Müasir pedaqoji texnologiyalar (Keys-texnologiyası) 165
Azərbaycan Respublikasının Təhsil Ġnstitutunun Elmi əsərləri, Cild 89, № 2, 2022 Keyslər istifadə formatına və mürəkkəblik səviyyəsinə görə fərqlənirlər. İstifadə formatına görə olan fərqlər:
• İcra keysləri (1-2 səhifə və daha az). İşti-
rakçılar keyslə birbaşa tədbirdə tanış olur və
onu fərdi qaydada və ya moderatorla müzakirə
formatında həll edirlər. Bu cür keyslər nəzəri
materialı izah etmək və ya xüsusi, dar çərçivə
daxilindəki vərdişləri yoxlamaq üçün istifadə
olunur.
• Tematik keyslər (3-5 səhifə). Onlar təlim
sessiyasında və ümumi müzakirə zamanı təlima-
lanları məlumatlandırmaq üçün nəzərdə tutulub
və burada bəzən iştirakçılardan qısa ilkin hazır-
lıq tələb olunur.
• Harvard keysləri (orta hesabla 20-25 sə- hifə). Buraya bir neçə gün ərzində müstəqil ko-
manda işi və həllin təqdimatı daxildir.
Mürəkkəblik səviyyəsinə görə olan fərqlər:
•
Yüksək dərəcədə strukturlaşdırılmış. Əlavə məlumatların miqdarı minimum səviyyə-
dədir. Onların tərkibində konkret həll modeli və
optimal həll var.
•
“Kiçik eskizlər” (qısa vinyetlər). Yalnız
əsas anlayışları təqdim edən, 2-3 səhifəlik əla-
vələr daxil edilir. İştirakçıların işləməsi üçün
əlavə biliklər tələb olunur.
•
Böyük strukturlaşdırılmamış keyslər. Bunlar ən çətin keyslərdir. İştirakçılar çox sayda
zəif strukturlaşdırılmış məlumatın öhdəsindən
gəlməlidirlər. Keysə lazımsız, əlavə məlumatlar
daxil ola bilər və yaxud bəzi vacib məlumatlar
olmaya bilər.
Klassik və ya Harvard keysinin quruluşu Sıra №