Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuĢ Ģəxslərin resosializasiyası və sosial adaptasiyası
87
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022
UOT 159.9:316.37
Xalidə Oqtay qızı Xəlilova
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun
kiçik elmi işçisi
https://orcid.org/0000-0002-3174-0621
AZADLIQDAN MƏHRUMETMƏ CƏZASINA MƏHKUM OLUNMUġ ġƏXSLƏRĠN
RESOSĠALĠZASĠYASI VƏ SOSĠAL ADAPTASĠYASI
Халида Огтай гызы Халилова
младший научный сотрудник
Института Философии и Социологии НАНА
РЕСОЦИАЛИЗАЦИЯ И СОЦИАЛЬНАЯ АДАПТАЦИЯ ЛИЦ, ПРИГОВОРЕННЫХ К
ЛИШЕНИЮ СВОБОДЫ
Khalida Ogtay Khalilova
junior researcher
Institute of Philosophy and Sociology of National Academy of Sciences of Azerbaijan
RESOCIALIZATION AND SOCIAL ADAPTATION OF PERSONS SENTENCED TO
DEPRISONING OF FREEDOM
Xülasə.
Azadlıqdan məhrum edilmiş məhkumların istər nəzəri, istərsə də tətbiqi aspektlərdə resosiali-
zasiya və sosial adaptasiyası problemləri həll olunmamış olaraq qalır. Bu problemlər ciddi dərketmə tələb
edir. Məqalədə müəllif mövqeyi nəzərə alınaraq, azadlıqdan məhrum edilmiş şəxslərin resosializasiyası və
sosial adaptasiyası ilə bağlı qanunvericilik tənzimlənməsinin və hüquq-mühafizə təcrübəsinin problemləri
təhlil edir. Qeyd olunur ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş şəxslərlə maarifləndirmə işi-
nin forma və metodlarını təkmilləşdirmək, o cümlədən idmanla, bədii özfəaliyyətlə məşğul olmaq, ümumi və
peşəkar təhsil almaq mühüm əhəmiyyət kəsb edir. Məhkumlara pulsuz hüquqi yardım göstərilməsilə yanaşı,
onların hüquqi mədəniyyətini yüksəltmək lazımdır.
Dostları ilə paylaş: