Tamilə Oqtay qızı Həsənova 134
Research Papers of the Institute of Education of the Republic of Azerbaijan, Volume: 89, Number: 2, 2022 də başı kəsildiyini söylədi. Sonra daha iki azər-
baycanlının gözləri çıxarıldığını nəql etmişdilər.
Ermənilər Xocalıdakı hücum zamanı qada-
ğan olunmuş 5.45 çaplı patron və kimyəvi silah-
dan istifadə etmişdilər. Bütün bunlar Ermənistan
tərəfindən Cenevrə Konvensiyasının protokolla-
rının pozulması və mülki əhaliyə qarşı soyqırı-
mın həyata keçirilməsi faktını təsdiqləyir.
Xocalı soyqırımına beynəlxalq ölkələrdən gələn reaksiyalar. Xocalı soyqırımının xüsusi
amansızlıqla törədilməsi rusları, gürcüləri, ingi-
lisləri, fransızları, almanları, amerikalıları və
başqa ölkələrin vətəndaşı olan digər jurnalistləri
və publisistləri dəhşətə gətirmişdir.
Xocalı qaçqınlarının BMT, Avropa Birliyi
Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraci-
ətində deyilir: “Artıq 10 ildən çoxdur ki, biz Xo-
calı qaçqınları kimi ürəyimizdə ağrılarla və eyni
zamanda, böyük ümidlə bütün sülhsevər xalqla-
ra, bütün beynəlxalq təşkilatlara müraciət edirik.
Erməni hərbi təcavüzü nəticəsində başımıza gə-
lən bəlaya biganə qalmamağınızı xahiş edirik.
İnanırıq ki, BMT, AB və ATƏT kimi dünyanın
nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələr
Ermənistan kimi bir dövlətin təcavüzünə və öz-
başınalığına qarşı tədbirlər görəcəklər”.
Dünyada qəbul edilmiş beynəlxalq kon-
vensiyalar, dünya qanunları Xocalı faciəsi kimi
soyqırım aktlarını pisləyir, qəbuledilməz olduğu-
nu bildirir. Azərbaycan xalqı 9 dekabr 1948-ci il
tarixli “Soyqırımı Cinayətinin qarşısının alınması
və cəzalandırılması” Konvensiyasını rəhbər tuta-
raq, Ermənistan Respublikasına qarşı BMT-nin
Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldır-
maq hüququna malikdir. Dünya bilməlidir ki, bu
cinayət yalnız Azərbaycan xalqına deyil, eyni za-
manda, bütün insanlığa qarşı yönəldilmişdir. Bu
gün Ermənistanda yüksək vəzifələr tutan insan-
lar: Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də
Robert Köçəryan və digərləri, soyqırımı həyata
keçirənlər olaraq beynəlxalq məhkəmə qarşısında
cavab verməlidirlər.”
Əlbəttə ki, bu növ insanlığa qarşı cinayət-
lər cəzasız qalmamalıdır. Ermənistanın hərbi-si-
yasi təcavüzü dünya birliyi tərəfindən günahlan-
dırılmalıdır. Beynəlxalq təşkilatlar, dünya ölkə-
lərinin parlamentləri, Ermənistan Respublikası-
nın Azərbaycan ərazisində törətdiyi Xocalı soy-
qırımına həqiqi bir soyqırım kimi beynəlxalq,
siyasi və hüquqi qiymət verməlidirlər [5, s. 2].
“Soyqırım” anlayışının hüquqi mənası
BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli
260 A (III) saylı qətnaməsi ilə qəbul edilmiş
“Soyqırımı Cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında” Konvensiya ilə
müəyyən edilir. Bu Konvensiyanın əsas müddə-
aları aşağıdakılardır:
– belə bir qrup üzvlərinin öldürülməsi;
– belə bir qrup üzvlərinə ciddi bədən xəsa-
rəti və ya ruhi zərər vurmaq;
– tam və ya qismən fiziki məhv edilməsi
üçün nəzərdə tutulmuş yaşayış şəraitinin hər
hansı bir qrupu üçün qəsdən yaradılması;
– belə bir qrupun mühitində uşaq doğma-
ğın qarşısını almaq üçün hazırlanmış tədbirlər;
– uşaqların bir insan qrupundan digərinə
zorla köçürülməsi.
Soyqırım cinayəti üçün xüsusi niyyət zə-
ruri bir element sayılır. Bu obyektiv xüsusiyyət
soyqırım cinayətini digər oxşar beynəlxalq cina-
yətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil
edən əməllərin hər biri qəsdən və əvvəlcədən
hazırlanmışdır. Bu hərəkətlər heç bir halda təsa-
düfən və ya səhlənkarlıq nəticəsində törədilə
bilməz. Eyni zamanda, bu cür hərəkətləri etmək
niyyətləri və mümkün nəticələrinin ümumi mə-
lumatlandırılması onları soyqırım kimi qiymət-
ləndirmək üçün kifayət deyil. Burada cinayət
niyyətinin və ya hərəkətin mənfi nəticələri ilə
əlaqəli xüsusi bir niyyətin müəyyənləşdirilməsi
tələb olunur. Qaçmağa çalışan mülki Azərbay-
can əhalisinin xüsusi hazırlanmış pusqularından
pulemyotlardan, bombalardan və digər silah
növlərindən atəş açılması soyqırım niyyətini bir
daha sübut edir.
Bu cinayət və soyqırım hadisəsi birmənalı
şəkildə Azərbaycan xalqına və milli qrupuna
qarşı yönəlmişdir.
Soyqırım cinayətini təhlil edərkən onun üç
əsas hissəsi müəyyən edilir:
– bilinən bir milli, etnik, irqi və ya dini
qrupun olması;
– belə bir qrupu tamamilə və ya qismən
məhv etmək niyyətinin olması;
– soyqırım kimi şərh olunan hər hansı bir
hərəkətin (actus reus) tanınmış bir qrupa aid
edilməsi.
Nəticə olaraq, bir soyqırım aktı mütləq
milli, etnik, irqi və ya dini qrupa qarşı yönəldil-
məlidir. Başqa bir qrupa, məsələn, siyasi və ya