111. XALQ –
ŞƏXSİYYƏT
Xalq özünü ən çox Ali Şəxsiyyətdə ifadə edir.
Ərəb xalqı
–
Məhəmmədə bərabərdir. Ancaq bütün ərəblər bir yerdə
Məhəmmədə
bərabər deyil.
Yəhudi xalqı
–
Musaya bərabərdir. Ancaq bütün yəhudilər bir yerdə
Musaya bərabər deyil.
Hind xalqı
–
Buddaya bərabərdir. Ancaq bütün Hindlər bir yerdə
Buddaya bərabər deyil.
Alman xalqı
–
Lüterə bərabərdir. Ancaq bütün almanlar bir yerdə
Lüterə bərabər deyil.
Çex xalqı Yan Qusa bərabərdir. Ancaq bütün çexlər bir yerdə Yan
Qusa bərabər deyil.
Ali Şəxsiyyət Xalqı tam ifadə etdiyi üçün əhalidən artıqdır.
112. PEYĞƏMBƏRLİK
Peyğəmbər həm filosof idi, həm şair idi, həm natiq idi, həm də ictimai
xadim idi.
Peyğəmbərlik dağı uçdu, yerində ayrı
-
ayrı daşlar qaldı: filosof daşı,
şair daşı, natiq daşı, ictimai xadim daşı.
Daşlar azlıq eləyir.
İndi Dağ lazımdı
r –
Peyğəmbərlik dağı!
113. ALİMLƏR
–
FİLOSOFLAR
–
PEYĞƏMBƏRLƏR
Koperniklər, Darvinlər “Kainat nədir?”
–
sualına cavab verirlər.
Sokratlar, P
latonlar “İnsan nədir?”
–
sualına cavab verirlər.
Zərdüştlər, Buddalar “İnsanı necə dəyişdirmək olar?”
–
sualına c
avab
verirlər.
Birincilər
–
təzə bilik yaradırlar.
Ikincilər
–
təzə düşüncə tərzi yaradırlar.
Üçüncülər
–
təzə İnsan yaradırlar.
114. ZƏKA
–
CƏZA
Zəkayla Cəzanın Döyüşündə Zəka məğlub olmur.
Çünki Zəka
R
uhani hadisədir, maddi hadisə deyil.
268
Cəza
Z
əkalını
m
əhv edə bilər, ancaq
Zəkanı öldürə bilməz.
Bəşər tarixi məğlub edilmiş Zəka tanımır, öldürülən, yandırı
lan,
işgəncələrə məruz qalan Zəkalı tanıyır.
Zəkayla döyüş
–
Cəzanın ən böyük səhvi olur.
Çünki Zəkalı məhv olanda belə
–
Zəka yaşayır.
115. CİSMANİ
–
RUHANİ
Sufilər cismani gözəlliyi
–
Mütləqin nişanəsi sayırdılar.
Sufiliklə bağlı o
l
an şairlər buna həddən ziyadə ciddi məna verdilər və
Mütləq
i
qaşda, gözdə, dodaqda, qəmzədə axtarmağa başladılar.
Əslində isə Mütləqi cismanilikdə yox,
R
uhanilikdə
–
İnamda, İdrakda,
Mənəviyyatda, İradədə tapmaq olardı.
Cismani gözəlliyin ilahiləşdirilməsi cismaniliyin xeyrinə oldu, şairləri
Mütləqdən uzaqlaşdırdı.
Maddi heç vaxt Ruhanini Təmsil edə bilməz.
Ruhanini yalnız Ruhani Təmsil edə bilər.
116. EŞQ
–
MÜTLƏQ
Eşqdə nisbi Mütləqləşir.
Aşiq Məşuqəni Mütləq sayır, ona səcdə qılır, sitayiş edir.
Əslində bu, Məşuqənin real məziyyətlərinə yox, təxəyyüldə,
ürəkdə, idrakda ideallaşdırılmış, ülviləşdirilmiş varlığına
pərəstişdir.
Əslində Aşiq
Məşuqənin şəxsində Mütləqi sevir.
E
şqdə Məşuqə Amallaşır.
Cazibədar bir yanlışlıq
–
Mütləqə aid olan keyfiyyətlərin sevgiliyə
şamil edilməsi baş verir və bu səhv Aşiqliyin bənzərsiz şeriyyətini
yaradır.
117. SƏADƏT
–
FƏLAKƏT
Ehkamdan ayrılmaq
–
Səadətdir.
Şeytandan ayrılmaq
–
Səadətdir.
C
əhənnəmdən ayrılmaq
–
Səadətdir.
Cənnətdən ayrılmaq
–
Səadətdir.
Mütləqdən ayrılmaq
–
Fəlakətdir.
II
Ehkamdan ayrılmaq üçün
–
Mütləqi tapmalısan.
Şeytandan ayrılmaq üçün
–
Mütləqi tapmalısan.
Cəhənnəmdən ayrılmaq üçün
–
Mütləqi tapmalısan.
269
Cənnətdən ayrıl
maq üçün –
Mütləqi tapmalısan.
Yoxsa İnamsız qalarsan!
İnsansız qalarsan!
118. SƏMAVİLİK
–
ÜLVİLİK
I
Səma nə qədər öyrənilsə də, tədqiq olunsa da, yenə insan üçün
əlçatmazlıq rəmzi olacaqdır.
Çünki onun İdeal Mənası real Mənasından çox yüksəkdi
r.
Çünki İnsan Səmavilik ülviyyətindən əl çəkməz.
II
Səmaviliyi lənətləyirlər, rədd edirlər, inkar edirlər.
Unudurlar ki, yerdə gözəl, kamil, ali nə varsa
–
hamısının səbəbkarı
səmavi fikirlər, ideyalar, duyğulardır və bu baxımdan, göy olmasaydı,
Yerdə yaşamağa dəyməzdi.
III
“Göydən Yerə düş”
–
deyirlər.
Unudurlar ki, göy elə Yerdədir...
IV
Məxluqun Səması yoxdur.
Adamın Səması ondan uzaqdır.
İnsanın Səması ürəyindədir.
V
Peyğəmbərlər göydən cavab gözləyirdilər.
Cavab isə ürəklərindən gəlirdi.
Peyğəmbərlər göyü ürək sayırdılar.
VI
İnsanın Yeri Adi Yer deyil
–
Səmavi Yerdir.
119. İDEAL
– REAL
İdeal
–
gerçəkliyin Mütləqə yüksəldilməsidir.
Real –
gerçəkliyin Nisbidə qalmasıdır.
İdeal üçün Nisbi yoxdur.
Real üçün Nisbidən başqa heç nə yoxdur.
120. SAHİBLİK
– S
AHİBSİZLİK
I
Əgər ölüm varsa
–
İnsan həyatda heç şeyə malik deyil.
Əgər son
m
ənzil varsa
–
İnsanın həyatda mənzili yoxdur.
Mütləq mənada İnsan həyatda
Amaldan
başqa heç
nəyə Sahib deyil.
270
II
Cəmiyyət İnsanı Mülkiyyətsiz qoymaqla ölümün işini görür.
Cəmiyyət Mülkiyyəti hamılaşdırmaqla ölümün işini görür.
Cəmiyyət Amalla döyüşdə məğlub olmaqda ölümə bənzəyir.
121. ADAM –
İNSAN
Adi günlərdə Adamı da İnsan sanırsan.
Çətin günlərdə Adamla İnsanın Fərqini anlayırsan.
Adamla kifayətlənən
–
həyatla kifayətlənir.
Ç
ətin gündə Həyat İnsana azlıq edir.
122. DOST –
DÜŞMƏN
Dost –
Amalın qazancı.
Düşmən
–
Həyatın qazancı.
123. BÖYÜK –
KİÇİK
Böyük –
Amalla ayaqlaşan.
Kiçik –
Həyatla ayaqlaşan.
124. CƏSUR
– QORXAQ
Cəsur
–
Həyatının
qədrini bilən.
Qorxaq –
Həyatının qədrini bilməyən.
125. FİLOSOF
–
ŞAİR
Filosof üçün H
əyat
–
Mütləqin natamam, nisbi təzahüründən başqa
bir şey deyil.
Şair üçün
H
əyat
–
hər şeydir.
Filosof –
anadangəlmə Amalçıdır.
Şair
–
anadangəlmə
H
əyatçıdır.
126. FƏLSƏFİ TƏFƏKKÜR
–
ADİ TƏFƏKKÜR
Fəlsəfi Təfəkkür
–
Həyata Mütləqin gözüylə baxır.
Adi Təfəkkür
–
Həyata Həyatın gözüylə baxır.
127. BƏDİYYAT
–
HƏQİQƏT
Bədiyyat
H
əyatı gözəllik biçimində təqdim edir.
Bu baxımdan, o,
H
əyatı tənqid edəndə belə, təsdiq edir.
