Research papers


Tamilə Oqtay qızı Həsənova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə168/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   164   165   166   167   168   169   170   171   ...   246
elmi-eserler-2022-2-cap

Tamilə Oqtay qızı Həsənova
 
138 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
mənilər tərəfindən törədilmiş mülki azərbaycanlı-
ların soyqırımının 100 illiyinin beynəlxalq səviy-
yədə tanınması haqqında” fərman imzalandı. Bu 
fərmanda ortaya çıxan tarixi faktlar 1918-ci ilin 
mart-aprel aylarında və sonrasında erməni millət-
çiləri tərəfindən həyata keçirilmiş qanlı hərəkətlə-
rin coğrafiyasının daha geniş olduğunu və faciə 
qurbanlarının sayının dəfələrlə çox olduğunu sü-
but etdi. 
30 ilə yaxın qarşıdurma, nəhayət, hərb yo-
lu ilə həllini tapdı. Haqsız tökülmüş qan yerdə 
qalmadı. Xocalı qurbanlarının qisası alındı. İndi 
onların ruhu sakitləşə bilər ki, bu torpaqlarda 
azərbaycanlı övladları gəzir. Nankor qonşuları-
mızı buradan artıq şanlı ordumuz qovub çıxarıb. 
Lakin dünya ölkələri hələ ki, bu soyqırımlara öz 
birmənalı münasibətlərini bildirməkdən vaz ke-
çirlər. Azərbaycan diasporu hər bir təmsil etdiyi 
ölkələrdə saysız aksiyalar təşkil edir. Cavab – 
sükutdur! 
2020-ci il Üçlü Bəyannamənin imzalanması 
nəticəsində tərəflərin hər birinə müəyyən mənfəət 
qazandırsa da, bu Azərbaycan üçün psixoloji və 
mənəviyyat baxımından əhəmiyyətli bir inkişaf 
kimi qəbul edilə bilər. Eynilə, otuz ildir ki, “məğ-
lubiyyət” təzyiqi altında olan Azərbaycan 44 gün-
lük müharibəni qalib olaraq başa vurdu. 
Növbəti dövrdə baş verəcək hadisələrin ge-
dişatını proqnozlaşdırmaq asan deyil. Bununla 
yanaşı, bölgədə Rusiyanın aktiv söylədiklərinə 
uyğun olaraq, bir sülh prosesinin başlanacağı eh-
timalı yüksəkdir. Azərbaycan milli maraqlara uy-
ğun hərəkət etmək, cərəyan edən hadisələri diq-
qətlə izləmək, icra prosesi, Rusiya və Türkiyə ilə 
sıx dialoq və əməkdaşlıq şəraitində sülh prose-
sində nəzərə alınması vacib olan mövzulardır. 
Şübhəsiz ki, Üçtərəfli Bəyannamənin gə-
tirdiyi sülh prosesi Azərbaycan xalqını tam qane 
etməmişdir. Rusiyanın Qafqaz bölgəsində iki 
yüz ildən artıq bir müddətdə davam edən müs-
təmləkə siyasətinə uyğun olaraq, strategiya və 
taktikası formal olaraq dəyişsə də, keçmiş baxı-
mından o qədər də dəyişməyib: bölgənin de-
moqrafik quruluşunu pozmaq bölgədə yerləşə-
rək qalıcı olmağa çalışan hərbi güc yerləşdirmək 
(qarşıdurma yaratmaq) üçün bəhanədir. Azər-
baycanın gələcəkdə bu kimi siyasətlərin icrası-
nın əleyhinə durması yalnız türk-islam ölkələri 
ilə birlik sayəsində mümkün olmaqdadır. 

Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   164   165   166   167   168   169   170   171   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin