514) İntraperitoneal abseslər ən çox harada yerləşir?
A) Böyük piylik
B) Epiqastral
C) Diafraqmaaltı
D) Böyrək ətrafı toxumada
E) İntermezenterik
Ədəbiyyat: S.A.Əliyev. Cərrahi xəstəliklər. Bakı, “Təbib”. 2008, səh., 201 səh.
515) İrinli yarada rezin buraxıcının əsas təsir mexanizmi hansıdır?
A) Hiqroskopik xüsusiyyət
B) Kapilyar xüsusiyyət
C) Passiv ötürmə
D) Aktiv aspirasiya
E) Müştərək xüsusiyyət
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, I том, стр.,546.
516) Qalxanvari vəzin hansı xəstəliyi xroniki tireoiditə aid dеyil?
A) Hamısı
B) De Kerven tirеoiditi
C) Xaşimato strumiti
D) Ridel uru
E) Qalxanvari vəzin adenoması
Ədəbiyyat: F.H.Camalov, İ.T.Axundov, T.P.Camalova, V.Ə.Fəttah-Pur "Cərrahi xəstəliklər üzrə test və situasion məsələlər" Bakı -2012,“Cборник задач по хирургическим болезням” Под редакцией профессора В. И. Подолужного, “Феникс”, 2007 г
517) 38 yaşında qadın xəstədə bilateral total tiroidektomiya əməliyyatı icra edilib. Əməliyyatdan sonrakı 6-cı saatda xəstədə tənəffüs çatışmazlığı başlayır. Bununla bərabər hipotenziya və taxikardiya əlamətləri, kəskik nahiyyəsində şişkinlik var. Bu xəstəyə nə edərdiniz?
A) Traxeyanı intubasiya etmək
B) Vena daxili kalsium vermək
C) Oksigen vermək
D) Yaranmış olan hematomanı təcili boşaltmaq
E) Morfin vermək
Ədəbiyyat: В.С. Савельева, А.И. Кириенко. Клиническая хирургия. Национальное руководство. ГЭОТАР-Медиа. 2009, II том. стр., 25.
Dostları ilə paylaş: |