Keysin əsas məzmunu 20-səhifə Əlavə məlumat 10 səhifə 1
Problemli situasiyanın qısa təsviri
və keys məsələsinin qoyuluşu
Statistika və faktlar:
Keys ümumi məlumatdan əlavə analiz üçün
verilənlərə və statistik faktlara malik olmalıdır
2
Şirkətin, onun daxili və xarici mühitinin
təsviri
Qlossari (mətndəki arxaik, köhnə sözlərin lüğəti):
Keysə onun əsas anlayışlar və terminlərini izah edən
lüğət əlavə edilir
3
İstehsalat sahəsinin xüsusiyyətləri,
dinamikası və onun müasir vəziyyətinin
təsviri
Əlavə mənbələrə istinad:
Bəzən keysə öyrənmək üçün təklif olunan əlavə
materiallara istinad mənbələri də daxil edilir
4
Problemli situasiyanın əsas
elementlərinin ətraflı təsviri
Xarici məktəblərin timsalında təhsildə keys metodundan istifadə Keys-təhsili (Case-study) metodu ilk dəfə
Harvardda (ABŞ) istifadə edilmiş və o vaxtdan
bəri Harvard bütün dünyada keys təhsilinin for-
masını böyük ölçüdə müəyyən etmişdir. Har-
vard Biznes Məktəbində (HBS) təhsil demək
olar ki, bütünlüklə keyslərin təhlilinə əsaslanır
və məktəbin kitabxanasında dünyada ən böyük
keys kolleksiyası vardır. Klassik Harvard keysi
– həcminə görə böyük bir keysdir (20-25 səhifə
mətn, üstəgəl 8-10 səhifə təsvirlər və əlavələr)
ki, orada baş qəhrəman və onun hekayəsi veril-
mişdir. HBS-də keys metodundan istifadənin
özəlliyi yeganə düzgün həllin axtarışıdır.
D.
Kennedi adına İdarəetmə Məktəbində
(John F. Kennedy School of Government, Har-
vard Kennedi School – HKS) keyslərdən dövlət
qulluqçularının hazırlanması üçün istifadə olu-
nur və onların məşğələ mövzuları dövlət siyasəti
və liderlik məsələləri ilə bağlıdır. Burada keysin
əsas qəhrəmanı, bir qayda olaraq, dövlət qullu-
ğundadır və ya qeyri-kommersiya təşkilatının
vəzifəli şəxsidir. Bu keyslər, misal üçün, “Ruan-
danın soyqırımdan sonra dirçəlişi”, “Katrina qa-
sırğası” və s. bu kimi mövzuları əhatə edə bilər.
HKS-də keyslərin müzakirəsi daha çox elmi və
konseptual xarakter daşıyır, biznes məktəblərin-
də isə keys metodu konkret problemin həlli ilə
bağlı fəaliyyət planının hazırlanmasıdır.