Təminat norması. Ekoloji imperativlərin yerinə yetiriləsinin təminatı sistemini nəzərdə tutur.Onlar iqtisadi, təşkilati, sanitar-gigiyenik, ekoloji-nəzarət, hüquqi, mədəni-maarif vasitələrinin təsirini nəzərdə tutur.
Ətraf mühitin mühafizəsinin ekoloji-hüquqi mexanizminin səmərəliliyi görülən işin keyfiyyəti ilə ölçülür.Ekoloji-hüquqi mexanizm səmərəlilik nöqteyi nəzərdən, şərti olaraq 3 mərhələyə ayrılır:
sabitlik;
dinamik;
nəticəli;
Səmərəliliyin sabitlik mərhələsi təbiətqoruyucu normaların sosial-iqtisadi cəhətdən əsaslı olmasından hərtərəfliliyindən asılıdır.
İkinci mərhələ dinamik mərhələdir.Əgər hüquqi normanın ideyası ilə onun həyata keçirilməsi reallığı arasında birbaşa əlaqə qursaq, onda öncə ekoloji-hüquqi normanın icrası üçün iqtisadi təminat tələbləri ortaya çıxır.Bu iqtisadi tələblər iki qrupa ayrılır:
maliyyə mənbəyi;
material-texniki baza.
Dinamik mərhələnin səmərəliliyinin digər mühüm səbəbi ekoloji hüquq mədəniyyətinin səviyyəsidir.
Ekoloji hüquq mədəniyyəti- bu sahədə olan qanunları bilmək, onlara hörmət etmək və onları düzgün həyata keçirmək deməkdir.Adətən ekoloji cinayətlərin əksəriyyəti qanunları bilməməkdən irəli gəlir.
Ekoloji-hüquqi mexanizmin səmərəli olmasının üçüncü mərhələsi nəticəlilik (lazım olan nəticələrin əldə oluna bilməsi) mərhələsidir.Bu mərhələdə mexanizmin tam fəaliyyəti analiz edilir.bütün işin son nəticəsi isə, konkret təsərrüfat məsələsinin həll edilməsi üçün yönəldilmiş hüquqi münasibətlər hesab olunur.Əgər hüquqi normanın nəzərədə tutulmuş ideyası tam həyata keçirilmişsə nəticə müsbət (məqsəd əldə olunmuşdur), yarımçıq və ya heç icra olunmamışsa mənfi (məqsəd yerinə yetilməmişdir) hesab olunur.
Dostları ilə paylaş: |