Research papers


Tamilə Oqtay qızı Həsənova



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə166/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   162   163   164   165   166   167   168   169   ...   246
elmi-eserler-2022-2-cap

Tamilə Oqtay qızı Həsənova
 
136 
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022
 
rılmaz hissəsidir” başlıqlı və Milli Akademiya-
nın İnsan Hüquqları İnstitutunun Ekspert Şurası 
tərəfindən qəbul edilmiş bu sənəd 19 fevral 
2002-ci il tarixində Azərbaycan Elmləri, Azər-
baycan Respublikasının Milli Məclisinə, Türki-
yə, Gürcüstan, Rusiya və digər dövlətlərin par-
lamentlərinə, BMT-nin İnsan Hüquqları üzrə 
Ali Komissarı, Parlament Assambleyası kimi 
beynəlxalq təşkilatlara göndərilmişdir. 
Ermənistanın təcavüzkar siyasətinə tabe 
olan bir milyondan çox insan çətin şəraitdə ya-
şamış, çadır şəhərciklərində, yığma evlərdə, yük 
vaqonlarında və yaşamaq üçün uyğun olmayan 
digər yerlərdə sığınacaq tapmışdılar. 
Ermənistan dövləti BMT Təhlükəsizlik Şu-
rasının 1993-cü ilin aprel ayında 822, iyul ayında 
853, oktyabrda 874 və noyabrda 884 saylı Azər-
baycan Respublikası ərazilərinin Ermənistan or-
dusu tərəfindən işğalı ilə əlaqədar qəbul etdiyi 
qətnamələrə, bununla beynəlxalq ictimaiyyəti 
görməməzlikdən gəlmişdir [16, s. 44]. 
Qarabağ probleminin ədalətli həlli üçün 
Azərbaycan dövlətinin tutduğu ardıcıl, prinsipi-
al və qətiyyətli siyasi xətt, Azərbaycan Respub-
likasının konstruktiv mövqeyi dünya dövlətləri-
nə yaxşı məlum olmuşdur. Problemin sülh və 
danışıqlar yolu ilə həll edilməsinin əsas istiqa-
mətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissa-
bon zirvəsində dünyanın 53 dövləti tərəfindən 
təsdiqlənmiş və dəstəklənmişdir. 
Nəzərə alınmalıdır ki, insanlar eyni plane-
tin sakinidir və bu ortaq ev ölüm və qanla təhdid 
edənlərə qarşı qətiyyətli və birgə mübarizə apa-
rılmalıdır. 21-ci əsrə xoşbəxtliklə daxil olan xalq-
ların adından, ədalət naminə, ən yüksək insani is-
təklərin təntənəsi naminə, dövlətlər, dünya parla-
mentləri, beynəlxalq təşkilatların bərpa olunma-
sına dəstək verəcəyinə Azərbaycan hər zaman 
inanmışdır. Qarabağ probleminin sülh və danı-
şıqlar yolu ilə həll olunmasının tərəfdarları ola-
raq, dövlətlərin, dünya parlamentlərinin, beynəl-
xalq təşkilatların birgə səyləri nəticəsində Azər-
baycan Respublikasının ərazi bütövlüyünün tə-
min olunacağına bir daha əmin olduğunu bildirir. 
28 May 1918-ci ildə Azərbaycan Xalq 
Cümhuriyyəti qurulduqdan sonra 31 Mart 1918-ci 
il hadisələrinə xüsusi diqqət yetirildi və 15 iyul 
1918-ci ildə Nazirlər Şurası faciəni araşdırmaq 
üçün fövqəladə bir “İstintaq Komissiyası” yarat-
mağa qərar verdi. Komissiya mart soyqırımı, ilk 
mərhələdə Şamaxı şəhərindəki təqiblər və İrəvan 
quberniyasında ermənilərin törətdikləri ağır cina-
yətlərin istintaqı ilə başladı. Bu həqiqətləri dünya 
ictimaiyyətinə çatdırmaq üçün 1918-ci ilin iyul 
ayında Azərbaycan Respublikası Xarici İşlər Na-
zirliyinin tərkibində xüsusi bir qurum yaradıldı. 
Qeyd edilməlidir ki, bu, əslində bir əsrdən 
çox davam edən azərbaycanlıların soyqırımına 
və torpaqlarımızın işğalına qarşı siyasi qiymət 
vermək üçün tarixdə ilk cəhd idi. Lakin 1920-ci 
ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti-
nin dağılmasından sonra 31 Mart Soyqırımı İs-
tintaq Komissiyası və Azərbaycan Respublikası-
nın Xarici İşlər Nazirliyi yanında xüsusi bir qu-
rum faktları dünya ictimaiyyətinə çatdırmaq 
üçün yaradıldı. Beləliklə, ermənilər və bolşevik-
lər tərəfindən düzgün bir siyasi və hüquqi qiy-
mətləndirmənin beynəlxalq aləmdəki həqiqətləri 
ortaya qoymasının qarşısı alındı. Ermənilər və 
bolşeviklər tərəfindən Azərbaycan mülki vətən-
daşlarına qarşı törədilən soyqırım 30 mart-2 ap-
rel 1918-ci il tarixləri arasında törədilmişdir [2]. 
Ermənilər və bolşeviklər tərəfindən Azər-
baycanda və Ermənistanda yaşayan azərbaycan-
lılara qarşı törədilən soyqırımı nəticəsində həya-
tını itirənlərin sayı sağdakı cədvəldə göstərilir: 



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin