Milli təhlükəsizlik. Milli Təhlükəsizliyi siyasi fəaliyyətdən ayı-
racağıq. Bu sahədə fəaliyyət göstərəcək qurum nazirlik statusu daşı-
mayacaq. Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks Kəşfiyyat
İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılacaq. Bu qurumlar birbaşa
Prezidentə tabe olacaqlar. Lakin bu qurumlar hökumətlə işgüzar
əməkdaşlıq edəcək və Milli Məclis qarşısında hesabat verəcəklər.
İctimai asayiş. İctimai asayişin təmin edilməsi üçün Fövqəladə
Hallar Nazirliyi, Dövlət Yol Polis İdarəsi və Post Patrul Xidmətinin
bazasında Daxili İşlər Nazirliyinin (DİN) yeni qurumu Jandarma
İdarəsi yaradılacaq. İctimai etimadı bərpa etmək məqsədilə əhali ilə
ən çox təmasda olacaq Jandarma İdarəsinin formalaşmasında gender
məsələsinə xüsusi önəm veriləcək.
Dostları ilə paylaş: |