www.vivo-book.com
224
– Bu, bu De-Qriyenin işidi! – məktubu qapıb
səsləndim.
Əllərim əsirdi, sətirlər də gözlərimin qabağında
atılıb-düşürdü. Məktubun dəqiq yazılışını unutmuşam,
amma bax, budur, sözbəsöz olmasa da,
hər halda,
fikirbəfikir belədi:
“Mademoiselle, – De-Qriye yazırdı, – əlverişsiz
vəziyyət məni dərhal çıxıb getməyə məcbur eləyir. Əlbəttə,
özünüz sezdiniz ki, mən bütün vəziyyət aydınlaşanacan
sizinlə qəti söhbətdən qaçırdım.
Sizin qoca qohumunuzun
(de la Vielle dame) gəlişi, onun mənasız hərəkəti mənim
bütün anlaşılmazlıqlarıma son qoydu. İşlərimin xüsusi
pəjmürdəliyi bundan sonra müəyyən müddət zövq almağı
özümə rəva gördüyüm şirin ümidləri axıracan səsləməyə
imkan vermir.
Olub-keçənlərə təəssüflənirəm, amma
ümidvaram ki, siz mənim hərəkətimdə abırlı adama
83
layiq
olmayan heç bir şey axtarmayacaqsınız. Demək olar, bütün
pullarımı atalığınıza borc verib əldən buraxmışam.Yeganə
83
Gentilhomme et honette home – zadəgana və abırlı
adama – frans.
www.vivo-book.com
225
çıxış yolundan istifadə eləmək məcburiyyətində qalmışam:
artıq Peterburqdakı dostlarıma xəbər vermişəm ki, mənə
girov qoyulmuş əmlakın dərhal satılmasına sərəncam
versinlər; amma yüngülbeyin atanızın
sizin şəxsi pulunuzu
xərclədiyini bildiyimdən, əlli min frankı ona keçməyi qərar
aldım.Bu məbləğdə girov qoyduqlarının
bir hissəsini geri
qaytarıram.Beləliklə,
siz
indi
malikanəni
məhkəmə
vasitəsilə tələb etməklə itirdiklərinizin hamısını geri
qaytarmaq imkanı qazanırsınız. Mademoiselle, ümid
eləyirəm ki, işlərin indiki vəziyyətində mənim addımım
sizdən ötrü tamamilə sərfəli olacaq. Ona da ümid eləyirəm
ki, bu hərəkətimlə
mən tamamilə namuslu, xeyirxah adam
kimi öz vəzifəmi yerinə yetirirəm. Əmin olun ki,
sizin
xatirəniz qəlbimdə əbədi qalacaq”.
– Nolar, bunların hamısı aydındı, – Polinaya üzümü
tutub dedim, – doğrudanmı, siz başqa bir şey gözləyə
bilərdiniz? – təəccüblə əlavə elədim.
– Mən heç bir şey gözləmirdim, – o, sakit cavab versə
də,
səsi nəsə titrəyirdi; – hər şeyi çoxdan gözümün altına
almışdım; onun fikirlərini oxuyurdum və nə fikirləşdiyini