Həqiqət
–
həyatı
H
əyati biçimdə təqdim edir
.
Bu baxımdan, o,
H
əyatı təsdiq edəndə belə, tənqid edir.
271
128. GÖZƏLLİK
–
MƏNA
Gözəllik biçim ahəngdarlığı cazibədarlığıdır.
Ancaq o, həm də Ali Mənanın ifadəsi kimi görünür.
Bu səbəbdən gözəllik
H
əyatda olduğundan artıq bilinir.
129. SÖZ –
MƏZMUN
Söz
Məzmunun əyninə biçilməyib.
Ona görə də Sözü Məzmunun əyninə biçmək lazım gəlir.
130. BİLMƏK
– DUYMAQ
Bilən
–
özündən kənardakıyla görüşür.
Duyan –
özündəkiylə görüşür.
131. NİKBİN
–
BƏDBİN
Nikbin –
Mütləqə İnanan.
Bədbin
–
Nisbiyə tapınan.
132. XOŞBƏXTLİK
–
BƏDBƏXTLİK
Xoşbəxtlik
–
Müqəddəslik.
Bədbəxtlik
–
Hərcayilik.
Müqəddəslik
–
Ömrün nəticəsi.
Hərcayilik
–
Adamla bir doğulan.
133. MƏRHƏLƏLƏR
I.
Heyvanat aləmiylə Uyğunluq.
II.
Heyvanat aləmindən Fərqlənmə.
III.
Heyvanat aləmiylə Təzad.
Birinci mərhələ
–
Bioloji Həyat.
İkinci mərhələ
–
İctimai Həyat.
Üçüncü mərhələ
–
Ruhani Həyat.
Bəşəriyyət hələlik birinci və ikinci mərhələlərdə yaşayıb, üçüncü
mərhələdə yaşamayıb. Üçüncü mərhələdə yalnız Ali Şəxsiyyətlər
yaşayıb.
Ruhani Məqsəd
–
üçüncü mərhələyə çatmaqdır.
272
134. HƏZZ
–
İZTİRAB
Həzz
–
İnsani Ləyaqətlə görüş.
İztirab
–
İnsani Qəbahətlə görüş.
135. İRSİYYƏT
–
VARİSLİK
Müqəddəslik Ocağının sönməməsi.
136. RUHUN ÖLMƏZLİYİ
İnsanın daxilindəki heyvana təslim olmaması.
137. RUH –
GERÇƏKLİK
Gerçəkliyin Ruhdan başqa ülviyyəti yoxdur.
Həmin ülviyyət gerçəklikdə natam, nisbi şəkildə aşkara çıxır.
138. GERÇƏKLİK
–
CƏMİYYƏT
Cəmiyyət gerçəkliyə uyğundur, ona görə də naqisdir.
139. HAMILIQLA
MƏHRUMİYYƏT
Hamı “Dövləti İdarə edəndə”
h
amı Dövləti İdarə etməkdən məhrum
olur.
İdarəçiləri idarə edirlər, idarəyə tabe edirlər.
140. ALİ
HƏYAT
–
KAMİL
İNSAN
I
Hamı eyni Qanunlara tabe olur.
Hamı eyni Qanunları pozur.
Çünki Qanunlar nöqsanlı adamlar tərəfindən yazılır.
Çünki Həyat
–
Qanunları pozmaq imkanı yaradır.
Çünk
i İnsani naqislik
–
qanunları pozmaq imkanı yaradır.
Yaxşı Həyat
–
Ali Həyat tələb edir!
Kamil İnsan tələb edir!
II
Nə qədər ki, Həyat Ali deyil
– Qanun pozulacaq!
Nə qədər ki, İnsan Kamil deyil
– Qanun pozulacaq!
III
Qanunsuzluğu zorla aradan qaldırmaq istəyirlər.
Zora qarşı zor yaranır.
Qanunsuzluq azalmır
–
artır.
273
IV
O vaxt ki, Qanunlar ürəklərə yazılacaq
– Qanunlar pozulmayacaq!
O vaxt ki, Qanunlar ağıllara yazılacaq
– Qanunlar pozulmayacaq!
141. ÜSTÜNLÜK
“Kim rütbədə üstündür
?” – demirik.
“Kim vəzifədə üstündür?”
– demirik.
“Kim ixtisasda üstündür?” – demirik.
“Kim imtiyazda üstündür?” – demirik.
“Kim Atalıqda üstündür?”
– deyirik.
“Kim Analıqda üstündür?”
– deyirik.
“Kim Evladlıqda üstündür?”
– deyirik.
“Kim qeyrətdə üstündü
r?” – deyirik.
“Kim ləyaqətdə üstündür?”
– deyirik.
142. ÖLMƏK
–
YAŞAMAQ
İçərində qatil yatıb, oyanmayıb, məhv olmayıb.
Oyansa –
İnsanı öldürə bilər, ölsə
–
İnsan yaşayar.
İçərində əyri yatıb, oyanmayıb, məhv olmayıb.
Oyansa –
İnsan əyilər, məhv olsa
– d
üzələr.
İçərində Çirkab yatıb, oyanmayıb, məhv olmayıb.
Oyansa –
İnsan çirklənər, məhv olsa
–
təmizlənər.
İçərində Günah yatıb, oyanmayıb, məhv olmayıb.
Oyansa –
İnsan günaha batar, məhv olsa
–
saflığa çıxar.
Ya sən Qatili öldürəcəksən
–
ya Qatil səni.
Ya
sən Əyrini öldürəcəksən
–
ya Əyri səni.
Ya sən Çirkabı öldürəcəksən
–
ya Çirkab səni.
Ya sən Günahı öldürəcəksən
–
ya Günah səni.
143. ZƏNCİR
Şöhrət zənciriylə bağlanmısan Dövlət qapısına.
Şəhvət zənciriylə bağlanmısan Dövlət qapısına.
Varidat zənciriylə
bağlanmısan Dövlət qapısına.
Şöhrəti qoruyursan.
Şəhvəti qoruyursan.
Varidatı qoruyursan.
İmkanın olsa, Zəncirdən açılarsan.
Şöhrəti götürərsən.
274
Şəhvəti götürərsən.
Varidatı götürərsən.
Zəncirli qapıdan qaçarsan.
144. HƏSƏD
Hünərin İnsanlıq qiyməti
H
eyrə
tdir.
Sən ona həsəd aparırsan.
İnsana çatmırsan.
145. HƏRARƏT
Hərarətlə yeyirlər.
Hərarətlə qazanc üstünə yüyürürlər.
İnsanlıqda hərarətləri sönür.
146. VƏHDƏT
Qul köləliyiylə barışır.
Qulla quldarın sarsılmaz birliyi yaranır.
147. BİLMƏZLİK
I
Köləliyin çox vaxt özünü bilirlər
–
adını bilmirlər.
II
Yox olurlar, “Var olduq!” –
deyirlər.
III
“Var olduq!
” sözünü məktəblərdə öyrədirlər,
“Yox olduq!” sözünü öyrətmirlər.
IV
“Var ola-ola” yox olurlar.
148. VAR OLMAMAQ
I
Qul Var olanda – Qul olmur.
Buna görə də
onu Var olmağa qoymurlar.
II
Qulun özgəliyi olur
– Özü olmur.
III
Zəmanə köləsini yerişindən tanımaq olur.
O,
süni dərəcədə Məğrur görünür.
275
149. QUL
DAMĞASI
İndi Qulu
Mənfəətlə damğalayırlar.
Hörmətlə damğalayırlar.
Vəsiqəylə damğalayırlar.
Vəzifəylə damğalayırlar.
Nişanla damğalayırlar.
Fəxri Fərmanla damğalayırlar.
İndi Qul Fərqləndirilir, Fəxrləndirilir.
İndi Qul
,
damğasıyla öyünür.
150. XALQIN ÖMRÜ
Xalqın əsarət dövrü olur, kölə ömrü olmur.
151. BƏŞƏR
HEKAYƏTİ
I
Azadlığa çağrılır
–
Əsarət quyusuna düşür.
Ədalətə çağrılır
–
Zülm quyusuna düşür.
Həqiqətə çağrılır
–
Yalan quyusuna düşür.
Sədaqətə çağrılır
–
Xəyanət quyusuna düşür.
II
Əsarət quyusundan “Azadlıq!”
–
deyə bağırır.
Zülm quyusundan “Ədalət!”
–
deyə bağırır.
Yalan quyusundan “Həqiqət!”
–
deyə bağırır.
Xəyanət quyusundan “Sədaqət!”
–
deyə bağırır.
III
Azadlıq becərilər
–
alınmaz.
Bəşər Azadlıq Bağbanı olmadı.
Ədalət becərilər
–
alınmaz.
Bəşər Ədalət Bağbanı olmadı.
Həqiqət becərilər
–
alınmaz.
Bəşər Həqiqət Bağbanı olmadı.
Sədaqət becərilə
r –
alınmaz.
Bəşər Sədaqət Bağbanı olmadı.
IV
Bəşər heyvandan ayrıla bildi
–
özünə yaraya bilmədi.
152. “DÜNYƏVİ LƏYAQƏT”
Özgəyə Ögey olmağı Ləyaqətinə sığışdırmır.
Ona görə də Özününkünə ögey olur.
276
153. XUDBİNLİK
– YADLIQ
Xudbinlik –
özünə Sahib olmaq deyil, özgəyə
S
ahib olmaqdır.
Xudbinlik –
öz əməyinə Sahib olmaq deyil,
ö
zgə əməyinə Sahib
olmaqdır.
Xudbinlik –
öz Mülkiyyətinə Sahib olmaq deyil, özgə mülkiyyətinə
Sahib olmaqdır.
Xudbinlik –
yadlıqdır.
154. İSTİSMAR
İstismar
–
Əməkçinin Mülkiyyətdən
Məhrum olunması.
155. XÜSUSİ
–
İCTİMAİ
I
Əməkçi Xüsusiyyətçiliyi olmayan yerdə İstismar aradan qalxmır,
X
üsusiyyətçi İstismarı Dövlət İstismarıyla əvəz
olunur.
Ehkam İctimai Mülkiyyətin ist
i
smar yaradacağını nəzərə almırdı.
Əslində isə o, mövcuddur.
Əməkçi Mülkiyyətdən Məhrum olanda İctimai İstismar yaranır, yəni
İctimaiyyəti təmsil edən Dövlət zəhmətkeş əməyini mənimsəyir.
Xüsusi İstismarın İctimai İstismarla əvəz olunması zəhmətkeş
aqibətində yenilik yaratmır
–
Onu Mülki Məhrumiyyətdən xilas etmir.
II
Özgə Evladına ögey yanaşmaq Təbii sayılır.
Özgələşən Mülkiyyətə ögey yanaşmaq Təbii sayılmır.
156. TƏZADLAR
Xüsusi İstismarçı Mülkiyyəti
h
ədsiz Varidat Təzadı yaradır.
Cəmiyyətin bir Qütbündə
ifrat var-
dövlət, o biri Qütbündə ifrat
yoxsulluq bərqərar ol
ur.
İctimai İstismarçı Mülkiyyət yeni bir Təzad: Mülkiyyətə tam Sahib
olmuş Dövlət və Mülkiyyətdən tam məhrum olmuş Əiməkçi
–
təzadı
yaratdı.
157. ƏDALƏT
–
HƏYAT
I
Ədalət
– H
əyata verilən həqiqi Qiymətdir.
Həqiqi Qiymət
–
Mütləq Qiymətdir.
Həyat
–
Mütləqə çatmır.
Bu səbəbdən də Ədalətə çatmır.
Ədalət
–
Ali Həyat Tələb edir.
277
II
Məxluq
–
Ədalət tanımır.
Adam –
Ədalətsizliklə barışır.
İnsan
–
Ədalətə Yüksəlir.
III
Həyatdakı Ədalətli
–
Ədalətə çatmır.
Ədalət
–
Amallaşmaq Tələb edir, İnsanlaşmaq Tələb edir.
Həyat Ədalət üçün azdır...
158. HƏQİQƏT
–
HƏYAT
I
Həqiqət
–
Mütləqin dərkidir.
Həyat
–
Mütləqə çatmır.
Bu səbəbdən də
H
əqiqətə çatmır.
Həqiqət
–
Ali Həyat Tələb edir.
II
Məxluq
–
Həqiqət tanımır.
Adam –
Həqiqətsizliklə barışır.
İnsan
–
Həqiqətə Yüksəlir.
III
Həyatda Həqiqi
–
Həqiqətə çatmır.
Həqiqət
–
Amallaşmaq tələb edir.
İnsanlaşmaq Tələb edir.
Həyat Həqiqət üçün azdır...
159. MƏNƏVİYYAT
–
HƏYAT
I
Mənəviyyat
–
Mütləq Ruhani kamillikdir.
Həyat
–
Mütləqə çatmır.
Bu səbəbdən də Mənəviyyata çatmır.
Mənəviyyat
–
Ali Həyat Tələb edir.
II
Məxluq
–
Mənəviyyat tanımır.
Adam –
Mənəviyyatsızlıqla barışır.
İnsan
–
Mənəviyyata yüksəlir.
|