www.vivo-book.com
119
– O bu saat da evdədi, yəqin ki, hamı evdədi.
– Deyəsən, onların burda da bütün təntənələrə qarışıb
başları. Başçılıq eləyirlər. Eşitdim, ekipaj saxlayırlar, les
seigneurs russes!
42
Xaricə də səs salıblar! Praskovya da
onların yanındadı?
– Polina Aleksandrovna da.
– Fransızcığaz da? Hə, yaxşı, özüm hamısını görərəm.
Aleksey İvanoviç, yolu göstər, düz onun yanına. Günün
burda xoş keçirmi?
– Belə də, Antonida Vasilyevna.
– Sənsə, Potapıç, bu səfeh kelnerə de ki, mənə rahat
otaq tutsunlar, hündürdə olmasın, şeyləri də elə indi ora daşı.
Niyə hamı soxulub məni aparmaq istəyir axı? Hara
soxulurlar? Gör, nə nökərçilik eləyirlər! Bu yanındakı
kimdi? – o, təzədən mənə müraciət elədi.
– Bu mister Astleydi, – cavab verdim.
– Mister Astley kimdi belə?
42
rus kübarlara – frans.
www.vivo-book.com
120
– Səyyahdı, mənim yaxşı tanışımdı; generalla da
tanışdı.
– İngilisdi. Elə məsələ də burasındadı ki, gözünü mənə
zilləyib, ağzını da açmır. Mən, yeri gəlmişkən, ingilisləri
sevirəm. Hə, yuxarı aparın, düz onların mənzilinə; onlar
orda hardadılar?
Nənəni apardılar; mən geniş pilləkənlə irəlidə gedirdim.
Yürüşümüz çox təsirliydi. Kim rast gəlirdi, – dayanıb dörd
gözlə baxırdı. Bizim otel burada ən yaxşı, ən bahalı və kübar
otel sayılırdı. Pilləkən və dəhlizlərdə həmişə əla xanımlar,
vüqarlı ingilislər görürsən. Çoxu aşağıda oberkelnerdən
məlumat almışdılar, o da öz növbəsində əməlli-başlı
heyrətlənmişdi. O, əlbəttə, bütün soruşanlara cavab verirdi
ki, bu, çox hörmətli əcnəbidi, une russe, une comtesse,
qrande deme
43
və bir həftə əvvəl laqrande duchesse de N-
nin
44
tutduğu həmin o otaqları tutacaq. Kresloda aparılan
nənənin hökmü və amiranə görkəmi təsirin başlıca
43
rus qrafiniyası, hörmətli xanımdı – frans.
44
böyük hersoninya – de N. – frans.
|