Rəyçilər: Yeganə Qəhrəmanova


Yazılı işgüzar ünsiyyətin etikası



Yüklə 374,31 Kb.
səhifə77/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   73   74   75   76   77   78   79   80   ...   113
İşgüzar -A5 (1) 2003

Yazılı işgüzar ünsiyyətin etikası. İşgüzar yazılı ünsiyyətdə başlıca tələblərdən biri də etiket qaydalarının gözlənilməsidir. Etiket qaydalarının gözlənilməsi işgüzar münasibətlərin qurulmasına və pozitiv istiqamətdə inkişafına kömək etməklə yanaşı, əməkdaşlığın sağlam təməlini yaradır, etibarlı tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Ona görə də işgüzar yazılı ünsiyyətdə aşağıdakı etiket qaydalarına əməl edilməlidir:

  • tərəf müqabilinə, qarşı tərəfə hörmət əlaməti olaraq işgüzar yazılı sənədin bir ünvana göndərilməsi daha düzgündür. Bu, işgüzar əlaqələrin möhkəmlənməsinə münbit şərait yarada bilər.

  • hüquqi və fiziki şəxsin ünvanına daxil olmuş məktuba (sənədə) mütləq vaxtında cavab verilməlidir. Verilən cavab konkret və aydın olmalı, quru sözlərdən və yalnız dəftərxana ifadələrindən (rəsmi ifadələrdən) ibarət olmamalıdır.

  • məktubun (sənədin) bir neçə ünvana göndərilməsi zərurəti yaranarsa, hər bir nüsxəsinin üzərinə “surəti” sözü əlavə olunmalıdır. Məsələn, “Azərbaycan Respublikası Təhsil Nazirliyinə”. Surəti: “Bakı Şəhər İcra Hakimiyyətinə”.

Belə olan hallarda işgüzar məktubun göndərildiyi birinci şəxs və ya təşkilat həmin məktuba cavab verməlidir. Məktubun surəti göndərildiyi şəxsin və ya təşkilatın cavabı məcburi deyildir.

  • hər bir işgüzar məktubun konkret mövzusu olmalıdır. Bu, qarşı tərəfin vaxtına qənaət deməkdir. Belə ki, digər yazışmalar arasında göndərilən məktublar içərisində konkret mövzulu məktub asanlıqla tapılır və ona cavab verilməsinə kömək edir.

  • işgüzar məktub salamlaşma ilə başlayır, sonra onun ünvanlandığı şəxsə və təşkilata müraciətlə davam etdirilir. Bu hal qarşı tərəfin vacib bir şəxs olması qənaətinə gəlməsinə səbəb olur.

Qeyd olunan etiket qaydalarına əməl etməklə yanaşı, işgüzar məktubların hazırlanmasında şablon sözlər və ifadələr də işlədilir. Məsələn, məktub yazılarkən onun giriş hissəsində “xahiş edirik”, “çox xahiş edirik”, “bir daha xahiş edirik”, “bildiririk”, “eyni zamanda bildiririk”, “bir daha xatırladırıq” və sair şablon ifadələrdən istifadə olunur. Bundan başqa, məktublarda aşağıdakı şablon ifadələrdən də istifadə olunur:

  • ... hər şeydən əvvəl...

  • ikincisi ... sonra...

  • üçüncüsü... daha sonra... yekunda... beləliklə...

  • göstərilənləri nəzərə alaraq...

  • növbəti məsələyə keçərək...

  • ... məsələsinə gəlincə...

  • yuxarıda göstərilənlərdən çıxış edərək...

  • ... məsələsinə qayıtmaq zərurəti ilə əlaqədar olaraq...

  • onu da nəzərə almaq lazımdır ki...

  • sonda ümid edirik ki...

  • sonda sizə xatırlatmaq istəyirik ki...

Məktublarda razılaşmaların yerinə yetirilməməsi və ya lazımi səviyyədə yerinə yetirilməməsi zamanı bunun səbəbini qarşı tərəfə çatdırmaq üçün, bir qayda olaraq, aşağıdakı ifadələrdən istifadə olunur:

  • ödəmənin gecikməsi ilə əlaqədar...

  • sizin hərəkətlərinizin əvvəl qəbul olunmuş razılaşmalara uyğun gəlməməsi ilə bağlı...

  • xarici valyutaların kursunun dəyişməsi ilə əlaqədar... və sair.

Bu tipli məktublar hazırlanarkən müəyyən hadisə və faktlara istinad edilir. Bu zaman aşağıdakı standart ifadələrdən istifadə olunur:

  • sizin... tarixli... nömrəli məktubunuza əsaslanaraq...

  • əvvəllər əldə olunmuş razılaşmalara uyğun olaraq...

  • sizin... tarixli sorğunuza cavab olaraq...

  • sizin xahişinizə əsasən... və sair.

İşgüzar məktubların hazırlanması zamanı onun məqsədini göstərmək üçün aşağıdakı şablon ifadələrdən istifadə olunur:

  • məsələnin tezliklə həlli məqsədi ilə...

  • sərəncamın icrası məqsədi ilə...

  • mübahisəli məsələlərin həlli üçün...

  • münaqişəli şəraitdən yayınmaq üçün ... və sair.

İşgüzar məktublar hazırlanarkən qarşılıqlı isti münasibətləri yaratmaq üçün aşağıdakı ifadələr istifadə olunur:

  • təşəkkür edirəm;

  • ümid edirəm ki...;

  • minnətdarlığımı bildirirəm;

  • uğurlar arzulayıram;

  • üzr istəyirəm və sair.

Məlumat xarakterli məktublarda aşağıdakı söz və ifadələr işlədilir:

  • bildiririk ki, ...;

  • sizə məlum edirik ki, ...;

  • xəbərdar edirik ki, ...

Məktublarda təsdiq, bildiriş xarakterli ifadələr də işlədilir:

  • təsdiq edirik;

  • razılaşırıq;

  • qəbul edirik;

  • möhürlə təsdiqləyirik və sair.

Məktublarda həmçinin tələb, xahiş tipli ifadələr də işlənir:

  • əmr edirəm;

  • qərara alıram;

  • tələb edirəm;

  • xahiş edirəm və sair.

İşgüzar məktublarda orfoqrafik səhvlərə yol verilməməlidir. Sözlər, ifadələr məntiqi ardıcıllıqla düzülməli, fikir və ideyalar bir-birini tamamlamalıdır. Qeyd olunan məsələlərin yerli-yerində olması məktub müəllifi barədə xoş təəssürat yarada bilər.
İşgüzar yazılı ünsiyyət peşəkar imic yaratmaqda, işgüzar əlaqələrin təşkili və qorunmasında təsirli bir vasitədir. Bu sahə üzrə mütəxəssislər C.M. Leyxiff və C.M. Penrosuz yazılı ünsiyyətin təsirli olması üçün əməl edilməli olan 10 qaydanı təklif edirlər.

Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin