Referat iŞİ İxtisasın şifrəsi və adı: 148449 Dünya iqtisadiyyatı Kafedra müdiri



Yüklə 291,84 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix02.01.2022
ölçüsü291,84 Kb.
#43514
növüReferat
1   2   3   4   5
REFERAT İŞİ-dönüştürüldü

 

Plan:4 

Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi 

Azərbaycanda yeni sənaye müəssisələrinin istifadəyə verilməsi, yeni maşın və 

avadanlıqların alınması bütövlükdə SSRİ-də olduğuna nisbətən daha sürətlə 

həyata keçirildiyindən əsas kapital da burada SSRİ-də olduğuna nisbətən daha 

böyük həcmdə artmış və işçilərin fondla silahlanma səviyyəsi daha yüksək 

olmuşdu. Bir işçiyə düşən əsas fondların dəyəri keçmiş SSRİ üzrə 1980-ci ildə 

13,3 min rubl, 1985-ci ildə 17,8 və 1990-cı ildə 24,2 min rubl təşkil edirdisə, 

Azərbaycanda bu göstəricilər xeyli yüksək olub, müvafiq surətdə 1980-ci ildə 

19,5 min rubl, sonrakı illərdə 24,5 və 33,4 min rubla bərabər olmuşdu. 

Azərbaycan SSR-in vəsaiti və ondan göndərilən xammalla işləyən bir çox 

müəssisələr Ukrayna, Rusiya və digər respublikalarda fəaliyyət göstərirdi. 80-ci 

illərin ortalarında Azərbaycanda güclü istehsal potensialı yarandığım başqa 

faktlar da sübut edir. Misal üçün 80-ci illərdə Azərbaycandan ittifaq fonduna 

ayrılan məhsul Azərbaycana gətiriləndən hər il orta hesabla 2,0 milyard rubl, 

ayrı-ayrı illərdə isə daha çox olmuşdu. 

Azərbaycan uzun müddət keçmiş Sovetlər birliyinin üzvü olduğundan onun 

iqtisadiyyatı keçmiş SSRİ-nin vahid xalq təsərrüfatı kompleksinin tərkib hissəsi 



kimi formalaşmış və onun strukturu tamamilə həmin birliyin iqtisadiyyatının 

tələblərinə uyğunlaşdırılmışdı.  

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının qarşısında duran 

mühüm vəzifələrdən biri də müstəqil ölkənin tələblərinə cavab verən və müasir 

dünya təsərrüfatına səmərəli inteqrasiya edən, bazar prinsipləri əsasında 

qurulmuş milli iqtisadiyyatı formalaşdırmaq idi.  

Zəngin karbohidrogen ehtiyatlarına və bunların hasilatı və emalı sahəsində 

uzunmüddətli təcrübəyə malik olması ölkədə neft hasilatı və emalı sənayesinin, 

habelə neft-kimya sənayesinin inkişafına, əlverişli təbii-iqlim və torpaq 

resurslarının mövcudluğu kənd təsərrüfatı və turizm sahələrinin inkişafına, 

əlverişli coğrafi mövqe isə ölkənin beynəlxalq tranzit nəqliyyat sisteminə 

qoşulmasına əlverişli zəmin təşkil edirdi. Müstəqil Azərbaycan Respublikasının 

iqtisadiyyatı məhz bu zəminlər üzərində dəyişməyə və formalaşmağa başladı.   

1990-cı illərdə iqtisadi islahatların aparılması üçün hüquqi bazanın yaradılması 

məqsədilə təxirəsalınmaz əsas normativ və qanunvericilik aktları qəbul edildi. 

Dövlət sifarişi, kvotalaşma və lisenziyalaşma sistemi ləğv edildi, xarici ticarət 

fəaliyyəti, qiymətlər tamamilə liberallaşdırıldı, müəssisələr tərəfindən əldə 

edilmiş valyutaların məcburi qaydada satılması tələbi aradan qaldırıldı, valyuta 

büdcəsi ləğv edildi, əmək haqqı üzrə məhdudiyyətlər aradan qaldırıldı, sərt 

maliyyə və pul-kredit siyasəti tətbiq edildi, gömrük və vergi siyasəti 

təkmilləşdirildi, xarici və xüsusi investisiyaların cəlb edilməsi üçün münasib 

hüquqi şərait yaradıldı. Azərbaycan Dövlət Statistika Komitəsinin 

məlumatlarına əsasən, 1995-ci ildə respublikada artıq 10 min kiçik müəssisə, 80 

minə yaxın fərdi kommersiya strukturları, 100-dən çox kommersiya bankı, 3,5 

min kooperativ, 850 fermer təsərrüfatı, xarici investorların iştirakı ilə birgə 

müəssisə fəaliyyət göstərirdi.  

Bu dövrdə, ilk növbədə, xarici investorlar üçün yüksək dərəcədə cəlbedici olan 

ölkənin zəngin neft ehtiyatları diqqətə gətirildi: 1994-cü ilin sentyabrında 




“Azəri-Çıraq-Günəşli” yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay 

bölgüsü sazişi - “Əsrin müqaviləsi” imzalandı. Bundan sonra 2000-ci ilədək 

olan qısa müddətdə Azərbaycanın neft və qaz yataqlarının kəşfiyyatı və 

işlənilməsinə 12 ölkənin 29 iri enerji şirkəti cəlb edildi, onların iştirakı ilə neft 

və qaz yataqlarının kəşfiyyatı və işlənilməsi üzrə 30-dan çox beynəlxalq saziş 

(hasilatın pay bölgüsü sazişləri) imzalandı. Həmin sazişlərin əhəmiyyətli bir 

hissəsi üzrə kəşfiyyat və qazma işləri bu gün də davam edir, bir neçə saziş üzrə 

neft və qaz hasilatı və ixracı həyata keçirilməkdədir. Xüsusilə “Azəri-Çıraq-

Günəşli” və “Şah-Dəniz” sazişləri üzrə neft və qaz hasilatı və ixracı həcmləri 

ildən-ilə artmaqdadır.  

Hazırda ölkə iqtisadiyyatının əsasını neft-qaz sektoru təşkil edir. 2010-cu ildə 

ölkədə 50,8 milyon ton neft hasil edilmişdir ki, bu da 2003-cü ildə (15,4 milyon 

ton) olduğundan  3,3 dəfə çoxdur. Neftin 8,5 milyon tonu (16,7 faizi) milli neft 

şirkəti olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən, 

qalanı isə neft sazişləri (əsasən “Azəri-Çıraq-Günəşli” konsorsiumu) 

çərçivəsində hasil edilmişdir. Ümumiyyətlə, son illər Azərbaycanda neft və qaz 

hasilatı məhz neft-qaz sazişləri çərçivəsində fəaliyyət göstərən konsorsiumların 

hasilatı hesabına artmaqdadır. Hazırda Azərbaycan nefti 22 ölkəyə ixrac olunur. 

Ölkənin ixracının 86,5 faizi xam neftin, 6,0 faizi isə neft məhsullarının payına 

düşür. 2010-cu ildə konsorsiumlar tərəfindən çıxarılan neftin 71 faizi 

Azərbaycan dövlətinin payına çatmışdır.  

2010-cu ildə ölkədə qaz hasilatı 26,3 milyard kub metr səviyyəsinə çatıb ki, 

bunun 7,1 milyardı (27,4 faizi) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, 

qalan 19,2 milyard kub metri isə “Azəri-Çıraq-Günəşli” və “Şah-Dəniz” 

konsorsiumları tərəfindən hasil edilmişdir.  

Ölkədə beynəlxalq neft sazişləri çərçivəsində neft-qaz hasilatı və ixracı 

həcmlərinin daha da artması və neftin dünya bazar qiymətlərinin yüksəlməsi 

hesabına ölkənin böyük neft gəlirləri əldə etməsi Azərbaycanı 2005-2007-ci 




illərdə illik ÜDM-in artım templərinə görə dünya liderləri sırasına çıxarmışdı: 

ölkədə 2005-ci ildə 26,4 faizlik, 2006-cı ildə 34,5 faizlik, 2007-ci ildə isə 25,0 

faizlik ÜDM artımı qeydə alındı. 2008-ci ildə dünyanı bürümüş olan maliyyə-

iqtisadi böhrana rəğmən Azərbaycanda ÜDM-in kifayət qədər yüksək illik artım 

tempi qeydə alındı – 10,8 faizlik real artım. Həmin ildə ölkənin ÜDM-i 48,85 

milyard ABŞ dolları təşkil etdi ki, bu da 2004-cü ildə olduğundan 5,6 dəfə çox 

idi. 2008-ci ildə adambaşına düşən ÜDM 5600 ABŞ dolları səviyyəsinə çatıb. 

Rəsmi məlumatlara əsasən, 2005-2008-ci illərdə ölkədə yaradılan ÜDM-nin 55-

60 faizi neft-qaz sektorunun payına düşüb. 2009-2010-cu illərdə neft sektorunun 

payının azalması, qeyri-neft sektorunun payının isə bir qədər artması müşahidə 

edilmidir.   

Hazırda ölkə iqtisadiyyatında 4 milyondan çox insan məşğuldur. Məşğul 

əhalinin 1 milyon 560 mindən bir qədər çoxu, yaxud 38,4 faizi kənd təsərrüfatı 

və meşə təsərrüfatında çalışır, lakin bu sahədə ölkənin illik ÜDM-nin cəmi 5 

faizinə qədəri yaradılır. Ölkədə həm bitkiçilik (meyvə-tərəvəz istehsalı, 

üzümçülük, bostan məhsulları, texniki bitkilər və s.), həm də heyvandarlıq 

(südlük və ətlik-südlük iribuynuzlu heyvandarlıq, qoyunçuluq, quşçuluq və 

s.)  sahələri fəaliyyət göstərir.  

 

Son illər ölkədə yeni yaradılan emal sənayesi müəssisələrinin sayı artdıqca 



burada çalışanların sayı da artmaqdadır: belə ki, əgər 2000-ci ildə bu sahənin 

müəssisələrində 170 minədək işçi məşğul idisə, 2009-cu ildə onların sayı 200 

minə yaxınlaşıb ki, bu da bütün məşğul əhalinin 5,0 faizi qədərdir. Ölkədə tikinti 

işlərinin geniş vüsət alması bu sektorda çalışanların sayında da özünü göstərir: 

məşğul əhalinin 5,5 faizi yaxud təqribən 225 min nəfəri burada çalışır ki, bu 

sektorun ÜDM-də payı son illər təqribən 6-8 faiz aralığında dəyişir. Məşğul 

əhalinin təqribən 1,0 faizi (40,5 min nəfər) elektrik enerjisi, qaz və suyun 

istehsalı və bölüşdürülməsi işlərində çalışır. Beləliklə, ölkə iqtisadiyyatının 




bütün istehsal sahələrində hazırda təqribən 2,0 milyondan bir qədər çox insan 

(məşğul əhalinin təqribən yarısı) çalışır. 

Məşğul əhalinin qalan hissəsi xidmət sektorlarında fəaliyyət göstərir. Bunlardan 

660 mindən bir qədər çoxu (bütün məşğul əhalinin təqribən 16-17 faizi topdan 

və pərakəndə ticarətlə, habelə avtomobillərin və məişət texnikasının təmiri ilə 

məşğul olmaqdadır. Məşğul əhalinin 347 min nəfəri (8,5 faizi) təhsildə, 280 min 

nəfərə qədəri (7 faizədək) dövlət idarəetməsi və müdafiədə, habelə sosial 

təminatda, 210 mini (5 faizi) nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində, 

180 mindən bir qədər çoxu (4,5 faizi) səhiyyə və digər sosial xidmətlər 

sferasında, 140 minə qədəri (3-4 faizi) daşınmaz əmlak üzrə əməliyyatlar və 

icarə işlərində, 135 minə qədəri (3 faizi) kommunal və şəxsi xidmətlər 

göstərilməsində, 18-19 min nəfəri isə maliyyə fəaliyyəti sahəsində xidmət 

göstərir.  

2010-cu ildə ölkədə yaradılan ÜDM-in 52,6 faizi sənayedə, 5,4 faizi kənd 

təsərrüfatı, meşə təsərrüfatı və ovçuluqda, 7,5 faizi tikintidə, 7,6 faizi ticarət və 

pullu xidmətlər sahəsində, 6,0 faizi nəqliyyat və yük daşınmasında, 1,9 faizi 

rabitə və informasiya xidməti sahəsində. 11,9 faizi isə sosial xidmətlər 

sektorunda formalaşmışdır. ÜDM-in 7,1 faizi məhsula və idxala vergilər 

hesabınadır.  

 

2010-cu ildə ölkədə istehsal olunan sənaye məhsulunun 75,7 faizi 



mədənçıxarma (neft-qaz, və digər mineral sərvətlərin hasilatı), 19,2 faizi emal, 

4,5 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi, 0,6 faizi su 

təchizatı, çirkli suların və tullantıların təmizlənməsi sahələrində yaradılıb. 

Ölkənin sənaye sahələrində işləyənlərin sayı 165,4 min nəfər təşkil edib ki, 

onların 21,1 faizi mədənçıxarma, 48,2 faizi emal, 17,5 faizi elektrik enerjisi, qaz 

və suyun istehsalı və bölüşdürülməsi, 13,2 faizi su təchizatı, çirkli suların və 

tullantıların təmizlənməsi sahələrinə aid müəssisələrdə çalışıb.  



2010-cu il ərzində əhaliyə 18404 mln. manatlıq və ya 2009-cu illə müqayisədə 

9,4% çox geniş çeşidli istehlak malları satılmış və pullu xidmətlər 

göstərilmişdir. Hesabat dövründə 2009-cu illə müqayisədə əmtəə dövriyyəsi 9%, 

pullu xidmətlərin həcmi isə 10,8% artmışdır. Dövr ərzində ölkə sakinləri ticarət 

şəbəkəsindən 8796,1 mln. manatlıq ərzaq məhsulları və 4883,4 mln. manatlıq 

qeyri-ərzaq malları almış və bu göstəricilərin real həcmi 2009-cu ilin eyni 

dövrünə nəzərən müvafiq olaraq 7,5% və 13,8% artmışdır. 

Ötən ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqları 

ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 325 manat təşkil etmişdir. 

Əhalinin hər nəfərinə düşən gəlirləri isə 11,9% artaraq 2866 manata çatmışdır. 

Hesabat dövründə xarici ticarət dövriyyəsi 27,1 mlrd. ABŞ dolları, o cümlədən, 

ixrac 21,8 mlrd. ABŞ dolları, idxal isə 6,4 mlrd. ABŞ dolları olmaqla 14,4 mlrd. 

ABŞ dolları həcmində müsbət ticarət saldosu yaranmışdır. 

2010-cu il üzrə orta illik inflyasiya 5,7% təşkil etmişdir. 

"Yaşayış minimumu haqqında" və "Ünvanlı dövlət sosial yardımı haqqında" 

Azərbaycan Respublikası qanunlarına uyğun olaraq ehtiyac meyarı mərhələlərlə 

yaşayış minimumuna çatdırılmalıdır. Aztəminatlı ailələrin sosial müdafiəsini 

təmin edən ünvanlı sosial yardımın hesablanmasında tətbiq edilən ehtiyac 

meyarının məbləği artırılaraq 2010-cu ildə 65 manata çatdırılmış, ünvanlı sosial 

yardım 110,6 min ailə və ya 500 min nəfər aztəminatlı şəxsi əhatə etmişdir. 

2011-ci ildə ehtiyac meyarının məbləği yaşayış minimumunun 78,9%-i 

götürülməklə 75 manat müəyyənləş dirilmişdir ki, bu da çətin vəziyyətdə 

yaşayan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün dövlət 

tərəfindən görülən konkret tədbirlərdən biridir.  

2011-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhalinin sayı 4346,3 min 

nəfər olmuş, onlardan 4088 min nəfərini (94,1%) iqtisadiyyatın və sosial 

bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil etmişdir. Həyata 



keçirilən tədbirlər sosial sahədə əhəmiyyətli müsbət dəyişiklikləri təmin 

etmişdir. Belə ki, 2010-cu ildə ölkə əhalisinin nominal pul gəlirləri 13,3% 

artaraq 25,6 mlrd. manata çatmış, onun adambaşına həcmi 2866 manat və ya 

ayda orta hesabla 238,8 manat təşkil etmişdir. Hesabat dövründə işləyənlərin 

orta aylıq əmək haqqı orta hesabla 9,1% artaraq 325 manata çatmışdır. 

Azərbaycan Respublikasının milli iqtisadiyyatının beynəlmiləlləşməsinin və 

inteqrasiyasının müasir mahiyyəti Beynəlxalq Əmək Bölgüsünə (BƏB-ə) əsasən 

müəyyən olunur. Belə ki, BƏB sayəsində dünya ölkələrinin dünya bazarında 

istehsal həcminin ümumi göstəricisi müəyyən olunur. Beynəlxalq iqtisadi 

inteqrasiya dövlətlər arasında istehsal amillərinin və malların sərbəst hərəkətini 

nəzərdə tutur. İqtisadi inteqrasiyaya uğrayan Azərbaycan Respublikası siyasi 

cəhətdən müstəqil olmaqla iqtisadi cəhətdən qarşılıqlı asılı vəziyyətdə olur. 

Azərbaycan Respublikasının regional iqtisadi birləşmələrini nəzərdən keçirdikdə 

məlum olur ki, coğrafi mövqe mühüm əhəmiyyət kəsb edir.  

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici iqtisadi münasibətlərinin əsas 

xüsusiyyəti beynəlxalq, regional və yerli xarakterli iqtisadi təşkilatlara daxil 

olmaq və bununla da ictimai həyatın bütün sahələrində bu təşkilatlara 

inteqrasiya olunmaqdır.  

 

 

 



 

 

 




Yüklə 291,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin