. aiddir.
Nüvə yanacağı istehsal olunan zavodlarda istilikdaşıyıcı elementin örtük təbəqəsinin ayrılması maye tullantıların əmələ gəldiyi ən mühüm sahələrdəndir. Örtüyün hazırlandığı materialın tərkibindən asılı olaraq tullantının miqdarı müxtəlif ola.
Ətraf mühitin radioaktiv maddələrlə potensial çirklənmə mənbələrinə «qaynar» laboratoriyalar, habelə açıq radioaktv maddələrlə iş aparan müəssisə və laboratoriyalar aiddir. Texnoloji prosesin xarakterindən asılı olaraq (radionuklidlərin hazırlanması, qablaşdırılması, materialın reaktorda şüalandırılması və s.) bu laboratoriyalar tərkibində müxtəlif radioaktiv izatoplar olan qaz, maye və bərk tullantıların mənbəyi ola bilər. Məsələn, radionuklidlərin çəkilib qablaşdırılması əməliyyatı zamanı boks və sorucu şkaflardan atmosferə atılan havanın tərkibində 198Au, 131J, 24Na və s. aerazolları ola bilər. Tibbi təcrübədə qalxanvari vəzinin bədxassəli şişinin müalicəsi zamanı xəstəyə 3,7∙108 Bk-ə (10 mKi) qədər 131J yeridildikdən sonra birinci gün ümumi aktivliyin 10-15%-i orqanizmdən xaric olur. Beləliklə, xəstənin ekskrementləri, habelə radioloji şöbənin çirklənmiş yararsız alətləri və xüsusi geyimlər, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş respiratorlar, filtr kağızları, şprislər, əlcəklər və s. kimi bərk radioaktiv tullantılar əmələ gəlir.

Yüklə 59,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin