Artur Rubinşteyn( 28 yanvar 1887, Lodz- 20 dekabr 1982, Jeneva)-dahi polşa və amerika pianisti, musiqi ictimai xadim olmuşdur. Onun pianoçuluq fəaliyyəti yolu 1900-cü il Berlindən başlayıb, 1976-cı il Londonda bitib.
Erkən yaşlarından musiqi istedadını biruzə verən Rubinşteyn əvvəlcə Lodzi və Varşavada, daha sonra Berlində fortepiano üzrə Karl Henrix Bartın, musiqi nəzəriyyəsi üzrə isə Maks Brux və Robert Kanın siniflərində təhsil almışdır. Erkən musiqiçini şəxsən Yozef İoaxim himayə edirdi.1900-cü ilin dekabrında Rubinşteynin Berlində orkestrlə(İoaximin idarəsi altında) ilk solo konserti baş tutur. Burada o, Şuman, Şopen, Mosart və həmçinin, Kamil Sen-Sansın fortepiano üçün 2-ci konsertini ifa edir. Tamaşaçılar gənc musiqiçini böyük fərəh hissi ilə qəbul edirlər və bunun ardınca Polşa, Germaniya, 1904-cü il Parisdə , 2 il sonra isə Nyu Yorkda Karnegi-xollda konsert çıxışları olur. Amerika musiqi kritikası pianist barədə olduqca soyuq rəy bildirirlər, onlar hesab edirdilər ki, musiqiçi hələ belə ciddi çıxışlar üçün çox gəncdir.
Avropaya qayıdan Rubinşteyn daha sonra ona olduqca böyük təsir göstərmiş yeni incəsənətin nümayəndələri-rəssamlar Jan Koqto , Pablo Pikasso və Karol Şimanovski və İqor Stravinski kimi bəstəkarlarla ilə tanış olur. 1900-1910-cu illərdə Rubinşteynin Avstriya, İtaliya, Rusiya, 1912-ci ildə isə ilk dəfə olaraq çıxış etdiyi Londondakı konserti olduqca uğurlu keçir. Birinci dünya müharibəsi illərində Rubinşteyn hərbi tərcüməçi kimi işləyir( o, 8 dildə sərbəst danışa bilirdi), lakin, konsert çişixlarını skripaç Ejen İzai ilə ansambl çıxışlarıyla davam elətdirirdi.
1916-1917-ci illərdə İspaniya və Cənubi Amerikaya qastrol səfərləri edən pianist Qranados, Albenis,Vila Lobos və de Falyin musiqisi ilə maraqlanır və gələcəkdə tez-tez konsertlərində bəstəkarların əsərlərinə müraciət edirdi.
Müharibənin bitməsindən sonra musiqiçi aktiv konsert fəaliyyətlərini davam elətdirir, lakin, 1932-ci ildə ailə həyatı qurduqdan sonra bir neçə il öz ustalığını artırmaq və repertuarını yenidən işləyib hazırlamaq məqsədilə konsert çıxışlarını kəsir. Rubinşteynin böyük səhnəyə qayıdışı 1937-ci ildə onun ABŞ-ya etdiyi turne ilə baş verir. 30 il əvvəl onun çalğısının hələ yetişməmiş olduğunu qeyd edən amerika kritikləri indi musiqiçini XX əsrin ən dahi pianisti adlandırırlar.
1939-cu ildə Almaniyanın Polşaya hücumu bu zaman ABŞ-da olan Rubinşteynə çox təsir edir. Onun qohumlarından bir çoxu konslagerlərə göndərilir. Musiqi Almaniyada konsert verməkdən həmişəlik imtina edir. 1946-cı ildə o, Amerika vətəndaşlığını qəbul edir və yenidən solist kimi Yaşa Xeyfetz, Qriqoriy Pyatiqorskiy, Henrix Şerinq kimi görkəmli musiqiçilərlə ansamblda bütün dünyada konsert çıxışlarına başlayır. Pianist 200dən çox çəkiliş aparır və həmçinin, Şopenin musiqisinin və Bethovenin bütün fortepiano konsertlərinin antalogiyasını edir. Sonsuz energiyası Rubinşteynə özünün 90 illiyi ərəfəsində artıq qismən görmə qabiliyyətini itirməsinə baxmayaraq Brams və Bethovenin( Kontsertqebau orkestriylə Bernard Xattinqin idarəsi altında), Qriq, Çopen, Sen-Sansın (London filarmonik orkestriylə Andre Previnin idarəsi altında) kon