Research papers


Xocalı faciəsi – tarixi genosiddir



Yüklə 5,36 Mb.
Pdf görüntüsü
səhifə165/246
tarix20.08.2023
ölçüsü5,36 Mb.
#139989
1   ...   161   162   163   164   165   166   167   168   ...   246
elmi-eserler-2022-2-cap

Xocalı faciəsi – tarixi genosiddir 
135 
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 
sosial qruplara yönəlmiş bu cür hərəkətlər, soy-
qırım olaraq qəbul edilə bilməz. 
Soyqırım anlayışı qadağan edilmiş bir hə-
rəkətin ümumi nəticələri üçün xüsusi bir niyyət 
tələb edir. Niyət soyqırım cinayətinin xarakterik 
bir xüsusiyyəti olaraq, bir neçə fərqli kompo-
nenti birləşdirir: 
– niyyət təsadüfən müəyyən bir qrupa aid 
bir və ya daha çox şəxsin məhv edilməsindən 
deyil, qrupun bütövlükdə məhv edilməsindən 
ibarət olmalıdır. Soyqırım qurbanlarını müəy-
yənləşdirmək üçün həlledici meyar onların fər-
diliyi deyil, məhz bir qrupa aid olmalarıdır; 
– niyyət qrupu bu şəkildə məhv etmək ol-
malıdır. Soyqırım bütün insan qrupu üçün möv-
cud olma hüququnun inkar edilməsidir. Və bir 
şəxsin öldürülməsi (soyqırım) bir şəxsin yaşa-
maq hüququnu tanımaqdan imtina kimi xarakte-
rizə olunur. Buna görə aktus reus (qadağan edil-
miş hərəkət) bir nəfərlə məhdudlaşa bilər, lakin 
kişilər rea (niyyət) qrupun varlığına qarşı yönəl-
dilməlidir; 
– soyqırımın niyyəti qrupu tam və ya qis-
mən məhv etmək olmalıdır; 
– niyyət məhz milli, etnik, irqi və ya dini 
qruplardan birinin məhv edilməsində olmalıdır. 
Soyqırım cinayətinə görə məsuliyyəti 
müəyyənləşdirmək, bütün bir qrupun məhvi ki-
mi son nəticənin əldə edilməsini tələb etmir. 
Bunun üçün etnik qrupu tamamilə və ya qismən 
məhv etmək məqsədi ilə cinayətin obyektiv tə-
rəfini təşkil edən hərəkətlərdən birini etmək ki-
fayətdir [7, s. 3]. 
Soyqırımın obyektiv tərəfi olan məhv an-
layışı fiziki və ya bioloji təsir ilə həyatdan məh-
rum etmək deməkdir. 
BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 
soyqırım hərəkətlərinin qadağan edilməsi öhdə-
liklərini erga omnes öhdəlikləri adlandırmışdır. 
Beynəlxalq Ədalət Məhkəməsi Soyqırım 
Cinayətinin qarşısının alınması və cəzalandırıl-
masına dair Konvensiyanın əsasını təşkil edən 
prinsipləri bütün dövlətlər üçün məcburi olaraq 
tanımışdır. 
Aşağıdakı sənədlər Xocalı hadisələrini 
beynəlxalq hüquq əsasında bir soyqırım cinayət 
əməli kimi qiymətləndirməyə imkan verir: 
1. BMT Baş Məclisinin 9 dekabr 1948-ci il 
tarixli 260A (III) saylı qətnaməsi ilə qəbul edil-
miş “Soyqırımı Cinayətinin qarşısının alınması 
və cəzalandırılması haqqında” Konvensiya. 
2. Nürnberg Hərbi Məhkəməsinin Nizam-
naməsi (Nizamnamədə soyqırım cinayətindən 
açıq şəkildə bəhs edilməməsinə baxmayaraq
soyqırımı təşkil edən hərəkətlər insanlıq əleyhi-
nə cinayətlər və müharibə cinayətləri kimi qiy-
mətləndirilir). 
3. Yuqoslaviya Beynəlxalq Cinayət Məh-
kəməsinin Əsasnaməsi (maddə 4) 
4. Ruanda üçün Beynəlxalq Cinayət Tri-
bunalının Əsasnaməsi (maddə 1). 
5. Beynəlxalq Cinayət Məhkəməsinin sta-
tusu (Maddə 6). 
6. Azərbaycan Respublikasının Cinayət 
Məcəlləsi (maddə 103). 
7. “Azərbaycanlıların Soyqırımı haqqın-
da” Azərbaycan Respublikası Prezidentinin 26 
mart 1998-ci il tarixli Fərmanı. 
Beynəlxalq hüquq soyqırım cinayəti ilə 
əlaqədar aşağıdakıları müəyyən etmişdir: 
1.
Soyqırım cinayətini törədənlərin müha-
kimə olunması və cəzalandırılması qaçılmazdır. 
2.
Cinayətin quruluşu yalnız bir soyqırım 
aktının törədilməsi deyil, həm də soyqırımı tö-
rətmək üçün hazırlanmış bir sui-qəsd, birbaşa və 
kütləvi şəkildə soyqırımı təşviq etmək, soyqırım 
təşəbbüsü və soyqırımda iştirak etməkdir. 
3.
Soyqırım cinayətini törətmiş şəxslərə 
ümumdünya yurisdiksiyasının prinsipləri tətbiq 
edilməlidir. 
4.
Soyqırım cinayətinin törədilməsində 
əmrin icrasına istinad məsuliyyətdən azad etmir. 
5.
Liderlər soyqırım cinayətinin qarşısını 
almaq üçün tədbir görməməyə görə məsuliyyət 
daşıyırlar. 
6.
Soyqırımı cinayətlərinə görə, cinayət 
məsuliyyətinin tətbiqi üçün iddia müddətini nə-
zərə almaq vacib deyildir. 
7.
Soyqırım cinayətinə qanunun geriyə 
dönük şəkildə tətbiq edilməsinə icazə verilir. 
8.
Soyqırım cinayətini törədənlər cinayət 
təqibi üçün müraciət edən ölkəyə təhvil verilmə-
lidir. 
Beləliklə, Xocalıda əhaliyə ermənilər tərə-
findən azərbaycanlılara qarşı törədilən hərəkət-
lər, beynəlxalq hüquqi sənədlərə uyğun olaraq 
– 
soyqırımı və beynəlxalq hüququn prinsiplərinə 
uyğun olaraq insanlığa qarşı cinayətdir. 
“Xocalı faciəsi beynəlxalq bir cinayət 
kimi Ermənistan Respublikasının Azərbaycan 
xalqına qarşı yönəlmiş soyqırım siyasətinin ay-



Yüklə 5,36 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   246




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin