Rəyçilər: Yeganə Qəhrəmanova


Nitq, yaxud verbal etiket



Yüklə 374,31 Kb.
səhifə50/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   46   47   48   49   50   51   52   53   ...   113
İşgüzar -A5 (1) 2003

Nitq, yaxud verbal etiket. Nitq etiketi salamlamanın, tanışlığın, təbrikin, arzunun, təşəkkürün, üzr istəmənin, xahişin, dəvətin, məsləhətin, təklifin, təsəllinin, acımanın, başsağlığının, komplimentin, tərifin sözlə ifadə edilməsi düsturlarını nizamlayır. Nitq etiketinə həmçinin danışmaq tərzini (o cümlədən telefonla) və söhbət etmək bacarığını da aid edirlər.

  • Mimika və jestlər. Bir çox xalqlar özünün spesifik salamlaşma, vida, razılıq, inkar, təəccüb jestlərinə malikdirlər. Bu jestlər müxtəlif çalarlara malik ola bilərlər: bitərəf, təntənəli-mərasim, saymazyana-bayağı. Həmsöhbətə və söhbətin mövzusuna münasibət həmçinin mimika, gülüş, baxışların istiqaməti vasitəsilə ifadə edilə bilər.

  • Etiketdə məkanın təşkili (yaxud etiket prosemikası). Etiketdə həmsöhbət­lərin hər hansı məkanda qarşılıqlı yerləşməsi, müəyyən məsafənin seçimi, onlar arasında fiziki təmasın olub-olmaması da mühüm əhəmiyyətə malikdir. Evdə, yaxud masa arxasında hansı yerin hörmətli, hansı duruş, oturuş tərzlərinin bu və ya digər vəziyyətdə mümkün olduğunu bilmək lazımdır.

  • Etiket atributları (yaxud etiketdə əşyalar aləmi). Etiket atributlarına geyim, bəzək əşyaları və baş geyimi, hədiyyələr, rənglər və s. aid edilir.

    Bəzi yerlərdə etiket kimi qəbul olunan qaydalar başqa bir yerdə ayin, mərasim xarakteri daşıyır.
    Qərb mədəniyyətində “ünsiyyət bacarığı” öz statusunu qorumaqdan çox onun konkret şəraitə ağıl və bacarıqla uyğunlaşdırmasından ibarətdir. Məsələn, əgər sürücü yaşıl işıqda bizim yolu keçməyimizi gözləyirsə, onun davranışını etiketə uyğun adlandırmaq olmaz. Ona görə ki, o, sadəcə yol qaydalarına riayət edir. Lakin əgər sürücü maşınını küçənin ortasında saxlayır və piyadaya yolu keçməyi təklif edirsə, bu addımı etiketə uyğun hesab etmək olar.
    Xarici görünüş, bir qayda olaraq, ətrafdakıların görünüşündən ciddi şəkildə fərqlənməməlidir. Yaxşı və zövqlə geyinmək istənilən vəziyyətdə mümkündür və lazımdır. Geyim növünün stilinin seçimində şübhələr varsa, daha mühafizəkar variantı seçmək yaxşı olar.
    Nitq mədəniyyəti də yaxşı tərbiyə almış adamın davranışının təməl prinsiplərindən biridir. Salamlaşma, təşəkkür, üzr istəmə sözləri, şübhəsiz, insana əlavə yaraşıq verir. Səmimi gülüş xoş niyyət kimi ünsiyyətdə müsbət təsəvvürün oyanmasında yardımçı rolunu oynayır. Davranışınızın düzgünlüyünə əmin deyilsinizsə, təşəbbüsü başqalarına vermək daha yaxşı olar. İstənilən halda öz fikrini başqalarına qəbul etdirməkdə ifrata varmaq, hamının diqqətini cəlb etmək, digərlərinin dediklərinə əhəmiyyət verməmək olmaz. Öz hisslərini cilovlamaq və təmkinlilik yaxşı tərbiyə olunmuş insanları digərlərindən fərqləndirən cəhətlərdir. Sonrakı peşmançılığa səbəb olan bir çox səhvlərin arxasında söhbət əsnasında bir anlıq fasilə edərək nə deyəcəyini düşünmək bacarığının olmaması durur.
    İnsanlara xeyirxah nəzakətli münasibətin əsas təzahürlərindən biri nitq etiket qaydalarına, xüsusən salamlaşmaq, vidalaşmaq, minnətdarlıq, rəğbət ifadə etmə qaydaları­na riayət edilməsidir. Salamlaşma nitq etiketinin ən vacib əlamətlərindən biridir. Onun köməyi ilə ünsiyyət üçün əlaqə qurulur, insanlar arasında münasibətlər ifadə edilir. İşgüzar ünsiyyətdə salamlaşmada ən çox istifadə olunur: Salam!, Sabahınız xeyir!, Gününüz xeyir!, Axşamınız xeyir və s. Vidalaşma zamanı istifadə olunur: Salamat qalın!, Görüşənə qədər!, Sağlıqla qalın!, Sağ olun!, Yaxşı yol!, Sağ-salamat gedin! və s. Təşəkkür zamanı istifadə olunur: Təşəkkür edirəm!, Sizə çox minnətdaram!, İcazə verin təşəkkürümü bildirim!, Mən sizi çox qiymətləndirirəm! və s. Bir tədbirə dəvət etmək üçün ümumi qəbul edilmiş etiket formulları aşağıdakı ifadələrdir: İcazə verin ..., Sizi də dəvət edirəm ... və s.

    Yüklə 374,31 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   46   47   48   49   50   51   52   53   ...   113




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin