Ekoloji cinayətin obyektiv tərəfləri - ətraf mühiti qoruyan qanunun pozulması, ətraf mühitə dəymiş və ya dəyə biləcək ziyan,günahkarın hüquqazidd davranışı və əməlin nəticləri arasındakı əlaqədir.
Əsas hüquqazidd davranış növləri, cinayət qanunvericiliyinin uyğun maddələrində göstərilmişdir:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində əksini tapmış ekoloji cinayət
tərkibli bütün maddələr dispozisiya (Dispozisiya - hüquq normalarının icazə verdiyi və ya məsləhət bildiyi şərtlərlə,həmin qaydaların yerinə yetirilməsini müəyyən edir) məzmununun təyinat dərəcələri üzrə 2 qrupa bölünür:
1) hüquqazidd hərəkətlərin əsas elementlərini özündə kifayət qədər əks etdirən maddələr – qanunsuz ov etmə (258-ci maddə), qanunsuz ağac kəsmə (maddə 259), qanun suz balıq tutma (256-cı maddə) və s.
2) mövcud qanunvericilik normalarını pozmaqla əlaqədar olan maddələr – sahilyanı şelf haqqında qanunları pozma (253-1-ci maddə).
Ekoloji hüquqazidd hərəkətlər insan sağlamlığına və ətraf mühitə vurulan ziyanla sıx bağlıdır. “Ətraf mühitə vurulan ziyan” ümumiləşdirilmiş anlayışdır.Bu anlayış özündə aşağıdakı 3 elementi birləşdirir:
real dəymiş ziyan (təbii obyektlərdə və təbii sərvətlərdə olan itkilər,pozulmuş vəziyyətin bərpasına çəkilənxərclər);
istifadə olunmamış xərclər və əlavə xərclər şəklində dəymiş ziyan;
alınmamış gəlirlər və ya itirilmiş fayda şəklində dəymiş ziyan.
Ekoloji hüquqpozmada öz əksini tapmış insan sağlamlığına dəymiş ziyan, insanın ayrıca fərd şəklində deyil (məsələn, bədən xəsarəti və s.qəsdlər), təbiət və cəmiyyətin qarşılıqlı fəaliyyətinin nəticəsində, ətraf mühitə dəymiş zərərin ümumilikdə insanların sağlamlığına dəymiş ziyan kimi başa düşülməlidir.Ətraf mühitə dəymiş ziyan, təbiəti kəmiyyət (təbii sərvətlərin azaldılması) və keyfiyyət (ətraf mühitin çirklənməsi, şoranlaşma, eroziya və s.) cəhətdən mənfi istiqamətdə dəyişdirir ki, bu da bütünlükdə insan həyatına və sağlamlığına təhlükə yaradır, irsiyyət dəyişkənliyi prosesi güclənir, əhalinin iş qabiliyyəti aşağı düşür, iqtisadi və təsərrüfat cəhətdən əlverişsiz şərait yaranır.
Bu mənada, təbiətə dəymiş ziyana görə, ekoloji cinayətlər 2 formada özünü göstərir:
iqtisadi;
ekoloji.
Dostları ilə paylaş: |