Rəyçilər: Yeganə Qəhrəmanova



Yüklə 374,31 Kb.
səhifə80/113
tarix01.05.2023
ölçüsü374,31 Kb.
#105387
1   ...   76   77   78   79   80   81   82   83   ...   113
İşgüzar -A5 (1) 2003

Şəxsi sənədlər
Tərcümeyi-hal. Şəxsi iş kağızı –işgüzar ünsiyyətdə iştirak edən bir şəxsin ehtiyaclarına xidmət edən sənəddir. Belə sənədlərdən biri də tərcümeyi-haldır.
Tərcümeyi-hal müəllifin özü haqqında müstəqil tərtib etdiyi sənəddir. Bütün məlumatlar xronoloji qaydada verilir. Tərtib edilmiş tərcümeyi-halın bir qisim məcburi elementləri var:
• sənədin adı;
• müəllifin soyadı, adı, atasının adı;
• tarix və anadan olduğu yer;
• təhsil (təhsil yeri və müddəti, aldığı ixtisas);
• əmək fəaliyyətinin növü;
• son iş yeri və vəzifəsi;
• mükafatlar, diplomlar;
•ailə vəziyyəti;
• valideynlər və yaxın qohumlar haqqında məlumat (soyadı, adı, atasının adı, doğum tarixi, iş yeri, təhsil yeri və yaşayış yeri);
• tərcümeyi-halın tərtib edildiyi tarix;
• şəxsi imza.


Tərcümeyi-hal nümunəsi
Tərcümeyi-hal
Mən, Məmmədov Əhməd Səməd oğlu, 1970-ci ildə Bakı şəhərində anadan olmuşam. 1976-cı ildə Bakı şəhərindəki 42 nömrəli məktəbin birinci sinfinə daxil olmuş, 1986-cı ildə oranı bitirmişəm. Həmin il Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU-nun) birinci kursuna qəbul olmuş, 1990-cı ildə isə fizika müəllimi ixtisası alaraq ali təhsilimi başa vurmuşam.
1990-1993-cü illərdə ordu sıralarında xidmət etmişəm. 1993-cü ildən indiyə qədər Bakı şəhərində 34 nömrəli orta məktəbdə fizika müəllimi işləyirəm.
Atam – Məmmədov Səməd Məmməd oğlu, təqaüdçüdür.
Anam – Məmmədova Nazilə Cəbrayıl qızı, təqaüdçüdür.
Evliyəm. Həyat yoldaşım – Məmmədova Fidan Rəsul qızı evdar xanımdır.
Oğlum – Məmmədov İlkin Əhməd oğlu Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.
Qızım – Məmmədova Əfsanə Əhməd qızı Azərbaycan Dövlət Tibb Universitetinin I kurs tələbəsidir.
Yaradıcı əməyimə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanını almışam.


İmza: Əhməd Məmmədov
12 iyul 2020-ci il

Tərcümeyi-hal (ingiliscə Curriculum vital – Tərcümeyi-hal) CV-i də adlanır. CV-i qısaca olaraq tərcümeyi-haldır. CV vasitəsilə hər bir kəs özünü professional şəkildə təqdim edə bilər. Əgər hər hansı bir şirkət vakansiya elan edibsə və siz bu vakansiyaya müraciət etmək istəyirsinizsə, onda həmin şirkətin insan resursları mütəxəssisinə özünüzü təqdim etmək üçün CV forması göndərməli olacaqsınız. CV sizin vakansiyaya uyğun olub-olmadığınızı çatdıracaq və ilkin baxışdan sonra sizin barənizdə bir fikir formalaşacaq. CV yazılma məqsədləri müxtəlif ola bilər: buna təhsil, iş, təcrübə proqramları, konfrans və s.



Yüklə 374,31 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin