5. Ekoloji cinayətlər
Ekoloji cinayət - Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş, ekoloji hüquq qaydalarının qəsd olunaraq, pozulması nəticəsində insan sağlamlığına və ətraf mühitə ciddi zərər verən ictimai təhlükəli əməldir(hərəkətdir).
Ekoloji cinayəti formalaşdıran 2 əsas amil – ekoloji hüquq qaydaları və ətraf mühitə və insan sağlamlığına vurulmuş ziyandır.
Ekoloji hüquq qaydaları – təbiətqoruyucu qanunvericiliyin ekoloji tələblərini həyata keçirən, ekoloji hüquq münasibətləri sistemidir.
Ekoloji təhlükəsizlik – insanın ekoloji maraqlarının, daha doğrusu onun təmiz, sağlam və əlverişli yaşayış hüquqlarının, müdafiəsi deməkdir.
Ekoloji təhlükəsizliyin təmin olunmasında əsas məqsəd insanı onun həyat və sağlamlığına təhlükə törədən ətraf mühitn qeyri-sağlam təsirlərindən qorumaqdır.
Ekoloji hüquq qaydaları və ekoloji təhlükəsizlik ekoloji cinayətdə cinayətkar əməlin predmeti sayılır.Ətraf mühitə dəymiş ziyan və ya onun ola biləcəyi təhlükəsi cinayətkar əməlin nəticəsi hesab olunur.Əgər bu nəticə yoxdursa,onda onu ekoloji cinayət hesab etmirlər.
Ekoloji cinayəti daha ətraflı öyrənmək üçün onun tərkib elementləri ilə tanış olaq :
Dostları ilə paylaş: |