Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuĢ Ģəxslərin resosializasiyası və sosial adaptasiyası 89
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 Resosializasiya normal adaptasiyanı o zaman tə-
min edir ki, sosial mühit fərdin həyat şəraitini
dəyişdirərək fərdin, mədəniyyətin əsas element-
lərinin – simvol, dəyər, məna və normalarının
yenidən mənimsənilməsi prosesinə təkan versin.
“Sosiallaşma” anlayışı cəmiyyətə inteqrasi-
ya prosesinin əsas götürüldüyü bir çox fərqli təd-
bir və metoddan ibarətdir. Sosiallaşmanın vəzifə-
si hər bir insana cəmiyyət tərəfindən təsdiqlən-
miş dəyər və davranış normalarını aşılamaqdır.
Azadlıqdan məhrumetmə cəzasına məh-
kum edilmiş şəxslərin resosializasiya problem-
ləri haqqında ilk problemlərdən biri professor
N.A. Struçkov tərəfindən yazılmışdır. Onun fik-
rincə, bu prosesin konsepsiyasının məzmununa
yalnız penitensiar deyil, həm də şəxsiyyətlə tər-
biyə işinin postpenitensiar dövrü daxil edilməli-
dir [3]
. Lakin, bu mövqe mübahisəli görünür,
çünki azadlıqdan məhrumetmə yerlərində məh-
kumların resosializasiyası prosesi yalnız tərbiyə
işi ilə məhdudlaşmır, həmçinin bura hüquqi tən-
zimləmə, təcridolma şəraitinin insanın psixi və
fiziki sağlamlığına mənfi təsiri və s. bu kimi xü-
susiyyətini müəyyən edir.
Azadlıqdan məhrumetmə cəzasına məh-
kum olunmuş şəxslərin resosializasiyası cəmiy-
yətdə qəbul edilmiş müsbət normaların, əqidələ-
rin, mövqelərin mənimsənilməsi və azad edil-
dikdən sonra azadlığa uyğunlaşmaq üçün cəza
çəkmə dövründə sosial-faydalı vərdişlərin əldə
edilməsi prosesini əhatə edir.
Beləliklə, resosializasiya antisosial davra-
nışı olan bir insanı düzəltməyə yönəlmiş mənəvi
və sosial xarakterli tədbirlər silsiləsidir. Psixote-
rapevtik korreksiya resosializasiya prosesində
əhəmiyyətli bir komponentdir. V.İ. Zubkov qeyd
edir ki, resosializasiya üçün zəruri şərt məh-
kumun islah edilməsidir və bu əksinə deyil [4]
. Bir çox hallarda, azadlıqdan məhrumetmə
cəzasına məhkum edilmiş şəxslərin resosializa-
siyası üçün neqativ sosial mühitin dəyişməsinin
qeyri-mümkünlüyü, habelə azadlıqdan məhrum
etmə növündə cəzaya xas olan bir sıra amillər,
xüsusilə cəmiyyətdən məcburi təcrid olunma,
fərdlərin eyni cins qruplara daxil edilməsi, həyat
fəaliyyətinin bütün sahələrində davranışın sərt
formada tənzimlənməsi çətinləşir.
Penitensiar sistemin inkişaf konsepsiya-
sında təcridetmənin mənfi təsirlərini minimuma
endirmək üçün bəzi məsələlərə yenidən baxıl-
malı və dövrün tələblərinə uyğun aşağıdakı for-
mada işlənməsi məqsədəmüvafiqdir:
– tərbiyə işinin aparılmasının yeni forma-
larının işlənib hazırlanması, məhkumların yeni
cəza çəkilmə şəraitində maarifləndirmə prosesi-
nin və əmək məşğulluğunun təşkili;
– məhkumların sosiallaşmasına yönəldil-
miş cinayət və penitensiar siyasətin təkmilləşdi-
rilməsi (cəzaların icrasının təşkili);
– islah müəssisələrində, o cümlədən tərbi-
yə koloniyalarında birgə yaşayış sahəsində sax-
lanılan məhkumların sayının tədricən azaldılma-
sı üçün şəraitin yaradılması;
– törədilmiş cinayətin ağırlığı və məhku-
mun kriminoloji xüsusiyyətləri nəzərə alınmaqla
məhkumların ayrıca saxlanmasının həyata keçi-
rilməsi;
– sənaye və ölkənin regionları üzrə işçilə-
rin peşələrinə tələbat proqnozunu nəzərə almaq-
la, bütün təhsil formalarını həyata keçirən yeni
peşə təhsili təşkilatlarının yaradılması;
– yetkinlik yaşına çatmayan məhkumların
yaş xüsusiyyətlərinə və fərdi ehtiyaclarına ca-
vab verən əmək vərdişlərinin və bacarıqlarının
inkişafı modellərinin və proqramlarının tətbiqi;
– azadlığa hazırlıq və daha da sosiallaş-
maq məqsədilə məhkumların islah müəssisələri-
nə daxil olduqları andan onlarla fərdi sosial iş
mexanizminin işlənib hazırlanması;
– məhkumlara qarşı tərbiyə işinin güclən-
dirilməsinə, onların əmək fəaliyyətinə cəlb edil-
məsinə, peşə əldə edilməsinə və ya ixtisaslaş-
masına xüsusi diqqət;
– islah prosesinə icra hakimiyyəti orqanla-
rının, habelə vətəndaş cəmiyyəti institutlarının
nümayəndələrini cəlb etməklə bütün islah müəs-
sisələrində çalışan əməkdaşların funksional qar-
şılıqlı fəaliyyəti əsasında məhkumlarla sosial,
psixoloji və maarifləndirici işin təşkili;
– hər bir məhkuma sosial-demoqrafik, ci-
nayət-hüquqi və fərdi-psixoloji xarakteristikası
nəzərə alınmaqla ona ünvanlı sosial, psixoloji
və pedaqoji yardım göstərilməsini təmin edən
yeni fərdi iş formalarının axtarışı və tətbiqi;
– məhkumlara qarşı mediasiya metodları-
nın tətbiqi. Mediasiya – mübahisələrin alternativ
həlli yollarından biridir. Mediasiya iki və daha
çox şəxsin arasında yaranmış mübahisənin danı-
şıqlar yolu ilə üçüncü neytral bir şəxsin (media-
torun) köməkliyi ilə həllinə çalışılan könüllü bir