Ordu üzərində parlament nəzarəti olacaq. Parlamentin və
onun Təhlükəsizlik və Müdafiə Komitəsinin Silahlı Qüvvələrə
yönəlik səlahiyyətləri və məsuliyyətləri artırılacaq. Yeni əsaslarla
formalaşacaq silahlı qüvvələrimizin üzərində şəffaf büdcə nəzarəti
həyata keçiriləcək. Parlament qarşısında müdafiə xərclərinin
əsaslandırılması və Müdafiə Nazirliyinin hesabatlılığı proseduru
tətbiq olunacaq. Bu məqsədlə Parlamentdə hərbi quruculuq işlərinə
nəzarət edəcək etimad qrupu yaradılacaq.
Dostları ilə paylaş: |