Research papers



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə108/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   104   105   106   107   108   109   110   111   ...   246
elmi-eserler-2022-2-cap

Keywords:
 prisons, resocialization of prisoners, social adaptation, personality of a convicted person, 
socialization, socio-psychological features 
GiriĢ 
Azərbaycanda əvvəllər məhkum olunmuş 
şəxslərin təkrar cinayət törətmə hallarında artım 
müşahidə olunur. Bu zaman ortaya bir sıra sual-
lar çıxır: Görəsən, məhkumluq həyatı yaşayan 
şəxslərin təkrar cinayət törətməsinə səbəb nə-
dir? Vaxtından əvvəl azadlığa buraxılan məh-
kumların seçimi hansı formada aparılır? Məh-
kum azadlığa buraxılmazdan əvvəl onların psi-
xoloji vəziyyəti və yeni həyata təkrar sosiallaş-
ması üçün hansı işlər görülür? 
Ümumiyyətlə, məhkum azadlığa buraxıl-
dıqdan sonra onun həyatı əvvəllər azadlıqda 
olan həyatdan xeyli fərqlənir. Ailə həyatında, 
dostlar əhatəsində, yaşayış yerində bir sıra dəyi-
şikliklər, işlə təmin olunma problemləri, sosial 
qınaq, təcrid olma və s. bu kimi hallarla rastla-
şır. Bu kimi halların olması və bunlarla mübari-
zə edə bilməmək, eləcə də sosial dəstəyin olma-
ması insanı təkrar cinayətə təhrik edir. Yəni, cə-
zaçəkmədən azad olan şəxslər cəmiyyətdə özü-
nü doğrulda bilmədikdə, təkrar cinayəti törədə-
rək, özləri üçün müəyyən mənada sığınacaq yeri 
olan həbsxanalara qayıdırlar. Məhkumların re-
adaptasiyası isə əslində həbsxananın özündə 
başlamalıdır ki, burada məşğuliyyət və vaxtın 
dəyərli keçməsi əsas şərtlərdən biridir. Məhz bu 
halların təkrar baş verməməsinə görə məhkum 
azadlığa buraxılmazdan əvvəl onun yeni həyata 
uyğunlaşması üçün psixoloji yardım və sosial 
işlər aparılmalı, yeni bilik və bacarıqlara sahib 
olması üçün isə maarifləndirə, müəyyən peşəyə 
yiyələnmə işləri görülməlidir. Hətta bəzi ölkə 
qanunlarında olduğu kimi azadlığa buraxmaz-
dan 6 ay öncə başlayaraq cəmiyyətə daxil olma-
sı üçün məhkumu bacarıq və qabiliyyətlərinə 
uyğun işlə təmin edərək gündüzlər işləmək üçün 
azadlığa buraxılmalı, axşamlar isə təkrar cəzası-
nı çəkmək üçün həbsxanaya qayıtmalıdır. Belə 
bir işin təşkil olunması, məhkumun yeni dəyişən 
həyata uyğunlaşmasına, münasibətlərin qurul-
masına, cəmiyyət içərisində müəyyən mövqe 
qazanmasına və özünü dəyərli, lazımlı hiss et-
məsinə şəraitin yaradır. Məhz bu hallarda məh-
kum yeni dəyişilmiş həyata daha tez və düzgün 
uyğunlaşar. Lakin belə sosial işlərin təşkili ilə 
yanaşı ictimaiyyətlə də maarifləndirə işlərinin 
aparılması şərtdir. 
“Resosializasiya” termini sosiologiya, pe-
daqogika, psixologiya, həmçinin hüquq sahəsin-
də geniş istifadə olunaraq, özündə çox kompo-
nentli məzmunu əks etdirir. Geniş izahlı sosio-
loji lüğətə görə resosializasiya termini ilk ola-
raq, fərdin bütün həyatı boyu istiqamət, məqsəd, 
norma və həyat dəyərlərinin dəyişməsi ilə əlaqə-
dar baş verən sosiallaşma başa düşülür; ikincisi, 
deviant fərdin kəskin münaqişələr olmadan hə-
yata adaptasiyası prosesi; üçüncüsü, prinsipial 
olaraq başqa sosial şəraitə keçidlə əlaqədar və 
ya əvvəlki, düzgün mənimsənilməmiş, köhnəl-
miş dəyərlərin yeni dəyər, rol, vərdişlərlə əvəz 
olunması prosesi; dördüncüsü, yeni normaların, 
dəyərlərin, dünyagörüşlərin və davranış model-
lərinin mənimsənilməsi prosesi və s. [1] 
Pedaqogika resosializasiyadan bir vasitə 
kimi istifadə edir, belə ki, insana, əvvəl mənim-
sənilənləri əvəz etmək üçün yeni həyat dəyərləri 
aşılanır. Bu prosesin istiqaməti, davranış modeli 
ümumiyyətlə qəbul edilmiş qaydalardan əhə-
miyyətli dərəcədə fərqlənən insanlara münasi-
bətdə həyata keçirilir. Bu metodun əsas məqsədi 
itirilmiş vəziyyəti bərpa etmək və mənfi müna-
sibətləri dəyişdirməkdir. 
Rusiya sosioloq, psixoloq, antropoloq, 
filosofu İ.S. Konun fikrincə, “resosializasiya” 
termini sosial qüvvələrin insana şüursuz və 
spontan təsirini ifadə edən “sosiallaşma” termi-
nindən irəli gəlir [2]
.
Resosializasiya sosiallaş-
manın növlərindən biridir və yeni dəyərlərin, 
normaların, rolların və davranış qaydalarının 
mənimsənilməsi prosesidir. Sosiallaşmanın növ-
lərinə həmçinin desosializasiya aiddir, burada 
köhnə dəyərlər sistemindən çıxış yolu başa dü-
şülür, bunun bariz nümunəsi isə cinayətin törə-
dilməsidir. Cinayət, ictimai əhəmiyyətli norma-
ların pozulması və cinayət qanunu ilə qorunan 
dəyərlərə qəsddir. Cinayətin törədilməsi sub-
yektin müəyyən dərəcədə desosial olduğunun 
göstəricisidir: bununla da o, cəmiyyətin təməl 
dəyərlərindən imtina etdiyini nümayiş etdirir. 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin