www.vivo-book.com
118
– Hə, nolub sənə, atam-atam, qarşımda durub gözlərini
döyürsən! – nənə mənə qışqırmaqda davam eləyirdi. –
Təzim eləmək, salamlaşmaq bacarmırsan, nədi? Yoxsa
lovğalanırsan, istəmirsən? Bəlkə məni tanımadın? Eşidirsən,
Potapıç, – onu müşayiət eləyən əyanına, franklı, ağ
qalstuklu, çəhrayı dazlı, ağsaç qocacığaza müraciət elədi. –
Eşidirsən, tanımır! Dəfn eləyiblər! Teleqramı teleqram
dalınca göndərirdilər: ölüb, yoxsa ölməyib? Axı
mən hər
şeyi bilirəm! Bax, görürsən. Mən sağ-salamatam!
– Rəhm eləyin, Antonida Vasilyevna,
nəyə görə sizə
pislik arzulamalıyam? – Özümə gəlib şad-xürrəm cavab
verdim.
– Yalnız təəccüblənmişəm… Necə təəccüblənməyəsən
ki, belə gözlənilmədən…
– Sən niyə təəccüblənirsən? Minib gəldim. Vaqonda
rahatlıqdı, basabas yoxdu. Sən gəzməyə getmişdin, nədi?
– Hə, vağzalacan gəzib gəldim.
– Bura yaxşıdı, – nənə ətrafına baxa-baxa dedi, – istidi,
yaşıllıq boldu. Bunu sevirəm. Bizimkilər evdədilər,
General?